Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə8/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   4   5   6   7   8   9   10   11   ...   73

32                                                                       G iri ş                             
ilk vaxtlar «Kərkük», «Afaq», «Bəşir», «İraq», «Yurd» 
qəzetləri, «Qardaşlıq» və «Yeni İraq» dərgilərində çap 
olunmuş  və indi hər hansı bir tədqiqat işində etimad edə 
biləcəyimiz zəngin material əldə edilmişdir. Atalar sözləri 
və məsəllər, xoyrat və manilər, xalq mahnıları, mərasim və 
nəğmələr, lətifələr, inanclar, dualar, bəddualar və s. 
nümunələr sonralar Molla Sabirin «Kərkük müntəxəb 
xoyratları» (131), Həbib Sevimlinin «Kərkük xoyratları və 
maniləri» (134), Şakir Sabirin «Kərkükdə ictimai həyat» 
(255), «İraq türkmanları  ağzında atalar sözü» (122), Əta 
Tərzibaşının «Kərkük xoyratları  və maniləri» (205; 206; 
207), «Kərkük havaları» (208), «Kərkük  əskilər sözü» 
(209),  İbrahim Daquqinin «İraq türkmanları, dilləri, 
tarixləri və  ədəbiyyatları» (117), Əbdüllətif Bəndəroğlu-
nun «İraq Türkman ədəbiyyatı yolunda bir addım» (92) və 
«Ata sözlərimiz» (93), Sübhi Saatçının «Kərkük çocuq 
folkloru» (201), «Kərkükdən dərlənən olay türküləri» (20 
l
b
),  İhsan Vəsfinin «İraq türkmanlarında deyimlər və ata 
sözləri» (128), Məhəmməd Xurşidin «Əski sözlər bağçası» 
(149), Mahir Naqibin «Kərkük xalq musiqisinin təsnif və 
təhlili» (350) və s. kitablarda toplanmışdır. Görülən işlər 
folklor nümunələrini toplama və  nəşr etmə  çərçivəsində 
qalmamış, eyni zamanda İraq türkman folklorunun bəzi 
janrlarının elmi əsaslar üzrə  tədqiqi yolunda da müəyyən 
addımlar atılmışdır. Bu baxımdan  Əta Tərzi-başının 
xoyratlar, manilər və xalq havalarına dair araş-dırmaları 
xüsusilə əhəmiyyətlidir. 
Bununla belə,  İraq-türkman  şifahi xalq yaradıcılığı 
hərtərəfli öyrənilməmiş, onun sistemli təhlilinə ilk olaraq 
bizim tərəfimizdən təşəbbüs göstərilmişdir. «İraq-türkman 
folkloru» adlı monoqrafiyamıza ön söz yazan 
Kərkük folklorunun janrları                            33                                     
iraqlı  tədqiqatçı  Ə.Bəndəroğlunun fikri deyilənlərə dayaq 
olur: «Bu günə  qədər bizdə - İraq türkmanlarında, 
Türkiyədə, Azərbaycanda folkloramuzun bu biçimdə  təd-
qiqi, incələnməsi və araşdırılması olmamışdır» (180, 4). 
Həqiqətən də  İraq-türkman folklorunun əksər növ və 
janrları ilk dəfədir tədqiqat obyektinə çevrilir. Tədqiqat 
üçün  İraq türkman folkloruna dair kitablar, yuxarıda söh-
bət açdığımız qəzet və dərgilər, eləce də 1962-1966, 1972-
1975-ci illər arası  İraqa uzunmüddətli ezamiyyət-lərimiz 
zamanı  hər biri bir saat yarım davam edən beş lentdə  və 
min səhifədən artıq olan bir neçə böyük dəfitər-xana 
dəftərində topladığımız nümunələr  əsas mənbə kimi 
götürülmüşdür. 
İlkin janrlar, xalq mərasim və  nəğmələri, bayatı-tap-
macalar, beşik nəğmələri, nağıllar, lətifələr, tapmacalar, 
atalar sözləri və s. demək olar ki, İraq-türkman folk-
lorunda elmi-nəzəri cəhətdən ilk dəfədir tədqiq olunur. Bu 
janrlardan bayatı-tapmacalar bütövlükdə, beşik nəğmələri 
isə qismən, ümumiyyətlə, folklorşünaslığımızda indiyə 
qədər müstəqil janr kimi tədqiq olunmamışdır. 
Monoqrafıyada İraq-türkman folklorunun Azərbaycan 
folkloru ilə bağlılığı, eytıi soykökün yaradıcılıq məhsulu 
olduğu müqayisələr, paralellər, tutuşdurmalar yolu ilə üzə 
çıxarılmış, mövcud janrların təsnifatı müasir folklorşü-
naslığın nailiyyətləri fonunda aparılmışdır (61; 162; 273; 
299; 300; 317; 318). 
Tədqiqatın   əhəmiyyətindən  danışarkən  demək  la- 
zımdır ki, İraq türkman folklorunun hərtərəfli tədqiqi 
 tarixi keçmişimiz, dil tariximiz, dialektologiyamız, xalq 
poezıyamiz, estetik fikir tariximiz və s. kimi zəruri 
məsə- 


34 Giriş 
lələrin tam və əhatəli öyrənilməsi baxımından böyük dəyər 
kəsb edir. 
Xalq dilini bütün incəlikləri ilə özündə yaşadan  İraq-
türkman folkloru elə bir xəzinədir ki, burada xalqını sevən 
hər kəs  əvəzsiz incilər tapar. Bu xalq müdrikliyi xə-
zinəsinin hər qatında Azərbaycan folklorana bir doğmalıq, 
əkizlik vardır. Nə yaxşı ki, şüurda, düşüncədə, mənə-
viyyatda xalq parçalanmayıb! Axı daşlar ovula-ovula, 
qayalar sökülə-sökülə, bulaqlar quruya-quruya, çaylar 
çəkilə-çəkilə məhv olur. Millət isə unuda-unuda (70, 4). 
Lakin insana təsəlli olan gün kimi aydın bir həqiqət də 
vardır. Kərküklü  İrmağın doğru olaraq qeyd etdiyi ki-mi, 
«Vətən torpağı kiçilib-genişlənə bilər, sərhədləri tükənə 
bilər, tarixi təhrif edilə bilər, hətta şan və şərəfı tapdalana 
bilər, dini dəyişdirilə bilər. Lakin bir şey dəy-işmir. Qalan 
bu tək varlıq ana dilidir» (74). 
Göründüyü kimi, dil və folklor adlandırılan iki ümdə 
varlıq vardır ki, həyat yaşadıqca yaşayır, xalqın keçmişi 
haqqında danışa bilən təkzibolunmaz tarixi sənədə çevri-
lir.  İraq-türkman folklorunun ədəbi-tarixi qiyməti, bizcə, 
hər şeydən əvvəl bundadır. 
BİRİNCİ FƏSİL 
MƏRASİM FOLKLORU 
İnsanın həyatını  mərasimsiz təsəvvür etmək mümkün 
deyil. Odur ki, xalqın qədim yaradıcılıq məhsulu kimi, 
cəmiyyətin gərdişində öz yeri, sanbalı olan mərasim folk-
lora xalqın düşüncə tərzini, həyata baxış və münasibətini, 
etik, estetik, etaoqrafık görüşlərini, adət-ənənəsini, məra-
simlərini sistemli tərzdə izləmək baxımından böyük də-yər 
və əhəmiyyət kəsb edir. 
Mərasim folklorunu iki yerə bölmək olar: 
İlkin janrlar; 
Xalq mərasim və nəğmələri. 
İLKİN JANRLAR 
İlkin janrlara əsasən, inanclar, yemindlər (andlar), 
dualar (alqışlar),  bəddualar (qarğışlar),  fallar daxildir. 
Insanın real həyat hadisələrinə inam və etiqadlarının bir 
növ bədii əksi bu janrların əsas səciyyəvi xüsusiyyətlərini 
təşkıl edir. Bunlar müşahidə, inam nəticəsində  sınaq və 
təcrübədən keçirilərək qətiləşmiş,  xalq yaradıcılığının lkin 
janrlarına çevrilmişlər. Nəticədə  həyata ömürlük vəsiqə 
qazanmış, xalqın hafızəsində, gündəlik məişətinə, dilində 
əbədiləşmiş, zəmanəmizə qədər gəlib çıxmışlar 
Qeyd etmək lazımdır ki, İraq-türkman folklorunda il-
kin janr örnəkləri toplanıb çap olunsalar da (71; 256; 133; 
92), tədqiq olunmamışlar. 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə