Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə18/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   14   15   16   17   18   19   20   21   ...   64
    Bu səhifədəki naviqasiya:
  • Bulqar

   
55  
 
A       a 
coğrafi obyektlər haqqında geniş biliklərə sahib olmuşdur. Ona görə 
də, “Xəmsə”də  yuxarıda qeyd olunan coğrafi adlar sadəcə sadalan-
mır, onların  aid  olduğu  coğrafi obyektlərin  (ölkə, şəhər, çay və s.) 
xüsusiyyətləri, xarakterik cəhətləri haqqında qısa, lakin çox dəyərli 
məlumatlara,  eyhamlara,  ştrixlərə  rast  gəlirik.  Bu  fikri  təsdiqləyən 
bir neçə faktı nəzərdən keçirək. 
Məlum  olduğu  kimi,  qədim  türk  tayfalarından  biri  bulqarlar-
dır. Onlar erkən orta  əsrlərdə Cənub-Şərqi Avropa çöllərində məs-
kunlaşmışdılar. Tarixçilərin fikrincə, bulqarlar bu ərazilərə IV əsrin 
axırlarında hun qoşunlarının tərkibində gəlmişlər (72, 349). Bulqar-
lar Volqa-Kama Bulqarıstanının yaranmasında mühüm rol oynamış 
və  burada  Bulqar  şəhərini  özlərinə  paytaxt  seçmişlər.  Bu  şəhər 
N.Gəncəvinin  dövründə  (XII  əsr)  tərəqqi  etmiş,  XIII  əsrin  ikinci 
yarısında Qızıl Ordanın sənətkarlıq və ticarət mərkəzinə çevrilmişdi 
(73). Hazırda həmin şəhərin xarabalıqları Tatarıstanın Bolqar kəndi 
yaxınlığında yerləşir. 
Bu  qədim  türk  şəhəri  haqqında  geniş  biliyə  sahib  olmuş 
N.Gəncəvi  “İsgəndərnamə”də  onun  yaranması  tarixi  və  mənşəyi 
haqqında qısa, lakin çox dəyərli məlumat verir: 
 
Dünyanı gəzərkən döndü hər yana
Elədi çox böyük şəhərlər bina. 
Hinddən başlayaraq Yunana qədər – 
Hər yerdə tikdirdi böyük şəhərlər. 
Səmərqənd şəhrinə o verdi zivər, 
Cəndi də tikdirmiş böyük İsgəndər. 
Həri də yadigar qalmışdı ondan, 
Varmıdır belə bir məmləkət quran
Dərbəndi deyirlər İsgəndər qurdu, 
Əqliylə o şəhrə böyük səd qurdu. 
Bulqar şəhrini o etdi bərqərar, 
O şəhrin adıdır əslində Bün – qar (37, 56). 
 
Göründüyü kimi, dahi mütəfəkkir-şair cəmi bir neçə misrada 
beş qədim şəhərin  (Səmərqənd; Cənd; Həri; Dərbənd; Bulqar) sa-


   
56  
 
A       a 
lınması tarixi haqqında dəyərli məlumat vermişdir. Ikicə misrada isə 
Bulqar  şəhərinin  həm  salınması  tarixi  (yəni  İsgəndər  tərəfindən  ti-
kilməsi), həm də bu sözün ilkin forması – Bün – qar haqqında yeni 
fikir söyləmişdir. Belə ki, rəvayətə görə İsgəndər “zülmətə gedəndə 
əsbab - əsləhəsini və qoşununu bir mağarada qoyub getmiş, sonra o 
mağaranın yerində bir şəhər tikdirmiş, adını Büni – qar qoymuş və 
bu  ad  tədricən  Bulqar  şəklinə  düşmüşdür.  Buni  –  qar  –  mağaranın 
dibi deməkdir” (37, 626). 
Yuxarıda  qeyd  olunan  fikrimizə  arqument  ola  biləcək  başqa 
bir misala diqqət yetirək. İranın məşhur və qədim əyalətlərindən biri 
olan  Gilanın  bir  çox  coğrafi  xüsusiyyətləri  (relyefi,  iqlimi,  bitki 
örtüyü və s.) haqqında çoxları geniş məlumata malikdir. Lakin Gila-
nın  orta  əsrlərdə  öz  atları  ilə  məşhur  olması  faktını  çoxları  bilmir. 
Dahi şair “İsgəndərnamə”də Gilan atının ən yaxşı atlardan olduğuna 
eyham vuraraq yazır: 
 
Keçərsə körpüdən bu gilan atım, 
İnanma Gilana bir də qayıdım (37, 35). 
 
“İsgəndərnamə”  poemasına  “İzahlar”  yazmış  görkəmli  alim 
Ə.Cəfər  bu  beytin  mənasını  belə  şərh  edir:  “O  zaman  yaxşılığı  ilə 
məşhur  olan  Gilan  atı  nəzərdə  tutulur.  Yəni,  ömrümün  Gilan  atı 
həyat  körpüsündən  keçəndən  sonra  bir  də  dünyaya  qayıtmayaca-
ğam, əbədiyyətə qarışmış olacağam” (yenə orada, səh.622). 
Coğrafiya dərslərində N.Gəncəvi irsindən yararlanmağın vasi-
tə və yollarından biri də təbiəti mühafizə məsələlərinin öyrədilməsi 
prosesində dahi şairin zamanı səkkiz-doqquz əsr qabaqlayan müva-
fiq fikir və ideyalarından istifadə etməkdir. “Xəmsə”nin bu baxım-
dan tədqiqi və  təhlili  göstərmişdir ki,  dahi  şair təbii gözəllikləri və 
təbii  sərvətləri  qorumağın  zəruriliyinə  xüsusi  diqqət  yetirmiş,  de-
mək  olar  ki,  bütün  poemalarında  bu  məsələ  ilə  bağlı  çox  dəyərli 
fikirlər  söyləmişdir.  Hikmət  dolu  həmin  fikirlər  bu  günədək  öz 
dəyərini  və aktuallığını  qoruyub saxlamışdır. Ona görə də müəllim 
coğrafiya dərslərində müvafiq mövzuların  izahı  zamanı dahi  şairin 


   
57  
 
A       a 
həmin  fikirlərinə  istinad  etməklə  həm  ekoloji  biliklərin  dərindən 
mənimsənilməsi,  həm  təbiətə  qayğılı  münasibətin  formalaşdırılma-
sı, həm də N.Gəncəvi sənətinə və şəxsiyyətinə məhəbbət hisslərinin 
inkişaf etdirilməsinə psixoloji-pedaqoji zəmin yarada bilər. Fikrimi-
zi əsaslandırmaq üçün bir neçə nümunəni nəzərdən keçirək. 
“Atmosfer”  mövzusunun  tədrisi  zamanı  havanın  çirklənməsi 
problemindən  bəhs  edərkən  müəllim  dahi  şairin  aşağıdakı  misrala-
rına müraciət edir: 
 
Əgər sağlam olsa hava bu zaman 
Dəydiyi şeylərə yetirməz ziyan. 
Yox, əgər havada olarsa zəhər, 
Dəydiyi hər şeyi yəqin məhv edər (37, 490). 
 
Misaldan aydın  göründüyü kimi, şair hələ XII  əsrdə havanın 
çirklənməsinin acı nəticələri barədə insanları xəbərdar etmişdir. Şair 
bütün  poemalarında  canlıların  (bitki  və  heyvanların)  məhv  edil-
məsinə qarşı etiraz səsini ucaldır, “həyəcan təbili” çalır. Məsələn: 
 
Bar verən belə bir ağacı gerçək, 
Rəvamı baltanın ağzına vermək (4, 227). 
 
Humanist şair canlıları məhv edən insanları “vəhşi”, “yırtıcı” 
adlandırır, onların əməllərinə qarşı öz etiraz səsini ucaldır: 
 
Hər maral ovçunun zülmündən qaçar, 
Yırtıcı vəhşidir hələ insanlar. 
Çöldə şux bir ceyran düşməyir ələ
Insandan sığınır dağa, köhülə (37, 159). 
 
Belə misralardan dərsdə ekoloji tərbiyənin vasitəsi kimi, həm 
də Azərbaycanda ekoloji  mühitin inkişaf tarixini öyrənmək məqsə-
dilə  istifadə  edilə  bilər.  Məlumdur  ki,  Azərbaycanın  çöllərində 
(Kür-Araz  ovalığında)  qədim  zamanlarda  (Heradotun,  Strabonun 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə