Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə19/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   15   16   17   18   19   20   21   22   ...   100

Beynəlxalq  iqtisadi  hüquqda  insan  hüquqları, o cümlədən, əmək bazarını sosial 
aspektdə  tənzimlənməsi  istəyi  əsasən  II  Dünya  müharibəsindən  sonrakı  dövrə  aid 
olsa  da,  problemin  beynəlxalq  hüquqi  tənzimlənməsi  istiqamətində  tədbirləri  daha 
öncə,  Beynəlxalq  Əmək  Təşkilatının  qəbul  etdiyi  normalarda  təsadüf  edilir. 
Beynəlxalq  Əmək  Təşkilatının  təsis  etdiyi  dövrdən  sonra  ayrı-ayrı  inkişaf  etmiş 
dövlətlərdə  “sosial  dempinq”  probleminin  tənzim  etmək  üçün  tarif  aktları  qəbul 
edilmişdir.  Buna  misal  olaraq,  ABŞ-ın  1922  və  1930-cu  illərdə  qəbul  edilmiş  tarıf 
qanunvericiliyi  daha  aşağı  əmək  haqqı  ilə  qiymətləndirilən  (ödənilən)  əmtəələrin 
idxal  zamanı  yerli  əmtəələri  haqsız  rəqabətə  məruz  qoymamaq  üçün  müvafiq  anti-
dempinq  kömrük  rüsumlarını  nəzərdə  tuturdu.  Sosial  dempinq  probleminin  dünya 
iqtisadiyyatına  mənfi  təsiri  1922-ci  il  Millətlər  Liqasının  Cenevrə  konfransının  da 
müzakirə  obyekti  olmuşdur.  Problemin  ətrafli  beynəlxalq  hüquq  tənzimlənməsinə 
cəht  Beynəlxalq  Ticarət  Təşkilatının  Havana  Xartiyasına  (Nizamnaməsinə)  təsadüf 
edir.  Xartiyanın  II  fəslində  qeyd  edilir  ki,  tam  məşğulluğun  təminatı  beynəlxalq 
ticarətin  genişləndirilməsi  vasitəsidir.  Xartiyada  Beynəlxalq  Əmək  Təşkilatının 
normalarına da geniş istinad edilirdi. Beynəlxalq ticarətin tənzinlənməsinə mənfi təsir 
kimi qeyri-ədalətli əmək normalarının ləğvi nəzərdə tutulurdu. 
Ümumiyyətlə,  beynəlxalq  ticarət  və  insan  hüquqlarının  qarşılıqlı  beynəlxalq 
hüquqi  tənzimlənməsində  iki  istiqamət  diqqəti  cəlb  edir.  Bir  istiqamət  beynəlxalq 
ticarət  hüququ  üçün  xaraqterikdirsə,  digər  beynəlxalq  əmək  hüuqu  üçün 
xaraqterikdir.  Bu  sahədə  beynəlxalq  ticarət  hüququndakı  tədbirlərin  qəbulu  baş 
tutmayan  Havana  Xartiyasından  sonrakı  dövrə  də  təsadüf  edir.  Xüsusən  də, 
beynəlxalq ticarət danışıqlarının Uruqvay raundundan (1986-1994) sonra bu problem 
daha  da  aktuallaşmışdır.  1996-cı  ildə  “Yeddilər  qrupunun”  Lion  görüşündə,  Dünya 
Ticarəti  Təşkilatı  haqqında  Saziş  qüvvəyə  mindikdən  sonra  Nazirlərin  Sinqapur 
Bəyannaməsində  beynəlxalq  əmək  normaları  müzakirə  obyekti  olmuşdur.  Bir 
tərəfdən  hamılıqla  tanınan  beynəlxalq  əmək  normalarının  gözlənilməsi  nəzərdə 
tutulurdusa,  digər  tərəfdən  proteksionist  məqsədlər  üçün  əmək  normalarından 


istifadədən  imtina  edilirdi.  Lakin  yenə  də  həmin  sənəddə  inkişafda  olan  dövlətlər 
üçün bu qayadan istisnalar mövcuddur. 
Əmək  normaları  və  məşğulluq  ilə  bağlı  məsələlər  müəyyən  istisnalarla  Tarıflər 
və  Ticarət  üzrə  Baş  Sazişdə (GATT-1994  m. XII, b.3d) də təsbit edilib. Qeyd edilir 
ki,  “tam  və  əlverişli  məşğulluğu  təmin  etmək  məqsədilə”  razılığa  gələn  tərəflər 
beynəlxalq ticarətdə say məhdudiyyətləri tətbiq edə bilərlər. Eyni zamanda GAAT-ın 
XX maddəsində nəzərdə tutulur ki, razılığa gələn tərəflər həbsdə olan şəxslərin əməyi 
ilə istehsal olunan əmtəələrin idxalını  məhdudlaşdırmaq səlahiyyətlərinə malikdirlər. 
Lakin  Dünya  Ticarət  Təşkilatının  sazişlər  sistemi  başqa  formada,  birbaşa  olaraq 
əmək bazarını tənzim etmir. 
Sosial  dempinq  kimi  qiymətləndirilən  bu  məsələ  daha  çox  inkişaf  etmiş 
dövlətləri narahat etməkdədir. Ona görə də, bu məslə mütəmadi olaraq inkişaf etmiş 
dövlətlər tərəfindən Dünya Ticarət Təşkilatının müxtəlif sammitlərində, o cümlədən, 
Doha  (Qətər,  2001),  Kankun  (Meksika.  2003)  raudlarında  müzakirə  obyekti  olmuş, 
lakin inkişafda olan (xüsusən də, uşaq və qadın əməyindən istifadə edən) dövlətlərin 
razılığı olmadığı üçün nəticəsiz qalmışdır. Son müzakirələrdə əsas diqqət Beynəlxalq 
Əmək Təşkilatının normalarına istinad etməyə yönəlibsə də, müəyyən qrup dövlətlər 
insan  hüquqları  kontekstini  əsas  götürərək  beynəlxalq  ticarətə  həmin  hüquqların 
realizə  vasitəsi  kimi  baxırlar.  Bu  halda  GATT-ın  qeyd  etdiyimiz  XX  maddəsinə 
Beynəlxalq Əmək Təşkilatının bir sıra (məsələn, məcburi əməklə ( 29 və 105), əmək 
haqının ödənilməsində bərabərhüquqluluq(n 100),  məşğulluq sahəsində ayrı-seçkilik 
(n  111),  əmək  fəaliyyəti  üçün  minimum  yaş  həddi  (n  138)  və  s.  ilə  bağlı) 
konvensiyaları implementasiya edilməlidir. 
Beynəlxalq  iqtisadi  münasibətlər  sferasında  BMT-nin  əhalinin  məşğulluq  və 
gəlirlərinin tənzimlənməsi sahəsindəki ümumi standartları da mühüm əhəmiyyət kəsb 
edir. Xüsusən də, İnsan hüquqlarının Ümumi Bəyannaməsi (1948), İqtisadi, sosial və 
mədənihüquqlar  haqqında  beynəlxalq  Pakt  (1966),  Sosial  tərəqqi  və  inkişaf 
Bəyannaməsi  (1969)  və  s.  sosial-iqtisadi  standartlar  tədricən  beynəlxalq  iqtisadi 
hüquqda  nəzərə  alınmalıdır.  Ümumi  Bəyannamədə  ifadə  edilən  bir  sıra  hüquqlar,  o 


cümlədən,  ədalətli  əmək  şəraiti,  ləyaqətli  həyat  səviyyəsi  və  s.  bu  yönümlü 
müddəalar  sonradan  Beynəlxalq  Əmək  Təşkilatının  konvensiyalarının  qəbulunu 
təmin etmişdir. 
Beynəlxalq  Əmək  Təşkilatının  1970-ci  il  (№131)  Minumum  əmək  haqqının 
müəyyən  edilməsi  haqqında  Konvensiyada  qeyd  edilir  ki,  minumum  əmək  haqqı 
qanuni qüvvəyə  malikdir  və  heç bir  halda  azaldıla bilməz.  Konvensiyada  minumum 
əmək  haqqının  həddini  müəyyən edən  meyarlar, o cümlədən, əməkçilərin  və onların 
ailələrinin  təlabatı;  yaşayış səbətinin qiyməti; əmək  haqqının  ümumi  həddi  və sosial 
yardım; iqtisadi inkişaf; məhsulldarlıq və məşğulluğun təmin edilməsi tələbləri ifadə 
edilib.  Buna  baxmayaraq  bəzi  dövlətlərdə  (həmçinin  AR-də)  müvafiq  meyarlar 
qanunvericilikdə təsbit edilməmişdir. 
Beynəlxalq ticarətdə sosial təminat məsələsi Şimali Azad Ticarət Zonasının təsis 
müqaviləsində də öz əksini tapmışdır.  
 
ƏDƏBİYYAT  SİYAHISI 
 
41. 
H. M. Rəcəbli. BMT-nin ixtisaslaşmış qurumları. Bakı – 2003. ; 
42. 
M. Məmmədov, E. İbadov. Beynəlxalq iqtisadi təşkilatlar. Bakı – 2008. 
43. 
Sadıqov, Əfsər İsa  oğlu. Beynəlxalq  iqtisadi  hüquq :  dərslik  /  Ə.  İ. Sadıqov.  -  Bakı  :  Bakı 
Universiteti Nəşriyyatı, 2008. - 396 s.; 
44. 
Əliyev Etibar Əli oğlu. Beynəlxalq  iqtisadi  hüquq. Dərslik. Bakı: “UniPrint” MMC nəşriyyat-
poliqrafiya müəssisəsi, 2012, 650 səh.  
45. 
E. Ə. Əliyev Beynəlxalq iqtisadi hüquq: ümumi müddəalar. Bakı, “Hüquq ədəbiyyatı” nəşriyyatı, 2011. 
– 240 səh. ; 
46. 
L.H. Hüseynov Beynəlxalq hüquq. B.: “Qanun”, 2012. – 368 səh. ; 
47. 
C. Nuriyev. Beynəlxalq iqtisadi əlaqələrin hüquqi tənzimlənməsi. Bakı – 2000; 
48. 
Əli Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı – 2005. 
49. 
Z. Ə. Səmədzadə. Azərbaycanın xarici iqtisadi əlaqələri. “İqtisadiyyat və həyat” jurnalı. Bakı – 1991; 
50. 
A. Ş. Şəkərəliyev. Dünya təsərrüfatı və beynəlxalq iqtisadi münasibətlər. Bakı – 1998; 
51. 
Вельяминов  Г.М.  Международное  экономическое  право  и  процесс  (  Академический  курс): 
Учебник. - М.: Волтерс Клувер 2004 
52. 
Кузьмин Э.Л. Международное экономическое право. М.:ТК Велби, Изд-во Проспект, 2007. 
53. 
Лукашук И.И.Международное право. Общая часть. 3-е изд., перераб. и доп. - М.: Волтерс Клувер, 
2005 
54. 
Шумилов В. М. Международное экономическое право. Ростов-на-Дону: Изд-во ¨ Феникс¨, 2003.  
55. 
В. Е. Рыбалкин, Ю. А. Щербанин, Л. В. Балдин и др. Международные экономические отношения. 
Москва - 2001; 
56. 
Октай 
Эфендиев, 
Этибар 
Алиев. 
Внешнеэкономическая 
деятельность 
современного 
Азербайджана. Баку – 2007; 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə