72
S n
t dünyası
neçəsinin satıldığı barəsində yenə də heç bir
məlumat verilməmişdir. Onu da qeyd edək ki,
əsərlərinin satışından əldə edilən gəlirin üçdən
bir hissəsi rəssamın təşəbbüsü ilə Naxçıvan
şəhər uşaq evinə (yetimxanaya) bağışlansa da,
Bəhruz bəy Kəngərliyə çatacaq məbləğ təşkilat
komitəsi üzvləri tərəindən mənimsənilmişdir.
Bununla əlaqədar rəssamın Hərbi – Dəniz
Ko missarı Ə.Qarayevə ünvanladığı diləkcə
hazırda Naxçıvan Dövlət Arxivində saxlanılır.
Bəhruz bəy Kəngərlinin əsərlə-
rinin izinə düşərkən onun Naxçıvan
teatrındakı çoxşaxəli fəaliyyətini də
unutmamalıyıq. 1912-ci ildən 1922-
ci ilə kimi böyük rəssam bu teatrın
səhnəsində
oynanılan
müxtəlif
tamaşalara iri həcmli pannolar işləmiş,
səhnə tərtibatı və geyim eskizləri
hazırlamışdır. Lakin bu pannolar,
geyim eskizləri və dekorasiyalar
zaman keçdikcə teatrın arxivindən it-
bata düşmüş, günümüzə kimi gəlib
çatmamışdır.
Ayrıca onu da qeyd etməliyik
ki, Bəhruz bəy Kəngərlinin yaxın
qohumlarında olan əsərləri və şəxsi
əşyaları muzeylər tərəindən alınıb
fonda təhvil verilsə də, onun bədii
irsinin böyük bir qismi özlərini muzey
əməkdaşları kimi təqdim etmiş naməlum
adamlar
tərəindən
mənimsənilmişdir.
Rəssamın Rusiyaya yaşamağa yollanan kiçik
qardaşı Rüstəmin də ora özü ilə çoxlu rəsm
əsəri apardığı deyilsə də, onun İkinci dünya
müharibəsindən sonra yaşadığı ehtimal
olunan Valuysk şəhərinin muzeylərinə yazılan
məktublar cavabsız qalıb...
Rəssam sağlığında doğma Naxçıvan
şəhərində bir-neçə dəfə fərdi sərgisini təşkil
etmişdir. Adil Qazıyev öz xatirələrində onun
üç sərgisinin keçirildiyini qeyd etmişdir.
Təəssüf ki, bu sərgilərin hansı illərdə təşkil
olunduğunu göstərməmişdir. Məlum faktlara
əsasən ilk böyük sərginin 1914, son sərginin
isə 1921-ci ildə baş tutduğunu söyləmək olar.
Yəqin ki, iki sərgi arası üçüncü sərgi keçirilib.
Amma müxtəlif xatirələrə əsasən demək olar
ki, o, evlərində və kirələdiyi kiçik yerlərdə
də vaxtaşırı özünün satış-sərgilərini təşkil
etmişdir.
Sovet dönəmində Bakıda onun bir-neçə
fərdi sərgisi keçirilmişdir. Onlar 1947, 2002 və
2012-ci illərdə baş tutmuşdur. Rəssamın 1958-
ci ildə Moskvada, 2002 və 2012-ci illərdə
doğma Naxçıvan şəhərində əsərlərinin sərgisi
açılmışdır.
Bəhruz Kəngərli Muzeyinin
ekspozisiyası.
73
R sml r
B
əhruz bəy Kəngərlinin bə-
dii irsində onun bütün yara-
dıcılığı boyu müxtəlif rəsm
texnikalarında yaratdığı əsərlərin özünəməxsus
yeri vardır. Onun xüsusilə də tələbəlik
illərində kömürlə ərsəyə gətirdiyi rəsmlərdə
nümayiş etdirdiyi səy və yüksək sənətkarlığın
qarşılığında demək olar ki, gənc
rəssamın rəsmə böyük sevgisi olmuşdur.
Bəlkə də hələ Naxçıvanda ikən, yəni,
atasından evlərində dərs alıb, rəssamlığa
sevgisini müxtəlif kitab və jurnallardakı
şəkillərin üzün köçürməklə ifadə edən
Bəhruz bəyə təsviri sənətdə rəsmetmənin
əhəmiyyətini izah edən yoxdu. Amma
Tilisdə vəziyyət bambaşqaydı. Burada
məktəbdə ünsiyyətdə olduğu hər kəs,
xüsusilə də ona təsviri sənətin bədii-
texniki sirlərini aşılayan görkəmli
rəssamlar rəsmetmənin əhəmiyyətini
vurğulamaqdan usanmazdılar. Təhsil
günləri bir-birini əvəz etdikcə Bəhruz
bəy ona rəsmetmə barəsində deyilənlərin
həqiqət olduğuna bir daha əmin olurdu.
Odur ki, rəsmetməni cilalayacaq bütün
yaradıcı işləri görməyə çalışırdı. Onun bu
günümüzə gəlib çatan və içərisində üç yüzdən
çox qaralama və eskizlər toplanmış albomu
ilə tanışlıq da göstərir ki, gənc rəssam demək
olar ki, hər gün, başqa sözlə desək, davamlı
olaraq yaradıcılıq imkanlarının reallaşmasında
ona yardımçı ola biləcək rəsmetməyə xüsusi
diqqət yetirmişdir. Bu albomda demək olar
ki, müəllimləri tərəindən tələbələr qarşısına
yerinə yetirilməsi bir tədris vəzifəsi kimi
qoyulmuş bütün naturaların, eləcə də məşhur
gips iqur və başların qaralama eskizinə rast
gəlmək mümkündür. Gənc rəssamların istifadə
etdikləri gips naturalarla tanışlıq göstərir
ki, dünyanın ən məşhur təhsil ocaqlarında
rast gəlinən nümunələrdən Tilis rəssamlıq
məktəbində də tələbələr tədris prosesində
istifadə etmişlər.
Müxtəlif rəsm texnikalarında icra
olunmuş bu bitkin rəsmlər, qaralama və
eskizlər gənc rəssamın bütün yaradıcılığını
R¬sml¬r
B.Kəngərli. “Baş əzələləri”. 1913.