Azərbaycan Türkü,
nədir cavabın? (5)
1521
Azərbaycan Türkü, nə edər azad?
Niyə hər şeyin köküdür iqtisad?
Hansı iqtisad edər ... yarım arvad?
Hər iqtisadın mülkiyyət şəkli var,
Hər şəkildən bəlli siyasət doğar.
1522
Azərbaycan Türkü, kim gəlişdirər?*
Kim mülkiyyət şəklini dəyişdirər,
Kim əngəl törədəni ələşdirər?
(..., Arazizm)
Devrimi gəlişdirən sinif yapar,
Devrim yapan itirdiyini tapar.
(Arac da gərçək sahibini tapar.)**
*- Harda ki, ürətim gücü gəlişər,
Orda mülkiyyətin şəkli dəyişər.
**- (1523)
(ək dəyər = artık dəyər)
(Azərbaycan Türkü, kim qamışçıdır?)
(Hansı dişi çəkən gərçək dişçidir?)
(Aracın gərçək iyəsi işçidir.)
(İşçi sinifi)
(Ək dəyərin də iyəsi işçidir.)
(Araca ödənilən pul)
(Biz hələ sosyalizmə düşünmürük,)
(Vaxtsiz toyuqlar təkin eçinmirik.)
463
Azərbaycan Türkü, nədir cavabın? (5)
1524
Azərbaycan Türkü, “Axdaran tapar.”
Niyə devrimi ancaq fikir yapar,
Niyə fikri devrim yapmayan sapar?
Fikri devrim ... köləni edər ağa,
Deyər malik ol yetirdiyin bağa.
Deyər malik ol itirdiyin bağa.
1525
Azərbaycan Türkü, kim edər azad?
Niyə köhnə mülkiyyət etməz abad?*
Niyə bağımsiz olmaq istər arvad?
Azadlıq yəni zərurətin dərki,**
Zərurətin dərki qurtarar Türkü.
Şəkli dəyişməyən məzmun gəlişməz,
Gəlişməyən hədəfinə irişməz.
*- O cümlədən feodal ilə sömürgəçi millətə verilən
xiraclar tarla ilə ölkədə yatırılmazlar ki, ürətim güc-
lərinin gəlişmələrinə yardımçı olalar.
**- Azadlıq yəni dərk olunmuş zərurətlərin məhsulu:
(1-) Köhnə və əngəl mülkiyyətlərin əlindən ürətim
güclərini və (2-) haqsız qasiblərin əlindən əl qoyul-
muş varlıqları və (3-) irticanın əlindən insan haqla-
rının qurtuluşu.
Elə ona görə o cümlədən qurandakı qadının maliki
əri olmamalıdır. Azərbaycanın maliki qasib Farsis-
tan (~İranın Azərbaycanı – ha ha ha) olmamalıdır.
464
Azərbaycan Türkü, nədir cavabın? (5)
Köhnə və əngəl mülkiyyətlər ilə köləçilərdən və köl-
gəçilərdən asılı qılan mülkiyyətlərin siyasətləri sözdə
verdikləri siyası azadlıqları da gərəkdiyi zaman tapda-
layarlar. Çünkü:
1- Mahiyyət dəyişməz, şübhən olmasın.
2- Siyasət mülkiyyət şəklindən doğar.
3- Dış düşmən budaqdı, iç düşmən kökü.
4- Kökü qazılmayan hər şey göyərər.
1526
Azərbaycan Türkü, kim çaş-baş salar?
Kim cəhlin kökünü qazmağa dalar?
Kim zərurətlərin sazını çalar?
Çünkü düz söz hər zaman üçün düzdür,
Arazın hər sözü eskiməz sözdür.
1527
Azərbaycan Türkü, hanı Arazın?
Ondan hansı sitəndə vardır yazın?
Onsuz nə öyrədə bilər dayazın?
Niyə Arazızmin itib-batıbdır?!
Olmaya ömürü sona çatıbdır?!
(Təkrara nə gərək var?)
01.08.2011
465