Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə24/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   20   21   22   23   24   25   26   27   ...   100

 
 
Avropa  İttifaqının  iqtisadi  inteqrasiyasında  üçüncü  dövlətlərlə  əməkdaşlığa 
xüsusi  önəm  verilir.  Üçüncü  dövlətlərlə  davamlı  iqtisadi  əməkdaşlıq  onun  xüsusi 
proqramları əsasında həyata keçirilir.  
 
Postsovet  ölkələri  ilə  əməkdaşlıq  üçün  geniş  proqramlar  qəbul  edilmişdir. 
Bunlardan  TACIS,  TRASECA  və  INOGATE  qeyd  edilməlidir.  Avropa  İttifaqı 
TACİS  proqramı  çərçivəsində  müvafiq  texniki  və  ekspert  köməyi  vasitəsilə 
Azərbaycanda aparılan iqtisadi islahatları dəstəkləmişdir. Azərbaycanla bağlı üç əsas 
istiqamət: infrasturuktur, özəl sektor və insan resuslarının inkişafına üstünlük verilir.  
 
1998-ci  ildə  Bakıda  Azərbaycan  və  Gürcüstan  Prezdentlərinin  təşəbbüsü  və 
Avropa İttifaqının TACİS, TRASECA proqramının dəstəyi ilə “Tarixi İpək Yolunun 
bərpası”  adlı  beynəlxalq  konfransda  Avropa-Qafqaz-Asiya  dəhlizinin  inkişafı  üzrə 
beynəlxalq  nəqliyyat  haqqında  əsas  çoxtərəfli  Bakı  Sazişi  və  həmin  Sazişə  əlvələr 
barədə 2002-ci il (Daşkənd) Protokolu qəbul edilmişdir.  
 
Müvafiq szişdə beynəlxalq nəqliyyatın ənənəvi növləri ilə yanaşı transmilli boru 
kəmərlərinin beynəlxalq hüquqi tənzimlənməsi özünün ifadəsini tapmışdır.  
 
INOGATE  (Avropa  dövlətlərarası  neft  və  qaz  ixracı  Proqramı)  çərçivəsində 
Avropa  İttifaqının  postsovet  dövlətlərinə  maliyyə  dəstəyi  həyata  keçirilən  regional 
təşəbbüs  kimi  təsis  edilib.  1999-cu  ildə  Azərbaycan  da  daxil  olmaqla  15  dövlətin 
iştirakı  ilə  imzalanan  Dövlətlərarası  neft  və  qazın  ixracı  üzrə  Çərçivə  Sazişi 
INOGATE-nin hüquqi bazasını təşkil edir.  
 
Proqram  üzrə  10  layihənin  beşi  bilavasitə  Azərbaycanla  əlaqədardır. 
INOGATEyeni  müstəqil  dövlətlər  və  Azərbaycana  münasibətdə  transsərhəd 
layihələrinin  həyata  keçirilməsi  üçün  yeni  prespektivlər  yaradır.  Enerji  resuslarının 
Rusiya  Federasiyasından  yan  keçməklə  Avropaya  tranzitini  nəzərdə  tutr  ki,  bu  da 
regionun  energetika  təhlükəsizliyinin  alternativ  mexanizmilərinin  yaradılmasını 
təmin etməlidir.  
 
Azərbaycan  Respublikası  1996-cı  ildən  Avrop  İttifaqı  ilə  Əməkdaşlıq  və 
Tərəfdaşlıq  haqqında  Saziş  imzalamışdır.  Saziş  hərbi  sahə  istisna  olmaqla  bütün 


sahələrdə əmədaşlığı və tərəfdaşlığı nəzərdə tuturdu. Tərəflər bir-birinə münasibətdə 
ticarət  kvotalarını  aradan  qaldırır  və  Dünya  Ticarət  Təşkilatının  daha  əlverişli  rejim 
və  milli  rejim  prinsiplərini  tətbiq  edəcəyi  öhdəliyi  qəbul  edirlər.  Avrop  İttifaqı 
inkişafda  olan  ölkələr  üçün  nəzərdə  tutulan  Preferensiyanın  ümumi  sistemindən 
Azərbaycanın bəhrələnməsini təmin edir.  
 
Avrop  İttifaqı  ilə  AR  güzəştli  ticarət,  açıq  bazar,  miqrasiya,  investisiyaların 
təşviqi,  yeni  maliyyə  mənbələri  Dünya  Ticarət  Təşkilatına  üzvülük  sahəsində 
əməkdaşlığa xüsusi əhəmiyyət verir. AR ilə Avropa İttifaqı arasında qarşılıqlı strateji 
əməkdaşlığın  yeni  mərhələsi  Yaxın  qonşuluq  siyasəti  üzrə  Proqramın  qəbuluna  və 
2006-cı  il  Enerji  sahəsində  strateji  tərəfdaşlıq  haqqında  anlaşma  Memorandumuna 
təsədüf edir.  
 
5.8. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı  
 
 
İqtisadi  Əməkdaşlıq  və  İnkişaf  Təşkilatı  (Orqanisation  for  Economic 
Cooperation and Development – OECD) inkişaf etmiş ölkələrin ticarət-iqtisadi klubu 
kimi  1961-ci  ildə  təsis  edilib.  1948-ci  ildə  təsis  edilmiş  Avrop  İttifaqı  Əməkdaşlıq 
Təşkilatının varisi hesab edilir. Avropa ölkələri ilə yanaşı Avstriya, Cənubu Koreya, 
Türkiyə,  Yeni  Zellandiya,  ABŞ,  Kanada  kimi  dövlətlər  də  Təşkilatın  üzvüdürlər. 
OECD çərçivəsində bir neçə avtonom təşkilati sturuktur fəaliyyət göstərir. Bunlardan 
Beynəlxalq Energetika  Agentliyi; Nüvə  Energi  Agüntliyi; OECD-in  inkişaf Mərkəzi 
və s. qeyd edilə bilər.  
 
OECD-nin  əsas  məqsədini  davamlı  iqtisadi-sosial  inkişafı  təmin  etmək;  ümumi 
iqtisadi  ticarət  siyasətinin  uyğunlaşdırılmasında  səmərəli  metodların  hazırlanması; 
üzv-ölkələrdə  maliyyə  stabilliyini  saxlamqla  iqtisadi  inkişafı,  məşğulluğu  təmin 
etmək;  ayrı-seçkiliyə  yol  vermədən  inkişafda  olan  ölkələrə  yardım  göstərmək; 
əmtəələrin, xidmətin, işçi qüvvəsinin sərbəsr hərəkətini və s. təmin etmək təşkil edir.  
 
Təşkilat  müxtəlif  proqramların,  o  cümlədən,  ətraf  mühit,  vergiqoyma, 
sahibkarlıq,  informasiya-kommunikasiya,  iqtisadi  statistika  və  s.  məsələlərin  həllinə 


xüsusi diqqət yetirir. OECD çərçivəsində 20-dən artıq ixtisaslaşmış – iqtisadi inkişaf 
və siyasət; vergi siyasəti; maliyyə bazarları; enerji siyasəti; ətraf mühitin mühafizəsi; 
beynəlxalq  investisiyalar  və  TMK  üzrə  və  s.  komitələr  fəaliyyət  göstərir.  1990-cı 
ildən  Şərqi  Avropanın  keçid  iqtisadiyyatlı  dövlətələri  ilə  əməkdaşlığı  koordinasiya 
etmək  üçün  Mərkəz  yaradılıb.  Təşkilatın  beynəlxalq  praktikada  geniş  təşviq  edilən 
fəaliyyət  sferasından  biri  də  xarici  investisiya  qoyuluşunun  beynəlxalq  hüququ 
tənzimlənməsidir. 
 
OECD-də  xüsusi  təsir  qüvvəsinə  malik  qurumlardan  biri  də  1975-ci  ildə  təsis 
edilən  “Yeddilik  qrupu”dur.  Qrupun  əsas  fəaliyyət  istiqamətini  beynəlxalq  iqtisadi 
sferanın  ən  aktual  məsələləri,  o  cümlədən  qlobal  maliyyə-valyuta,  energetika 
təhlükəsizliyi üzrə problemlər təşkil edir.  
 
5.4. Şimali Amerika Azad Ticarət Zonası  
 
Şimali  Amerika  Azad  Ticarət  Zonası  (North-American  Free  Trade  Area-
NAFTA) 1994-cü il yanvarin 1-də qüvvəyə minmiş Kanada, ABŞ, Mexsika arasında 
1992-ci  ildə  bağlanan  müqavilə  əsasında  təsis  edilib.  Bundan  öncə  isə  1988-ci  ildə 
ABŞ  və  Kanada  arasında  bağlanmış  Azad  ticarət  haqqında  Müqavilə  qarşılqlı 
ticarətdə  bütün  məhdudiyyətlərin  istisnasına  yönəlirdi.  Hər  iki  dövlət  əmtəə  və 
xidmətlərin ticarətində məhdudiyyətlərin ləğv edilməsi öhdəliyi qəbul etmişlər. 
 
1992-ci  ildən  isə  Meksika  ABŞ-Kanada  ittifaqına  qoşulmuşdur.  NAFTA-nın 
yaradılması  haqqında  müqavilədə  bazara  sərbəst  çıxış,  investisiya  qoyuluşu, 
xidmətlərlə  ticarət,  əqli  mülkiyyət  hüququ  üzrə  əməkdaşlıq  və  s.  məsələlər  təsbit 
edilib.  
 
NAFTA-nın  təsisinə  dünya  bazarında  Avropa  İttifaqının,  Yaponiyanın  və  yeni 
sənaye ölkələrinin çəkisinin artması əhəmiyyətli təsir etmişdir. Digər tərəfdən, Qərbi 
Avropada  gedən  inteqrasiya  prosesi  NAFTA-nın    yaradılmasından  mühüm  rol 
oynamışdır.  Avropa  Birliyinin  uğurla  inteqrasiyası  ABŞ-ı  xarici  iqtisadi  siyasətdə 
inteqrasiya  meyilli addımlar atmaqla  məcbur edir. NAFTA-nı  yaradan zaman  təsisçi 
dövlətlər  inteqrasiya  prosesinin  Avropa  Ittifaqının  iqtisadi  inteqrasiya  prosesinə 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə