B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010


Lay flüidlərinin fiziki-kimyəvi tərkibi



Yüklə 10,22 Mb.
səhifə63/90
tarix05.10.2023
ölçüsü10,22 Mb.
#125826
1   ...   59   60   61   62   63   64   65   66   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

Lay flüidlərinin fiziki-kimyəvi tərkibi. Yataqların əmələgəlmə və formalaşması prosesindən asılı olaraq lay flüidlərinin tərkibi müəyyən qanunauyğunluqla (yatağın sahəsi və yatım istiqamətində) paylanır. Lakin işlənilmə prosesinin intensivliyi və geoloji quruluşdan asılı olaraq bu qanunauyğunluq tədricən dəyişikliyə məruz qalır.
Lay sularının fiziki-kimyəvi tərkibi suvurma prosesində istifadə edilən suyun tərkibindən asılı olaraq kəskin dəyişə bilər. Yatağa minerallaşmış yüksək jod sular vurulduqda lay sularının ilkin ion-duzluluq tərkibi dəyişir. Odur ki, istismar quyularından çıxarılmış qələvi lay sularını yatağa yenidən vurmaq məqsədəuyğundur.
Lay neftlərinin fiziki-kimyəvi tərkibi də işlənilmə prosesində müxtəlif dəyişikliyə məruz qala bilər. İşlənilmə sistemindən əlavə burada lay rejiminin böyük rolu vardır. Belə ki, neftdə həll olmuş qaz rejimində lay təzyiqləri kəskin düşdüyündən neftdən qaz və onun yüngül fraksiyaları ayrılır və quyu dibinə axır. Layda qalan neftin isə xüsusi çəkisi və özlülüyü tədricən artmış olur. Subasqı rejimində kontur yaxınlığında yerləşən nisbətən ağır neftlər işlənilmə prosesində yataq daxilinə tədricən sıxışdırılır və müəyyən vaxtdan sonra neftin özlülüyü və xüsusi çəkisinin artması müşahidə olunur. Qazqapağı rejimində yatağın tağ hissəsində yerləşən, nisbətən yüngül neftlər dabana doğru hərəkət etdiyindən işlənilmənin III və IV mərhələsində neftlərin xüsusi çəkisi və özlülüyü xeyli azala bilər.
Lay flüidlərinin işlənilmə prosesində dəyişmə dərəcəsinin əyani təsviri üçün misal olaraq Balaxanı-Sabunçu-Ramana mədəninin qırmakialtı lay dəstəsinin işlənilməsinin ilk və cari dövrlərində lay neftlərinin sıxlığı və sularının ümumi minerallaşmasının qiymətləri müqayisə olunmuşdur (şək. III.26).



Şəkil III.26. Balaxanı-Sabunçu-Ramana mədəninin qırməkialtı lay
dəstəsinin lay flüidlərinin işlənilmə dövrlərində dəyişməsi
(a - neftlərin sıxlığı və b - lay sularının ümumi minerallaşması).

Göründüyü kimi, lay flüidlərinin hər iki göstəricilərin qiymətləri işlənilmə prosesində kəskin artmağa məruz qalmışdır (B.Ə.Bağırov, R.S.Bağırova, F.F.Məhərrəmov, 1990).


Lay flüidlərinin işlənilmə prosesində dəyişmə dərəcəsini öyrənmək üçün quyulardan su və neft nümunələri götürülür və laboratoriyalarda analiz edilir. Bundan əlavə, yatağın sahəsində gedən flüid dəyişməsinin xarakterini (o cümlədən lokal) öyrənmək məqsədilə onların işlənilmə prosesində dəyişmə dərəcəsini təyin etmək üçün parametrik meyarlardan (Fişer, Stüdent, Bartlet və s.) istifadə edilir.

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə