Mövzu 4. Beynəlxalq iqtisadi hüququn subyektləri
4.1. Beynəlxalq iqtisadi hüququn subyektləri anlayışı
4.2 Dövlətin beynəlxalq iqtisadi hüquq subyektliyinin xüsusiyyəti
4.3. Beynəlxalq iqtisadi təşkilatlar
4.4. Beynəlxalq qeyri-hökumət təşkilatları və transmilli korporasiyalar
4.5. Beynəlxalq iqtisadi hüquqda əmək bazarı və əhalinin məşğulluq problemi
4.1. Beynəlxalq iqtisadi hüququn subyektləri anlayışı
Əgər hər hansı subyekt beynəlxalq iqtisadi hüquqla tənzimlənən dövlətlərarası
beynəlxalq iqtisadi münasibətlərdə iştirak edərsə və bunun üçün lazım olan hüquq və
vəzifələrə malik olarsa, o, beynəlxalq iqtisadi hüququn subyekti sayılır. Buna görə də
dövlətlərarası beynəlxalq iqtisadi münasibətlərin müəyyən hüquq və vəzifələrə malik
olan iştirakçıları beynəlxalq iqtisadi hüququn subyektləri sırasına aid edilir.
Beynəlxalq iqtisadi hüququn subyektləri dedikdə beynəlxalq dövlətlərarası
iqtisadi münasibətlərin elə mümkün iştirakçıları başa düşülür ki, bundan ötrü onlar
beynəlxalq iqtisadi hüquq və vəzifələrə malik ola bilirlər.
Hər hansı qurumun (dövlətin, beynəlxalq təşkilatın və s.) beynəlxalq iqtisadi
hüququn subyekti kimi tanınması həmin qurumun nə hüquqi status və təbiətindən, nə
də onun malik olduğu beynəlxalq iqtisadi hüquq və vəzifələrin həjmindən asılıdır.
Əsas və başlıca şərt ondan ibarətdir ki, belə qurum beynəlxalq iqtisadi hüquqla
bilavasitə tənzimlənən münasibətlərdə iştirak etmək qabiliyyətinə və imkanına malik
olmalıdır.
«Beynəlxalq iqtisadi hüququn subyektləri» anlayışı «dövlətlərarası beynəlxalq
iqtisadi hüquq münasibətlərinin subyektləri» anlayışından fərqlənir. Belə ki, bir az
əvvəldə deyildiyi kimi, beynəlxalq iqtisadi hüququn subyektləri dedikdə elə qurumlar
başa düşülür ki, onların dövlətlərarası beynəlxalq iqtisadi münasibətlərdə iştirak
etmək qabiliyyəti vardır.
Dövlətlərarası beynəlxalq iqtisadi hüquq münasibətlərinin subyektlərinə
gəldikdə isə, qeyd etməliyik ki, onlar həmin münasibətlərin realiştirakçısıdırlar;
beynəlxalq iqtisadi hüququn subyektləri belə münasibətlərin real deyil, mümkün
(potensial) iştirakçılarıdır. Onların arasında mövcud olan münasibət fəlsəfi planda
«imkan» və «gerçəklik» kimi kateqoriyalar (anlayışlar) arasındakı əlaqə kimidir.
Əgər «beynəlxalq iqtisadi hüququn subyektləri» imkandırsa, «beynəlxalq
dövlətlərarası iqtisadi hüquq münasibətlərinin subyektləri» gerçəklikdir, reallıqdır.
Bu baxımdan, müəlliflərdən R.O.Xalfina çox düzgün olaraq qeyd edir ki, «hüquq
münasibətinin iştirakçısı» anlayışı artıq «hüququn subyekti» anlayışıdır. Bu və ya
digər qurumun beynəlxalq iqtisadi hüququn subyekti kimi tanınması üçün onun
beynəlxalq hüquq subyektliyinə malik olması tələb edilir.
Hüquq subyektliyi (o cümlədən beynəlxalq hüquq subyektliyi) şəxslərin
özündən ayrılmaz olub, onların ictimai-hüquqi xüsusiyyətidir.
Beynəlxalq hüquq subyektliyi dedikdə subyektlərin beynəlxalq hüquq
normaları ilə tənzimlənən münasibətlərdə, yəni dövlətlərarası beynəlxalq hüquq
münasibətlərində iştirak etmək qabiliyyəti (imkanı) başa düşülür. Başqa sözlə,
beynəlxalq hüquq subyektliyi beynəlxalq hüququn subyekti olmaq imkanı,
beynəlxalq hüquq və vəzifələr daşımaq, onları həyata keçirmək qabiliyyəti deməkdir.
Beynəlxalq hüquq subyektliyi ümumiləşdirilmiş anlayışdır. Bu o deməkdir ki,
onun strukturu ayrı-ayrı elementlərdən ibarətdir. Belə ki, beynəlxalq hüququn
subyektliyi özündə üç əsas struktur elementi birləşdirir. Həmin elementlərə aiddir:
-beynəlxalq hüquq qabiliyyəti;
-beynəlxalq fəaliyyət qabiliyyəti;
-beynəlxalq delikt qabiliyyəti.
Beynəlxalq hüquq qabiliyyəti dedikdə beynəlxalq hüquq subyektinin
beynəlxalq hüquqlara malik olmaq və beynəlxalq vəzifələr daşımaq qabiliyyəti başa
düşülür; əgər beynəlxalq hüquq subyekti beynəlxalq hüquq və vəzifələr daşımaq
imkanına (burada söhbət hüquqi imkandan gedir) malik olarsa, bu o deməkdir ki,
həmin subyekt beynəlxalq hüquq qabiliyyətlidir. Təsadüfi deyil ki, «beynəlxalq
hüquq subyekti» anlayışı üçün xarakterik olan əsas əlamətlərdən biri onun beynəlxalq
hüquq və vəzifələr daşıyıcısı olmaq imkanıdır.
Beynəlxlaq fəaliyyət qabiliyyəti dedikdə beynəlxalq hüquq subyektinin öz
müstəqil beynəlxalq hərəkətləri ilə beynəlxalq hüquqlar əldə etmək və həyata
keçirmək, özü üçün beynəlxalq vəzifələr yaratmaq və icra etmək qabiliyyəti başa
düşülür.
Beynəlxalq hüquq qabiliyyəti özündə iki elementi birləşdirir ki, həmin
elementlər bunlardan ibarətdir:
-beynəlxalq hüquqlara malik olmaq qabiliyyəti;
-beynəlxalq vəzifələr daşımaq qabiliyyəti.
Beynəlxalq fəaliyyət qabiliyyətinə gəldikdə isə, qeyd etmək lazımdır ki,o,
beynəlxalq hüquq qabiliyyətindən fərqli olaraq, özündə dörd elementibirləşdirir:
-öz müstəqil xarakterli beynəlxalq hərəkətləri ilə beynəlxalq hüquqlar əldə
etmək qabiliyyəti;
-əldə etdiyi beynəlxalq hüquqları həyata keçirmək qabiliyyəti;
-öz müstəqil xarakterli beynəlxalq hərəkətləri ilə özü üçün beynəlxalq vəzifələr
yaratmaq qabiliyyəti;
-özü üçün yaratdığı beynəlxalq vəzifələri icra etmək qabiliyyəti.
Beynəlxalq hüquq subyektləri beynəlxalq hüquq normaları əsasında öz
beynəlxalq fəaliyyət qabiliyyətini realizə edirlər, yəni beynəlxalq hüquqlar
əldəsubyektliyinin dairəsini dəqiq olaraq müəyyənləşdirə bilərik. Beynəlxalq hüquq
subyektliyinin dairəsini müəyyənləşdirmək isə vacib məsələdir.
Bildiyimiz kimi, beynəlxalq hüququn başlıca funksiyası dövlətlərarası
beynəlxalq münasibətləri tənzimləməkdən ibarətdir; dövlətlərarası beynəlxalq
Dostları ilə paylaş: |