Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə21/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   17   18   19   20   21   22   23   24   ...   100

davam edir. Müvafiq  mərhələ  Avropa  Azad Ticarət  Zonası (1994),  ASEAN ölkələri 
(1992) və s. üçün xaraqterik olmuşdur.  
 
-  Gömrük  ittifaqı.  Bu  halda  daxili  gömrük  rüsumları  ləğv  edilir.  Bütün  daxili 
tariflər  vahid  xarici  tariflə  əvəz  edilir.  Ittifaqa  daxil  olmayan  dövlətlərdən  gətirilən 
əmtəələrə  eyni  tarif  qiymətləri  qoyulur.  Gömrük  ittifaqına  Avropa  İttifaqı  ilə 
Türkiyənin  (1963)  Assosiasiyasını,  Ərəb  ümumi  bazarı  (1961)  və  s.  misal  göstərilə 
bilər.  
 
-  Ümumi  bazar.  Bütün  tarif  və  qeyri-tarif  maneələrinin  ləğvinə  əsaslanaraq 
vahid  iqtisadi  məkanla  şərtlənir,  kapitalın,  işçi  qüvvəsinin,  əmtəələrin,  xidmətlərin 
sərbəst hərəkət rejimi təmin edilir. Ümumi bazar iqtisadi inteqrasiya İran körfəzi ərəb 
dövlətlərinin əməkdaşlıq Şurası (1981), And ümumi Bazaı (1990), Cənub konusunun 
ümumi  Bazarı  (MERCOSUR  –  1991),  Karib  Birliyi  (CARICOM  –  1973)  və  s. 
ölkələri tərəfindən təsis edilmişdir.  
 
-  İqtisadi  ittifaq.  Üçüncü  dövlətlərə  münasibətdə  vahid  iqtisadi  siyasət  həyata 
keçirilir.  Beynəlxalq  təşkilatlarda  və  ya  beynəlxalq  formlarda  iqtisadi  və  sosial 
məsələlərə  dair  vahid  mövqe  və  strategiya  göstərilir.  İqtisadi  ittifaq  Avropa  İttifaqı 
(1993),  1989-cu  ildə  təsis  edilmiş  Ərəb  Məqribinin  İttifaqı  (Əlcazair,  Liviya, 
Mavritaniya,  Məraküş,  Tunis),  1994-cü  ildə  təsis  edilən  Qərbi  Afrika  İqtisadi  və 
Vaiyuta  İttifaqı  (Benin,  Burkino-Faso,  Mali,  Niger,  Senegal,  Toqo)  və  s.  üçün 
xaraqterikdir.  
 
Vahid iqtisadi-siyasi məkan. İqtisadi ittifaq üçün xaraqterik olan bütün iqtisadi 
faktorların  sərbəst  hərəkət  relimi  ilə  yanaşı  dövlətüstü  təşkilatı  mexanizmlərin 
yaradılması  başa  çatır  və  vahid  valyuta  dövriyəyə  buraxılır.  Belə  bir  bütöv  iqtisadi, 
siyasi,  hüquqi  inkişaf  səviyyəsi,  yalnız  Avropa  İttifaqına  məxsusdur.  Burada  vahid 
pul  kredit  sistemi,  sosial  siyasət,  iqtisadi  inkişaf  strategiyası,  vergiqoyma  sistemi 
mövcuddur.  Müvafiq  hüquq  qaydasına  görə  dövlətüstü  orqanın  qərarları  Ittifaqın 
bütün üzv-dövlətləri üçün məcburidir.  
 
 


 
5.3.   Avropa İqtisadi Birliyinin formalaşması 
 
 
Avropa  İttifaqının  inteqrasiya  prosesi  ən  təkmil  inteqrasiya  prosesi  olaraq 
Avropa  İttifaqının  konfedrativ  və  hətta  bəzi  sahələrdə  federativ  dövlət  formasına 
yaxınlaşdırmışdır.  Burada  təsərrüfat  fəaliyyətinin  nizamlanması  üçün  vahid  hüquqi 
mexanizm  mövcuddur.  Həmçinin  bu  məkanda  üzv-dövlətlər  üçün  vahid 
konstitusiaya,  qanunvericilik  sistemi  qəbul  edilməkdədir.  Avropa  İttifaqı  müəyyən 
tarixi  mərhələlərlə  formalaşıb.  İkinci  dünya  müharibəsindən  sonra  Avropa 
inteqrasiyasına  federalist  və  konfederativ  yanaşma  formalaşmışdı.  Birinci 
yanaşmanın  tərəfdarları    Birləşmiş  Avropa  İttifaqının  yaradılmasını  irəli  sürdülər. 
Onların  ideyalarına  əsasən  bütün  ictimai  həyat  inteqrasiya  olunmalı,  hətta  vahid 
vətəndaşlığın təsisi təklif edilirdi. İkinci yanaşma isə bir qədər  məhdud inteqrasiyanı 
nəzərdə  tuturdu.  Bu  halda  inteqrasiyaya  üzv-dövlətlərin  suverenliyini  saxlamaqla 
dövlətlərarası  əməkdaşlığa  əsaslanmalı  idi.  Bu  yanaşmanın  tərəfdarlarının  fikrinə 
əsasən,  hər  bir  üzv  dövlət  öz  hökumətini,  hakimiyyət  orqanlarını  və  silahlı 
qüvvələrini  saxlamaqla,  iqtisadi  və  siyasi  atributları  ilə  birləşmni  həyata  keçirilməli 
idi.  
 
Avropa  inteqrasiyası  prosesinin  əsası  Fransa,  Belçika,  AFR,  Niderland, 
Lüksemburq və İtaliyanın iştirakı ilə imzalanmış Avropa Kömrük və Polad Birliyinin 
yaradılması haqqında Paris Müqaviləsinə (1951) təsədüf edir.  
 
Avropa  Kömrük  və  Polad  Birliyinin  üzvü  olan  dövlətlər  1957-ci  ildə  Romada 
daha  iki  müqavilə  imzalayırlar.  Avropa  İttifaqı  Birliyi  haqqında  Müqavilə  və  Atom 
Enerjisi  üzrə  Avropa  Birliyi  Müqaviləsi  Avropa  İttifaqının  əsasını  qoyur.  Avropa 
Birliyi haqqında Müqavilə olduqca geniş bir sənəddir. Bu Müqavilə preambuladan, 6 
hissədən və 248 maddədən, eyni zamanda 4 Əlavədən ibarətdir.  
 
Avropa İttifaqı Birliyinin başlıca məqsədini ümumi bazarın formalaşdırılmasına 
nail  olmaq  təşkil  edirdi.  Bunun  üçün  oncədən  keçilməli  olan  məcburi  mərhələlər 
müəyyən  edilmişdi.  Müqavilənin  8-ci  maddəsində  qeyd  edilir  ki,  ümumi  bazar 


tədricən,  12  il  ərzində  formalaşdırılmalıdır.  Bu  dövr  öz  növbəsində  hər  biri  4  ildən 
ibarət 3 mərhələyə bölünürdü. Hər bir mərhələ üçün həyata keçirilməli olan müəyyən 
tədbirlər toplusu nəzərdə tutulurdu. Müqavilədə qeyd edilirdi ki, əgər birinci mərhələ 
üçün qarşıya qoyulan  məqsədə çatmağa dair  yekdil  fikir  yoxdursa, bu zaman birinci 
mərhələnin  müddəti  avtomatik  olaraq  daha  bir  il  uzadılmalıdır.  Eyni  proses  digər 
mərhələlərə də şamil edilirdi. 
 
Ümumilikdə  isə  Avropa  İqtisadi  Birliyinin  formalaşması  bir  neçə  mərhələdən 
keçmişdir:  
 
-  Azad  ticarət  zonasının  yaradılması  –  üçüncü  dövlətlərə  münasibətdə  gömrük 
və  ticarət  siyasətində  müstəqilliyi  saxlamaqla,  üzv-dövlətlər  arasında,  ticarətdə  olan 
gömrük  ödəmələri,  kvota  və  digər  məhdudiyyətlərin  aradan  qaldırılması  (1957-
1968);  
 
-  Gömrük  İttifaqının  yaradılması  –  vahid  gömrük  tarifinin  qəbulu  ilə  müstəqil 
ticarət  və  gömrük  siyasətindən  vahid  gömrük  tarifinə  keçirilməsi,  üçüncü  dövlətlərə 
münasibətdə vahid ticarət siyasətinin müəyyən edilməsi (1968-1986); 
 
-  Vahid  daxili  bazarın  yaradılması  –  işçi  qüvvəsinin  kapitalın  və  xidmətlərin 
azad dövriyyəsi üçün tədbirlərin həyata keçirilməsi (1986-1993); 
 
- İqtisadi ittifaqın təsis edilməsi – kənd təsərrüfatı, nəqliyyat, həmçinin daha çox 
müdafiə  zərurəti  duyan  sahələr  üzrə  vahid  qanunvericilik  mexanizminin 
formalaşdırılması və  müvafiq dövlətüstü nəzarət sisteminin bərqərar edilməsi (1993-
2002); 
 
-  Valyuta  ittifaqının  yaradılması  –  Avropa  İttifaqının  vahid  valyuta  və  maliyə 
sisteminin  bərqərar  edilməsi,  milli  pul  vahidlərinin  2002-ci  ildən  avro  ilə  əvəz 
edilməsi ilə hüquqi baxımdan analoqu olmayan regional qrum formalaşdırılır.  
 
Beləliklə,  Avropa  İqtisadi  Birliyinin  layihəsi  özündə  həm  federalis  (gömrük, 
iqtisadi  və  valyuta  ittifaqı),  həm  də  konfederalis  elementlərinin  ünsürlərini  (ağır 
ticarət zonasını, vahid daxili bazarı) əks etdirirdi.  
 
Roma Müqaviləsinin ilk 6 üzvünün məqsədi – ticarətdə maneələrin qaldırılması, 
daha  sıx  əməkdaşlığa  aparan  prosesin  təşkil  olunması  və  üzv  dövlətlərin  iqtisadi 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə