184
bədə qardaş Türkiyəyə minnətdarıq ki,
bütün dövrlərdə
daim Azərbaycanın yanında olmuşdur. Bütün beynəlxalq
təşkilatlarda Azərbaycana dəstək olmuşdur. Öz fikrini, öz
mövqeyini açıq ifadə etmişdir. Türk dünyasında yaşayan və
bizə dəstək olan bütün qardaşlarıma bu gün bu gözəl
şəhərdən müraciət edib minnətdarlığımı bildirmək istəyirəm.
Türk dünyası böyük dünyadır. Vaxtilə türk dünyasının
qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azər-
baycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk
dünyası arasında olan coğrafi bağlantı pozulubdur. Biz
xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədil-
məsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan
da bir
məkan kimi yaşayacaqdı. Buna baxmayaraq, bizi birləşdirən
təkcə coğrafi koordinatlar deyil, aramızdakı münasibət-
lərdir, qardaşlığımızdır, ortaq keçmişimizdir, bu günümüz-
dür. 20 ilə yaxındır ki, ölkələrimiz müstəqil dövlətlər kimi
yaşayır. Bu müddət ərzində ölkələrimiz gücləndi, formalaşdı,
dövlətçiliyimizin əsasları quruldu.
Bu gün Azərbaycan, Qa-
zaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi ölkələr
öz növbəsində, Türkiyəni gücləndirir, necə ki, böyük və güclü
Türkiyə bizi gücləndirir. Bizim gücümüz bizim birliyimiz-
dədir. Biz çalışmalıyıq ki, bütün sahələrdə bu birliyi daha da
möhkəmləndirək.
Mən xüsusilə Türkiyə ilə Azərbaycan arasındakı əlaqə-
lərin inkişafı üçün dünən imzalanan çox vacib sazişi
vurğulamaq istəyirəm. Dünən
Türkiyə ilə Azərbaycan ara-
sında Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası yara-
dılıbdır. Əminəm ki, Şuranın fəaliyyəti çox uğurlu olacaqdır.
Biz çalışmalıyıq ki, ölkələrimiz arasında münasibətləri bütün
sahələrdə sürətlə irəliyə aparaq. İqtisadi sahədə qarşılıqlı
ticarətin təşviqi və genişlənməsi üçün əlavə tədbirlər görül-
məlidir. Qarşılıqlı sərmayənin qoyulması üçün əlavə imkan-
lar araşdırılmalıdır. Bu gün Azərbaycana qardaş ölkələrdən
sərmayələr qoyulub, Azərbaycan şirkətləri də türkdilli ölkə-
lərə investisiyalar qoyurlar və bu proses getdikcə daha da
185
güclənir. Əziz qardaşım Abdullah bəy qeyd etdi ki, enerji
təhlükəsizliyi məsələlərində biz birgə çalışırıq. Türkiyə ilə
Azərbaycan arasındakı münasibətlərdə bu
məsələ xüsusi çə-
kiyə malikdir. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum
neft-qaz kəmərləri, demək olar ki, bölgənin enerji xəritəsinə
böyük töhfə verdi, yəni enerji xəritəsini zənginləşdirdi. Bu
yollar, dəhlizlər açılandan sonra bu dəhlizlər vasitəsilə Xəzər
dənizinin şərq sahillərindən təbii ehtiyatlar nəql edilir. Bu
gün Qazaxıstandan, Türkmənistandan neft məhsulları Azər-
baycan ərazisindən dünya bazarlarına, o cümlədən Türkiyəyə
və Türkiyə ərazisindən dünya bazarlarına çıxarılır. Əminəm
ki, gələcəkdə bu əməkdaşlığın daha da böyük faydası ola-
caqdır. Bu sahədə aramızdakı çoxtərəfli əməkdaşlığa böyük
ehtiyac vardır. Türkiyə bizim üçün həm дя böyük bazardır,
qardaş ölkənin tranzit imkanları genişdir. Biz bu sahədə
səylərimizi daha da artırsaq,
bu hər bir ölkənin gücləndi-
rilməsinə xidmət едəcəkdir.
Bu gün biz dəmiryol layihəsi üzərində fəal çalışırıq. Bakı–
Tbilisi–Qars dəmir yolу nəinki Türkiyəni Azərbaycanla,
Türkiyəni Orta Asiya ilə birləşdirəcək, ейни заманда, Avro-
panı Orta Asiya ilə birləşdirəcəkdir. Bu yol həm iqtisadi cə-
hətdən çox cəlbedicidir, həm də ki, qardaş ölkələri birləş-
dirəcəkdir. Artıq həyata keçirilən layihələr göstərir ki, birgə
görülən işlər, müştərək təşəbbüslər
bütün ölkələrə ancaq və
ancaq xeyir və mənfəət gətirir.
Mən bir daha qeyd etmək istəyirəm ki, bugünkü zirvə
görüşünə çox böyük əhəmiyyət verirəm. Çox şadam ki, vax-
tilə yaradılmış, sonra pozulmuş ənənə artıq bərpa olunur.
Yəni, artıq bu zirvə görüşləri keçirilir. Keçən il keçirildi, bu
il keçirilir. Əminəm ki, gələn il də keçiriləcəkdir. Biz bu
ənənəni artıq bərpa edirik. Ümid edirəm ki, gələcəkdə nə-
zərdə tutulmuş bütün məsələlər,
planlar həyatda öz əksini
tapacaq və ölkələrimiz arasında dostluq, qardaşlıq münasi-
bətlərinin uğurlu inkişafı davam edəcəkdir.