203
ÖZBƏKİSTAN PREZİDENTİNİN
İQAMƏTGAHINDA RƏSMİ QARŞILANMA
MƏRASİMİ
Daşkənd
27 sentyabr 2010-cu il
Sentyabrın 27-də Özbəkistan Respublikası Preziden-
tinin iqamətgahında Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
İqamətgahın qarşısında dövlətimizin başçısının şərəfinə
Fəxri qarovul dəstəsi düzülmüşdü.
Özbəkistan prezidenti İslam Kərimov Azərbaycan prezi-
denti İlham Əliyevi qarşıladı.
Azərbaycan və Özbəkistan respublikaларынын dövlət himn-
ləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə ra-
port verdi.
Prezidentlər hərbi marşın sədaları altında Fəxri qarovul
dəstəsinin qarşısından keçdilər.
Özbəkistanın yüksək vəzifəli rəsmi şəxsləri prezident İlham
Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə pre-
zident İslam Kərimova təqdim olundu.
Prezident İslam Kərimov Özbəkistanda akkreditə olunan
diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəh-
bərlərini prezident İlham Əliyevə təqdim etdi.
204
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN
VƏ ÖZBƏKİSTAN PREZİDENTİ
İSLAM KƏRİMOVUN TƏKBƏTƏK
GÖRÜŞÜ
Daşkənd
27 sentyabr 2010-cu il
Sentyabrın 27-də rəsmi qarşılanma mərasimindən sonra
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Öz-
bəkistan Respublikasının Prezidenti İslam Kərimovun tək-
bətək görüşü olmuşdur.
İ s l a m K ə r i m o v: İlham Heydər oğlu, mən Sizi
Özbəkistan torpağında salamlamağa və ortaq dilimizdə
«Xoş gəlmisiniz Özbəkistana!» – deməyə ürəkdən şadam. Si-
zin Özbəkistana rəsmi səfərinizi biz əlamətdar hadisə, Özbə-
kistan ilə Azərbaycan arasında mövcud olan, dinamik in-
kişaf edən münasibətlərin qanunauyğun və məntiqi davamı
hesab edirik. Fikrimcə, səfərinizin əhəmiyyətini həm də onda
görmək olar ki, bu gün yaşadığımız mürəkkəb dövrdə – tək-
cə dünya miqyasında deyil, Qafqaz regionunda və Mərkəzi
Asiya regionunda yaranmış mürəkkəb şəraitdə Sizinlə gö-
rüşlərimiz, fikir mübadiləsi aparmağımız, dövlətlərimizi ma-
raqlandıran aktual, son dərəcə vacib və kəskin məsələləri
müzakirə etməyimiz, düşünürəm ki, çox böyük və mühüm
əhəmiyyətə malikdir.
Fikir mübadiləsi özlüyündə artıq böyük sərvət, böyük
hadisədir. Bunun nəticəsində biz nəinki əməkdaşlığımızın
ötən dövründə görülmüş işlərə yekun vura bilərik, həm də
deyərdim ki, bu gün müəyyən düzəlişlər etməyin, Azərbay-
can və Özbəkistan üçün birmənalı şəkildə əhəmiyyət kəsb
205
edən bütün problemlərin həllinin yeni yollarını, prioritet isti-
qamətlərini müəyyən edə bilərik. Hesab edirəm ki, son
zamanlar xüsusən Mərkəzi Asiya regionunda baş vermiş
hadisələr bizim regionda insanları narahat edir, onların
rahatlığı, sülh və sabitlik üçün problemlər yaradır. Eynilə
sizin regionda da daimi münaqişə ocaqları vardır və bu
münaqişələrin həll edilməsi vaxtı çoxdan çatmışdır. Bizim bu
məsələlər barəsində – həm Azərbaycanın Mərkəzi Asiya
problemlərinə, həm də Özbəkistanın Dağlıq Qarabağ məsə-
ləsinə dair mövqelərimiz və baxışlarımız eynidir. Fürsətdən
istifadə edib jurnalistlərin qarşısında bir daha demək istər-
dim ki, Özbəkistanın Dağlıq Qarabağ barədə mövqeyi də-
yişmir, dəyişməzdir və daimidir. Dağlıq Qarabağ problemi
dinc, siyasi yolla həll edilməlidir. Lakin bir prinsipə dönmə-
dən riayət edilməlidir. Bu, sərhədlərin toxunulmazlığı, Azər-
baycanın suverenliyi və ərazi bütövlüyü prinsipidir.
İqtisadi məsələlərə gəldikdə, ümumi fikir belədir ki, Azər-
baycanın və Özbəkistanın potensialından tam həcmdə isti-
fadə edilmir və bunun səbəbi, ilk növbədə transkommu-
nikasiya problemləri ilə bağlı məsələlərdir. Güman edirəm
ki, əgər bu məsələ həll edilsə, biz hələ tələbat olmayan im-
kanlardan istifadə edəcəyik. Bu gün həmin imkanlardan
Azərbaycanın və Özbəkistanın mənafeyi üçün istifadə edil-
məsi çox vacibdir. Aydındır ki, biz bu məsələlər barəsində də
fikir mübadiləsi etməyə imkan tapacağıq.
Mədəni-humanitar məsələlərə gəldikdə, hesab edirəm ki,
bu bizim üçün çox mühüm sahədir. Ona görə ki, tariximizdə,
azərbaycanlıların və özbəklərin milli maraqlarında, onların
yaşadığı həyat tərzində ümumi cəhətlər çoxdur. Söhbət təkcə
dinimizin deyil, həm də dilimizin, mədəniyyətimizin, Azər-
baycanın və Özbəkistanın birmənalı şəkildə qürur duyduğu
mənəvi dəyərlərin ümumiliyindən gedir. Bu mövzuda da
danışmağa sözümüz vardır.
206
Sizə bir daha «Özbəkistana xoş gəlmisiniz!» – demək və
Azərbaycanın bütün nümayəndə heyətinə burada vaxtı sə-
mərəli keçirməyi arzulayıram.
İ l h a m Ə l i y e v: Hörmətli İslam Əbdüqəniyeviç, xoş
sözlər üçün çox sağ olun. İlk növbədə, qardaş Özbəkistana
dəvətə görə təşəkkürümü bildirmək istəyirəm. Qardaş Özbə-
kistan torpağında bir daha olmaq, münasibətlərimizin geniş
gündəliyinə dair Sizinlə fikir mübadiləsi aparmaq, habelə
münasibətlərimizin dostluq, qardaşlıq və əməkdaşlıq ru-
hunda gələcək inkişaf yollarını birgə müəyyənləşdirmək mə-
nə çox xoşdur. Gündəliyimiz yetərincə genişdir. Biz bir çox
istiqamətlərdə fəal əməkdaşlıq edirik. Əlbəttə, iqtisadi əla-
qələrimizin zirvədə olan siyasi münasibətlərimiz səviyyəsinə
yaxınlaşmasını istərdik. Ölkələrimiz arasında həm regional
problemlərlə, həm də Qafqaz, Xəzər dənizi, Mərkəzi Asiya
regionlarında nizama salınmamış münaqişələrə və potensial
təhlükələrlə əlaqədar məsələlərə dair tam qarşılıqlı anlaşma
mövcuddur.
Biz Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqi-
şəsinin həlli məsələsində prinsipial mövqeyə görə Özbəkis-
tana və şəxsən Sizə çox minnətdarıq. Siz bu mövqeni indi bir
daha ifadə etdiniz. Həm ötən illərdəki çıxışlarda, həm də
beynəlxalq təşkilatlarda səsvermə zamanı Özbəkistan həmişə
məhz prinsipiallığı, ardıcıllığı və Azərbaycan ilə dostluq və
qardaşlıq münasibətlərinə, habelə beynəlxalq normalara
sadiqliyi ilə fərqlənmişdir. Biz qonşu dövlətlərin bütün sər-
hədlərinə hörmət edirik və əlbəttə ki, qonşularımızın, ilk
növbədə, uzun illər boyu beynəlxalq hüququn norma və
prinsiplərini, BMT Təhlükəsizlik Şurasının, BMT Baş Məc-
lisinin və nüfuzlu beynəlxalq təşkilatların qətnamələrini ko-
bud surətdə pozan Ermənistanın bu cür münasibətinə ümid
bəsləyirik. Ona görə də Sizə bir daha təşəkkür etmək istə-
yirəm. Biz Özbəkistanın 2 il əvvəl BMT Baş Məclisində
Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair mə-
sələ ilə bağlı səsvermə zamanı ifadə olunmuş mövqeyini
Dostları ilə paylaş: |