B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010


ƏLAVƏLƏR Neft-qaz mədən geologiyasında istifadə edilən əsas riyazi üsullar



Yüklə 10,22 Mb.
səhifə73/90
tarix05.10.2023
ölçüsü10,22 Mb.
#125826
1   ...   69   70   71   72   73   74   75   76   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

ƏLAVƏLƏR
Neft-qaz mədən geologiyasında istifadə edilən əsas riyazi üsullar.


Ümumi anlayış. Məlum olduğu kimi, neft və qaz yataqları mürəkkəb quruluşlarla səciyyələnən strukturlarla əlaqədar olurlar. Onlarda laylaşmanın müxtəlif formalarına rast gəlinir: lay süxurlarında flüidlərin, təzyiqlərin və temperaturun sahəvi və dərinlik üzrə paylanılmasının qanunauyğunluqları təsadüfi lokal dəyişmələrlə mürəkkəbləşmiş olur. Onların aşkar edilərək öyrənilməsi neft və qaz yığımlarından maksimum istifadəsinə zəmin yaradır. Bu tələbatı təmin etmək üçün yatağın ayrı-ayrı hissələrinə (nöqtələrinə) quyular qazılır. Onlardan alınan məlumatlar isə nöqtəvi xarakter daşıyır. Quyuların sayının sonsuz artırmaq mümkün olmadığından nöqtəvi məlumatlarına sahəvi məlumatların şamil edilməsi müəyyən bir ehtimallıqla mümkün olur. Bu səbəbdən də neft-qaz yığımlarının işlənilməsi prosesində baxılan məsələlərin həllində etibarlığını artırmaq üçün ehtimal nəzərriyəsi və riyazi statistikanın üsullarından istifadə edilir. Təbii ki, onların operativ realizəsi müvafiq alqoritmlər əsasında kompüterlərdə realizə olunur.
Neft yataqlarının işlənilmə dinamikasının onların yerləşdiyi regiondan, istismar edilən layın geoloji-struktur xüsusiyyətlərindən asılı olmayaraq ümumi oxşarlığı müşahidə olunur: illik neft hasilatı işlənilmənin əvvəlində kəskin artır, sonra onun stabilləşməsi qeyd olunur; daha sonra hasilatın enmə dövrləri başlayır. Lakin, neft hasilatının dinamikasının qeyd olunan konfiqurasiyası yalnız işlənilmənin ümumi halını səciyyələndirir: tədqiqatlar göstərir ki, təbiətdə eyni dinamik xüsusiyyətə malik hətta iki yatağın belə müşahidəsi qeyri mümkündür. Ümumi qanunauyğunluq fonunda uzun müddət inkişaf edən işlənilmə dinamikasının ən müxtəlif formalarına təsadüf olunur. Odur ki, neft hasilatınınm dinamik göstəricilərinə istinad edərək işlənilmənin tənzimlənməsi üçün təkliflərin əsaslandırılması, yataqların qalıq neft ehtiyatlarının hesablanması və digər məsələlərin həllində dinamik modellərdən istifadə edilməsi tələb olunan məsələlərin birmənalı həlləni təmin etmək mümkündür. Beləliklə, işlənilmə obyektlərinə dinamik bir sistem kimi baxılarsa, onun müxtəlif elementlərinin tədqiqində bu üsullardan istifadə edilməsi vacibdir.
Qeyd etmək lazımdır ki, riyazi üsulların sayı çox, həlletmə qabiliyyəti isə müxtəlifdir. Onların hər biri haqqında müvafiq ədəbiyyatlarda məlumatlar vardır (bax “ƏDƏBİYYAT” – Ehtimal nəzəriyyəsi və riyazi statistika üzrə elmi nəşrlər). Hazırki dərslikdə neft-qaz mədən geologiyasında daha çox istifadə olunan üsulların qısa səciyyəsi verilir.

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə