B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010



Yüklə 10,22 Mb.
səhifə71/90
tarix05.10.2023
ölçüsü10,22 Mb.
#125826
1   ...   67   68   69   70   71   72   73   74   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

Layların sulaşması. Bu göstərici hər iki tip yataqların işlənilməsində müsbət rol oynayır. Belə ki, ətraf suların süxur məsamələrində neftləri sıxışdırma qabiliyyətinə malik olduğu şəraitdə yatağın ehtiyatlarının böyük hissəsini realizə etmək mümkün olur.
Lay təzyiqi. Neftdə həll olmuş qaz rejimi ilə işləyən yataqlara bu göstərici müsbət təsir göstərdiyi halda, qarışıq rejimli yataqlarda onun təsiri nəzərə çarpmır.
Qaz amili. Neftdə həll olmuş qaz rejimli yataqlar üçün bu parametrin müsbət rolunu izah etməyə ehtiyac yoxdur. Qarışıq rejimli yataqlarda isə bu göstəricinin rolu qeyd olunmur.
Neftin həcm əmsalı, susuz neftvermə əmsalı, layın temperaturu, işlənilmə prosesində təzyiq düşküsü, doyma təzyiqi kimi parametrlərin hər iki təbii rejimlə səciyyələnən yataqlar üçün əhəmiyyətli təsiri qeyd olunmamışdır.
Beləliklə, Azərbaycanın quru ərazisində yerləşən neft yataqlarının işlənilməsində özünü büruzə verən lay rejimləri üzrə neftvermə modelləri alınmış və onların müqayisəli təhlili verilmişdir. Müəyyən olunmuşdur ki, ayrı-ayrı parametrlərin təbii rejimlərlə səciyyələnən yataqların işlənməsinə təsiri müxtəlifdir ki, bu da neftvermə prosesinin tənzimlənməsində nəzərə alınmalıdır (şək.III.31.)
III. 15. Neft və qaz yataqlarının işlənilməsinin son mərhələsində aparılan geoloji-mədən tədqiqatları.


Neft və qaz yataqlarının işlənilməsi olduqca uzun bir müddətdə həyata keçirilməsinə baxmayaraq onların ehtiyatlarının tam realizə olunması mümkün olmur. Geoloji mühit, işlənilmənin müddəti və intensivliyindən asılı olaraq yataqların neftvermə əmsalının səviyyəsi geniş diapazonda dəyişir. Onu da qeyd edək ki, bu əmsalın qiyməti neft-qaz elminin inkişafı və texnologiyasının təkmilləşməsi nəticəsində yüksəlməkdədir. Məsələn, XX əsrin ortalarına qədər olan müddətdə işlənilmə, yataqların yalnız təbii enerji mənbəyinin istifadəsi ilə aparıldığından onların ehtiyatlarının yalnız 30-40%-nin realizəsinə nail olunmuşdur. Bu dövrdən sonra yataqların işlənilməsində suvurma prosesinin tətbiqi, işlənilmə sistemlərinin aktiv tənzimlənməsi, işlək quyuların texnoloji rejimlərinin optimallaşdırılması və sair nəticəsində neft ehtiyatlarının realizə dərəcəsi yüksələrək, bəzi hallarda 50-60% çatmışdır. Neft-qaz yataqlarının işlənilmə effektivliyinin gələcəkdə də yüksələcəyini proqnozlaşdırmaq olar. Lakin belə vacib və mürəkkəb bir problemin həyata keçirilməsi yataqların işlənilməsinin son dövrlərində (IV və V mərhələlər) kompleks geoloji-mədən tədqiqatlarının həyata keçirilməsini tələb edir. Bu dövrdə məlum olduğu kimi yataq kəskin dəyişikliyə məruz qalır: lay təzyiqi enir, laylarda müxtəlif mənşəli suların hərəkəti müşahidə olunur, lay süxurlarının məsaməliyi və keçiriciliyi azalır, tektonik qırılmaların funksiyasında və lay temperaturunun qiymətlərində dəyişmələrə rast gəlinir. Neft ehtiyatlarının realizəsində də qeyri-bərabər formalar müşahidə olunur: qanunauyğunluqlar çox vaxt lokal zonalarla mürəkkəbləşmiş olur və sair. Odur ki, işlənilmənin son dövrlərində neft və qaz yataqlarına olduqca mürəkkəb bir dinamik sistem kimi baxmaq lazımdır. Bu sistemlərin təzahüründə ümumi oxşarlıq olmadığından onların səmərəli inkişafında xüsusü yanaşma prinsipi əsas götürülməlidir.
Beləliklə, neft-qaz yataqlarının işlənilməsinin son dövrlərində qalıq neft ehtiyatlarının maksimum səviyyədə mənimsənilmə yollarının təyini üsullarına nəzər salaq. Bu məqsədlə aparılan tədbirlər kompleksini aşağıdakı tədqiqat sahələrinə bölmək mümkündür.
Neft və qaz yataqlarının geoloji quruluşunun dəqiqləşdirilməsi. Yataqlara layihə sənədlərinə müvafiq qazılmış bütün quyulardan (o cümlədən istismar, vurucu və sair) alınmış kompleks məlumatlar yenidən nəzərdən keçirilir, mədənin kəsilişində rast gələn layların daban və tavan qiymətləri müqayisəli təhlil əsasında təyin olunur. Sonra hər hansı bir məlum alqoritm və proqram əsasında struktur xəritələr tərtib olunur. Yatağın strukturunu mürəkkəbləşdirmiş tektonik qırılmaların yeri, amplitudaları və funksiyaları (keçirici və ya ekran) müəyyənləşdirilir. Tərtib olunmuş xəritə və profillər onların ilkin variantları ilə müqayisə olunur. Mədəndə aşkar edilmiş hər bir yeni struktur elementinin etibarlılığı işlənilmə məlumatları ilə yoxlanılmalıdır.

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə