B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010



Yüklə 10,22 Mb.
səhifə64/90
tarix05.10.2023
ölçüsü10,22 Mb.
#125826
1   ...   60   61   62   63   64   65   66   67   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

Lay temperaturu. Yataqların işlənilmə prosesində lay temperaturu və onun dəyişməsi öyrənilməlidir. Belə ki, bu göstərici lay neftlərinin özlülüyünə kəskin təsir edir.
Lay temperaturunun yataq üzrə dəyişməsini öyrənmək üçün işlənilmənin ilk dövründə termoqram və profillər qurulur ki, bu da lazımi məlumatların alınmasına imkan verir. Mədənin işlənilmə dövründə, bəzən temperaturun dəyişməsinə rast gəlinir. Tədqiqat işlərinin nəticələri göstərir ki, yataq temperaturunun dəyişməsi sahənin daxili istilik rejimi ilə əlaqədardır. Əgər geotermik qradiyent yüksəkdirsə, laya böyük həcmdə su vurulduqda belə, onun temperaturu işlənilmənin bütün dövrlərində ya az dəyişir, ya da sabit qalır. Geotermik qradiyentin az olduğu şəraitdə yataqların suvurma prosesi nəticəsində temperaturun kəskin aşağı düşməsi baş verir. Odur ki, belə yataqlarda laya soyuq suyun vurulması məsləhət görülmür.
Azərbaycan yataqlarında aparılan tədqiqatlar göstərmişdir ki, geotermik qradiyenti 2C-dən az olan yataqlarda suvurma prosesində temperatur 5-10C azala bilər (B.Ə.Bağırov, S.F.Şabanov, 1990).
Tektonik qırılmaların xarakteri. Atılma amplitudasa, hidrodinamik tarazlıq və başqa səbəblər üzündən qırılmalar ekran və ya keçirici tipli olurlar. Bütün hallarda tektonik qırılmaların xarakterinin təyini çox mühüm məsələ kimi həll edilməlidir ki, bu da yalnız geoloji-mədən materiallarının öyrənilməsi nəticəsində mümkündür.
İşlənilmənin ilk mərhələsində kifayət qədər geoloji-geofiziki məlumatların mövcudluğu şəraitində dizyunktiv dislokasiyaların xassəsi, qonşu tektonik bloklarda layın su-neft, qaz-neft konturlarının hipsometrik qiymətlərinin müqayisəsi vasitəsi ilə öyrənilə bilər.
İşlənilmə dövründə təyin olunmuş xassələr dəyişikliyə uğraya bilər. Ekran tipli qırılmalar - keçirici və əks hala da təsadüf oluna bilər. İşlənilmənin rasional aparılması belə dəyişmələrin vaxtında aşkar edilməsini tələb edir. Bu məqsədlə geoloji-mədən, hidrodinamik və geoloji-riyazi tədqiqatlar aparılır. Bu tədqiqatlar riyazi statistika əsasında, müasir kompüterlərin köməyi ilə tələb olunan məsələnin həllini təmin edir (B.Ə.Bağırov, İ.M.Allahverdiyev, F.F.Məhərrəmov, 1988). Məsələnin həllində layların hidrokimyəvi xarakteri, lay təzyiqi, neftlərin özlülüyü, xüsusi çəkisi iştirak edir və aşağıdakı mülahizələrə əsaslanır.
Əgər yatağın iki və daha artıq tektonik sahəsi eyni tipli geoloji quruluşa malikdirsə və lay təzyiqləri, lay flüidlərinin fiziki-kimyəvi xassələri işlənilmə prosesində eynidirsə tektonik qırılmaların keçirici, kəskin fərqlənirsə - ekran tipli olduğunu göstərir. Təbi iki, alınan nəticələr öyrənilən yatağın cari işlənilmə göstəriciləri ilə də uzlaşdırılmalıdır.

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə