27.RISKİN İDARƏ EDİLMƏ SİYASƏTİ
Risklərin idarə edilməsi Qrupun bankçılıq fəaliyyəti üçün fundamental hesab edilir və Qrup əməliyyatlarının əsas elementini təşkil edir. Qrup əməliyyatlarına xas olan əsas risklər aşağıdakılarla bağlıdır:
-
Kredit riski
-
Likvidlik riski
-
Bazar riski
Qrup effektiv və səmərəli riskin idarəedilməsi prosesinin tətbiqinin önəmli olması faktını qəbul edir. Belə prosesin tətbiqinə imkan yaratmaq üçün Qrup riskin idarəedilməsi çərçivəsini yaratmışdır ki, bunun əsas məqsədi də Qrupu risklərdən qorumaqdan və Qrupa qarşıda qoyulmuş fəaliyyət məqsədlərinə nail olması üçün imkan yaratmaqdan ibarətdir. Risklərin idarəedilməsi çərçivəsi vasitəsilə Qrup aşağıdakı risklərin idarə edilməsini həyata keçirir:
Qrup maliyyə aləti üzrə bir tərəfin öhdəliyin yerinə yetirə bilməməsi və nəticədə digər tərəfin itkilərə uğraması ilə bağlı riskdən ibarət olan kredit riskinə məruzdur.
Riskin idarəedilməsi və monitorinqi müəyyən edilmiş səlahiyyətlər çərçivəsində həyata keçirilir. Bu proseslər Kredti Komitəsi və Qrupun İdarəetmə Şurası tərəfindən icra edilir. Kredit Komitəsi tərəfindən hər hansı müraciət edilməyənə qədər, kredit prosesləri üzrə bütün tövsiyələr (borcalan üçün təsdiqlənmiş məhdudiyyətlər və ya kredit sazişinə edilmiş düzəlişlər və sair) filialın riskin idarəedilməsi üzrə direktoru yaxud Risklərin İdarəedilməsi Departamenti tərəfindən təhlil edilir və təsdiqlənir. Gündəlik riskin idarəedilməsi prosesi Kredit Departamentlərinin Rəhbərləri yaxud Filialların Kredit Şöbələri tərəfindən həyata keçirilir.
Qrup bir borcalan yaxud borcalanlar qrupları və sənaye seqmentləri üzrə qəbul edilmiş risklərin məbləğini məhdudlaşdırmaqla üzərinə götürdüyü kredit riskləri səviyyəsini strukturlaşdırır. Borcalan yaxud məhsul (sənaye sektoru) üzrə kredit riski səviyyəsinə qarşı qoyulmuş məhdudiyyət İdarəetmə Şurası tərəfindən rüblük təsdiqlənir. Banklar və brokerlər daxil olmaqla hər hansı bir borcalan halında riskə məruzqalma həddi daha sonra balans və balansdan kənar müddəalarla bağlı riskləri əhatə etməklə Kredit Komitəsi tərəfindən müəyyən olunmuş alt-limitlərlə məhdudlaşır. Limitlər müqabilində faktiki riskə məruzqalma hallarına gündəlik nəzarət olunur.
Müvafiq hesab edilən hallarda və əksər kreditlərlə əlaqədar olaraq Qrup girov, eləcə də fərdi və korporativ zəmanətlər qəbul edir. Bəzi kredit məbləğləri qeyd olunan təminat vasitələrinin mövcud olmadığı fərdi şəxslərə verilmiş kreditlərdən ibarətdir. Belə kreditlər davamlı olaraq nəzarətdə saxlanılır və illik yaxud daha qısa müddətlərdə təhlil edilir.
Kreditlərin ayrılması üzrə öhdəliklər kredit, zəmanət və ya akredetiv formasında çıxış edən istifadə edilməmiş kredit vəsaitlərdən ibarətdir. Balansdan kənar uçotda olan maliyyə alətləri üzrə kredit riski müqavilə tərəfinin müqavilə şərtləri və müddəalarına əməl edə bilməməsi nəticəsində zərərin baş verməsi mümkünlüyü kimi müəyyən olunur. Kreditin ayrılması öhdəliyi üzrə kredit riskinə gəldikdə isə, Qrup realizə edilməmiş belə öhdəliklərin ümumi məbləğinə bərabər potensial zərər riski ilə üzləşir. Lakin, zərərin ehtimal edilən məbləği realizə edilməmiş kredit öhdəliklərindən azdır, ona görə ki, kreditin ayrılması üzrə öhdəliklərin əksəriyyəti müştərilərin xüsusi kredit standtarlarına davamlı qaydada cavab verə bilməsindən asılı olaraq şərti götürülür. Qrup maliyyə vəziyyəti haqqında hesabat və maliyyə alətləri halında olduğu kimi, riskin təsir nəticələrinin yumuşaldılması üçün limitləri və cari monitorinq prosesini tətbiq etməklə kreditlərin verilməsinin təsdiqlənməsi proseduruna əsaslanan eyni kredit siyasətini şərti öhdəliklərə də qarşı istifadə edir. Qrup balansdan kənar uçotda əks etdirilən şərti öhdəliklərin ödəniş müddətinə qədər dövrü nəzarətdə saxlayır, çünki daha uzun-müddətli öhdəliklər qısa-müddətli kredit öhdəlikləri ilə müqayisədə daha çox kredit riski dərəcəsinə məruz qalır.
Kredit riskinə maksimal məruzqalma həddi
Qrupuin kredit riskinə məruzqalma həddi əhəmiyyətli dərəcədə dəyişiri və həm fərdi risklərdən, həm də ümumi bazar iqtisadiyyatı risklərindən asılıdır.
Aşağıdakı cədvəldə balans hesabatı, eləcə də balansdan kənar hesabatda əks etdirilən maliyyə aktivləri ilə bağlı kredit riskinə maksimal məruzqalma həddi göstərilir. Maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilən maliyyə aktivləri halında kredit riskinə maksimal məruzqalma həddi həmin aktivlərin hər hansı əvəzləşdirmədən və girov sövdələşməsindən qabaq balans dəyərinə bərabərdir. Qrupun şərti öhdəlikləri və kreditin ayrılması ilə bağlı öhdəlik üzrə kredit riskinə maksimal məruzqalma həddi isə, qarşı tərəfin öhdəliklərini yerinə yetirmədiyi təqdirdə həmin alətlərin müqavilə üzrə məbləğlərindən ibarət olur ki, bu halda da qarşı iddialar, girov və təminatlar dəyərini itirir.
-
|
31 dekabr
2011-ci il üzrə maksimum riskə məruz qalma
|
|
31 dekabr
2010-cu il üzrə maksimal riskə məruz qalma
|
|
|
|
|
Pul vəsaitləri və onların ekvivalentləri (kassadakı qalıq istisna olmaqla)
|
10,253
|
|
8,348
|
Banklar və digər kredit institutlarından alınacaq vəsaitlər
|
5,574
|
|
4,946
|
Müştərilərə kreditlər
|
257,580
|
|
178,176
|
Satıla bilən investisiya qiymətli kağızları
|
8,501
|
|
26,449
|
Digər borc qiymətli kağızları
|
5,012
|
|
3,617
|
Digər maliyyə aktivləri
|
377
|
|
300
|
Öhdəliklər və şərti öhdəliklər
|
12,871
|
|
9,944
|
Girov və digər kredit təminatları
Tələb olunan girovun məbləği və növü tərəfdaşın kredit riskinin qiymətləndirilməsindən asılıdır. Girovların növləri və qiymətləndirmə parametrlərinin məqbulluğuna dair prinsiplər icra edilir.
Əldə edilən əsas girov növləri aşağıdakılardır:
-
Avtomobil krediti üzrə: pul vəsaiti, avtomobili saxlama hüququ, üçüncü tərəf zəmanətləri
-
Biznes kreditləri üzrə: daşınmaz əmlak üzrə xərclər, inventor və ticarət üzrə debitor borclar, üçüncü tərəf zəmanətləri
-
İstehlakçı kreditləri: pul vəsaiti, kreditli istehlak avadanlıqlarının xərcləri, üçüncü tərəf zəmanətləri, yaşayış mülkü üzərində girov
-
Mikro kreditlər üzrə: pul vəsaiti, inventor və ticarət üzrə debitor borclar, üçüncü tərəf zəmanətləri, daşınmaz əmlak üzrə xərclər
-
Kart üzrə kreditlər: pul vəsaitləri, üçüncü tərəf zəmanətləri.
Rəhbərlik girovun bazar dəyərinə nəzarət edir, əsas müqaviləyə uyğun olaraq əlavə girov tələb edir, və kreditin dəyərsizləşməsi üzrə ehtiyatın adekvatlığına baxış zamanı girovun bazaar dəyərinə nəzarət edir.
Balansdan kənar risk
Qrup balans uçotu halında olduğu kimi, əsas etibarlı ilə, balansdan kənar müddəalar halında da risklərin idarə edilməsi üzrə eyni siyasətləri tətbiq edir. Kreditlərin ayrılmasına öhdəliklər halında isə, həmçinin kredit və avanslar halında olduğu kimi, müştərilər və qarşı tərəflər ilə bağlı eyni kredit riskinin idarə edilməsi siyasətləri tətbiq olunur. Girov qarşı tərəfin imkanları və əməliyyatın mahiyyətindən asılı olaraq tələb edilə bilər.
Maliyyə aktivlərinin sinfinə görə kredit keyfiyyəti
Maliyyə aktivlərinin kredit keyfiyyəti Bankın daxili kredit reytinqi ilə idarə olunur. Aşağıdakı cədvəldə Bankın kredit reytinqi sistemi əsasında maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda kreditlə bağlı maddələr üzrə aktivin sinfinə görə kredit keyfiyyəti göstərilir. Aşağıdakı cədvəldə adətən hökumət təminatı və ya çox yaxşı girovla təmin edilmiş kredit riskinin minimum səviyyəsinə malik olan yüksək dərəcəli banklara və müştərilərə verilən kreditlərin yekunu göstərilmişdir . Yaxşı maliyyə vəziyyəti olan və yaxşı borc xidməti olan digər kreditorlar da standart səviyyəyə daxil edilmişdir. Sub-standart səviyyə fərdi dəyərsizləşməmiş, lakin standart səviyyədən aşağı kreditlərdən ibarətdir. Yüksək dərəcəli investisiya qiymətli kağızları çox aşağı ödəməmə ehtimalı və risksiz dərəcəsi olan hökumət və onun qurumları tərəfindən buraxılan kağızlardır.
-
|
Vaxtı keçməmiş və dəyərisizləşməmiş
|
|
|
|
Qeyd
|
Yüksək dərəcə
|
|
Standart
Dərəcə
|
|
Sub-standart
Dərəcə
|
|
Vaxtı keçmiş, dəyərsiz-ləşməmiş
|
|
Fərdi şəkildə dəyərsiz-ləşmiş
|
|
Cəmi
2011-ci il
|
Banklar və digər kredit institutlarından alınacaq vəsaitlər
|
11
|
556
|
|
5,018
|
|
-
|
|
-
|
|
-
|
|
5,574
|
Müştərilərə verilən kreditlər:
|
12
|
|
|
|
|
|
|
|
|
|
|
|
Avtomobil kreditləri
|
|
-
|
|
55,386
|
|
-
|
|
4,884
|
|
-
|
|
60,270
|
Biznes kreditləri
|
|
-
|
|
20,229
|
|
-
|
|
2,530
|
|
1,611
|
|
24,370
|
İstehlakçı kreditləri
|
|
2,151
|
|
150,004
|
|
-
|
|
4,304
|
|
-
|
|
156,459
|
Mikro kreditlər
|
|
3
|
|
19,431
|
|
-
|
|
454
|
|
-
|
|
19,888
|
Kartlar
|
|
1,608
|
|
2,891
|
|
-
|
|
188
|
|
-
|
|
4,687
|
|
|
3,762
|
|
247,941
|
|
-
|
|
12,360
|
|
1,611
|
|
265,674
|
Satıla bilən investisiya qiymətli kağızları
|
13
|
8,501
|
|
190
|
|
-
|
|
-
|
|
-
|
|
8,691
|
Digər borc qiymətli kağızları
|
14
|
5,012
|
|
-
|
|
-
|
|
-
|
|
-
|
|
5,012
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Cəmi
|
|
17,831
|
|
253,149
|
|
-
|
|
12,360
|
|
1,611
|
|
284,951
|
-
|
Vaxtı keçməmiş və dəyərisizləşməmiş
|
|
|
|
Qeyd
|
Yüksək dərəcə
|
|
Standart
Dərəcə
|
|
Sub-standart
Dərəcə
|
|
Vaxtı keçmiş, dəyərsiz-ləşməmiş
|
|
Fərdi şəkildə dəyərsiz-ləşmiş
|
|
Cəmi
2010-cu il
|
Banklar və digər kredit institutlarından alınacaq vəsaitlər
|
11
|
477
|
|
4,469
|
|
-
|
|
-
|
|
-
|
|
4,946
|
Müştərilərə verilən kreditlər:
|
12
|
|
|
|
|
|
|
|
|
|
|
|
Avtomobil kreditləri
|
|
1,617
|
|
55,719
|
|
-
|
|
3,955
|
|
-
|
|
61,291
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Istehlakçı kreditləri
|
|
870
|
|
70,923
|
|
-
|
|
2,401
|
|
-
|
|
74,194
|
Mikro kreditlər
|
|
6
|
|
15,113
|
|
-
|
|
1,441
|
|
-
|
|
16,560
|
Kartlar
|
|
944
|
|
4,841
|
|
-
|
|
506
|
|
-
|
|
6,291
|
|
|
3,511
|
|
169,177
|
|
-
|
|
13,445
|
|
505
|
|
186,638
|
Satıla bilən investisiya qiymətli kağızları
|
13
|
26,449
|
|
167
|
|
-
|
|
-
|
|
-
|
|
26,616
|
Digər borc qiymətli kağızları
|
14
|
3,617
|
|
-
|
|
-
|
|
-
|
|
-
|
|
3,617
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Cəmi
|
|
34,054
|
|
173,813
|
|
-
|
|
13,445
|
|
505
|
|
221,817
|
|
Bankın siyasəti düzgün və ardıcıl risk reytinqini kredit portfelində saxlamaqdır. Bu bütün biznes və məhsullar üzrə müvafiq risklərin bir istiqamətdə idarə edilməsi və kreditə məruz qalmanın müqayisəsini tənzimləndirirs. Reytinq sistemi tərəfdaş riskinin ölçülməsi üçün əsas vəsaitləri təmin etmək məqsədilə emal edilmiş bazar məlumatları ilə birləşdirilmiş müxtəlif maliyyə təhlilləri ilə dəstəklənir. Bütün daxili risk reytinqləri müxtəlif kateqoriyalara uyğun ölçülür və Bankın reytinq siyasətinə uyğun yaradılır. Müvafiq risk reytinqləri daima qiymətləndirilir və yeniləndirilir.
Vaxtı keçmiş, lakin dəyərsizləşməmiş kreditlərin maliyyə aktivlərinin sinfinə görə köhnəlmə təhlili:
-
|
30 gündən az
|
|
31-60
gün
|
|
61-90
gün
|
|
90 gündən artıq
|
|
Cəmi
2011-ci il
|
Müştərilərə kreditlər:
|
|
|
|
|
|
|
|
|
|
Avtomobil kreditləri
|
115
|
|
970
|
|
605
|
|
3,194
|
|
4,884
|
Biznes kreditləri
|
465
|
|
23
|
|
154
|
|
1,888
|
|
2,530
|
İstehlakçı kreditləri
|
83
|
|
559
|
|
415
|
|
3,247
|
|
4,304
|
Mikro kreditlər
|
21
|
|
46
|
|
14
|
|
373
|
|
454
|
Kartlar
|
36
|
|
18
|
|
2
|
|
132
|
|
188
|
Cəmi
|
720
|
|
1,616
|
|
1,190
|
|
8,834
|
|
12,360
|
-
|
30 gündən az
|
|
31-60
gün
|
|
61-90
gün
|
|
90 gündən artıq
|
|
Cəmi
2010-cu il
|
Müştərilərə kreditlər:
|
|
|
|
|
|
|
|
|
|
Avtomobil kreditləri
|
163
|
|
753
|
|
451
|
|
2,588
|
|
3,955
|
Biznes kreditləri
|
966
|
|
730
|
|
143
|
|
3,303
|
|
5,142
|
İstehlakçı kreditləri
|
192
|
|
359
|
|
122
|
|
1,728
|
|
2,401
|
Mikro kreditlər
|
25
|
|
36
|
|
30
|
|
1,350
|
|
1,441
|
Kartlar
|
72
|
|
46
|
|
16
|
|
372
|
|
506
|
Cəmi
|
1,418
|
|
1,924
|
|
762
|
|
9,341
|
|
13,445
|
Şərtləri yenidən razılaşdırılmış maliyyə aktivlərinin sinfinə görə balans dəyəri
Aşağıdakı cədvəldə sinfinə görə razılaşdırılmış maliyyə aktivlərinin balans dəyəri göstərilmişdir:
-
|
2011-ci il
|
|
2010-cu il
|
Müştərilərə kreditlər:
|
|
|
|
Avtomobil kreditləri
|
-
|
|
146
|
Biznes kreditləri
|
-
|
|
-
|
İstehlakçı kreditləri
|
113
|
|
172
|
Mikro kreditlər
|
14
|
|
-
|
Kartlar
|
-
|
|
24
|
Cəmi
|
127
|
|
342
|
Dəyərisləşmənin qiymətləndirilməsi
Kreditin dəyərsizləşməsi üzeə qiymətləndirmələrdə əsas diqqətə layiq məsələlər müxtəlif vaxt həddlərində vaxtı keçmiş qalıq həcminin hərəkətini ölçən roll-rate modeli ilə təmin edilən məlumatlara əsaslanır. Bank iki sahədə dəyərsizləşmənin qiymətləndirilməsini idarə edir: fərdi qiymətləndirilmiş ehtiyatlar və birgə qiymətləndirilmiş ehtiyatlar.
Fərdi qiymətləndirilən ehtiyatlar
Bank fərdi əsasda hər fərdi əhəmiyyətli kredit üçün müvafiq ehtiyatları müəyyən edir. Ehtiyat məbləğinin müəyyən edilməsi zamanı nəzərə alınan maddələrə tərəfdaşın biznes planının dayanıqlılığı, onun maliyyə çətinliyi yaranan zaman fəaliyyətini yaxşılaşdırması bacarığı, proqnozlaşdırlan fakturalar, iflasa uğradığı halda gözlənilən dividend ödənii, digər maliyyə yardımının mövcudluğu, gerçəkləşə bilən girov dəyəri və gözlənilən pul vəsaiti hərəkətinin müddəti daxildir. Dəyərsizləşmə zərəri gözlənilməz halların daha ətraflı diqqət tələb etməsinə qədər hər hesabat tarixində qiymətləndirilir.
Birgə qiymətləndirilən ehtiyatlar
Ehtiyatlar fərdi əhəmiyyəti olmayan kreditlər üzrə zərər (kredit kartları, yaşayış girovu və təminatsız istehlakçı krediti daxil olmaqla) üzrə birgə, fərdi dəyərsizləşmə sübutunun olmadığı fərdi əhəmiyyətli kreditlər üzrə qiymətləndirilir. Ehtiyatlar hər portfelin ayrıca baxılması olmaqla hər hesabat tarixində qiymətləndirilir.
Birgə qiymətləndirmədə fərdi qiymətləndirmənin obyektiv sübutu olmadığı halda belə portfeldə mövcud olması ehtimal edilən dəyərsizləşmə nəzərə alınır. Dəyərsizləşmə zərəri roll-rate modeli qiymətləndirməsini nəzərə almaqla hesablanır. Sonra dəyərsizləşmə ehtiyatı Bankın ümumi siyasəti ilə uyğunluğun təmin edilməsi məqsədilə kredit rəhbərliyi tərəfindən baxılır.
Maliyyə zəmanətləri və akkreditivlər kreditlərə oxşar tərzdə qiymətləndirilir və ehtiyatı yaradılır.
Dostları ilə paylaş: |