B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010


III.2. Neft və qaz mədənlərinin işlənilməsində



Yüklə 10,22 Mb.
səhifə40/90
tarix05.10.2023
ölçüsü10,22 Mb.
#125826
1   ...   36   37   38   39   40   41   42   43   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

III.2. Neft və qaz mədənlərinin işlənilməsində
geoloji tədqiqatların əsas istiqamətləri.

Dünyanın neftli-qazlı hövzələrində mədənlərin böyük əksəriyyəti çoxlaylıdır. Onlar çöküntü mənşəli olmaqla, laylaşmanın ən müxtəlif formaları ilə səciyyələnirlər. Struktur qalxımlarda neftin və qazın paylanılmasında hər hansı bir ümumi oxşarlıq qeyd olunmur: karbohidrogenlər müxtəlif dərinliklərdə, cürbəcür tələlərdə özünəməxsus geoloji-hidrodinamik şəraitlərdə yerləşir.


Təbiətdə tam oxşar yataq olmadığından onların mənimsənilməsinin də identik yolu mövcud deyil. Odur ki, hər hansı bir yatağda neft və qazı hasil etmək üçün onun təbii şəraitinə müvafiq işlənilmə sistemi əsaslandırılmalıdır. Bu proses özlüyündə çox mürəkkəb və məsuliyyətli olmaqla yatağın işlənilmə effektivliyini müəyyənləşdirir. Belə ki, kompleks geoloji, texnoloji və texniki tədbirlərin tədbiqi ilə karbohidrogenlərin hasilatını təmin edən və onun dinamikasını tənzimləyən prosesə işlənilmə sistemi deyilir.
Neft və qaz mədəninin kəsilişində və ya tektonik qırılmalarla ayrılmış sahəsində müxtəlif sayda məhsuldar laylara rast gəlmək olar. Bu laylar müəyyən prinsiplə qruplaşdırılaraq istismar obyektlərinə (fərdi yataqlara) çevrilirlər. Onların hər biri üçün işlənilmə layihələri tərtib olunur və onlara istinad edərək neft və qaz hasilatına başlanılır. Mədən yalnız bir məhsuldar qatdan ibarətdirsə, onun işlənilmə layihələri sərbəst həyata keçirilir. Lakin, mədənin həcmi üzrə (kəsiliş və sahədə) iki və daha çox məhsuldar lay ayrılmışsa, onda bu mədənin işlənilmə məsələsi iki qoyuluşla həll edilir:
a – fərdi yataqların (istismar obyektlərin) işlənilməsi;
b – mədənin (çoxlaylı yatağın) işlənilməsi.
Qeyd etmək lazımdır ki, hər iki məsələ qarşılıqlı əlaqə formasında həll edilməlidir ki, bu da ümumilikdə mədənin ehtiyatlarından səmərəli istifadəni təmin etməlidir.
Mədənin işlənilməsində aparılan tədqiqatlar zaman etibarilə iki qoyuluşda həyata keçirilir.


1) Mədənin işlənilmə ərəfəsində aparılan tədqiqatlar.
Mədənin hər bir fərdi yatağının işlənilmə layihələrini nəzərə almaqla onun üçün ümumi işlənilmə sistemi tərtib olunmalıdır.
Mədənin kəsilişində ayrılmış istismar obyektlərinin (fərdi yataqların) sayından asılı olaraq burada mərtəbələr ayrılır. Mərtəbələrin sayı mədənin kəsilişində ayrılmış fərdi obyektlərin sayından asılıdır. Hər bir mərtəbədə 2-dən artıq fərdi yataq yerləşməlidir.
Hər bir mərtəbənin bazis yatağı olmalıdır. Bazis yataq kimi mərtəbənin ən altda yatan və ən məhsuldar obyekti qəbul edilir.
Hər bir mərtəbənin laylarında olan ehtiyat həcmi, yatma dərinliyi, geoloji şəraiti və s. məlumatlar sistemləşdirilir və ətraflı öyrənilir. Sonra çoxlaylı mədənin işə salınma ardıcıllığı müəyyənləşdirilir. Işlənilmə ardıcıllığı iki etapda aparılır: mərtəbələr üçün (mədən daxili) və ayrı-ayrı mərtəbələrdə cəmləşdirilmiş fərdi yataqlar üçün (mərtəbə daxili).
Çox mərtəbəli mədəndə işlənilmə ardıcıllığını stratiqrafik dərinliklər əsasında (aşağıdan yuxarı və ya yuxarıdan aşağı) aparılması əlverişli olmur, beləki bu halda mədənin işlənilmə ilə tam əhatəsi çox vaxt aparır. Odur ki, bu problemin həllində kombinasiya üsulunun tərtibi məqsədəuyğundur. Bu qoyuluş isə mədənin mərtəbələrinin işlənilməsində ümumi növbəlilik prinsipinə riayət edirsə də onların mümkün qədər ən qısa vaxtda işlənilmə ilə əhatəsini nəzərdə tutur.
Mərtəbələrin işlənilməyə verilmə ardıcıllığını müəyyən edərkən, onun daban hissəsini təşkil edən məhsuldar fərdi obyektə üstünlük verilir və bazis obyekti kimi seçilir. Ən əvvəl bu yatağa istismar, vurucu və s. quyular qazılır və neft və qazın hasil edilməsinə başlanılır. Mərtəbənin üstdə yatan yataqları isə bazis obyektini istismar etmiş və geoloji-texniki səbəblər üzündən sıradan çıxmış quyularla işlənilir. Bu quyular həmin istismar obyektlərinin ehtiyatlarının realizəsinə imkan verir. Bəzi hallarda bazis obyektindən yuxarıda yatan məhsuldar laylara yeni quyular da qazılır. Mərtəbənin neft ehtiyatının mənimsənilməsində optimal varianta üstünlük verilir: istismar və vurucu quyuların yerləşdirilməsi, maye hasilatı və həcmi, lay təzyiqinin dəyişmə həddi və s. məsələlər çox variantlı qoyuluşlarla həll edilir. Nəticələr müqayisəli analiz edilir və ən əlverişli varianta üstünlük verilir.

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə