Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə23/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   19   20   21   22   23   24   25   26   ...   100

 
 
Avropa İttifaqının strukturuna Şura, Komissiya, Parlament, Məhkəmə Auditorlar 
Palatası, İqtisadi və Sosial Komitə və Avropa Mərkəzi Bankı və s. orqanlar daxildir.  
 
Auditorlar Palatası Avropa Birliyi və onun bütün institutları və orqanlarının gəlir 
və  xərcləri  ilə  bağlı  məruzələri  yoxlayır,  maliyyə  məsələlərinin  idarə  olunmasına 
nəzarət edir, hər maliyyə ili bitdikdən sonra öz işi barədə məruzə tərtib edir. İttifaqın 
büdcəsinin idarə edilməsində Avropa Parlamentində nəzarət etməyə kömək edir.  
 
İqtisadi  və  Sosial  Komitə  Avropa  İttifaqının  məsləhətçi  orqanıdır.  Roma 
Sazişinə əsasən təsis edilmişdir. Onun başlıca funksiyasını Avropa İttifaqının iqtisadi 
və sosial siyasət üzrə Şura və Komissiya üçün tövsiyə və təkliflər vermək təşkil edir.  
 
Avropa  İttifaqının  strukturuna  Avropa  Mərkəzi  Bankı,  Avropa  İnvestisiya 
Bankı, müxtəlif xüsusiləşmiş agentlik və orqanlar daxildir.  
 
Avropa  İttifaqının  siyasətini  həyata  keçirmək  üçün  normativ  sənədlər,  eyni 
zamanda  yazılmamış  normalar  –  İttifaqın  institutları  ilə  üzv-dövlətlər  arasında 
formalaşmış  adətlər  və  ümumi  hüquq  prinsipləri  çıxış  edir.  İttifaqın  üzvü  olmaq 
istəyən dövlətlər qeyd-şərtsiz bu hüququ tam həcimdə qəbul etməlidir.  
 
   
 
 
 
5.6 Avropa İttifaqının hüququ 
 
 
İttifaqın hüququnu onların hüququ təbiətindən asılı olaraq üç qrupa bölmək olar: 
 
-  ilkin  müqavilə  hüququ  təsis  aktlarından  və  onlara  edilən  əlavələrdən, 
bəyannamələr,  sazişlər,  protokollar,  eyni  zamanda  Avropa  İttifaqına  daxil  olmaq 
baradə müqavilələrdən ibarətdir; 
 
-  ikinci  hüquq  Avropa  İttifaqının  müxtəlif  orqanları  tərəfindən  qəbul  edilən 
reqlamentlər, direktiv və tövsiyələrdən formalaşır;  
 
- üçüncü  hüquqa  Avropa  İttifaqı  ilə  üçüncü  dövlətlər  arasında  bağlanan 
beynəlxalq müqavilələr, konvensiyalar qeyd edilməlidir.  
 
Üçüncü  hüquqa  Avropa  İttifaqının  Şimali  Afrika  (Əlcəzair,  Mərakeş,  Tunis  və 
s.) Yaxın Şərq (Suriya, İordaniya və s) və digər ərəb ölkələri ilə, həmçinin postsovet 
dövlətlərilə  energetika  sferasında  tərəfdaşlıq  və  əməkdaşlıq  haqqında  sazişlər,  o 


cümlədən, AR ilə Aİ arasında 2006-cı il enerji sahəsində strateji tərəfdaşlıq haqqında 
anlaşma  Memorandumu  adi  edilə  bilər.  Avropa  İttifaqının  üçüncü  dövlətlərlə 
əməkdaşlığında  enerji  resuslarına  və  həmçinin  tranzit  statusuna  malik  olan  ölkələrlə 
bağlanmış  müqavilələrə  xüsusi  əhəmiyyət  verilir.  Avropa  İttifaqının  inkişafda  olan 
dövlətlərlə  bağlanmış  Loma  Konvensiyalarının  sistemi  də  spesifik  bir  kateqoriya 
təşkil edir.  
 
Avropa  İttifaqının  hüququnda  başlıca  rol  Avropa  Birliyinin  təsisi  və  fəaliyyət 
göstərməməsinə  dair  dövlətlərarası  müqavilələrə  mənsubdur.  Bu  müqavilələrdə 
Avropa İttifaqının əsas məqsədi, səlahiyyətləri, institutların formalaşması qaydası və 
fəaliyyət istiqamətləri öz əksini tapmışdır. Bu kateqoriya Komissiya və Şuranın təsis 
edilməsi  haqqında  1965-ci  il  Müqaviləsi,  Avropa  Parlamentinə  seçkilər  haqqında 
1976-cı  il  Aktı,  Vahid  iqtisadi  məkan  haqqında  1994-cü  il  Razılaşması,  Avropa 
İttifaqına yeni üzvlərin qəbul edilməsi haqqında müqavilələr və s. daxildir.  
 
Avropa  İttifaqının  ikinci  hüququna  -  Avropa  İttifaqının  səlahiyyətləri 
çərçivəsində onun institutları tərəfindən qəbul edilən normativ aktlar daxildir.  
 
Avropa  İttifaqı  haqqında  onun  institutları  tərəfindən  qəbul  edilən  hüquqi 
sənədlərin 5 müxtəlif növü fərqləndirilir:  
 
 Avropa  İttifaqının  üçüncü  dövlətlərlə  və  beynəlxalq  təşkilatlarla  beynəlxalq 
sazişləri  İttifaqın  hüququnun  əsas  prinsiplərindən  birini  təşkil  edir  və  həm  mərkəzi 
institutlar, həm də üzv-dövlətlər üçün  məcburi xaraqter daşıyır. Əsas müqavilələr və 
ikinci qanunvericilik aktları ilə yanaşı beynəlxalq razılaşmalar da milli qanunvericilik 
aktları  üzərində  üstünlüyə  malikdir  və  həmin  razılaşmalarla  başqa  hal  nəzərdə 
tutulmursa, birbaşa olaraq tətbiq edilirlər.  
 
Avropa  İttifaqında  qanunvericilik  təşəbbüsü  Komissiyaya  məxsusdur.  Qərar 
layihələrini məhz bu qurum hazırlayır.  
 
Müxtəlif kateqoriyalı qanunvericilik və normativ aktlar üçün müxtəlif qəbuletmə 
qaydaları  müəyyən  edilmişdir.  Amsterdam  Müqaviləsi  ilə  dörd  əsas  prosedur  qayda 
Komissiya, Şura və Parlamentin qarşılıqlı əlaqəsi ilə təmin edilir.  


 
Parlamentin  razılığı  proseduru  Avropa  İttifaqına  yeni  üzv-dövlətlərin  qəbuluna, 
Avropa Mərkəzi Bankının məqsəd və səlahiyyətlərinin müəyyən edildiyi zaman və s. 
hallarda  Şura  tərəfindən  yekdilliklə  qəbul  edilmiş  və  yaxud  veto  qoyulmuş  aktın 
qəbul edilməsi üçün zəruridir.  
 
Bəzi  məsələlərə  baxılarkən  Şuranın  yekdilliklə  qəbul  etdiyi  qərarın  Parlament 
tərəfindən  təsdiq  olunması  tələb  olunmur.  Belə  hallardan  biri  kənd  təsərrüfatı 
məhsullarına qiymətin qoyulması ilə bağlı yalnız məsləhət verməklə məhdudlaşır ki, 
bunu da Şura hesaba almaya bilər. 
 
Bir çox məsələlər üzrə Şura qərarları səs çoxluğu ilə qəbul edilir. Bu zaman Şura 
və  Parlamentin  birgə  qərar  qəbuletmə  prosedurundan  istifadə  olunur.  Buna  misal 
olaraq,  işçi  qüvvəsinin,  xidmətlərin  sərbəst  yerdəyişməsi,  məşğulluq,  istehlakçıların 
hüquqlarının  müdafiəsi,  təhsil,  mədəniyyət,  səhiyyə,  ətraf  mühitin  müdafiəsi  və  s. 
qeyd edilə bilər.  
 
Bəzi  hallarda  məsələn,  iqtisadi  və  valyuta  ittifaqının  fəaliyyət  göstərməsi  ilə 
bağlı məsələlərə dair Parlamentlə Şuranın əməkdaşlığı prosedurundan istifadə edilir.  
 
Avropa İttifaqının iqtisadi inteqrasiyasının gələcək inkişafını şərtləndirən hüquqi 
vasitələrdən biri də Avropa İttifaqının Konstitutsiyasıdır.  
 
Konstitutsiya  layihəsi  4  hissədən  ibarətdir.  Birinci  hissədə  Avropa  İttifaqının 
əsas  məqsəd  və  dəyərləri,  qərar  qəbuletmə  prosedurları  və  orqanların  səlahiyyətləri 
müəyyən  edilir.  Ikinci  hissə  əsas  hüquqları,  üçüncü  hissə  Avropa  İttifaqının  siyasi 
fəaliyyətini əks etdirir. Nəhayət dördüncü hissə yekun müddəalaran – konstitusiyanın 
qəbulu və ona dəyişikliklər edilməsindən ibarətdir.  
 
Konstitusiya layihəsində İttifaqın səlahiyyətləri üç qrupa bölünür:  
- Ittifaqın müstəsna səlahiyyətləri; 
- İttifaqla üzv-dövlətlər arasında bölünən səlahiyyətlər; 
- dayaq səlahiyyətləri.  
 
 
  5.7  Avropa  İttifaqı  ilə  Azərbaycan  Respublikası  arasında  iqtisadi 
əməkdaşlıq 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə