Hörmətli xanımlar və cənablar,
Diqqətinizə “Bakı Hüquq Jurnalı”nın növbəti, dördüncü, buraxılışını təqdim edi-
rik. Jurnalımız mülki və kommersiya hüquq yönümlü olduğundan jurnalda əsasən
kommersiya fəaliyyətinin hüquqi məsələlərinə aid mövzularda məqalələr yer alır.
Əlbəttə bu məsələlər yalnız müqavilə və korporativ hüququ ilə məhdudlaşmır. Əmək,
mülki-prosesual, bank, sığorta və digər sahələr kommersiya fəaliyyətinin ayrılmaz
hissəsidir.
Ölkədə kommersiya mühitinin inkişafında məhkəmələrin və məhkəmə təcrübəsinin
rolu böyükdür. Son illər ərzində bir sıra korporativ və kommersiya fəaliyyətində olan
suallara Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi aydınlıq gətirdi. 16
dekabr 2011-ci il tarixli qərarını müsbət nümunə kimi təqdim etmək olar. Çox se-
vindirici haldır ki, konstitusiya məhkəməsi ölkədə müsbətkommersiya təcrübəsinin
qurulmasına dəstək verməyə çalışır.
Əlbəttə, əlverişli hüquqi mühitin formalaşmasında məhkəmənin hakimləri ilə
yanaşı məhkəmədə mütəxəssis və ekspert kimi iştirak edən şəxslərində rolu var. Bir
çox aparıcı ölkələrin məhkəmələri bu təcrübədən istifadə edir və ölkəmizin Konsti-
tusiya Məhkəməsi də bu təcrübəni uğurla tətbiq edir.
Jurnalın fəaliyyətinə dəstək olan və onun inkişafı ilə maraqlanan şəxslərə dərin
minnətdarlığımızı bildiririk. Dövlət orqanları, məhkəmələr, müxtəlif şirkətlər və
təşkilatlar tərəfindən “Bakı Hüquq Jurnalı”na verilən diqqət bizi sevindirir və daha
böyük həvəslə çalışmağa ruhlandırır.
Hörmətlə,
Jurnalın redaktoru
Emin Kərimov
4
Bakы
HUQUQ
Jurnalы
“Bakı Hüquq Jurnalı”-nın növbəti buraxılışında çap olunması üçün öz məqalələrinitəqdim etmək arzu-
sunda olan şəxslərdən məqalələrini - editor.journal@aaa.org.az - elektron poçt ünvanına göndərməyi xahiş
edirik.
Məqalələrini elektron versiyada Word fayl formasında təqdim etməyi xahiş edirik. Jurnalımızda aşağıdakı
mövzular ətrafında olan məqalələrin çapına üstünlük veririk:
- Azərbaycan mülki, mülki-prosesual,arbitraj, korporativ, vergi, müqavilə və əmək hüququ sahələrinə aid
məsələlər və mövcud çətinliklər haqqında.
- Aktual məsələni işıqlandıran məhkəmə qərarlarını təhlili.
- Müxtəlif hüquqi konsepsiyaların və institutların tətbiqi.
- Xarici ölkələrin hüquq təcrübələrinin işıqlandırılması.
- Müxtəlif qanunvericilik normalarının yenilənməsi tələbatı haqqında.
Məqalələr Azərbaycan dilində təqdim edilməlidir və istifadə olunan ədəbiyyat barədə məlumat və
müvafiq istinadlar verilməlidir.
Məqalələri 31 yanvar 2014-cü ilədək təqdim etməyi xahiş edirik.
Sual, müraciət və təkliflərinizi - editor.journal@aaa.org.az – elektron poçtuna göndərə bilərsiniz.
Xatırlatmaq istəyirik ki, “Bakı Hüquq Jurnalı”nda məqalə çap etdirmək üçün heç bir müəllifdən ödəniş
tələb edilmir. Jurnal pulsuz yayılaraq, müxtəlif dövlət orqanlarına və özəl şirkətlərə göndərilir.
Jurnalın çap versiyasını əldə etmək istəyənlər öz ofis və idarə ünvanlarını aşağıdakı e-poçta
göndərməklərini xahiş edirik. Jurnalın elektron versiyası AAA-nin internet səhifəsində yerləşdirilir.
“Bakı Hüquq Jurnalı”nda şirkətləri haqqında məlumat yerləşdirmək arzusunda olan şəxslər öz suallarını
aşağıda göstərilən elektron poçta göndərə bilərlər.
6
Bakы
HUQUQ
Jurnalы
BЯz
İ Яsas anlayıШlar
Banklar bazarda iştirakçılardan depozitlər götürüb
digərlərinə kredit verməklə, ödəniş sistemlərini
hazırlamaqla, qiymətli kağızlarla əməliyyatları həyata
keçirib bazarı yaratmaqla və əlavə olaraq, investisiya
fəaliyyətini həyata keçirərək sahibkarların borc ya ka-
pital maliyyəşdirilməsini təmin edərək vasitəçi rolunu
icra etmə mənasında iqtisadiyyat üçün əhəmiyyətli olan
xidmətləri təmin edən maliyyə müəssisələridir.
Buna baxmayaraq, bankların fəaliyyəti bazarda
risklərin yaradılması ilə nəticələnir. Risk bazarda
iştirak edənlərin eyni dərəcədən daha az və ya çox olan
rikslərindən asılı olaraq, demək olar ki, bankın hər bir
fəaliyyət növünə məxsusdur. Əlavə olaraq, əsas iki
amil vəziyyəti kəskinləşdirir:
• Dövlət zəmanətinə ümid edilməsi – hökumətin
uğursuzluğa düçar olan banka kapital qoyması və sair
tədbirlər görməsi – bu, bankın assimetrik risklərin qəbul
edilməsi və resursların qeyri-səmərəli şəkildə istifadə
edilməsi ilə nəticələnir.
• Bazarın qarşılıqlı və vahid olması – hər bazar
iştirakçısının təcrid olunmayacağı halda qarşı tərəfin
defolt riski həmişə mövcud olacaq.
Buna sübut olaraq, 2007-2008-ci il sub-standarti-
poteka böhranı sistematik risk üzərində tənzimləyici
diqqəti vurğulamış və bu da öz növbəsində “bazarın bir
iştirakçısının nöqsanının maliyyə bazarlarının qarşılıqlı
təbiəti ilə əlaqədar olaraq, digər iştirakçılarda əks
olunacağı riski” kimi müəyyən edilə bilər.
1
Tənzimləyici orqanlar aşağıdakı tədbirlər vasitəsilə
bankın risk qəbuletmə stimulunu (“riskə meyllilik) yox-
laya bilər:
i) Bankın ölçüsü və strukturunda limitlər kimi
təşkilati struktur;
ii) Kapital və likvidliyə dair tələblərin tətbiq
olunması kimi bankların fəaliyyətinə aid olan tədbirlər.
2
Azərbaycan Respublikasının Mərkəzi Bankının
(bundan sonra “ARMB” adlanacaq) kovenantları,
əsasən, banklar üzərinə əsas kapitalın kifayət etməsi,
likvidlik qabiliyyətinin mövcud olması və digər
tənzimləyici tələblər qoyma tədbirlərinə meylli olan
bankların fəaliyyətinə dair tələblərdir. Bununla birlikdə
məqalə çərçivəsində bəzi təşkilati struktur tədbirlərə də
baxılacaq.
Bankların r
İsklЯrЯ meyllİlİyİnİn
İdarЯ olunması
Banklar ümumilikdə iki halda defolt vəziyyətinə
uğraya bilərlər:
i. Balans (həddən artıq borcluluq) müflisliyi, burada
bankların öhdəlikləri aktivlərini ötüb keçir;
ii. Likvidlik müflisliyi – bu zaman bank icra edilməli
olan öhdəliklərini təmin edə bilmir.
Balans və likvidlik müflisliyi riskləri ilə, əsasən,
aşağıdakılar vasitəsilə tənzimlənir:
i. kapitala dair tələblər;
ii. müvafiq olaraq likvidlik üzrə tələblər.
Kapitala dair tələblər ARMB-ın “Bank kapitalının
və onun adekvatlığının hesablanması” Qaydalarında
(“Kapitalın adekvatlığı Qaydaları”) öz əksini tapır. Bu
Qaydalar bank balansının müflisliyinə gətirib çıxarda
biləcək bankın aktivlərinə dair zərərlərin azaldılmasını
hədəfə alan məcmu kapitalı təyin edir. Məcmu kapital
bankın aktivləri və öhdəliklərinə məruz qalmasının
nəticəsi olaraq, itkilərin azaldılmasında təyin olunmuş
minimal kapitalı təyin edir.
“Kapitalın adekvatlığı Qaydaları” daxilində
aşağıdakı göstəricilər mövcuddur:
• Kapitalın tərkib hissələri – I dərəcəli kapital
(“fəaliyyət göstərən müəssisə”) və II dərəcəli kapital
(“fəaliyyət göstərməyən – müflisləşən müəssisə”);
• Aktivlərin risk dərəcələri üzrə ölçülməsi;
• Kapitalın adekvatlıq əmsalı – I dərəcəli kapitalın və
məcmu kapitalın ayrılıqda risk dərəcəsi üzrə ölçülmüş
aktivlərə nisbəti minimum 12% (on iki faiz);
• Leverec əmsalı – bankın I dərəcəli kapitalının bal-
ans aktivlərinə və balansdankənar öhdəliklərə nisbəti
minimum 8%.
I dərəcəli kapital ilə II dərəcəli kapital bankı
müflisliyə məruz qoymadan “fəaliyyət göstərən
müəssisə” əsasında zərərləri ödəmək üçün kapitalın
mövcud olub-olmamasına dair mühasibat uçotu
qaydalarına müvafiq olaraq fərqlənir. II dərəcəli kapital
əmanətçilər pul itirməzdən qabaq müflislikdə “fəaliyyət
Bankın Q
İymЯTlİ kaЬıZlar
İlЯ ЯmЯlİyyaTlarının
TЯnZ
İmlЯnmЯsİ
1
U.S. Commodity Futures Trading Commission, CFTC Glossary, http://www.cftc.gov/educationcenter/glossary/glossary_s.html
2
David T Llewellyn, “The Global banking crisis and the post-crisis banking and regulatory scenario”.
Яminя Baxшiyeva
Hцquq mяslяhяtчisi,
Deloitte & Touche Azяrbaycan
LL.M, University of Lausanne