Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

61
– Haqlısınız. Gözləmə vahiməsi panika pozuntusunun bir hissəsi-
dir. Özünüzə “düşünmə” dedikcə bir mənada siz onu özünüzə xatırla-
dırsınız və unutmursunuz. Belə adamlar əlacsızlıqdan çıxış yolu kimi 
bəzən Allaha ümid bağlayıb, ona dua edərlər.
Həkim nəfəsini dərib bir az gözlədikdən sonra: 
– Bu həftəki planımda psixoterapiyaya zəmin hazırlamaq üçün sizə 
özünüzü tanımaq və gücünüzü bilmək haqqında məlumat vermək də 
var. Diqqətinizi cəmləşdirməkdə çətinliyiniz yoxdursa o mövzuya 
keçə bilərik.
İkisi də “olar” mənasında başını yellədi. Vaxtdan mümkün olduğu 
qədər effektli istifadə etmək lazım idi. Ödənişlə bağlı çətinlikləri olur-
du, ancaq bunun əvəzində heç olmazsa bir nəticə olmalıydı.
 ***
– Barış bəy, panika tutması baş verəndə özünüzə inam hissiniz 
necə idi?
Barış bəy biraz fikirləşib daha dik oturmağa çalışaraq:
– Demək olar ki, yoxdu. O an sanki heç nə edə bilmir, əlimdən heç 
nə gəlmirmiş kimi bir hissin olduğunu xatırlayıram. Elə bil taqətim 
tükənib, sanki bir heçəm. Hisslərimi, fikirlərimi, bədənimi idarə edə 
bilmirdim. Sözün qısası, elə bil ki mən, mən deyildim.
Həkim gülümsəyərək:
– Çoz gözəl ifadə etdiniz, Barış bəy, –dedi. – Panika tutması ke-
çirən adamlardan soruşanda ki, o an özünüzə nə qədər inanırdınız, 
cavabları adətən belə olur: “demək olar ki, heç nə qədər”. Bunu başa 
düşmək elə də çətin deyil. Adi həyatda hamı hər hansı bir vəziyyətlə 
qarşılaşanda necə reaksiya verəcəyini bilir. Davranış adekvat olmayan-
da isə özünə olan inam hissi bundan elə də sarsılmaz. Digər tərəfdən 
bir adam mütəmadi olaraq başa düşmədiyi, izah edə bilmədiyi, səbəb-
siz yerə qəflətən bədənində və beynində müəyyən əlamətlər meydana 
gələndə, təbii ki, özünə inamı sarsılır. Həmin insanın inam hissi daim 
zərbə alır və zərər görür.
Panika tutmasının simptomları barədə ətraflı məlumatınızın olma-
sı və bunu başa düşməyiniz sayəsində siz daha az çətinlik çəkəcək və 
daha az sarsılacaqsınız. Sizin qorxunuzun əsasında bunların nə oldu-
PANİKA TUTMASI ALDADIR


PANİKA POZUNTUSU
62
ğunu bilməməyiniz durur. Onların sizə zərər verməyəcəyini, daimi bir 
nasazlığa səbəb olmayacağını bilməyiniz özünüzə inamı artıracaq və 
siz özünüzü daha güclü hiss edəcəksiniz.
Özünü etibar qazanmış kimi hiss etməyə aparan yol “özünü tanı-
maq və özünü bilməkdir”. Ümumiyyətlə insanlar yad adamlara elə də 
etibar etmirlər, dostlarına daha çox güvənirlər. Barış bəy, siz dediniz 
ki, həyat yoldaşınıza hamıdan çox güvənirsiniz. Bunun çox sadə iza-
hı var. Çünki siz neçə ildir yoldaşınızı tanıyırsınız və hər xasiyyətinə 
bələdsiniz. Eyni şeyi dostlarınız haqqında da deyə bilərik. Bir az əv-
vəl bəhs etdiyimiz aldatmadan xilas olma strategiyaları yaxşı nəticə 
vermirdi. Panika tutmalarıyla bağlı davranışlarda lazımi reaksiyaların 
verilməsində özünü bilmək və tanımaq vacibdir.
Həkim bu yerdə üzünü Barış bəyə tutub: 
– Bir fikirləşin, siz özünüzü nə qədər tanıyırsınız. Müxtəlif səbəb-
lərdən indiyə qədər nöqsanlı cəhətlərinizə bəlkə daha çox fikir ver-
misiniz. Bəlkə hər hansı davranışınıza görə özünüzü həddindən çox 
tənqid etdiyiniz məqamlar da olmuşdur. Əgər belədirsə, özünüzü 
həddindən artıq tənqid etməyiniz özünüzə olan inam hissini sarsıdır. 
Hər insan kimi sizin də bacardığınız və ya çətinlik çəkdiyiniz şeylər 
ola bilər. Vacib deyil ki, hər işiniz əla olsun, ancaq şübhəsiz ki sizin də 
uğurlarınız, bacardığınız şeylər vardır. 
İnqhama görə (2000) başlanğıcda bunları edə bilərsiniz: 
– Özünüzlə bağlı yaxşı şeylərin olduğunu qəbul edib təqdir etmək, 
– Etməyi xoşlamadığınız şeyləri dəyişdirməyə başlamaq, 
– Sizin də edə və dəyişdirə bilməyəcəyiniz şeylərin olduğunu qə-
bul etməyi öyrənmək. 
Bunları edə bilərsinizmi, Barış bəy? 
– Başlanğıcda çətin ola bilər, lakin çalışacağam ki, edim; məncə 
edə bilərəm, – dedi Barış bəy.
– Yaxşı, indi bu mövzuda nə edə bilərik, ona baxaq. Əvvəlcə işə 
“Heç bir bacarığım yoxdur” kimi ümumi mənfi fikri rədd etməkdən 
başlayın. Qabiliyyətlərinizin, görə bildiyiniz, bacardığnız işlərin bir si-
yahısını tutun. Digər siyahı da bacarmadığınız işlər barədə olsun. Hər 
iki siyahı mümkün olduğu qədər geniş olmalıdır. Siyahıdakı şeylər hə-


63
yatın hər sahəsiylə bağlı ola bilər: Evlə, işlə, dostlarınızla, qohumlarla, 
uşaqlarla, qocalarla, yad adamlarla, boş vaxtlarınızda etdiyiniz işlərlə 
və s. Birinci siyahı sizin güclü tərəflərinizi, ikinci siyahı zəif tərəfləri-
nizi ortaya qoyacaq. Hamısını eyni vaxtda görə biləcəksiniz. Bunlar 
vasitəsilə siz özünüzü tanıma mövzusunda ipucu əldə edəcəksiniz. 
İndi ikinci siyahıya baxaq. Fərz edək ki, siz siyahıda “Mən avtomo-
bil sürə bilmərəm” cümləsini yazmısınız. Bu cümlə daim sizin üçün 
bir reallıq ola bilər və özünüzü inkişaf etdirməyinizə mane olar. Bu 
cümləni dəyişdirib belə yaza bilərsiniz: “İndi avtomobil sürməyi ba-
carmıram, çünkü kursa getməmişəm və heç sürməmişəm. Əgər kursa 
getsəm, əvvəlcə mənə bir az çətin ola bilər, lakin səy göstərsəm bunu 
edə bilərəm”. Bu cümlə həqiqətə daha uyğundur. Sizə mane olmur, ək-
sinə potensialınızı inkişaf etdirmə imkanını verir. 
Eyni metodla ikinci siyahıdakı cümlələrə müsbət mənalar yüklə-
yin. Güclü tərəflərinizlə yanaşı, zəif tərəflərinizin olduğunu qəbul et-
məyi sınayın. Bunları bilmək və qəbul etmək özünüzü inkişaf etdirmə-
yiniz baxımından lazım olan ilk addımdır. Özünüzü tanıma məsələ-
sində əlaqələrin xüsusiyyətini bilmək də vacibdir. İnsanları “xoşunuza 
gələn və gəlməyən”, vəziyyətlərini və məkanlarını “bəyəndikləriniz 
və bəyənmədikləriniz” deyə kateqoriyalara ayırın. Bu xüsusiyyətlərə 
görə əlaqələriniz barədə bir qərara gəlin. 
Özünüzü daha yaxşı və daha çox tanıyaraq həyatınızı nizama sala 
bilərsiniz; beləliklə özünüzə inam hissi də artacaq. Xoşunuza gəl-
məyən, sevmədiyiniz bir adamla qarşılaşanda və ya belə bir mühitdə 
olduğunuzu hiss edəndə, öz-özünüzə “ondan xoşum gəlmir” və ya 
“xoşuma gəlməyən bir yerə getməkdənsə, bəyəndiyim bir yerə gedə-
cəyəm” deyə biləcəksiniz. Əgər bunu deyə bilsəniz, demək ki əslində 
ortada heç bir problem yoxdur.
Həkim uzun danışdığı üçün bir az fasilə verdi. Ola bilərdi ki, Ba-
rış bəylə Zeynəb xanım da yorulsunlar. Onların hər hansı bir reaksiya 
vermədiyini görüb: 
– Barış bəy, siz başqalarına “bəli” və ya “xeyr” demək məsələsində 
adətən necə davranırsınız? –deyə soruşdu. 
– Həkim, düzünü desəm, başqalarına “xeyr” demək mənim üçün 
PANİKA TUTMASI ALDADIR


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə