14
A a
mümkün deyildir. Nizami onun tamamilə əksidir. O, öz zamanının
bazası üzərində durmuşdur. Lakin üzü irəliyə çevrilmişdir. O həmişə
gələcəyə baxır və bir neçə əsr irəlini görürdü... Sözün tam mənasında
o dahi insan, humanist və xalq şairi idi" ( 39, 270).
"XII əsr lirik poeziya əsridir. Nizami, Xaqani və öz mədhiy-
yələri ilə məşhur olan Ənvəri bu əsrin ən görkəmli nümayəndələ-
ridir" ( 40). bu sözləri görkəmli fransız alimi Barbye de Meynar
yazmışdır. Ümumiyyətlə, Fransanın bir çox görkəmli şərqşünas
alimləri hələ XVII əsrdən başlayaraq, dahi Nizaminin həyat və yara-
dıcılığını tədqiq edərək onun şəxsiyyətini çox yüksək qiymətləndir-
mişlər. Məsələn, hələ XVII əsrdə görkəmli fransız alimi Bartelemi
D'Erblo dahi şairin nəinki Şərq ədəbiyyatına, eyni zamanda Avropa
ədəbiyyatına böyük təsirindən bəhs edərək yazmışdır: Öz əksini
bizim əsərlərdə tapan ( yəni fransız ədəbiyyatında – B.A.) bir neçə
macəra Nizaminin “Yeddi gözəl”, “Xosrov və Şirin” əsərlərindən
götürülmüşdür ( Yenə orada).
Görkəmli fransız alimi Marsel Eqretu “Sovet Şərqi” əsərində
N.Gəncəvi haqqında yazır: "... şair Azərbaycan türkü idi və öz
əsərlərində özünü ölkəsinin tarixçisi, xalqının hiss və həyəcanının
tərənnümçüsü kimi göstərir" (Yenə orada). Görkəmli fransız şairi
Lui Araqon da dahi Nizaminin sənəti və şəxsiyyəti haqqında çox
yüksək fikir söyləmişdir: "Nizami Gəncəvi nəinki Azərbaycan, eyni
zamanda İran da daxil olmaqla bütün qonşu xalqların şairlərinin
müəllimi olmuş, onun beş böyük poeması – "Xəmsə"si latın və
yunan şairlərinə nisbətən daha çox tədqiq edilmişdir" (Yenə orada).
Fransız şərqşünası H.Bamate 1958-ci ildə Paris şəhərində
fransız dilində çap etdirdiyi "İslam dünyası" adlı kitabında N.Gən-
cəvi haqqında yazır: "Şair öz dövründə böyük hörmət sahibi, səmi-
mi, ehtiramlı, mömin, heç bir səhvi olmayan bir insan olmuşdur"
(44).
Məşhur alman şairi İ.V.Höte N.Gəncəvinin yaradıcılığına çox
yüksək qiymət verərək yazmışdır: "Yüksək şair dühasına malik olan
nəcib ruhlu Nizami əsərlərində zərif eşq, dərin məhəbbət əlaqə-
lərindən, sevgililərdən bəhs edir. Poemaları heyrətamiz dərəcədə
15
A a
gözəl, müxtəlif və rəngarəngdir. Nizaminin əxlaqi məsələlərə həsr
edilmiş əsərlərində belə bədii səmimilik vardır" (39, 268).
Dahi şairin şəxsiyyəti və sənəti Şərq alimləri və mütəfəkkir-
ləri tərəfindən daha yüksək qiymətləndirilmişdir. Məsələn, Dövlət
Şah Səmərqəndi yazır: "Nizaminin bilik və kamalda böyüklüyü o
dərəcədədir ki, yazmaqdan qələm və söyləməkdən dil acizdir".
(Yenə orada). Abbasqulu Ağa Bakıxanov – Qüdsi dahi şairi misli-
bərabəri olmayan bir şəxsiyyət kimi dəyərləndirmişdir: "Həkimi-
mənəvi Şeyx Nizami Gəncəvinin böyüklüyü və fəzilətlərini söylə-
məkdən dil acizdir. Zərifliyi, söz və söhbətilə məclis bəzəməkdə,
ümumun rəyincə, onun misli olmamalıdır" (Yenə orada, səh. 269).
Şərqin təkcə görkəmli alimləri deyil, eyni zamanda N.Gəncə-
vini özlərinin müəllimi hesab edən məşhur şairlərinin əksəriyyəti
onu əvəzsiz poeziya korifeyi saymış və ona olduqca yüksək qiymət
vermişlər. Məsələn, böyük hind şairi, alim və musiqiçisi Əmir
Xosrov Dəhləvi N.Gəncəviyə çox yüksək qiymət verərək onu özünə
"ustad", "müəllim" saymış, "Xəmsə"yə nəzirə yazmışdır. O,
Nizamini həm dahi şair, həm də böyük alim adlandırmışdır.
Söz xəzinəsinə, mülkünə hakim,
Gəncə hünərvəri, o böyük alim.
Qızıl rəngli meyi əlinə aldı,
O içdi safını, xılt bizə qaldı ( 30, 268).
Şərqin böyük mütəfəkkir-şairi Əbdürrəhman Cami N.Gəncə-
vinin "Xəmsə"sini yüz xəzinədən daha dəyərli hesab etmişdir :
Çox zamanlar təlim quşu söz bağında qanad açdı,
Qafiyəli nəğmələrin yeddi evə inci saçdı.
"Yeddi gözəl" əsəritək o gəncəli xəznədarın
Yüz xəzinə qiyməti var şeirindəki mənaların (Yenə orada).
16
A a
Böyük özbək mütəfəkkiri və şairi Əlişir Nəvai N.Gəncəvinin
poeziyasını sonsuz xəzinəyə bənzədərək yazır:
O Gəncə torpağında yatan müqəddəs insan,
Şeir xəzinələri yaratdı kəlamından.
Qiymətli incilərlə bəzədi bu aləmi,
Yoxdur o incilərin sayı ulduzlar kimi...
Nizami, bu dünyada kimi tay tutsan sənə,
Şeirinin qüdrətinə bərabər olmaz yenə (yenə orada).
Azərbaycanın böyük şairlərinin demək olar ki, hamısı N.Gən-
cəvinin poeziyasından bu və ya digər dərəcədə təsirlənmiş və bəh-
rələnmiş, ona çoxsaylı əsərlər həsr etmişlər. Məsələn, xalq şairi
Səməd Vurğun dahi şairə həsr etdiyi şeirində yazır :
Yoğruldu bütün varlığın ümidlə, hünərdən,
Şimşək kimi keçdikcə qaranlıq gecələrdən.
Hər kəlməni, hər şeirini bir top kimi atdın,
Sevda yuxusundan bizi vaxtında oyatdın.
Sənsən əbədiyyət dediyim sevgili dildar,
Daşlarda, çiçəklərdə, ürəklərdə adın var.
Aydanmı, günəşdənmi yarandın, de, nədən sən?
Xalqın gözü də, qəlbi də, vicdanı da sənsən (39, 270).
Çağdaş Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələ-
rindən biri olan xalq şairi Məmməd Araz N.Gəncəviyə həsr etdiyi
şeirdə onu böyük mütəfəkkir şair kimi dəyərləndirir:
Bu torpaq üstündə qalxan Nizami,
Bəşərin ən uca fikir dağıdır.
Yuxarıda qeyd olunan nümunələrin sayını istənilən qədər ar-
tırmaq olar. Lakin başlıcası sayda deyil, bu nümunələrdən yerli-ye-
rində istifadə etmək, beləliklə, onların təhlilinə şagirdləri geniş cəlb
Dostları ilə paylaş: |