Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə20/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   16   17   18   19   20   21   22   23   ...   100

57. 
Б
О Г А Т Ы Р Е В  
А. Г .
 
И
Н В Е С Т И Ц И О Н Н О Е   П Р А В О  
-
 
М :
 
Р
О С С И Й С К О Е   П Р А В О
,
 
1 9 9 2 .
  С
. 2 7 2 .  
58. 
Бо рд уно в  H.Д. Правово й механизм деят ельно сти межд уна ро дных
 
59. 
авиацио нных  o pгaнизаций.  M.: На ука, 1989.  168 с. 
 
60. 
Нешатаева Т.Н. Меж д унаро дные о рганизации и право .  Новые тенденции  
в       межд унаро дно -право во м регулиро вании.  M. 1990. 272
 
с
 
61. 
Р убинштейн Г.Б. ВТО: практичес кий ас пект. М. 2004. 528 с.
 
62. 
Ana nd R. I nt ernat io na l  Law a nd t he De ve lo ping Co unt r ies. N. De lh i. 1986.
 
63. 
Carat ha no u  S.  The  Ro le   a nd   o f  t he  N e w ly  I nde pe nd e nt   Co unt r ie s  o n  t he
 
De ve lo p me nt     o f  t he  I nt er nat io na l  La w  Wit h  E mp ha s is   o n  I nt er nat io na l 
Eco no mic Law / The sauru s  Acro a iu m Vo l. XVI. 1990. P. 690.
 
64. 
Me st adag h  K.  De  Ve y.  The  R igt h  t o   De ve lo p me nt   //  Net her la nd s  I nt er-
nat io na l  Law  Re vie w, 1981. Vo l. 28, N 1.
 
65. 
Po ust   J.  Huma n  R ig ht s  R es po ns ib ilit ie s  o f  Pr ivat e  Co rparat io ns  /  V a nder bilt  
Jo urna l  o f Trans nat io na l  la w. 2002. №3.
 
 
 
 


Mövzu 5. Beynəlxalq iqtisadi inteqrasiya hüququ 
 
 
5.1   İqtisadi inteqrasiya və onun beynəlxalq hüquqi tənzimlənməsi mərhələləri 
5.2   Beynəlxalq iqtisadi inteqrasiyanın mərhələləri 
5.3.   Avropa İqtisadi Birliyinin formalaşması 
5.4. Avropa İqtisadi Birliyi haqqında Müqavilə 
5.5.  Avropa İttifaqının strukturu 
5.6 Avropa İttifaqının hüququ 
5.7 Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq 
5.8   İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı 
5.9   Şimali Amerika Azad Ticarət Zonası 
5.10   Cənub-şərqi Asiya Dövlətlərinin Assosiasiyası  
5.11   İqtisadi Əməkdaşlıq Təşkilatı 
5.12   Qara Dəniz Iqtisadi Əməkdaşlığı 
 
5.1   İqtisadi inteqrasiya və onun beynəlxalq hüquqi tənzimlənməsi mərhələləri 
 
 
Beynəlxalq iqtisadi inteqrasiya beynəlxalq iqtisadi əməkdaşlığın yüksək forması 
olaraq,  eyni  zamanda  qloballaşmanın  şərti  kimi  çıxış  edir.  Qloballaşma  prosesində 
dövlətlərin  iqtisad-sosial  inkişaf  səviyyəsinə  əhəmiyyətli  təsir  edən  faktorlardan  biri 
də 
dövlətləarası 
inteqrasiya 
mexanizmlərinin 
təsis 
edilməsidir. 
Dünya 
iqtisadiyyatında  gedən  əhəmiyyətli  proseslərdən  biri  kimi  inteqrasiya  milli 
iqtisadiyyatların  qarşılıqlı  əlaqəsini  möhkəmləndirir  və  beynəlxalq  təsərrüfat 
həyatının  genişləndirilməsini,  beynəlxalq  ticarətin  liberallaşdırılmış  qaydada 
reqlamentləşdirilməsini  təmin  edir.  Bu  obyektiv  iqtisadi  proses  beynəlxalq  əmək 
bölgüsü  zərurətindən  meydana  gəlməklə  bütün  maddi  və  qeyri-maddi  sahələri,  o 


cümlədən ticarət, xidmət, kapital, işçi qüvvəsini də əhatə etməklə suveren dövlətlərin 
iqtisadi  məkanını  təsərrüfat  subyektlərinin,  şəxslrin  fəaliyyəti  üçün  genişləndirmək 
məqsədi daşıyır.  
 
Beynəlxalq  iqtisadi  inteqrasiyanın  praktik  realizəsi  onun  nəzəri  əsaslarının 
hazırlanmasından  keçib.  İnteqrasiya  prosesinə  müxtəlif  yanaşma  tərzi  mövcuddur. 
Beynəlxalq  iqtisadi  inteqrasiya,  bir  halda  iqtisadi  aspektdən  qiymətləndirilirsə  (P. 
Şuman, J. Monne, B. Benua, J. Reuff və b.), başqa bir halda, milli imic məsələsi kimi 
(L.  Keohane,  P.  Robson  və  b.)  qiymətləndirilir.  Digər  bir  halda  isə,  bu  fenomenə 
iqtisadi təcridolunmadan yayınma halı kimi qiymət verilir. Maraqlı konvensiyalardan 
biri də inteqrasiya prosesinə sosial stabillik, məşğulluğun yüksəldilməsi meyarı kimi 
baxılması ilə bağlıdır.  
 
Beynəlxalq  iqtisadi  inteqrasiya  müəyyən  şərtlər  daxilində  mövcud  olur.  Həmin 
şərtlərdən iştirakçı dövlətlərin 
 
-  coğrafi,  milli  (adət-ənənənin,  hüquqi-siyasi  mədəniyyətin  və  s.  faktorların) 
yaxınlığı: 
 
- iqtisadi inkişaf səviyyəsinin nisbi uyğunluğu; 
 
- xalqların siyasi iradəsi və s. qeyd edilə bilər.  
 
İnteqrasiya  sözünün  (latıncadan  –  integer)  hərfi  mənası  bütövləşmə,  ayrı-ayrı 
fragmentlərdən  birləşmə  mənasını  ifadə  edir.  İqtisadi  baxımdan  müxtəlif  istehsal 
faktorlarının  sərbəet  hərəkətini  təmin  edəcək  ayrı-ayrı  dövlətlərin  milli  iqtisadi 
məkanının  birləşməsidirsə,  hüquqi  baxımdan  vahid  beynəlxalq  hüquqi  məkanın 
formalaşdırılmasıdır. Iqtisadi inteqrasiya iqtisadi baxımdan vahid əmtəə, xidmət, işçi 
qüvvəsi  bazarının  formalaşmasında,  üzv-dövlətlərin  qarşılıqlı  razılığı  əsasında 
müəyyən  edilmiş  vahid  xarici  iqtisadi  siyasətdə  təzahür  edirsə,  beynəlxalq  hüquqi 
baxımdan 
üzv-dövlətlərin 
qanunvericiliyinin 
unifikasiyasında, 
müəyyən 
səlahiyyətlərin  dövlətüstü  qruma  verilməsində  təzahür  edir.  Terminoloji  baxımdan 
ABŞ-ın  Marşal  planı  haqqında  (1948)  Qanununa  (Avropanın  inteqrasiyası  (m.102)) 
təsadüf  etsə  də,  inteqrasiya  daha  erkən  vaxtlarda  təsis  edilmiş  və  hüquqi 
tənzimetmənin  subordinasion  qaydaya  əsaslandığı  beynəlxalq  təşkilatlarla  təzahür 


etmişdir.  Iqtisadi  inteqrasiya,  bir  tərəfdən  za  saylı  xalqların  milli  xüsusiyyətlərinə, 
onların  assimilyasiyasına  təhlükə  yaradırsa,  digər  tərəfdən,  sərhədsiz  təsərrüfat 
münasibətləri  formalaşdığından  istehlakçıların  yüksək  standartlara  uyğun  əmtəə, 
xidmət əldə etməklə əlaqəli seçim hüququ genişlənir, şəxslərin sərbəst hərəkət rejimi 
təmin edilir.  
 
Iqtisadi  inteqrasiyanın  inkişaf  səviyyəsi  iqtisadi  əməkdaşlığın  formasından 
asılıdır. Inteqrasiya prosesi özünü daha çox regional səviyyədə göstərməkdədir. Buna 
misal olaraq, Avropa İttifaqını, Şimali Amerika Azad Ticarət Assosiasiyasını (North 
American  Free  Trade  Area  –  NAFTA),  Asiyada  Cənubi-Şərqi  Asiya  dövlətlərinin 
Assosiasiyasını (Association of South East Asian Nations – ASEAN) göstərmək olar. 
Hesab  edirik  ki,  dünya  iqtisadi  sisteminin  bərqərar  olması  qeyd  etdiyimiz  üç 
inteqrasiya  qurumunun  birləşməsi  nəticəsində  baş  verəcək  (A.  Pap).  Bu  istiqamətdə 
müəyyən addımlar da atılmaqdadır. Buna misal olaraq TRESEKA proqramı, müxtəlif 
enerji-nəqliyyat dəhlizinin yaradılması qeyd edilə bilər
 
                                   5.2 Beynəlxalq iqtisadi inteqrasiyanın mərhələləri 
 
 
Iqtisadi inteqrasiya özündə müəyyən mərhələləri təsbit edir. Beynəlxalq iqtisadi 
inteqrasiya hüququ sözün tam mənasında inteqrasiyanın beş mərhələsini fərqləndirir. 
Inteqrasiyanın  müəyyən  müqavilə-institusional  mexanizminə  əsaslanan  növbəti 
mərhələləri qeyd edilməlidir:  
 
-  Azad  ticarət  zonası.  Bu  halda  iştirakçılar  gömrük  tarifləri  istisna  olmaqla 
ticarətdə  olan  məhdudiyyətləri  tam  və  ya  qismənaradan  qaldırırlar.  Kənd 
təsərrüfatında  liberallaşdırma  digər  sahələrə  nisbətdə  ləng  getsə  də,  bu  sferanın  da 
beynəlxalq  hüquqi  tənzimlənməsi  üzrə  tədbirlər  genişləndirilir.  Bu  zaman  iqtisadi 
inteqrasiya  imkan  verir  ki,  iştirakçılar  qarçılıqlı  qaydada  hər  hansı  bir  tarif 
diskriminasiyası olmadan ticarət əqdlərini həyata keçirsinlər. Lakin iştirakçı olmayan 
üçüncü  dövlətlərə  münasibətdə  hər  bir  dövlətin  müstəqil  ticarət  siyasəti  qalmaqda 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə