B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010


Neft yataqlarının neftveriminə təsir edən amillərin müqayisəli təhlili



Yüklə 10,22 Mb.
səhifə69/90
tarix05.10.2023
ölçüsü10,22 Mb.
#125826
1   ...   65   66   67   68   69   70   71   72   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

Neft yataqlarının neftveriminə təsir edən amillərin müqayisəli təhlili.
Yuxarıda qeyd edildiyi kimi, müxtəlif enerji mənbəyinə malik olan yataqların işlənilməsində lay parametrlərinin rolu özünü müxtəlif cür büruzə verir. Onların müqayisəli təhlili yeni istismara verilən yataqlarda işlənilmə prosesinin elementlərini əvvəlcədən proqnozlaşdırmağa imkan verir.
Layların effektiv qalınlığı. Bu parametr hər iki rejimli yataqlarda modellərin strukturunda əhəmiyyətli amil kimi iştirak edir. Lakin onun neftverməyə təsiri müxtəlif rejimlərdə müxtəlif cür özünü göstərir. Neftdə həll olmuş qaz rejimində yataqların effektiv qalınlığının artması onların neftverməsinə müsbət təsir göstərirsə, qarışıq rejimli yataqlarda isə əksinə - quyuda süzgəcin həddən artıq artırılması onların işlənilməsinin son göstəricisinə mənfi təsir göstərir. Bu texnoloji xüsusiyyətləri aşağıdakı kimi interpretasiya etmək olar: neftdə həll olmuş qaz rejimli yataqlarda ilkin süzgəc intervalından quyuya neftin hərəkətini təmin edən qazın həcmi azaldıqca quyuya axan mayenin həcmi də azalır. Hasilatı saxlamaq məqsədilə süzgəcin intervalının artırılması hasilatın artımına gətirir. Belə ki, bu halda kəsilişdə yerləşən yeni laylar işlənilməyə cəlb olunur. Qarışıq rejimli yataqlarda isə süzgəcin artırılması çox vaxt quyu gövdəsində qum tıxacının əmələ gəlməsinə gətirir ki, bu da quyuların normal istismar prosesini pozur.
Kollektor süxurların məsaməliyi. Bu göstərici yalnız neftdə həll olmuş qaz rejimli yataqlar üçün alınmış modeldə (müsbət təsirli parametr kimi) iştirak edir.
Kollektor süxurların keçiriciliyi. Bu göstərici lay rejimlərindən asılı olmayaraq, neftin məsaməli mühitdə hərəkətinə müsbət təsir edən amildir. Hər iki rejimli yataq­ların neftvermə modelində bu parametr müsbət yüklü olmaqla, əhəmiyyətlilik dərəcəsi müxtəlifdir.
Kollektor süxurların qumluluğu. Bu əlamət modellərin strukturuna daxil olmamışsa da, onun təsiri hər iki tip yataqlar üçün vacib göstəricidir. Onun neftverməyə bilavasitə təsiri kollektor süxurları xarakterizə edən digər parametrlərlə (keçiricilik, məsaməlik və s.) özünü göstərir və müsbət korrelyasiya ilə səciyyələnir.

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə