təmin edilməsi; səhmlərin, adətən təqdim edənlər üçün buraxılması; sahibkarın adının
açıqlanmasının xüsusi hallarla şərtləndirilməsi və bu zaman da müəyyən hüquqi
təminatların təqdim olunması;
- nizamnamə kapitalının aşağı səviyyəsi, hüquqi rejimin ən azı 15-20 illik
stabilliyi;
bir çox ölkələrdə hesablama və vergi bəyannamələrinin tələb olunması; xarici auditin
bir çox offşorlarda fəaliyyət göstərməməsi və s. qeyd edilə bilər
4.3. Beynəlxalq iqtisadi təşkilatlar
Dövlətlərin iqtisadi fəaliyyətinin tənzimlənməsində eləcə də qəbul edilmiş
beynəlaxalq hüquq normalarının gözlənilməsində dövlətlərlə yanaşı beynəlxalq
təşkilatların kollektiv fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq iqtisadi
təşkilatlar iştirakçılarının razılaşdırılmış məqsədinə, səlahiyyət və orqanlarına,
həmçinin xüsusi siyasi-təşkilati normalara (nizamnamə və prosedura, üzvliyə,
qərarların qəbul edilmə qaydasına və s.) malik olan çoxtərəfli institusional
mehxanizmilər kimi çıxış edirlər.
Beynəlxalq münasibətlərdə beynəlxalq iqtisadi qurumların hüquqyaratma
səlahiyyəti, mübahisələrin həlli ilə əlaqədar mexanizmilərin yaradılması,
kvaziməhkəmə yurisdiksiyası müvafiq münasibətlərin daha çevik idarə olunmasına
xidmət edir. Beynəlxalq iqtisadi təşkilatların hüquqyaratma və hüquq tətbiqetmə
səlahiyyətləri inteqrasiya sistemlərində daha geniş aspektdə təzahür etməkdədir.
Beynəlxalq iqtisadi təşkilatların fəaliyyəti, səlahiyyəti 1986-cı il Dövlətlərlə
beynəlxalq təşkilatlar və ya beynəlxalq təşkilatların öz aralarımda bağlanan
beynəlxalq müqavilələr hüququ haqqında Vyana Konvensiyasının və digər
beynəlxalq hüquq normaları ilə tənzimlənir. Beynəlxalq iqtisadi təşkilatlar hüquqi
təbiət baxımından digər beynəlxalq təşkilatlardan elə bir ciddi fərqlərə malik
olmurlar. Beynəlxalq təşkilatların beynəlxalq hüquq subyekliyi onların daxili
qaydaları ilə tənzimlənir.
Beynəlxalq iqtisadi münasibətlərin inkişaf dinamikası göstərir ki, beynəlxalq
iqtisadi təşkilatların fəaliyyəti daha da genişlənəcəkdir. Şübhəsiz ki, bu zaman
beynəlxalq hüquq üçün xaraqterik olan kordinasion tənzimetmə subordinasion və ya
dövlətüstü tənzimetmə meyilli ilə qarşılanacaq. Xüsusən də, Beynəlxalq Valyuta
Fondu, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Dünya Ticarət Təşkilatı
çərçivəsində kvaziməhkəmə mexanizmləri qeyd edilən fikri təsdiqləməkdədir.
Beynəlxalq iqtisadi təşkilatların hüquqyaratma prosesi onların qəbul etdiyi qərar
və qətnamələrdə ifadə olunaraq beynəlxalq iqtisadi münasibətlərin hüquqi
tənzimlənməsində mənbə qismində çıxış edir. Əksər hallarda həmin normalar siyasi
bəyannamə xaraqteri kəsb etsə də, sonradan onların beynəlxalq iqtisadi hüququ adət
mənşəli normalarına çevrilməsi istisna edilmir. BMT Nizamnaməsinin 10-cu
maddəsinə görə (əgər nizamnamə ilə başqa hal nəzərdə tutulmayıbsa) təşkilatların
qərarları tövsiyə (qeyriməcburi) xaraqterlidir. Lakin belə bir fakt diqqətdən
yayılmamalıdır ki, müvafiq normalar müəyyən hüquqi nəticələr yarada bilərlər. Onlar
hüquqyaratmada, təfsir və tətbiq prosesində iştirak etməklə beynəlxalq iqtisadi
hüquqda xüsusi normativ təsirə malikdir. Tövsiyə xaraqterli normaların məcburi
hüquqi qüvvə kəsb etməsi bir neçə istiqamətdə gedə bilər:
- həmin normaların beynəlxalq müqavilələrdə ifadə etdirilməsi;
- uzunmüddətli tətbiq nəticəsində beynəlxalq adət hüquq normalarına
çevrilməsi;
- dövlətdaxili hüquqa implimentasiya edilməklə məcburi hüquqi qüvvə kəsb edə
bilərlər.
1962-ci ildə BMT Baş Məclisinin 1803 (XVII) Qətnaməsilə qəbul edilən Təbii
ehtiyatları üzərində ayrılmaz suverenlik haqqında Bəyannamədə təsbit edilən təbii
ehtiyatlar üzərində dövlət suverenliyi sonradan yenə də BMT Baş Məclisinin 1874-cü
il qətnaməsilə təsdiqlənən dövlətlərin iqtisadi hüquq və vəzifələri xartiyasında,
Müqavilələrə münasibətdə dövlətlərin hüquqi varisliyi haqqında 1978-ci il Vyana
konvensiyasında və digər beynəlxalq sazişlərdə ifadə edilmişdir. Eləcə də, 1964-cü
ildə BMT Baş Məclisi tərəfindən təsis edilən BMT-nin Ticarət və İnkişaf üzrə
Konfransının “Prinsiplərində” əks olunmuş preferensiya prinsipi 1966-cı ildə GATT-
da (1947) və 1989-cu ildə qüvvəyə minən “Ticarət preferensiyalarının qlobal sistemi
haqqında” 1988-ci il Belqrad Müqaviləsində əks etdirilməklə beynəlxalq iqtisadi
hüquqda inkişafda olan dövlətlər üçün YBIQ institutunun bərqərar olunmasını təmin
etmişdir.
Beləliklə, beynəlxalq iqtisadi təşkilatlar beynəlxalq iqtisadi münasibətlərin
sistem elementi kimi beynəlxalq iqtisadi hüquqi tənzimetmə istiqamətində
sistemləşdirilmənin və məcəllələşdirmənin həyata keçirilməsinin əsas beynəlxalq
əməkdaşlıq forması kimi çıxış edirlər. Bu mənada, təsis edilməsi mümkün olmayan
Beynəlxalq Ticarət Təşkilatının əvəzinə 1964-cü ildə yaradılmış BMT-nin
Beynəlxalq Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) 60-dan çox beynəlxalq
sazişin, qətnamənin hazırlanmasında iştirak edib. 1995-ci ildən isə BMT Baş
Məclisinin qətnaməsinə əsasən Baş Məclisin daimi orqanı statusunu əldə edib. Bu
prosesdə digər beynəlxalq təşkilatlar da fəal iştirak edir. Xammal, təbii ehtiyatlar
bazarının beynəlxalq hüquqi tənzimlənməsində beynəlxalq təşkilatlardan Neft ixrac
edən ölkələrin Təşkilatı (OPEC-1961), Mis ixrac edən ölkələrin hökumətlərarası
Şurası (1968), Kauçuk istehsalçısı olan ölkələrin Assosiyasiyası (1970), Volfram
üzrə Assosiyasiya (1975) və s. tənzimləyici subyekt qismində çıxış edirlər.
Beynəlxalq iqtisadi hüquq yaradıcılığı prosesində BMT sturukturlarından Baş
Məclisələ bərabər İqtisadi və Sosial Şura (ECOSOC), beynəlxalq mübahisələrin
həllində BMT Beynəlxalq Məhkəməsi, beynəlxalq iqtisadi təhlükəsizliyin təmin
edilməsində BMT Təhlükəsizlik Şurası və s. beynəlxalq təşkilatlar (267, 270, 312 və
s.) çıxış edir.
4.4. Beynəlxalq qeyri-hökumət təşkilatları və transmilli
korporasiyalar
Dostları ilə paylaş: |