225
226
“Bu binanı çoxdan bəri “qraffiti evi”
adlandırırlar. Çoxları bu mənzərəni
ürəkdən alqışlayır, ancaq, əlbəttə, elə
adamlar da var ki, bunu qəbul etmir.
Bir neçə il ərzində qraffitilərə qarşı
tolerantlıq sıfır dərəcəsində qalırdı, bu
il isə gənclərlə xeyli iş apardıq, onlara
incəsənət dərsləri keçdik və bunun
nəticəsində ona nail olduq ki, artıq
Höteborqda ilk qanuni qraffiti divarı
vardır. Onu “əjdaha” adlandırırıq.
84-metrlik qanuni rəsm sahəsidir.
Həqiqətən, hamı bəyənib. Gündüz də,
gecə də burada rəsm çəkirlər. Görüntü
hər gün dəyişir. Adətən, daha yaxşı şəkil
divarda daha çox qalır.”
Mia Kristersdotter Norman
Qraffitilər bizim istəyimizdən asılı olmayaraq
peyda olur. Onlara təzyiq etməyin yolları bəlli
olsa da, qraffitiləri hamını qane edən müəyyən bir
məkana yönəltməklə problemin həll olunacağı hələ
sual altındadır. Bunun üçün hər iki tərəfin razılığı
olmalıdır, bu isə heç də hər zaman alınmır. Burada
isə alınıb.
105
qraffiti
“Röda Sten” müasir incəsənət mərkəzi, Höteborq
227
228
106
“Qraffiti bizim üçün problem idi.
Suvilahti qapalı ərazi idi, indi isə buralar
birdən-birə açıq olub. Şəkilləri binaların
divarlarında çəkirdilər. Biz isə dedik:
“Şəkil çəkmək üçün yer divarlar yox,
buradır.” Yaxşı da alındı. Həqiqətən,
təklifimiz hörmətlə qarşılandı.
Problem, əslində, qraffiti divarının orada
olub-olmamasında deyil, oranı kimin
təmizləməsindədir. Hər səhər mülki
xidmət nümayəndəsi boş boya qablarını
və zibili yığmaq üçün bura gəlir.
Təəccüblüdür. Zibil üçün konteyner
lap yaxındadır, ancaq hərdən 5 metrlik
məsafə də çox uzaq olurmuş.
Zibilləməyi xoşlayan insanlarla söhbət
aparmaq, həqiqətən, çətindir. Problem
varsa, onun haqqında danışmaq da
mümkün olmalıdır. Mağazada satıcı-
konsultant da bunun üçün qoyulub.”
Stuba Nikula
Helsinkidə çox az sayda olan qanuni
qraffiti divarlarından biri məhz bu
ərazidə yerləşir. Onun yaxınlığında boya
mağazası var, bura həm də qalereyadır.
Qraffiti icması qapalıdır, axı hər yana sprey
boyaları vuranlar (və ya rəssamlar) bu işi
gözəlləşdirmə hesab edir, ictimaiyyətin gözündə
isə bu vandalizmdir. Konstruktiv əlaqələr qurmaq
imkanı çox azdır. Xüsusi mağaza buna nail
olmağın yollarından biridir.
qraffiti icması ilə əlaqələr
“Suvilahti” Mədəniyyət Mərkəzi, Helsinki
229
230
“Müqavilələr hazırlanıb bələdiyyə
rəhbərliyinə imzalanma üçün təqdim
edildi, ancaq o sənədlər imzalanmadı
və bu ərazinin tarixi tamam başqa
istiqamətdə cərəyan etməyə başladı.
1993-cü ilin sentyabr ayı idi. Bir gün
saat 9 ilə 10 arasında bu evləri dağıtmaq
üçün gətirilən inşaat maşınlarının səsi
aləmi bürüdü. Sakinlər toplaşıb evləri
müdafiə etdilər.”
Yadranka Plut
O dəlik həm Metelkovanı tamam sökmək cəhdinin
xatirəsi, həm də buna qarşı çıxıb həmin cəhdi dəf
etməyə müvəffəq olmuş insanların abidəsi kimi
qalmışdır. Onlar üçün, bunun elə olduğu kimi
qalması vacibdir.
107
dəlik
“Metelkova”, Lyublyana
231
232
Mən göy üzünə baxmaq istəyirəmsə o, sadəcə, zərif,
yüngül bir qurğuya çevrilir.
Günəşdən və yaxud yağışdan daldalanmaq
istəyəndə isə mən onun üstündəki örtüyü irəli
çəkirəm.
108
perqola
Antik teatr səhnəsi, Barselona.
233
234
Antik teatrın həyəti gözəl, balaca bir dünyadır. Onu
turistlərin qaynaşdığı küçələrdən ayıran məsafə
cəmi bir neçə metr olsa da, bu məkan özünəməxsus
rahat ab-havaya malikdir.
109
həyət
Antik teatr səhnəsi, Barselona.
235
236
Daş, kərpic, dam örtüyü dəmiri, beton və asfaltın
boz rəngin bütün çalarlarını əks etdirən fonunda
terrasdakı bağçanın bitkiləri rəng spektrini
tamamlayır. Bütün müsafirlərin yazdan başlayaraq
payızın sonuna kimi əsas toplantı yeri buradır.
110
terras bağçası
“Kultuuritehas Polymer” Yaradıcılıq Mərkəzi, Tallinn
237
238
İlk baxışdan, onlar lazımsız görünür.
Təkrar nəzər saldıqda isə praktiki
məqsədlər üçün gərəksiz olan bu yerləri
tamam başqa məqsədlərə malik bir
məkan kimi görmək mümkündür:
burada sadəcə veyillənmək, siqaret
çəkmək, uzanıb yatmaq, yeri gələndə
bir səhnəcik qurmaq, kitab oxumaq,
seminar və ya şənlik keçirmək olar. Heç
kim bu yerlərə bir ad tapıb mərtəbənin
planına doğru-dürüst yaza bilmir, amma
nahar fasiləsində hamı elə bura doluşur.
Damda qurulmuş bu terrasın üç
tərəfdən binanın özü, dördüncü
tərəfdən isə qonşu binanın divarı ilə
əhatə olunması onu yay axşamları və
gecə həyatı üçün ideal yerə çevirir. Bu
proqramın açılışını girişdə qoyulmuş
külqabı edir.
Köhnə binalarda çox vaxt müəyyən mənada məntiqsiz
sayıla bilən gözdən uzaq yerlər olur: artırmalar, iki
gərəkli hissəni birləşdirən boş keçidlər və s.
111
potensiala malik terras
Menų spaustuvė Müasir İncəsənət Mərkəzi, Vilnüs
Dostları ilə paylaş: |