194
BMT BAŞ MƏCLİSİNİN 65-ci SESSİYASININ
AÇILIŞI МЯРАСИМИ
Nyu-York
23 sentyabr 2010-cu il
Sentyabrın 23-də Nyu-Yorkda Birləşmiş Millətlər Təş-
kilatının mənzil-qərargahında təşkilatın Baş Məclisinin 65-ci
sessiyası çərçivəsində ümumi müzakirələrin rəsmi açılışı
olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT
Baş Məclisinin 65-ci sessiyasında iştirak etmişdir.
BMT Baş Məclisinin 65-ci sessiyasında iştirak edən ABŞ
prezidenti Barak Obama bəşəriyyəti narahat edən məsələlərə
toxundu. Bildirdi ki, bu problemlərin həlli dünya dövlətlərinin
səylərini birləşdirməyi tələb edir. Yalnız bu halda problemlərin
həllinə nail olmaq mümkündür. Bunun üçün bir araya gəlmək,
problemlərin birgə müzakirəsinə nail olmaq lazımdır.
Azərbaycan Respublikasının Prezidentи İlham Əliyev BMT
Baş Məclisinin 65-ci sessiyasında çıxış etdi.
Azərbaycan prezidenti İlham Əliyevin çıxışı
Cənab sədr!
Xanımlar və cənablar!
Əvvəlki natiqlərə qoşularaq cənab Cozef Deysin Birləş-
miş Millətlər Təşkilatı Baş Məclisinin 65-ci sessiyasının sədri
vəzifəsinə seçilməsi münasibətilə onu təbrik etmək, bu cür
olduqca məsuliyyətli işdə uğurlar
arzulamaqdan şərəf duy-
duğumu və apardığı məhsuldar işə görə sələfi doktor Əli
Abdussalam Trekiyə təşəkkürümü bildirmək istəyirəm.
195
Mən, həmçinin Birləşmiş Millətlər Təşkilatının fəaliyyə-
tinin canlandırılmasında nümayiş etdirdiyi rəhbərlik mə-
harətinə və işə sadiqliyinə görə Birləşmiş Millətlər Təşkilatı-
nın Baş katibi, zati-aliləri cənab
Pan Gi Muna dərin hörmət
və minnətdarlığımı bildirirəm.
Cənab sədr, Azərbaycan dünya xalqları üçün beynəlxalq
sülh və təhlükəsizliyin təmin olunması, davamlı inkişafın təş-
viq edilməsi və fundamental azadlıqların irəliyə doğru apa-
rılması sahəsində Birləşmiş Millətlər Təşkilatının oynаdığı
əsas rolu qiymətləndirir. Azərbaycan hesab edir ki, Birləşmiş
Millətlər Təşkilatı dünyanın hər
bir yerində bir çox qlobal
məsələlərdə, eləcə də hər bir üzv dövlətin istəklərinin nəzərə
alınması və narahatlıqların aradan qaldırılmasında daha
güclü və bacarıqlı olmalıdır.
Müharibə və işğalın ağır nəticələrindən əziyyət çəkən bir
ölkə kimi, Azərbaycan qəti şəkildə inanır ki, dövlətlər
arasında yaxşı qonşuluq, dost münasibətləri və əməkdaşlığa
aid beynəlxalq səviyyədə qəbul olunmuş beynəlxalq hüqu-
qun norma və prinsiplərinə düzgün qaydada riayət edilməsi,
eləcə də dövlətlərin üzərlərinə götürdükləri öhdəliklərin xoş
iradə ilə yerinə yetirilməsi beynəlxalq sülhün və təhlükə-
sizliyin qorunmasında çox böyük əhəmiyyətə malikdir.
Ermənistan ilə Azərbaycan arasında davam edən silahlı
münaqişə beynəlxalq və regional sülhə böyük təhlükədir.
Münaqişə nəticəsində Azərbaycan ərazisinin
beşdə bir his-
səsi işğal edilmiş, ölkəmizin təxminən hər doqquz nəfərindən
biri məcburi köçkün və ya qaçqın vəziyyətinə düşmüşdür.
Ermənistanın münaqişə zamanı çox ciddi beynəlxalq cina-
yətlər törədərək, etnik təmizləmə siyasətini
həyata keçirərək
və işğal edilmiş Azərbaycan ərazilərində monoetnik mədə-
niyyətin yaradılmasına çalışaraq, Azərbaycan ərazilərinin
işğalına görə əsas məsuliyyət daşıması beynəlxalq səviyyədə
etiraf edilmişdir.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası qə-
bul etdiyi dörd qətnamədə Azərbaycanın suverenliyi və ərazi