213
birinci yarısından etibarən ermənilərin
başqa regionlardan
kütləvi şəkildə Dağlıq Qarabağa köçürülməsi başlanmışdır.
Sovet İttifaqı dağılarkən azərbaycanlılar etnik təmizləməyə,
deportasiyaya və kütləvi qətllərə məruz qalmışlar. Həmçinin
Dağlıq Qarabağın ətrafındakı 7 rayonda yaşayan yüz min-
lərlə Azərbaycan vətəndaşları kimi, Dağlıq Qarabağın
azərbaycanlı əhalisi də oradan qovulmuşdur. Bu gün həmin
ərazilərdə şəhərlər və kəndlər viran edilmiş, milli sərvətlə-
rimiz, muzeylərdə saxlanылan əşyalar talan olunmuş, qəbiris-
tanlıqlar
təhqir edilmiş, məscidlər dağıdılmışdır. Bu haq-
sızlıq artıq onilliklərdir ki, davam edir.
Beynəlxalq təşkilatlar bu məsələ barədə öz mövqelərini
bildirmişlər. BMT-nin Təhlükəsizlik Şurası bu barədə 4 qət-
namə qəbul etmişdir. BMT-nin Baş Məclisi, İslam Kon-
fransı Təşkilatı, Avropa parlamenti, Avropa Şurası müvafiq
sənədlər qəbul etmişlər. Lakin təəssüf ki,
bunun nəticəsində
münaqişənin tənzimlənməsi reallığa çevrilməmişdir. Biz ümid
edirik ki, beynəlxalq birlik, ilk növbədə nizamlama prosesi
ilə bilavasitə məşğul olan ölkələr münaqişənin tezliklə tən-
zimlənməsi üçün maksimum səy göstərəcək, bu məsələdə
beynəlxalq hüququn prinsiplərindən çıxış edəcəklər. Əmi-
nəm ki, bu, regionun bütün ölkələrinin maraqlarına uy-
ğundur. Azərbaycan isə öz tərəfindən bu
vəziyyətlə heç vaxt
barışmayacaqdır. Xalqımız bununla heç vaxt barışmaya-
caqdır. Hətta valideynləri Dağlıq Qarabağdan və onun ət-
rafındakı ərazilərdən qovulmuş, özləri Bakıda və Azərbay-
canın digər şəhərlərində doğulmuş uşaqlar da həmin torpaq-
larda heç vaxt olmasalar da, bir arzu ilə – əzəli Vətənə qayıt-
maq arzusu ilə yaşayırlar. Mən əminəm ki, o gün gələcəkdir.
Şübhə etmirəm ki,
Azərbaycan ərazi bütövlüyünü, ədaləti
bərpa edəcək, bütün vətəndaşlarımız tarixi yaşayış yerlərinə
qayıdacaqlar. Bu mənada bizi düzgün başa düşdüyünüzə və
dəstəklədiyinizə, ən başlıcası isə, beynəlxalq hüququn norma
və prinsiplərinə əsaslanan prinsipial mövqeyinizə görə Sizə
bir daha təşəkkür etmək istəyirəm.
214
Sonra prezident İlham Əliyev Azərbaycan ilə Özbəkistan
arasında nəqliyyat sahəsində əməkdaşlığa toxunду.
Fikrimcə, biz dəmiryol əlaqəsinin yaradılması barədə
daha fəal məsləhətləşmələr apaраcağıq. Bildiyiniz kimi, biz
bu istiqamətdə iş aparırıq və Bakı–Tbilisi–Qars dəmir yolu
2 ildən sonra işə düşməlidir. Bunun nəticəsində malgöndə-
rənlər üçün təhlükəsiz, iqtisadi cəhətdən
səmərəli və cəlbedici
olan, qitələri birləşdirəcək tamamilə yeni arteriya açılır. Bu,
dostluq, əməkdaşlıq və qarşılıqlı səmərəyə xidmət edən
dəmir yolu olacaqdır. Biz ölkələrimiz arasında Sizin dediyi-
niz ənənəvi humanitar əməkdaşlığı çox yüksək qiymətlən-
diririk. Bu tamamilə təbiidir, çünki xalqlarımız – qardaş
xalqlardır, yaxın xalqlardır. Biz özbək ədəbiyyatını, musi-
qisini, mədəniyyətini çox sevirik. Yəni, bunlar sizя olduğu
kimi, bizя də əziz və doğmadır. Bu gün ölkələrimizin pay-
taxtlarında xalqlarımızın görkəmli
nümayəndələrinə abidələr
ucaldılması bizim münasibətlərin göstəricisidir, bir-birimizə
bəslədiyimiz hisslərin nümayişidir.