B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010



Yüklə 10,22 Mb.
səhifə68/90
tarix05.10.2023
ölçüsü10,22 Mb.
#125826
1   ...   64   65   66   67   68   69   70   71   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

Kcari

0,44

0,039

0,23

0,015

9,528

1,98

2,5

1,0

43,8

7,26

Kson

0,49

0,033

0,29

0,022

8,715

1,98

1,51

1,0

43,8

22,6

Kriteriyalar =0,05 əhəmiyyətlilik dərəcəsində hesablanmışdır.
Neft yataqlarının işlənilmə nəticələrinin qeyd olunmuş kəskin fərqlərin səbəblərini aşkar etmək üçün onların neftvermə əmsallarını formalaşdıran amillərin əhəmiyyətlilik dərəcələri tədqiq olunmalıdır. Burada neftvermənin modelləşdirilməsi məsələsi korrelyasiya-reqressiya analizinin tətbiqi ilə həll olunmuşdur. Bu məqsədlə qarışıq rejimlə səciyyələnən yataqların matrisinə aşağıdakı 11 parametrin orta qiyməti daxil edilmişdir: layların effektiv qalınlığı (x1), süxurların məsaməliyi (x2), keçiriciliyi (x3) və qumluluğu (x4), layların bölünmə əmsalı (x5), neftin özlülüyü (x6) və sıxlığı (x7), quyu şəbəkəsinin sıxlığı (x8), işlənilmənin ilk dövrünə hasilatın çıxarılma tempi (x9) və sulaşma dərəcəsi (x10), obyektlərin işlənilmə zamanı təzyiq düşgüsü və cari lay təzyiqi (x11). Neftdə həll olmuş qaz rejiminə mənsub yataqlardan isə 16 lay parametr seçilmişdir: burada yuxarıda qeyd olunan parametrlərdən əlavə süxurlarda sementləyici maddənin miqdarı (x12), doyma təzyiqi (x13), neftin həcm əmsalı (x14), lay temperaturu (x15) və qaz amili (x16) matrisə daxil edilmişdir.
Beləliklə, korrelyasiya-reqressiya analizinin realizəsi nəticəsində neftvermənin aşağıdakı modelləri alınmışdır.
Neftdə həll olmuş qaz rejimi ilə xarakterizə olunan obyektlər üçün:
Y2=2,751 + 0,165(x1) + 0,115 (x2) + 0,115 (x3) - 0,994(x7) - 1,06(x8) + 3,733(x11) –
-1,397 + 0,092(x12) - 1,665(x13) + 0,115
Burada, cəm korrelyasiya əmsalının qiyməti Rcəm=0,81 təşkil edir.
Qarışıq rejimlə xarakterizə olunan obyektlər üçün:
Y1=1,024 - 0,655(x1) + 5,334 + 0,212(x 6)-1 -0,457(x7)+1,714(x10)+3,126(x11)
Burada isə cəm korrelyasiya əmsalının qiyməti Rcəm=0,84 bərabərdir.
Qeyd etmək lazımdır ki, tənliklərin strukturuna yalnız neftverməyə əhəmiyyətli dərəcədə (müsbət və yaxud mənfi) təsir göstərən parametrlər daxil edilmişdir. Digər parametrlər isə az əhəmiyyət daşıdıqlarından tənliklərdə öz əksini tapmamışlar.
Müxtəlif rejimlərlə işlənilmədə olan yataqlarda lay parametrlərinin təsirinin xarakterini əyani müşahidə etmək üçün onların sxemi tərtib olunmuşdur (şəkil III.31). Göründüyü kimi neftdə həll olmuş qaz rejimi ilə xarakterizə olunan yataqların neft ehtiyatlarının işlənilməsinə müsbət təsir göstərən parametrlər bunlardır: layların effektiv qalınlığı, süxurların məsaməliyi, kollektorların keçiriciliyi, quyu şəbəkəsinin sıxlığı, hasilatın sulaşması və qaz amili. Mənfi təsir göstərən parametrlərə isə layların bölünmə əmsalı, neftin özlülüyü, obyektlərin işlənilməsi zamanı lay düşküsü daxildir.
Qarışıq rejimlə səciyyələnən yataqların işlənilmələrinə müsbət təsir göstərən parametrlərə - kollektorların keçiriciliyi, obyektlərin işlənilməsi zamanı lay düşküsü daxildir. Mənfi təsir göstərən parametrlər isə – layların effektiv qalınlığı, bölünmə əmsalı, neftin özlülüyü olmuşdur.

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə
Psixologiya