Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə6/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   2   3   4   5   6   7   8   9   ...   73

 
24                                                             Giriş                                                                                                                                                                   
Bundau sonra da Azərbaycan hakimləri hər vasitə ilə 
Bağdadı geri almağa çalışırlar (305, 143; 260, 11). Bu 
baxımdan, kərküklü tədqiqatçı Şakir Sabir və Azərbaycan 
alimi Ə.Məmmədovun göstərdiyi faktlar diqqəti cəlb edir. 
Şahzadə Bayəzid atası Sultan Süleyman və qardaşı II Sə-
limə qarşı qiyamda iştirak edir. Qiyam uğursuzluqla nə-
ticələnir. Bayəzid Səfəvilərə pənah gətirir. Sultan Süleyman 
Səfəvilərə böyük miqdarda hədiyyələr vəd edərək oğlunu 
edam etmək üçün geri tələb edir. Şah Təhmasib Sultan 
Süleymanın təklifini bir şərtlə qəbul etməyə hazır olduğunu 
bildirir ki, Bağdad yenidən Azərbaycana ilhaq edilsin (145, 
78). Lakin Sultan Süleyman bu şərti qəbul etmir. 
Azərbaycanla Türkiyə arasında baş verən 1533-1535-
ci illər müharibəsində Azərbaycan Bağdad da daxil ol-
maqla bütün İraqı itirdi (305, 161, 162). 
Lakin Şah Abbasın vaxtından başlayaraq 1623-1638-ci illər 
arası Bağdad, Kərkük və s. yenidən Səfəvi idarəsinə 
bağlanmış, 1638-ci ildən bir daha Osmanlı idarəsində olmuş 
(255, 85; 350, 3; 357, 30), 1732-ci ildən 1743-cü ilə qədər 
yenidən gah osmanlıların, gah azərbaycanlıların təbəəliyində 
olmuş, 1743-1746-cı illərdə tamamilə Azərbaycanın əlində 
olsa da,  1746-cı ildən, ingilis tarixçisi Stefan Lonqriqin 
təbirincə desək, Bağdad, Mosul, Kərkük və s. şəhərlər 
birdəfəlik xan itirib paşa qazandı (349, 20). Bundan sonra 
İraqla olan əlaqələrimiz kəsilmək dərəcəsinə qədər gəlib 
çatdı. Məhz buna görə də Azərbaycan hakimləri İraqda 
məskən tutmuş qəbilələri geri qaytarmağa təşəbbüs 
göstərdilər. Mirzə Camal Cavanşir bu münasibətlə yazır: 
«1747-ci ildə Nadir şah öldürüllükdən sonra Pənah xan 
yanında olan adamlarla birlikdə 
  Kərkük folkorunun janrları                                       25                             
Oarabağ ellərini qarşılamaq üçün İraq və Azərbaycan 
sərhədlərinə  qədər getdi... Onların bu səfəri bir nəticə 
vermədi» (247, 14-15). 
Demək lazımdır ki, burada təkcə Qarabağ elləri deyil, 
güneyli-quzeyli bütün Azərbaycandan qəbilələr məskən 
salmışdılar. 
Ara kəsildikdən sonra həsrət çəkən, kəsilən yollardan 
şikayətlənən xalq ürək sızıltısını, ələmini izhar etdiyi: 
Əslim qarabağlıdı, Bağdad yolu Gəncədi, 
Sinəm çarpaz dağlıdı. Gülü 
pəncə-pəncədi. 
Kəsilib gəlib-gedən Demə sizdən irağam, 
Demə yollar bağlıdı. Bıı sevda ölüncədi və s. 
kimi onlarca xoyrat (bayatı) meydana gəlmişdir. 
Lakin nə kəsilən yollar, nə də ayrılığa gətirib çıxaran 
illər bu elatın dilinə və folkloruna təsir edə bilməmişdir. О 
vaxtdan yazı dili Osmanlı türkcəsi kimi qəbul olunsa da
danışıq dili və folkloru Azərbaycan türkcəsini təmsil 
etmişdir(201, 14; 356
a
, 329). 
Biz türk dilləri ailəsində biri-birinə çox yaxın olan 
dilləri qarşı-qarşıya qoymaq fıkrindən uzağıq. Bununla 
belə, etiraf etməliyik ki, Kərkük dialektinə, onun folk-
loruna və xalq havalarına bələd olan, bu sahədə  tədqiqat 
aparan türk, Azorbaycan və eləce də iraqlı alimlər bu 
elatın ləhcəsinin Azərbaycan dili ilə üst-üstə düşdüyünü, 
eyni kökdən olduğunu, folklor və xalq havalarının fərq-
lənmədiyini qeyd edirlər (60, 147-152; 73, 26; 131, 56-66; 
149, 6; 150, 86-96; 178, 64-68; 178, 3-26; 201, 11-14; 
215, 203; 338, 14; 350,11; 356
a
-329). 
«Iraq türkmanları, yəni oğuzcanın azəri ləhcəsini qo- 


26 
G i r iş 
nuşan türklər» - deyə türk alimi Fuad Köprülü qəti qənaə-
tə gəlir. 
Türk Dil Qurumu başqanı  Əmir Asim Kərküklü təd-
qiqatçı Molla Sabirin 1951-ci ildə Bağdadda çap olunmuş 
«Kərkük müntəxəb xoryatları» kitabını (I hissə) oxuyaraq, 
həmin kitabın 1953-cü ildə  çıxan II hissəsinə yazdığı 
müqəddimədə göstərir: «Azəri ləhcəsində gözəl örnəkləri 
olan bu xalq şerlərində bizim dərləmələrə  sıqısıqıya bağlı 
olan kəlimələr, təbirlər vardır» (131, 57). 
Türk alimi Vahabi Aşqun Molla Sabirin II kitabına 
yazdığı müqəddimədə haqlı olaraq qeyd edir ki, «ilk ki-
tabda olduğu kibi, bu kitabdakılar da azəri ləhcəsindədir» 
(131, 147). 
Türkiyənin Belqraddakı səfirliyinin müşaviri Mir oğlu 
Cəmil də Molla Sabirin kitabını oxuyaraq yazmşdır: «Sa-
bir bəg  əfəndinin «Kərkük müntəxəb xoyratları» kitabın-
dan görünür ki, dil, Türkiyə, yəni qərb türkcəsinə ən yaxın 
türk ləhcəsi olan azəri ləhcəsindən həmən-həmən 
fərqsizdir» (131, 140). 
Bu baxımdan, kərküklü tədqiqatçı Əta Tərzibaşının da 
fıkri böyük əhəmiyyət kəsb edir: «Bizim türkman ləhcəsi 
azəri ləhcəsinə türk ləhcəsindən daha yaxın, bəlkə də əkiz 
qardaşlar olmaqla bərabər, bütün bu ləhcələr uzun bir tarix 
boyunca çeşidli səbəblərin təsiri ilə bir-birindən xəbərsiz 
olaraq gəlişdikləri halda aralarında görkəmli fərqlər 
bilinməmişdir» (210, 26). 
Prof. Hidayət Kamal Bayatlı da «İraq türkman türkcə-
si» adlı kitabında çox doğru qənaətə  gəlmişdir: «İraq 
türkmanlarının qonuşduğu ağız, türkcənin Azəri ağzı sa-
həsi içinə girməkdədir. Azəri ağzı dil coğrafiyası baxı-
mından: Doğu Anadolu, Güney Qafqaziya, Qafqaz Azər- 
 Kərkük   folklorunun janrları                                   27                           
baycanı,  İran Azərbaycanı, Kərkük (İraq) və Suriya 
türkləri bölgələrini qapsar. Folklor dəgəri baxımından da 
Türkcənin çox zəngin və çeşitli məlzəməsini daşıyan ye-nə 
də azəri ağızlarıdır» (356
a
, 329). 
Azərbaycan dili tarixi üzrə görkəmli mütəxəssis 
H.Mirzəzadə  də  «İraq  ərazisində yaşayan azərbaycan-
lıların dili haqqında bəzi mülahizələr» adlı sanballı məqa-
ləsində bu fıkri təsdiq edir (150, 86, 96). 
Maraqlıdır ki, Azərbaycan  ədəbi dili tarixindən danı-
şarkən XV-XVI əsr ədəbi dilimizdə Cənubi Azərbaycan və 
Bağdad (Kərkük)  şivə xüsusiyyətlərinin üstünlük təş-kil 
etdiyi göstərilmiş, Kərkük dialekti Azərbaycan dilinin 
Cənub qrapu dialekt və  şivələri sırasına daxil edilmişdir 
(87, 37; 88, 43; 187, 17; 150, 85). 
Yeri gəlmişkən qeyd edək ki, dili fonetik və leksik 
göstəricilərinə görə Azərbaycan dilinin Cənub və  Şərq 
qrupu dialekt və şivələrinin xüsusiyyətləri ilə səsləşdiyinə 
görə «Kitabi-Dədə Qorqud» tədqiqatçılarından V.Bartold, 
F.Köprülü, A.Dilaçar, M.Ergin onun azər-baycanlılara, 
V.Bartoldun təbirincə desək «Qafqaz türkmanlarına» 
məxsus olduğunu (136, 6, 10, 13), O.Gögyay, M.Ergin, 
Y.Yakubovski, H.Araslı, M.Təhmasib,  Ə.Dəmirçizadə, 
Ş.Cəmşidov, X.Koroğlu və başqaları isə  əsərin Drezden 
nüsxəsinin, ümumiyyətlə, Azərbaycanda qələmə alındığını 
təsdiq edirlər (136, 10, 19). 
Çəkinməcdən demək olar ki, əsrlərlə başqa xalqlar 
ənatəsində qalan, məhz buna görə də qədim leksik və 
fonetık xüsusiyyətlərini daha çox saxlayan İraq türkman- 
larının dili «Kitabi-Dədə Qorqud»un dil özəlliklərini ta- 
mamilə əks etdirir. «Kitabi-Dədə Qorqud»da yer alan 
onlarca sözün indinin özündə belə Kərkük dolaylarında 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə