Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə16/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   12   13   14   15   16   17   18   19   ...   100

nəzərdə  tutulub.  Xüsusən  də,  Kənd  təsərrüfat  üzrə  Saziş,  Sanitar  və  fitosanitar 
tədbirlərin  tətbiqi  üzrə  Saziş,  Ticarətdə  texniki  maneələr  üzrə  Saziş,  İnvestisiya 
tədbirlərinin  ticarət  aspektləri  üzrə  Saziş  –  TRIMS  (m.41),  «
Antidemping  Məcəlləsi
» 
(m.15), Gömrük qiymətləndirilməsi üzrə Məcəllə (m. 20) və s. qeyd edilə bilər. 
Yeni  sənayeləşmiş  dövlətlərin    meyarları  BMT  metodikası  üzrə  -  əhalinin 
adambaşına  düşən  milli  gəlirdə  payına,  emal  sənayesinin  xüsusi  çəkisinin  orta  illik 
(20%-dən çox artım səviyyəsinə, sənaye  məhsullarının  ixracatda çəkisinə və  xaricdə 
birbaşa investisiyaların həcminə görə fərqləndirilir. 
Beynəlxalq iqtisadi münasibətlərdə dövlətlərin təsnifləndirilməsinin bir istiqaməti 
də onların iqtisadiyyatının bazar prinsiplərinə uyğunluğu üzrə aparılır.Həmin prinsipə 
uyğun olaraq 
- sənayecə inkişaf etmiş bazar iqtisadiyyatlı dövlətlər; 
-  totalitar  və  ya  avtoritar  dövlət  rejimli  inzibati  idarəçilik  iqtisadiyyatında 
olan dövlətlər; 
- keçid iqtisadiyyatlı postsovet dövlətləri fərqləndirilə bilər.Bu ölkələr 
iqtisadiyatını  dünya  ticarət  sisteminə,  bazar  sisteminə  yönəltmək,  iteqrasiya  etmək 
üzrə keçid mərhələsindədirlər. 
Dövlətlərin  iqtisadiyyatının  bazar  prinsiplərinə  uyğunluq  dərəcəsinə  görə 
təsnifatının  universallaşmasına  baxmayaraq  bu  şərti  xarakter  daşıyır  və  beynəlxalq 
hüquqi əsasa malik deyil. Keçid iqtisadiyyatında olan ölkə və iqtisadi münasibətlərin 
tənzimlənməsi əsasən siyasi motivlərdən asılı edilir. Bəzən bu və ya digər beynəlxalq 
təşkilata  üzvlük  zamanı  keçid  iqtisadiyyatlı  dövlətlərin  inkişafında  olan  dövlətlərlə 
eyniləşdirilməsi də diqqəti cəlb edir. Sonunculardan fərqli olaraq keçid iqtisadiyyatlı 
dövlətlər üçün  
-  bazar keçidinin sosial istiqaməti;  
-  mövcud ümummilli təhsil sistemi; 
-  ümumdaxili məhsulda emal sənayesinin həcminin daha yüksək payı;  
-  ixracda sənaye məhsullarının həcminin üstünlük təşkil etməsi; 
-  adambaşına düşən ümumdaxili məhsulun fərqli orta illik artım səviyyəsi; 


-  kapital ixracı və s. xarakterikdir. 
 
Beynəlxalq  iqtisadi  münasibətlərdə  dövlətələrin  iştirakı  yalnız  beynəlxalq 
hüquqi  tənzimetməni  yönəltmək  deyil,  həm  də  bu  sahədə  dövlətdaxili  iqtisadi 
idarəçilik mexanizmlərin hüquqi tənzimlənməsini situmullşdırmaq təşkil edir. Dövlət 
bir  qayda  olaraq  təbii  ehtiyatları  zəif  olan  və  ya  iqtisadi  inkişaf  baxımından  gəri 
qalmış ərazilərin də iqtisadi inkişaf situmullşdırmaq üçün  müxtəlif iqtisadi idarəçilik 
mexanizmləri, o cümlədən, “azad iqtisadi zonalar” təsis edir.  
 
Azad  iqtisadi  zonalar  dövlətin  milli  iqtisadi  məkanı  olmaqla  müəyyən  coğrafi, 
eləcə də, inzibati ərazi bölgüsündə fiziki və hüquqi şəxslər, həmçinin onların əşyaları 
üçün  onun  digər  ərazilərdən  fərqli,  xüsusi,  imtiyazlar  hüquqi  rejimin  verildiyi  ərazi 
başa düşülür.  Başqa sözlə, azad  iqtisadi zonalar  xüsusi tənzimetmə  mexanizmlərdən 
istifadə  etməklə  ümummilli  inkişaf  proqramlarının  rezlizə  etmək  üçün  içtimai 
məhsulun bölgüsünü təyin edən, milli təsarüfat kompleksinin tərkib hissəsi kimi çıxış 
edən  və  təsis  olunma  qaydasından  asılı  olmayaraq  dövlətin  tam  suverenliyində  olan  
ərazisidir.  Bu  ərazidə  müəyyən  imtiyazlar  çərçivəsində  əmtəələr  gömrük  və  vergi 
qoymadan azad edilir. Həmin ərazidə fəaliyyət göstərən şəxslər üçün xüsusi buraxılış 
rejimi  yaradılır.  Azad  iqtisadi  zonaların  yaradılmasında  məqsəd  yəni  iş  yerlərinin 
açılması,  infrasturkrun    qurulması,  bir  sözlə,  liberal  gömrük-vergi  tənzimlənməsi 
nəzərdə  tutulmaqla  müəyyən  bir  ərazidə  kapitalın,  xidmətin  məskunlaşması 
baxımından xüsusi əhəmiyyət kəsb edir. 
 
Azad  iqtisadi  zonaların  anlayışı,  xüsusiyyətləri  beynəlxalq  hüquqi  aktlardan 
Dünya  Gömrük  Təşkilatının  (1995)  sələfi  Kömrük  Əməkdaşlıq  Şurasının  (1950) 
hazırladığı 
beynəlxalq 
sazişlərdə, 

cümlədən, 
Kömrük 
prosedurlarının 
sadələşdirilməsi  və  harmonizasiyası  haqqında  1973-cü  il  Kioto  Konvensiyasında  və 
d. Sazişlərdə təsbit edilib.  
 
Gömrük  prosedurlarının  sadələşdirilməsi  və  harmonizasiyası  haqqında  1973-cü 
il  Kioto  Konvensiyasına  görə  azad  iqtisadi  zonalar  üçün  aşağıdakı  əlamətlər 
fərqləndirilir:  
-  bu zonalar inteqrasiya prosesinə xidmət edir; 


-  dövlətin  digər  ərazisində  mövcud  olan  gömrük  və  vergi  məhdudiyyətləri 
onlara 
şamil edilmir; 
-  bu  ərazilər  dövlətin  “gömrük  yurisdiksiyasından  kənar”  prinsipi  əsasında 
fəaliyyət 
göstərsələr də, ümumilikdə, dövlətin  xarici iqtisadi  fəaliyətini  hüquqi  tənzimlənməsi 
sferasında olurlar. 
 
Azad  iqtisadi  zonaların  bu  gün  dünya  təsərrüfatında  30-dan  çox  növü  –  ixrac-
istehsal və ya gömrük zonası, əmtəəanbar və ya texnopolis, porto-franko və ya “vergi 
oazisləri”,  elmi  texnoparklar,  işgüzar  mərkəzlər,  offşor  zonalar  və  s.  növləri 
fərqləndirilir.  Elmi  texnoloji  zonalar  elmi  mərkəzlərlə  və  universitetlərlə  birlikdə 
yaradılan  müasir  texnologiyaya  əsaslanan  istehsal  sahələrinin  özündə  birləşdirir. 
Elmi parklar ilk dəfə Kembricdə hələ 400 il əvvəl təşkil olunur. 
 
Zonalar  sərhədlərinin  formalaşdırılması  üsuluna  və  onların  fəaliyyət  rejiminə 
görə iki tipə  
-  anklavlara; 
-  inteqrasion zonalara bölünürlər. 
  İnteqrasion  zonalardan  fərqli  olaraq  anklavlar  ixrac  yönümlü  zonalar  kimi 
fəaliyyət göstərirlər. 
 
Azad  iqtisadi  zonaların  daha  geniş  yayılmış  növlərindən  biri  də  offşor 
zonalardır. 
İngliscədən “offshore” temini hərfi tərcüməsi “sahildənkənar” mənasını verir, Offşor 
üçün əsas xüsusiyyət kimi 
-  sadələşdirilmiş qeydiyyat forması; 
-  imtiyazli vergi, gömrük tarifləri və valyuta tənzimlənməsi; 
-  bank  və  kommersiya  fəaliyyətinin  trast  hüquqi  ilə  idarəçiliyi  və 
anonimliyinin 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə