Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə17/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   13   14   15   16   17   18   19   20   ...   100

təmin edilməsi; səhmlərin, adətən təqdim edənlər üçün buraxılması; sahibkarın adının 
açıqlanmasının  xüsusi  hallarla  şərtləndirilməsi  və  bu  zaman  da  müəyyən  hüquqi 
təminatların təqdim olunması; 
-  nizamnamə  kapitalının  aşağı  səviyyəsi,  hüquqi  rejimin  ən  azı  15-20  illik 
stabilliyi; 
bir çox ölkələrdə hesablama və vergi bəyannamələrinin tələb olunması; xarici auditin 
bir çox offşorlarda fəaliyyət göstərməməsi və s. qeyd edilə bilər 
 
   
 
  
 
   
 
 
4.3. Beynəlxalq iqtisadi təşkilatlar 
 
 
Dövlətlərin  iqtisadi  fəaliyyətinin  tənzimlənməsində  eləcə  də  qəbul  edilmiş 
beynəlaxalq  hüquq  normalarının  gözlənilməsində  dövlətlərlə  yanaşı  beynəlxalq 
təşkilatların  kollektiv  fəaliyyəti  mühüm  əhəmiyyət  kəsb  edir.  Beynəlxalq  iqtisadi 
təşkilatlar  iştirakçılarının  razılaşdırılmış  məqsədinə,  səlahiyyət  və  orqanlarına, 
həmçinin  xüsusi  siyasi-təşkilati  normalara  (nizamnamə  və  prosedura,  üzvliyə, 
qərarların  qəbul  edilmə  qaydasına  və  s.)  malik  olan  çoxtərəfli  institusional 
mehxanizmilər kimi çıxış edirlər. 
 
Beynəlxalq  münasibətlərdə  beynəlxalq  iqtisadi  qurumların  hüquqyaratma 
səlahiyyəti,  mübahisələrin  həlli  ilə  əlaqədar  mexanizmilərin  yaradılması, 
kvaziməhkəmə  yurisdiksiyası  müvafiq  münasibətlərin  daha  çevik  idarə  olunmasına 
xidmət  edir.  Beynəlxalq  iqtisadi  təşkilatların  hüquqyaratma  və  hüquq  tətbiqetmə 
səlahiyyətləri  inteqrasiya  sistemlərində  daha  geniş  aspektdə  təzahür  etməkdədir. 
Beynəlxalq  iqtisadi  təşkilatların  fəaliyyəti,  səlahiyyəti  1986-cı  il  Dövlətlərlə 
beynəlxalq  təşkilatlar  və  ya  beynəlxalq  təşkilatların  öz  aralarımda  bağlanan 
beynəlxalq  müqavilələr  hüququ  haqqında  Vyana  Konvensiyasının  və  digər 
beynəlxalq  hüquq  normaları  ilə  tənzimlənir.  Beynəlxalq  iqtisadi  təşkilatlar  hüquqi 
təbiət  baxımından  digər  beynəlxalq  təşkilatlardan  elə  bir  ciddi  fərqlərə  malik 


olmurlar.  Beynəlxalq  təşkilatların  beynəlxalq  hüquq  subyekliyi  onların  daxili 
qaydaları ilə tənzimlənir.  
 
Beynəlxalq  iqtisadi  münasibətlərin  inkişaf  dinamikası  göstərir  ki,  beynəlxalq 
iqtisadi  təşkilatların  fəaliyyəti  daha  da  genişlənəcəkdir.  Şübhəsiz  ki,  bu  zaman 
beynəlxalq  hüquq  üçün  xaraqterik olan kordinasion tənzimetmə subordinasion  və ya 
dövlətüstü  tənzimetmə  meyilli  ilə  qarşılanacaq.  Xüsusən  də,  Beynəlxalq  Valyuta 
Fondu,  Beynəlxalq  Yenidənqurma  və  İnkişaf  Bankı,  Dünya  Ticarət  Təşkilatı 
çərçivəsində kvaziməhkəmə mexanizmləri qeyd edilən fikri təsdiqləməkdədir.  
 
Beynəlxalq iqtisadi təşkilatların hüquqyaratma prosesi onların qəbul etdiyi qərar 
və  qətnamələrdə  ifadə  olunaraq  beynəlxalq  iqtisadi  münasibətlərin  hüquqi 
tənzimlənməsində  mənbə  qismində  çıxış  edir.  Əksər  hallarda  həmin  normalar  siyasi 
bəyannamə xaraqteri  kəsb etsə də, sonradan onların beynəlxalq  iqtisadi  hüququ adət 
mənşəli  normalarına  çevrilməsi  istisna  edilmir.  BMT  Nizamnaməsinin  10-cu 
maddəsinə  görə  (əgər  nizamnamə  ilə  başqa  hal  nəzərdə  tutulmayıbsa)  təşkilatların 
qərarları  tövsiyə  (qeyriməcburi)  xaraqterlidir.  Lakin  belə  bir  fakt  diqqətdən 
yayılmamalıdır ki, müvafiq normalar müəyyən hüquqi nəticələr yarada bilərlər. Onlar 
hüquqyaratmada,  təfsir  və  tətbiq  prosesində  iştirak  etməklə  beynəlxalq  iqtisadi 
hüquqda  xüsusi  normativ  təsirə  malikdir.  Tövsiyə  xaraqterli  normaların  məcburi 
hüquqi qüvvə kəsb etməsi bir neçə istiqamətdə gedə bilər: 
 
- həmin normaların beynəlxalq müqavilələrdə ifadə etdirilməsi; 
 
-  uzunmüddətli  tətbiq  nəticəsində  beynəlxalq  adət  hüquq  normalarına 
çevrilməsi; 
 
- dövlətdaxili hüquqa implimentasiya edilməklə məcburi hüquqi qüvvə kəsb edə 
bilərlər. 
 
1962-ci  ildə  BMT  Baş  Məclisinin  1803  (XVII)  Qətnaməsilə  qəbul  edilən  Təbii 
ehtiyatları  üzərində  ayrılmaz  suverenlik  haqqında  Bəyannamədə  təsbit  edilən  təbii 
ehtiyatlar üzərində dövlət suverenliyi sonradan yenə də BMT Baş Məclisinin 1874-cü 
il  qətnaməsilə  təsdiqlənən  dövlətlərin  iqtisadi  hüquq  və  vəzifələri  xartiyasında, 
Müqavilələrə  münasibətdə  dövlətlərin  hüquqi  varisliyi  haqqında  1978-ci  il  Vyana 


konvensiyasında  və  digər  beynəlxalq  sazişlərdə  ifadə  edilmişdir.  Eləcə  də,  1964-cü 
ildə  BMT  Baş  Məclisi  tərəfindən  təsis  edilən  BMT-nin  Ticarət  və  İnkişaf  üzrə 
Konfransının “Prinsiplərində” əks olunmuş preferensiya prinsipi 1966-cı ildə GATT-
da (1947) və 1989-cu ildə qüvvəyə minən “Ticarət preferensiyalarının qlobal sistemi 
haqqında”  1988-ci  il  Belqrad  Müqaviləsində  əks  etdirilməklə  beynəlxalq  iqtisadi 
hüquqda inkişafda olan dövlətlər üçün YBIQ institutunun bərqərar olunmasını təmin 
etmişdir. 
 
Beləliklə,  beynəlxalq  iqtisadi  təşkilatlar  beynəlxalq  iqtisadi  münasibətlərin 
sistem  elementi  kimi  beynəlxalq  iqtisadi  hüquqi  tənzimetmə  istiqamətində 
sistemləşdirilmənin  və  məcəllələşdirmənin  həyata  keçirilməsinin  əsas  beynəlxalq 
əməkdaşlıq  forması  kimi  çıxış  edirlər.  Bu  mənada,  təsis  edilməsi  mümkün  olmayan 
Beynəlxalq  Ticarət  Təşkilatının  əvəzinə  1964-cü  ildə  yaradılmış  BMT-nin 
Beynəlxalq  Ticarət  və  İnkişaf  üzrə  Konfransı  (UNCTAD)  60-dan  çox  beynəlxalq 
sazişin,  qətnamənin  hazırlanmasında  iştirak  edib.  1995-ci  ildən  isə  BMT  Baş 
Məclisinin  qətnaməsinə  əsasən  Baş  Məclisin  daimi  orqanı  statusunu  əldə  edib.  Bu 
prosesdə  digər  beynəlxalq  təşkilatlar  da  fəal  iştirak  edir.  Xammal,  təbii  ehtiyatlar 
bazarının  beynəlxalq  hüquqi  tənzimlənməsində  beynəlxalq  təşkilatlardan  Neft  ixrac 
edən  ölkələrin  Təşkilatı  (OPEC-1961),  Mis  ixrac  edən  ölkələrin  hökumətlərarası 
Şurası  (1968),  Kauçuk  istehsalçısı  olan  ölkələrin  Assosiyasiyası  (1970),  Volfram 
üzrə Assosiyasiya (1975) və s. tənzimləyici subyekt qismində çıxış edirlər. 
 
Beynəlxalq  iqtisadi  hüquq  yaradıcılığı  prosesində  BMT  sturukturlarından  Baş 
Məclisələ  bərabər  İqtisadi  və  Sosial  Şura  (ECOSOC),  beynəlxalq  mübahisələrin 
həllində  BMT  Beynəlxalq  Məhkəməsi,  beynəlxalq  iqtisadi  təhlükəsizliyin  təmin 
edilməsində BMT Təhlükəsizlik Şurası və s. beynəlxalq təşkilatlar (267, 270, 312 və 
s.çıxış edir. 
 
4.4. Beynəlxalq qeyri-hökumət təşkilatları və transmilli  
korporasiyalar  
  


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə