Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə2/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   2   3   4   5   6   7   8   9   ...   64

   
5  
 
A       a 
yaradıcılığı  səkkiz  əsrdən  artıqdır  ki,  xalqımızın  mənəviyyatının 
ayrılmaz  hissəsinə  çevrilmişdir...  Nizami  Gəncəvi  ümumbəşəri 
mahiyyət  daşıyan,  ecazkar  poetik  qüvvəyə  malik  yaradıcılığı  ilə 
Şərq  bədii  təfəkkürünü  elmi-fəlsəfi  fikirlərlə  zənginləşdirmiş  və 
şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin 
məşhur  “Xəmsə”si  insanlığın  mənəvi  sərvətlər  axtarışının  zirvəsin-
də dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer 
tutur.  Qüdrətli  söz  ustasının  bəşəriyyətin  bədii  fikir  salnaməsində 
yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi 
- əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir” (3). 
Bəs  qüdrətli  tərbiyə  vasitəsi  olan  Nizami  poeziyasından  orta 
və  ali  məktəblərimizdə  necə  istifadə  olunur?  Aparılan  müşahidə, 
müsahibə və anket sorğuları göstərir ki, dahi Nizaminin poeziyasın-
dan pedaqoji prosesdə tərbiyə vasitəsi kimi istifadə işi tələb olunan 
səviyyədə  deyil.  Bu  iş  ali  məktəblərdə  xüsusilə  çox  zəif  aparılır. 
Orta məktəblərdə isə bəzi qabaqcıl müəllimlərin iş təcrübəsi istisna 
olmaqla,  bu  iş  sistemsiz  və  qeyri-ardıcıl  xarakter  daşıyır.  Belə 
vəziyyətin  birinci  səbəbi  müəllimlərin  elmi-metodik  hazırlığının 
aşağı səviyyədə olmasıdırsa, ikinci səbəbi də bu sahədə elmi-peda-
qoji və metodiki ədəbiyyatın kifayət qədər olmamasıdır. Oxuculara 
təqdim  olunan  bu  dərs  vəsaiti  məhz  bu  boşluğu  az  da  olsa  doldur-
maq məqsədi daşıyır. 
Görkəmli  nizamişünas  alim  Abbasəli  Sarovlunun  çox  haqlı 
olaraq qeyd etdiyi kimi, “dahilər dahisi və ensiklopedik zəka sahibi 
Nizami Gəncəvinin misilsiz sənət  örnəyi  olan “Xəmsə”si  sirləri ta-
mam açılmamış bir planeti xatırladır. Bu planetin kəşfi bütün yüzil-
likləri  və  nəsilləri  məşğul  edəcəkdir”.(78,  28)  “Nizami  planeti”nin 
sirlərini  kəşf  edəcək  gənc  tədqiqatçıları  hələ  orta  məktəb  illərində 
yetişdirmək müəllimlərimizin mənəvi borcuna çevrilməlidir. 
 
 
 
 
 


   
6  
 
A       a 
 
I. ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ  
NİZAMİ GƏNCƏVİ İRSİNDƏN  İSTİFADƏ  
İŞİNİN SİSTEMİ 
 
 
1.1. Humanitar fənlərin tədrisi prosesində  
       Nizami irsindən istifadə 
 
Dahi  Nizamini  balalarımıza  sevdirmək  üçün  onu  sevə  -  sevə 
öyrənmək  və  öyrətmək  lazımdır.  Bu  işə,  əlbəttə  ki,  məktəbəqədər 
tərbiyə  müəssisələrindən  başlamaq  vacibdir.  Uşaqlarımız  ictimai 
tərbiyə ocağına qədəm basdığı ilk gündən Azərbaycan mədəniyyəti-
nin  ən parlaq ulduzlarından biri  olan Nizami Gəncəvi  haqqında ilk 
məlumat almalıdırlar. Bunun üçün hər bir uşaq bağçasının foyesin-
də dahi şairin portreti və onun əsərlərinin süjetləri əsasında çəkilmiş 
şəkillərdən  ibarət  xüsusi  guşə  olmalıdır.  Tərbiyəçilər  həmin  guşə 
qarşısında  uşaqlarla  müvafiq  söhbət  aparmalı,  onların  dahi  şairin 
şəklini tanımasına nail olmalıdırlar. 
Uşaq  bağçasının  böyük  qruplarında  Nizamiyə  həsr  olunan 
şeirlərin, eləcə də, “Sirlər xəzinəsi” poemasındakı hekayələr əsasın-
da  uşaqlar  üçün  hazırlanmış  bədii  parçaların  öyrədilməsi  mümkün 
və əhəmiyyətlidir. 
İbtidai siniflərdə uşaqların N.Gəncəvi və onun yaradıcılığı ilə 
tanışlıq dairəsi xeyli genişləndirilir. Burada “Oxu” dərslərində dahi 
şairin  poeziyasından  sadə  nümunələrin  öyrədilməsi  üçün  imkanlar 
mövcuddur.  Sinif  müəllimi  bu  imkanları  əvvəlcədən  müəyyənləş-
dirməli,  şagirdlərin  yaş  səviyyəsinə  uyğun  şeir  parçalarını  seçməli, 
həmin nümunələrlə bağlı tərbiyəvi söhbəti planlaşdırmalıdır. 
İbtidai siniflərdə N.Gəncəvi irsinə maraq oyatmağın yolların-
dan biri ayrı-ayrı oxu materiallarının məzmununa uyğun olaraq dahi 
şairin  hikmətli  sözlərini  misal  çəkməkdir.  Məsələn,  yaxşılığa  həsr 
olunmuş  oxu  materialının  təhlili  zamanı  müəllim  məzmunu  dahi 
şairin bu sözləri ilə qüvvətləndirir və mətnin təsir gücünü artırır: 


   
7  
 
A       a 
 
Quyuya salsan da yaxşılığı, bil, 
Yenə qayıdacaq, o itən deyil. (4, 216) 
 
Belə  hikmətli  sözlərdən  düzlük  və  doğruçuluq,  sadəlik  və 
təvazökarlıq, xeyirxahlıq, dostluq və yoldaşlıq, birlik, əməksevərlik, 
çalışqanlıq və s. əxlaqi keyfiyyətlərlə bağlı oxu materiallarının öyrə-
dilməsi  zamanı  istifadə  etmək  olar  və  zəruridir.  Belə  hikmətli  söz-
ləri  bu  sətirlərin  müəllifinin  “Nizami  Gəncəvinin  pedaqoji  görüş-
ləri”  monoqrafiyasından  istənilən  qədər  seçmək  olar.  (Bax:4,  səh. 
205 – 240) 
Məktəbəqədər  yaşlı  uşaqlar  və  ibtidai  sinif  şagirdlərinə 
N.Gəncəvini  sevdirməyin  vasitələrindən  biri  dahi  şairin  əsərlərinin 
motivləri əsasında çəkilmiş cizgi filmləri və kukla teatrının tamaşa-
larıdır. İKT-nin artıq ucqar kənd məktəblərinə  yol açdığı indiki za-
manda bu vasitədən həm dərs prosesində (N.Gəncəvi ilə bağlı möv-
zuların  öyrədilməsi  zamanı;  yaxud  müxtəlif  əxlaqi-tərbiyəvi  məz-
munlu  oxu  materiallarının  təhlili  gedişində),  həm  də  dərsdənkənar 
vaxtlarda  istifadə  oluna  bilər.  Məsələn,  bu  baxımdan  1980-ci  ildə 
C.Cabbarlı adına “Azərbaycanfilm” studiyasında çəkilmiş “Xeyir və 
Şər” cizgi filminin tərbiyəvi əhəmiyyəti çox böyükdür. Həmin film 
internetdə yerləşdirildiyi üçün hər bir müəllim ondan istədiyi zaman 
və istədiyi müddətdə istifadə edə bilər. Filmin dili uşaqlar üçün çox 
sadə və rəvandır. (bax: 5) 
Belə  cizgi  filmlərinin  nümayişindən sonra məzmundakı  əxla-
qi-tərbiyəvi  cəhətləri təhlil  etmək,  əsərin müəllifi  (N.Gəncəvi)  haq-
qında yığcam məlumat vermək vacibdir. 
“Xeyir və Şər” 2011-ci ildə dahi şairin 870 illik yubileyi mü-
nasibətilə  Abdulla  Şaiq  adına  Azərbaycan  Dövlət  Kukla  Teatrında 
tamaşaya qoyulmuşdur.  Əməkdar incəsənət xadimi Rəhman Əliza-
dənin quruluşçu rejissorluğu ilə səhnələşdirilən bu tamaşa çox uğur-
lu alınmış və balaca tamaşaçıların marağına səbəb olmuşdur. Qeyd 
edək  ki,  bu  tamaşanın  videoçəkilişi  də  internetdə  yerləşdirilmişdir. 
(bax:6) 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə