196
bütövlüyünə tam dəstəyini vermiş və torpaqların gücdən
istifadə edərək ələ keçirilməsinin qəbuledilməzliyini vurğula-
mışdır. BMT, həmçinin Dağlıq Qarabağı Azərbaycanın bir
hissəsi kimi tanımış, işğalçı qüvvələrin Azərbaycanın işğal
edilmiş bütün ərazilərindən dərhal, tam şəkildə və qeyd-şərt-
siz çıxarılmasına çağırmışdır. Birləşmiş Millətlər Təşkilatı-
nın Baş Məclisi və digər beynəlxalq təşkilatlar, o cümlədən
ATƏT, Avropa Şurası, Avropa parlamenti, İslam Konfransı
Təşkilatı eyni mövqeni tutmuşlar. Əfsuslar olsun ki, beynəl-
xalq ictimaiyyətin yekdil mövqeyinə baxmayaraq, Azər-
baycan əraziləri işğal altında qalmaqda davam edir.
Bu günə qədər münaqişənin mümkün qədər tez və da-
vamlı həll variantını tapmaq məqsədi ilə vicdanla danışıqlar
aparmaq əvəzinə, Ermənistan vəziyyətin ağırlaşmasına üs-
tünlük verir ki, bu da öz növbəsində gözlənilməz nəticələrə
gətirə bilər.
Münaqişənin tezliklə həll olunması istiqamətində göstəri-
lən hazırkı səylərə baxmayaraq, Azərbaycanın işğal edilmiş
ərazilərində aparılan işlər beynəlxalq hüququ kobud surətdə
pozur və işğalın cari status-kvosunun daha da möhkəm-
ləndirilməsinə, etnik təmizləmənin nəticələrinin saxlanma-
sına, zəbt olunmuş ərazilərdə məskunlaşmanın aparılmasına
xidmət edir, o cümlədən münaqişənin dinc yolla həllinə ciddi
maneə yaradır. Belə ki, münaqişənin başladığı andan ötən
dövr ərzində çoxlu sayda insan azərbaycanlıların qovulduğu
işğal altındakı bölgələrə köçməyə həvəsləndirilmişdir. 2005-ci
ildə ATƏT Azərbaycanın işğal edilmiş ərazilərinə faktaraş-
dırıcı missiyasını göndərmiş və həmin missiya orada in-
sanların məskunlaşması faktını müəyyən etmiş, «Azərbay-
canın işğal edilmiş ərazisində hər hansı digər məskunlaş-
maqdan çəkinməyə» çağırmışdır.
Ermənistan işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni
və tarixi köklərini nümayiş etdirən maddi sübutları yox
etməyə çalışaraq, həmin yerlərin tarixi və mədəni simasını
dəyişmək məqsədi ilə ardıcıl tədbirlər görməkdədir. Nəticə-
197
də, işğal olunmuş ərazilərdə Azərbaycanın elə bir tarixi və ya
mədəni abidəsi, elə bir müqəddəs yeri qalmamışdır ki, ona
zərər dəyməsin, yaxud orada vandalizm aktları törədilməsin.
İşğal edilmiş ərazilərə insanların köçürülməsi, eləcə də
tarixi və mədəni irsin məhv edilməsi, mənimsənilməsi orada
aparılan qeyri-qanuni fəaliyyətin müxtəlif formaları ilə
yanaşı, məcburi köçkünlərin mülkiyyət hüquqlarına da
birbaşa zərər vurur. Siyasi məsələlərə dair razılaşmanın ol-
maması, münaqişənin dondurulmuş vəziyyətdə qalması və
uzun müddət davam edən danışıqlar münaqişə ilə bağlı
beynəlxalq hüquqa və insan hüquqları sahəsində beynəlxalq
qanunlara davamlı şəkildə bilərəkdən riayət edilməməsindən
irəli gələn digər problemlərə diqqətin yetirilməməsi üçün
bəhanə kimi istifadə edilməli deyildir.
Cənab sədr!
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və onun ətrafın-
da silahlı münaqişənin tezliklə həll edilməsi bizim üçün başlıca
vəzifə olaraq qalır. ATƏT-in Minsk qrupunun həmsədr
ölkələri regiona sülh və sabitliyin gətirilməsində səylərini
göstərirlər. Münaqişənin həlli erməni hərbi qüvvələrinin işğal
edilmiş Azərbaycan ərazilərindən müəyyən edilmiş müddət
ərzində çıxarılmasını, bütün kommunikasiyaların bərpasını,
bütün qaçqın və məcburi köçkünlərin doğma yerlərinə
qayıtmasını, beynəlxalq təhlükəsizlik zəmanətlərini, o cümlə-
dən sülhməramlı qüvvələri, Dağlıq Qarabağın müvəqqəti
statusunu nəzərdə tutur. Biz Dağlıq Qarabağın Azərbaycan
Respublikasının tərkibində statusunun yekunlaşdırılması
üçün xoş məramla danışıqları davam etdirməyə hazırıq.
ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən 2009-cu
ilin dekabr ayında Ermənistan ilə Azərbaycana təqdim
edilmiş mərhələli variant prinsip etibarilə Ermənistan–Azər-
baycan, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həl-
linə nail olmaqda əsas kimi Azərbaycan tərəfindən qəbul
edilmişdir. Əfsuslar olsun ki, Ermənistan tərəfi həmsədrlərin
təklifinə aydın cavabını hələ də uzadır.
198
Azərbaycan öz suverenliyi və ərazi bütövlüyü baxımından
həyati əhəmiyyət kəsb edən məsələlər üzrə üzv dövlətlərin
prinsipial mövqeyini yüksək qiymətləndirir. Biz beynəlxalq
ictimaiyyətin Azərbaycanın ədalətli mövqeyi ilə davamlı
şəkildə həmrəy olmasına və mövcud çətinliklərin qərəzsiz,
açıq və əhatəli şəkildə həllinə yönəlmiş Birləşmiş Millətlər
Təşkilatı çərçivəsində irəli sürdüyümüz təşəbbüslərə, mühüm
dəstəyə arxalanırıq.
Xanımlar və cənablar!
Həll olunmamış Dağlıq Qarabağ münaqişəsinə və işğal
edilmiş ərazilərə baxmayaraq, Azərbaycan hökuməti ölkədə
siyasi sabitliyin, demokratik inkişafın, iqtisadi çiçəklənmə və
sosial rifahın təmin edilməsinə nail olmuşdur. Bu gün
Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən
ölkələrdən biridir. Yalnız son 5 ildə Azərbaycan ümumi
daxili məhsulunu təxminən 3 dəfə artırmışdır.
Formalaşan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat və
enerji dəhlizləri boyunca əsas ticarət marşrutlarının kəsiş-
məsində yerləşən Azərbaycanın strateji-coğrafi mövqeyi öl-
kənin enerji və infrastruktur qovşağına çevrilməsində mü-
hüm amildir. Azərbaycanda təsdiqlənmiş böyük neft və qaz
ehtiyatları vardır və ölkəmiz yeni yataqların kəşf olunma-
sında yaxşı perspektivlərə malikdir. Azərbaycanda karbo-
hidrogenlərin beynəlxalq bazarlara daşınması üçün müasir
infrastruktur artıq yaradılmışdır. Bu infrastrukturdan bey-
nəlxalq enerji təhlükəsizliyini şaxələndirə və gücləndirə
biləcək neft və təbii qazın ixracı üçün istifadə edilir. Bu, qaz
təchizatı üçün xüsusi əhəmiyyət kəsb edir. Təbii qazın
təsdiqlənmiş 2 trilyon kubmetr, potensial qaydada 5 trilyon
kubmetr və hətta ondan da artıq həcmdə ehtiyatlara malik
olan Azərbaycan dünyada qaz bazarının sabit inkişafının
təmin edilməsi işinə töhfəsini verməyə hazırdır. Azər-
baycanın olduqca fəal qaydada qonşuları ilə işlədiyi digər
qlobal səviyyədə mühüm layihə regional dəmiryol xəttinin
çəkilməsini və inkişafını nəzərdə tutur. Bu dəmiryol xətti
Dostları ilə paylaş: |