Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində yaşayan balıq və digər su
bioresursları Azərbaycan Respublikasına mənsubdur.
Bələdiyyə mülkiyyətində olan balıqçılıq su obyektlərində yaşayan balıq və digər
su bioresursları bələdiyyə mülkiyyətindədir.
Akvakultura təsərrüfatının yerləşdiyi balıqçılıq su obyektlərində əldə olunan
balıq və digər su bioresursları onun mülkiyyətçisinə və ya icarəçiyə məxsusdur.
M a d d ə 4 . Balıqçılıq fəaliyyətinin obyektləri və subyektləri
Ərzaq və xammal kimi istifadə edilə bilən və mühafizə olunan balıq və digər su
bioresursları, onların məhsulları balıqçılıq obyektləridir.
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada
balıqçılıq obyektlərinin artırılması, yetişdirilməsi, istifadəsi, mühafizəsi, habelə balıq
məhsullarının istehsalı və saxlanması ilə məşğul olan hüquqi və fiziki şəxslər
balıqçılıq fəaliyyətinin subyektləridir.
Maddə 5. Balıqçılıq subyektlərinin uçotu
[11]
Balıqçılıq subyektlərinin uçotu müvafiq icra hakimiyyəti orqanları tərəfindən
həyata keçirilir.
Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
M a d d ə 6 . Balıqçılıq əhəmiyyətli su obyektləri
Balıq və digər su bioresurslarının ovu, toplanması və akvakultura üçün istifadə
edilən aşağıdakı su hövzələri balıqçılıq su obyektləridir:
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi;
çaylar, göllər, su anbarları, su təchizatı kanalları və digər yerüstü su axınları,
sututarlar, balıq və digər su bioresursları üçün süni yaradılmış məskunlaşma şəraiti;
dövlətlərarası sərhədi müəyyən edən və ya sərhədi kəsib keçən yerüstü su
obyektləri.
Su obyektlərinin balıqçılıq ehtiyatları üçün istifadəyə verilməsi Azərbaycan
Respublikasının su qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
I I f ə s i l
Balıqçılıq sahəsində dövlətin vəzifələri
Maddə 7. Balıqçılıq sahəsində dövlət siyasətinin əsas prinsipləri
Balıqçılıq sahəsində dövlət siyasəti aşağıdakı prinsiplərə əsaslanır:
balıq və digər su bioresurslarının istifadəsi və mühafizəsinə dövlət nəzarətinin
həyata keçirilməsi;
balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsinin
hövzəçilik prinsipi əsasında idarə edilməsi;
balıq və digər su bioresurslarının və onların məskunlaşdığı mühitin mühafizəsi;
balıq və digər su bioresurslarından istifadənin tənzimlənməsi;
balıqçılıq sahəsində idarəetmə funksiyaları ilə balıq və digər su bioresurslarının
istifadəsi funksiyalarının ayrılması;
balıq və digər su bioresurslarından istifadənin qanunla müəyyən edilən hallar
istisna olmaqla, ödənişli olması;
balıq və digər su bioresurslarının ov həcmi müəyyən edilərkən ekoloji, sosial,
iqtisadi amillərin, o cümlədən balıq məhsulunun istehsalı və satışı haqqında
məlumatların nəzərə alınması;
qiymətli balıq və digər su bioresursları növlərinin üstün mühafizə rejiminin
müəyyən edilməsi, onların ovunun məhdudlaşdırılması və ya qadağan edilməsi;
akvakulturanın davamlı inkişafı məqsədi ilə ekoloji, iqtisadi və sosial
maraqların elmi cəhətdən əsaslandırılmış uyğunluğunun təmin edilməsi;
akvakultura təsərrüfatının layihələndirilməsi və tikintisində balıqçılıq su
obyektləri sahələrinin qonşu ərazilərin təbii və sosial-iqtisadi xüsusiyyətləri ilə
uzlaşdırılması;
akvakultura təsərrüfatının yarada biləcəyi zərərli təsirlərin istisna edilməsi.
Maddə 8. Balıqçılıq sahəsində dövlətin vəzifələri
Balıqçılıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
balıqçılıq sahəsində dövlət siyasətini həyata keçirmək;
balıqçılıq sahəsində normativ hüquqi aktlar qəbul etmək;
balıqçılıq haqqında qanunvericiliyə əməl edilməsinə nəzarət etmək;
balıq və digər su bioresurslarının artırılması, bərpası, mühafizəsi,
iqlimləşdirilməsi, balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatı monitorinqi,
kadastrı və meliorasiyası işlərini təşkil etmək;
Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir və nəsli
kəsilməkdə olan balıq və digər su bioresurslarının qorunması üçün müvafiq rejimi və
xüsusi mühafizə olunan su sahələrini (akvatoriyalarını) müəyyən etmək;
balıqçılıq sahəsində texniki normativ hüquqi aktları, balıqçılığın inkişafının elmi
əsaslarını hazırlamaq və təsdiq etmək;
balıq və digər su bioresurslarının ovu və toplanmasının limitlərini (kvotalarını)
müəyyən etmək və tənzimlənməsini həyata keçirmək;
balıq və digər su bioresurslarının vəziyyətinə təsir edən müəssisələrin, texniki
qurğuların, digər su təsərrüfatı və energetika obyektlərinin tikintisi, yenidən
qurulması layihələrinin dövlət balıqçılıq təsərrüfatı ekspertizasının keçirilməsini
təşkil etmək;
balıqçılıq sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək.
I I I f ə s i l
Balıq və digər su bioresurslarından istifadə
Maddə 9. Balıq və digər su bioresurslarından istifadə formaları
Balıq və digər su bioresurslarından istifadə aşağıdakı formalarda həyata
keçirilir:
balıq və digər su bioresurslarının ovu və toplanması (bundan sonra balıq və
digər su bioresurslarının ovu);
akvakultura.
Balıq və digər su bioresurslarının ovu aşağıdakı məqsədlər üçün həyata keçirilir:
balıq və digər su bioresurslarının sənaye, idman və həvəskar ovu;
balıq və digər su bioresurslarının akvakultura üçün ovu;
balıq və digər su bioresurslarının elmi-tədqiqat, təhsil, maarifləndirmə və
nəzarət üçün ovu;
balıq və digər su bioresurslarının iqlimləşdirilməsi üçün ovu.
İdman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu,
forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən balıqovlama bileti əsasında həyata keçirilir.
Balıqovlama bileti müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
Bərpa məqsədilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, habelə
elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla balıq və digər su
bioresurslarının ovu ödənişlidir.
Balıq və digər su bioresurslarının ovu müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir.
Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su
bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən hallarda və qaydada icazə verilir.
Dostları ilə paylaş: |