Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə18/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   14   15   16   17   18   19   20   21   ...   100

Beynəlxalq  iqtisadi  münasibətlərin  hüquqi  tənzimlənməsində  iştirak  edən 
subyektlərdən  biri  də  müxtəlif  dövlətlərə  mənsub  olan  xüsusi  şəxslərin  beynəlxalq 
sferada  qeyri-kommersiya  xaraqterli  fəaliyyətini  yönəldən  və  dövlətdaxili  hüquqla 
hüquqi şəxs statusuna malik olan qeyri-hökumət təşkilatlarıdır. Konvension nöqteyi-
nəzərdən  yalnız  dövlətlər  və  hökumətlərarası  təşkilatlar  hüquqyaratma  prosesinin 
subyekti  kimi  qəbul  edilirlər.  Lakin  beynəlxalq  iqtisadi  münasibətlərin  institusion 
tənzimlənməsini  yalnız  beynəlxalq  müqavilə  əsaslı  təşkilatlarla  və  ənənəvi 
beynəlxalq  hüquq  subyektliyi  ilə  məhdudlaşdırmaq  düzgün  olmazdı.  Məlum  reallıq 
ondan  ibarətdir  ki,  müvafiq  sferada  dövlətlərlə  və  hökumətlərarası  təşkilatlarla 
yanaşı,  həm  də  dolayısı  ilə  beynəlxalq  qeyri  hökumət  təşkilatları,  transmilli 
korporasiyalar,  beynəlxalq  assosasiyalar,  institutlar,  müxtəlif  birliklər  və  s.  çıxış 
edirlər. Həmin qurumlardan xüsusi şəxslərin, bəzi hallarda dövlətlərin də maraqlarını 
ifadə  edən  qeyri-hökumət  təşkilatlarının,  hazırladığı  tənzimetmə  modelləri,  davranış 
qaydaları  və  s.  normaları  beynəlxalq  hüquqyaratma  prosesinə  əhəmiyyətli  formada 
təsir edir. 
Beynəlxalq  qeyri-hökumət  təşkilatları  öz  fəaliyyətində  birbaşa  mənfəət  əldə 
etmədikləri  üçün  transmilli  korporasiyalardan  fərqli  olaraq  beynəlxalq  iqtisadi 
münasibətlərin  operatorları  kimi  çıxış  etmirlər,  baxmayaraq  ki,  hökumətlərarası 
təşkilatların  beynəlxalq  iqtisadi  hüquq  normalarının  yaradılması  prosesində  iştirak 
edirlər. Onların müvafiq səlahiyyəti beynəlxalq hüquqi əsasa malikdir. Belə ki, BMT 
Nizamnaməsinin  71-ci  maddəsində  qeyd  edilir  ki,  İqtisadi  və  Sosial  Şura  qeyri-
hökumət  təşkilatları  ilə  onların  maraq  daiərsində  olan  məsələlərlə  bağlı 
məsləhətləşmələr aparmaq səlahiyyətindədir. 
Beynəlxalq  qeyri-hökumət  təşkilatlarının  hüquqyaratma  prosesində  iştirakı  bir 
qayda  olaraq  məsləhətləşmə  mexanizmi  vasitəsilə  təmin  edilir.  Bəzi  hallarda  isə 
hökumətlərarası təşkilatlar onlara mənsub qərarın hazırlanması və həyata keçirilməsi 
funksiyasını  müvafiq  qurumlara  həvalə  edirlər.  Beynəlxalq  Əmək  Təşkilatının  ali 
orqanlarının tərkibinin yaranışını qeyri-hökumət təşkilatlarından formalaşdırılması da 
onların  hüquyaratma  prosesindəki  xüsisu  funksiyaya  malik  olmasına  dəlalət  edir. 


Tənzimetmə  prosesində  beynəlxalq  qeyri-hökumət  təşkilatlarının  rolu  o  qədər 
yüksəkdir  ki,  bu  təsisatların  müvafiq  fikir  və  mövqeyini  nəzərə  almadan  dövlətlər 
onlara  mənsub  olan  kompaniyalara  xaricdə  kapital  qoyuluşu  ilə  bağlı  zəmanət  və 
məsləhətlər  vermirlər.  Digər  tərəfdən  isə,  qəbul  edilmiş  dövlətdaxili  və  beynəlxalq 
hüquqi  aktlar  beynəlxalq  iqtisadi  münasibətlərin  hüquqi  tənzimlənməsindən  geri 
qalmış olur. Bu da onunla bağlıdır ki, əgər dövlət hüququn formalığını, legitimliyini 
təmin  edirsə,  beynəlxalq  qeyri-hökumət  təşkilatları  isə  onun  səmərəli  olmasını  və 
işləkliyini təmin edir.  
Qeyri-hökumət  təşkilatları,  korporativ,  korporasiyalararası  normaları,  sahəvi 
qarşılıqlı  münasibətlərin  spesifiq  normalarını,  davranış  qaydalarını,  könüllü 
məcəllələri formalaşdırmaqla hüquqyaratma prosesinə qoşulurlar. Buna misal olaraq, 
Neft  Vasitəçilərinin  Beynəlxalq  Assosasiyası  (AIPN)  dövlətlərin  irimiqyaslı 
investisiyaları  cəlb  etməsi  məqsədinə  uyğun  olaraq  birgə  fəaliyyəti  daha  əlverişli 
kontraqt  modellərinin  hazırlanmasında  və  bütövlükdə  enerji  kompaniyaları  ilə 
birlikdə  beynəlxalq  lex  petroliumun  formalaşmasınd  aəhəmiyyətli  rol  oynayır. 
Davranış  qaydalarının  yaranma  prosesi  lex  mercatoriumun  formalaşmasına  təsadüf 
etsə  də  bu  sahədə  ilk  sistemləşdirmə  təşəbbüləri  XX  əsrin  20-30-cu  illərinə  təsadüf 
edir.  Qeyd  olunan  normalar  işgüzar  dövrüyyənin  etik  tələbləri  kimi  çıxış  etsə  də, 
sonradan  onların  daha  çox  işləkliyi  (praktika),  presedent  xarakter  kəsb  etməklə 
“yumuşaq hüquqa” (soft law) və bəzən də, “möhkəm hüquqa” (hart law) və ya adət 
normasına çevrilməsinə səbəb olur.  
Beynəlxalq  Ticarət  Palatasının  (1920)  Reklam  təcrübəsinin  beynəlxalq 
məcəlləsinə  ön  sözdə  qeyd  olunur  ki,  ilknövbədə,  özünü  nizamlama  vasitəsi  kimi 
qəbul  edilsə  də,  beynəlxalq  məcəllə  eyni  zamanda  məhkəmə  təcrübəsində  müvafiq 
qanunların kontektsində sorğu materialı kimi istifadə təyinatına malikdir.  
Bəzən 
beynəlxalq 
qeyri-hökumət 
təşkilatlarının 
hazırladığı 
davranış 
qaydalarının  dövlətlərarası  (hökumətlərara)-sı  səviyyədə  hazırlanan  davranış 
qaydalarından  fərqli  olması  haqqında  fikirlər  də  səslənir,  lakin  qeyd  etmək  lazımdır 
ki, hər iki halda, xüsusəndə, hökumətlərarası çərçivədə hazırlanan davranış qaydaları 


(1976-ci  il  İqtisadi  Əməkdaşlıq  və  İnkişaf  Təşkilatının  Çoxmilli  müəssisələr  üçün 
rəhbər  Prinsipləri,  1977-ci  il  Beynəlxalq  Əmək  Təşkilatının  Çoxmilli  müəssisələrlə 
və  sosial  siyasətlə  əlaqədar  Prinsipləri,  BMT  çərçivəsində  hazırlanan  transmilli 
korporasiyaların davranış məcəlləsinin Layihəsi və s.) ya bilavasitə, ya da dolayısı ilə 
beynəlxalq    qeyri-hökumət  təşkilatlarının  hüquqyaratma  fəaliyyətinin  nəticəsidir. 
Bəzi  beynəlxalq  qeyri-hökumət  təşkilatları  (məsələn,  Aviadaşıyıcıların  Beynəlxalq 
Assosiasiyası) birbaşa hüquqyaratma funksiyası ilə yanaşı, həm də müvafiq qaydalar, 
standartlara birbaşa nəzarət funksiyasına malikdir. 
Xüsusi  şəxslərin,  transmilli  korporasiyaların  təklif  etdikləri  transmilli  modelləri 
beynəlxalq  iqtisadi  münasibətləri  hüquqi  tənzimetmə  sisteminin  elementi  kimi  çıxış 
etməklə  son  nəticədə  həm  beynəlxalq,  həm  də  dövlətdaxili  hüquqla  pozitivləşdirilir. 
Bu  halda  qanunvericiliyin  qarşısında  duran  əsas  vəzifələrdən  biri  müvafiq 
tənzimetmə  mexanizmlərinin  vəhdətinin  təmin  etməkdir.  Belə  bir  vəhdətin  təmin 
olunması hüquqi tənzimetməli səmərəliliyini şərtləndirir
 
4.5. Beynəlxalq iqtisadi hüquqda əmək bazarı və əhalinin  
məşğulluq problemi  
 
Beynəlxalq  iqtisadi  hüquqda  universal  mexanizmlərə  üstünlük  verilərkən 
beynəlxalq  iqtisadi  hüquqa  dövlətlərarası  hüquq  kimi  deyil  fərdlərin,  insanların 
qarşılıqlı ünsiyyət və inkişaf hüququ kimi diqqət artırılmalıdır. Bu aspektdə dövlətin 
sosial 
təyinat, 
ləyaqətli 
həyat 
səviyyəsini 
təmin 
etmək 
funksiyasını 
genişləndirilməlidir.  BMT  qurumları  tərəfindən  bu  dahədə  müəyyən  proqram  və 
layihələr  (məsələn,  BMT  Baş  Məclisinin  1986-cı  il  İnkişaf  hüququ  haqqında 
Bəyannaməsi)  qəbul  edilsə  də  (preferensiya  rejimini  istisna  etsək),  bunların  realizə 
mexanizmləri, demək olar ki, yoxdur. Beynəlxalq hüquqda dövlətlərin iqtisadi hüquq 
və  vəzifələrini  müəyyən  etmək  cəhədləri  olsa  da,  ümumən  bu  problemə  ehtiyatlı 
yanaşma tərzi diqqəti cəlb edir. 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə