Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə18/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   14   15   16   17   18   19   20   21   ...   132

65

   


        

T

hsil ill ri



Bəhruz bəy Kəngərli rəssamlıq məktəbinin tələbələri ilə. 1918.


 

66

S n



t dünyası  


67

   


        

S n


t dünyası  

B

eləliklə,  Bəhruz  bəy  Kəngərli 



ar zu qanadlarında beş il əvvəl 

tərk  etdiyi  Naxçıvana  qa-

yıdır. Təbii ki, ilk növbədə özünü bir ya ra dıcı, 

bir  rəssam  kimi  təsdiqləmək,  sonralar  ölçü-

yəgəlməz  hesab  olunacaq  vətənpərvərliyini 

sərgiləmək  üçün...

Gənc rəssamın ilıq arzularla doğma 

torpağa  dönüşü ilə onun soyuq qucağına 

gömülməsi  arasındakı  zaman  kəsiyi 

cəmisi yeddi il çəkdi. Ölüm bütün yaşlarda 

həm  təbii,  həm  də  gözlənilməzdir. 

Bununla  belə  onun  yaşayıb-yaratmaq 

istəyi  ilə  alışıb-yanan  və  yaradıcılığının 

çiçəkləndiyi    dövrünü  keçirən  Bəhruz 

bəyə  qıymasını  yalnız  “Alın  yazısı”  ilə 

əlaqələndirmək  olar.    Bu  yeddi  il  bizə 

çox  az  görünsə  də,  rəssamın  duyulası 

məhsuldar  yaradıcılığı  tamaşaçısını  bu 

müddətin  daha  uzun  olduğu    anlamına 

gətirir. Heç şübhəsiz sizi də, bizi də bu 

qənaətə gətirən onun əsərlərinin çoxluğu 

ilə yanaşı, onlarda  fırça ustasının nümayiş 

etdirdiyi  yüksək  sənətkarlıqdır.  Belə  ki, 

müxtəlif mövzulu və janrlı əsərlər gənc 

bir  yaradıcının  təxəyyülünün  nəticəsi  olsa 

da,  onlardakı  həyata  baxışda,  görünənlərin 

bədiiləşdirilməsində  duyulası  gənclik  təra-

vəti  ilə  yanaşı,  kamillik  və  müdriklik  də 

görünməkdədir.  Odur  ki,  bəzən  adama  elə 

gəlir ki, Bəhruz bəy sənətdə öz sözünü deyib 

getdi və o, qənaətimizcə qoyub getdiklərindən 

də  yəqin  ki,  narahat  deyildi.  Əbədiyyətə 

qovuşduğu  gündən  onun  Əcəmi  ilə  birlikdə 

qədim  Naxçıvan  torpağının  bədii-mədəni 

rəmzinə çevrilməsi, XX əsr Azərbaycan təsviri 

sənətinə  yeni  nəfəs  gətirən  bir  yaradıcı  kimi 

dəyərləndirilməsi də bunun təsdiqidir. Əslində 

elə  həyatın  əsl  mənası  da  “həyatdan  sonrakı 

həyatı”n  qazanılmasıdır,  desək,  yanılmarıq.  

Bunu cəmisi 30 illik həyat və yaradıcılığı ilə 

sübut edən Bəhruz bəy Kəngərli timsalında da 

görmək mümkündür.

Yeri gəlmişkən deyək ki, gənc rəssamın 

yeddi  il  davam  edən  müstəqil  yaradıcılığını 

əsasən  təsviri  sənətin  müxtəlif  janrlarında 

çəkilmiş  əsərlər  təşkil  edir.  Yaratdığı  bütün 

əsərlər  doğma  Naxçıvanla  bağlıdır,  desək, 

yanılmarıq. Doğma yurdun təbiəti və insanları 

onun  müxtəlif  ölçülü  əsərlərinin  məna-

məzmun daşıyıcılarıdır. 

Ona ayrılan qısa ömür payında çoxlarının 

gözündə  adiləşən  mənzərələrə  özünəməxsus 

tutum  verən  Bəhruz  bəy  əslində  yeni  əsrin 

əvvəllərində  Naxçıvan  təbiətinin  bu  gün 

yalnız  elə  həmin  lövhələrdə  yaşayan  “bədii 

salnamə”sini yaratmağa nail olmuşdur.  Belə 

ki, bu gün həmin yerlər qalsa da, görünüşləri 

ya çox fərqlidir və yaxud ümumiyyətlə onlar 

mövcud deyillər. 

Eyni  sözləri  onun  çəkdiyi  portretlər 

haqqında da demək olar. Belə ki, onlarda təsvir 

olunan müxtəlif yaşlı adamların çoxu konkret 

olmaqla,  ötən  əsrin  əvvəllərində  Naxçıvanda 

yaşamışlar. Bu vaxta qədər əksəriyyətinin adı 

naməlum  qalan  həmin  adamların  bəzilərinin 

real  fotoşəkillərini  əldə  etməyimiz  onların 

kimliyini  müəyyən  etməyə  imkan  vermişdir. 

Düşünürük  ki,  bu  Bəhruz  bəy  Kəngərlinin 

yaradıcılığının hərtərəli öyrənilməsi yönündə 

çox önəmli addımdır.

Rəssamın onu əhatə edən əşyalara bədii 

S¬n¬t d³nyas  



 

68

S n



t dünyası  

münasibətini özündə əks etdirən natürmortları 

da  özünəməxsusluğu  ilə  seçilir.  Onu 

başqalarından  fərqləndirən  bədii  xüsusiyyət 

bir  qayda  olaraq  bu  natürmortların  təkəşyalı 

olmalarıdır.

Bəhruz  bəyin  yuxarıda  adları  çəkilən 

janrların hər birinin təşəkkülündə özünəməxsus 

yeri olmuşdur. Kitabı vərəqlədikcə siz onların 

təsvirini  görəcək,  daşıdığı  bədii-estetik 

məziyyətlərlə tanış olacaqsınız. 

Elə isə gəlin çoxəsrlik Azərbaycan təsviri 

sənət  tarixini  yaratdıqları  ilə  zənginləşdirən, 

vətənpərvərliyi ilə onun XX əsr mənzərəsinə 

özünəməxsus 

ab-hava, 

məna-məzmunu 

tutumu  gətirən yaş etibarilə gənc, əsərlərinin 

mahiyyətinə  görə  çox  müdrik  görünən 

rəssamımızın  yaradıcılıq  yoluna  nəzər  salaq, 

ərsəyə gətirdiyi çoxsaylı rəngkarlıq və qraika 

nümunələrini dəyərləndirməyə  çalışaq...



Xan sarayı. XVIII əsr.


69

   


        

S n


t dünyası  

B

əhruz bəy Kəngərli ona ayrıl-



mış çox qısa zaman kəsiyində 

müxtəlif mövzularda və janr-

larda yüzlərlə boyakarlıq və qraika əsərləri 

yaratmışdır.  Muzeylərdə  indi  fəxrlə  tamaşa 

edə  bildiyimiz  bu  əsərlərin  bir  qismi  onun 

ailə  üzvləri  və  Bəhruzsevərlər    tərəindən 

qorunub saxlanılsa da, digər böyük bir 

hissəsi  isə  hələ  də  tapılıb  ortaya  çıxa-

rılmamışdır. Kitabın hazırlığı dövründə 

keçmiş SSRİ məkanında onun əsərləri-

nin ola biləcəyi ünvanlara müraciət et-

sək də, arzuladığımız nəticəni əldə edə 

bilmədik. Buna baxmayaraq onun şəxsi 

kolleksiyalarda qorunan və elmə məlum 

olmayan bir-neçə əsərini üzə çıxara bil-

dik. İndiki halda deyə bilərik ki, Bəh-

ruz bəy Kəngərlinin bədii irsinin böyük 

bir hissəsi – 80 ədəd sulu boya, 37 ədəd 

yağlı boya, 7 ədəd kömür, 1 ədəd tuş,  

5  ədəd  ka ran daş,  l  ədəd  qa rışıq  texni-

ka  ilə  işlənmiş 

əsərləri  və  2 

ədəd  albomu, 

ü m u  m i  l i k d ə 

450  əsəri  Bakı  şəhə-

rindəki  Azər  baycan 

Milli  İn cə  sənət  Mu-

zeyində sax lanılır. 

Burada  saxla-

nılan 


albomlardan 

biri  müxtəlif  tiplərə 

həsr olunmuşdur.  51 

sə hifədən  ibarət  olan 

albomda 

rəssamın 

1911-1913-cü  illərdə,  yəni,  tələbəlik  döv-

ründə    akvarel,  karandaş,  kömür  və  tuşla 

çəkdiyi  müxtəlif  janrlara  aid  336  rəsm 

əsəri  toplanmışdır.  Bu  əsərlərin  çoxu  eskiz 

və  etüdlərdən  ibarətdir.    Onların  arasında 

naturaçıların və tələbə yoldaşlarının müxtəlif 

pozalarda  çəkilmiş  şəkilləri  üstünlük  təşkil 

edir. Odur ki, albomun “Azərbaycan tipləri” 

adlandırılması da suallar doğurur. Bu yerdə 

deyək  ki,  rəssamın  muzeyə  alınmış  bir 

çox  əsərlərinin  adlarında  indi  də  qeyri-

müəyyənlik  mövcuddur  və  qənaətimizcə, 

onlarla  bağlı  çoxsaylı  məlumatların  əldə 

olunmasının qarşılığında, bu adlara yenidən 

baxılmasına ehtiyac duyulur. 

Həcm  baxımından  kiçik  olan  ikinci 

albom  isə  “Naxçıvan  yadigarı”  adlanır  ki, 

bu albomda da sulu boya ilə işlənmiş 19 əsər 

var.  Bu  əsərlərin  çoxu  Naxçıvanın  tarixi-

memarlıq abidələri olan “Atabəy məqbərəsi”, 

“İmamzadə”,  “Atababa  günbəzi”,  “Köhnə 

qala”,  “Nuhun  qəbri”,  “Şəhər  məscidi”, 



Azərbaycan Milli İncəsənət Muzeyi.

Rəssamın

“Azərbaycan tipləri”

albomu. 1911-1913.

R¬ssam

n b¬dii irsi haqqnda




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə