21
A a
malıdır. Qeyd olunan misalların sayını istənilən qədər artırmaq
mümkündür. Lakin ədəbiyyatşünaslıq terminlərinin şərhi zamanı
müəllim nəzərə almalıdır ki, burada Nizami irsinə müraciət dərsin
başlıca məqsədi yox, ona nail olmağın vasitələrindən biridir. Ona
görə də Nizami irsindən elə nümunələri seçmək lazımdır ki, həm
ədəbiyyat nəzəriyyəsinə aid biliklərin dərindən mənimsənilməsinə
zəmin yaratsın, həm də dahi şairin şəxsiyyətinə və sənətinə hörmət
və ehtiram hissini inkişaf etdirsin. Məsələn, poema janrı və onun
yaranması tarixindən bəhs edərkən müəllim dahi şairin “Xəmsə”si
üzərində xüsusi dayanmalı, bura daxil olan poemaların xüsusiyyət-
ləri və məziyyətləri haqqında qısa məlumat verməli, həmin əsərlərin
təkcə Azərbaycanda deyil, Şərqin bir çox ölkələrində poema janrı-
nın inkişafına güclü təsirini qeyd etməlidir.
Ədəbiyyat dərslərində dahi şairi şagirdlərə sevdirməyin, həyat
və yaradıcılığı haqqındakı bilikləri genişləndirməyin yollarından
biri də Azərbaycanın digər görkəmli şair və yazıçılarının yaradıcılı-
ğı ilə bağlı mövzuları tədris edərkən onların N.Gəncəvi haqqındakı
əsərlərinə xüsusi diqqət yetirmək, həmin əsərlərdəki Nizami obrazı-
nın təhlilini təşkil etməkdir. Bu baxımdan M.S.Ordubadinin “Qılınc
və qələm”, Nəriman Həsənzadənin “Atabəylər”, həmçinin dahi
Nizamini “bədii sözün tanrısı”
(53) adlandıran X.R.Ulutürkün, mü-
təfəkkir şairi “bəşərin ən uca fikir dağı” hesab edən M. Arazın mü-
vafiq şeirlərini xüsusi qeyd etmək olar. Məsələn, X.R.Ulutürk dahi
şairi cəmi dörd misradan ibarət “Nizami” adlı şeirində olduqca
yüksək qiymətləndirmişdir:
Ucalmış
günəşə tunc abidəsi
Bəlkə yüz bağçada, bəlkə yüz bağda.
Məndən səkkiz əsr arxadadırmı,
Yoxsa səkkiz əsr
məndən qabaqda (46, 418).
Burada N.Gəncəvinin əbədiyaşar olduğunu məntiqi sual for-
masında diqqətə çatdıran X.R.Ulutürkün həmin sualına şagirdlərdən
cavab tələb etmək və həmin cavabları əsaslandırmağı şagirdlərin
özlərinə tapşırmaq daha səmərəli nəticə verə bilər.
22
A a
Ədəbiyyat fənnindən sonra orta məktəbdə N.Gəncəvi irsinin
öyrədilməsi və onun gənc nəslə sevdirilməsi baxımından geniş im-
kanlara malik olan ikinci fənn Azərbaycan tarixidir. Azərbaycan ta-
rixinin tədrisi prosesində N.Gəncəvi irsinin öyrədilməsi baxımından
aşağıdakı imkanlar mövcuddur :
1)
Dahi şairin yaşadığı dövrün, ictimai-mədəni mühitin səciy-
yələndirilməsi;
2)
XII-XIII əsrlərdə Azərbaycanda mədəniyyətin inkişafı mə-
sələlərinin öyrədilməsi zamanı N.Gəncəvinin Şərqdə intibah döv-
rünün ən parlaq siması
kimi təqdim edilməsi;
3)
N.Gəncəvi haqqında görkəmli tarixi şəxsiyyətlərin fikir və
kəlamlarından, dövlət sənədlərindən və rəsmi məlumatlardan is-
tifadə;
4)
“Xəmsə”də təsvir olunan tarixi hadisələrin və tarixi şəxsiy-
yətlər haqqında bədii materialların real tarixi faktlarla müqayisəli
şəkildə öyrədilməsi və s.
Qeyd olunan imkanlardan bəzilərini nəzərdən keçirək. Dahi
N.Gəncəvinin yaşadığı XII əsrdə ictimai-mədəni mühiti səciyyələn-
dirərkən tarix müəllimi həmin dövrdə, Azərbaycanda, o cümlədən
şairin vətəni Gəncədə hakim olan türklük ruhuna xüsusi diqqət
yetirməlidir. Bu məqsədlə gənc alim X.İsgəndərovanın “Nizami və
türklük” monoqrafiyasından
(35) yararlanmaq və şagirdləri həmin
elmi əsəri öyrənməyə cəlb etmək məqsədəuyğun və faydalıdır.
Müəllimlərə kömək mqəsədilə həmin monoqrafiyadan haqqında
danışdığımız məsələ ilə
(Nizaminin yaşadığı dövrün ictimai –
mədəni mühitində türklük ruhunun hakim olması) bağlı əsas mə-
qamları burada çatdırmağı məqsədəuyğun hesab edirik.
Azərbaycan tarixində XI əsrdə oğuz tayfalarının gəlişi və et-
nik kompleksdə aparıcı rol oynaması yeni etnosun formalaşması
üçün yüksək bir mərhələ oldu. Əslində bu, patriantlıq deyil, repatri-
antlıq sayılmalıdır. Çünki türklər başqa etnosun vətəninə deyil, öz
vətənlərinə dönmüşdülər. XI əsrin ikinci əsrin yarısında islamı
qəbul etdikdən sonra Qərbə doğru hərəkətini uğurla davam etdirən
Səlcuq türkləri Toğrul bəyin başçılığı altında Azərbaycan torpaqla-