Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə12/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   8   9   10   11   12   13   14   15   ...   100

mallara qarşı tətbiq edilməyən,  hər  hansı bir  xüsusi  məhdudlaşma  və  ya tələb tətbiq 
etməmək; 
 
-  razılaşan  digər  Tərəfdən  gələn  malların  anbara  vurulmasına,  yüklənməsinə, 
saxlanmasına,  daşınmasına,  həmçinin  onlar  üçün  ödənclərə  və  ödənc  köçürmələrinə 
analoji  halda  öz  mallarına  və  ya  üçüncü  olkədən  gətirilən  mallara  tətbiq 
olunanlardan fərqli qaydalar tətbiq etməmək öhdəliyi nəzərdə tutulub.  
 
İkitərəfli klausula tipinə investisiya müqavilələrində də geniş yer verilir. AR ilə 
AFR  arasında  1995-ci  ildə  baəlanmış  İnvestisiyaların  qarşılıqlı  müdafiəsi  və  təşviqi 
haqqında  Müqavilədə  qeyd  edilir  ki,  Tərəflər  qarşılıqlı  olaraq  investisiyalarına, 
üçüncü  dövlətin  müəssisə  və  vətəndaşlarına,  həmçinin  investorlarına  təqdim  etdiyi 
rejimdən az əlverişli olmayan rejim müəyyən edilər (m.3).  
 
Çoxtərəfli klausulaya misal kimi GATT-1994, azad ticarət zonalarının müəyyən 
edilməsi  haqqında  müqavilələr  və  s.  qeyd  edilə  bilər.  Tariflər  və  Ticarət  haqqında 
Baş  Sazişin  1-ci  maddəsində  qeyd  edilir  ki,  iştirakçı  dövlətlər  gömrük  rüsumlarında 
daha əlverişli rejim müəyyən etməlidir.  
 
Daha əlverişli rejim klausulası şərtli və şərtsiz ola bilər. Şərtli klausula bir qayda 
olaraq  ikitərfli  müqavilələrlə  qarşılıqlıq  prinsipinə  əsaslanır.  Şərtsiz  klausula  - 
əvəzsiz  klausula  olmaqla  benfisiya  verən  dövlətin  hər  hansı  üçüncü  dövlətə  əvəzli 
olaraq  verdiyi  rejimdən  fərqli  olaraq  benefisiya  qəbul  edən  dövlətə  əvəzsiz  (şərtsiz) 
daha  əlverişli  rejim  təqdim  etməsidir.  Şərtsiz  klausula  əsasən  şoxtərəfli 
müqavilələrdə  verilir.  GATT-ın  1-ci  maddəsinin  1-ci  bəndində  deyilir  ki,  ..  kömrük 
rüsumlarının tutulmasında... istənilən əmtəələrə münasibətdə razılığa gələn Tərəflərin 
verdiyi  imtiyaz  və  üstünlüklər razılığa  gələn digər  Tərəflərin eyni cinsli əmtəələrinə 
gecikmədən və şərtsiz tətbiq edilir.  
 
Maddələr  layihəsində  daha  əlverişli  rejimdən  inkişafda  olan  dövlətlərə 
münasibətdə  müəyyən  istisnalar  da  müəyyən  edilib.  Digər  istisnalar  sərhədyani 
ticarətə,  kömrük  ittifaqlarına,  sərbəst  ticarət  zonalarına  və  s.  münasibətdə  tətbiq 
edilir.  AR  ilə  Çexiya  Respublikası  arasında  Ticarət-iqtisadi  əməkdaşlıq  haqqında 


1996-cı  il  Sazişinin  2-ci  maddəsində  daha  əlverişlilik  prinsipinin  tətbiqini  istisna 
edən hallar kimi: 
 
a) sərhədyani ticarətin və ya digər dövlətlərlə regional ticarətin sadələşdirilməsi 
məqsədilə qonşu dövlətlərə yaradılmış və yaradılacaq üstünlük və güzəştlər; 
 
b)  razılaşan  Tərəflərin  kömrük  ittifaqlarında  və  ya  sərbəst  ticarət  zonalarında 
iştirakı ilə əlaqədar olan üstünlük və güzəştlər qeyd edilir.  
 
Qeyd  olunan  istisnalarla  yanaşı,  coğrafi  mövqeyinə  görə  dənizə  çıxışı  olmayan 
dövlətlərə beynəlxalq hüquqa (Qitədaxili dövlətlərin tranzit ticarəti haqqında 1965-ci 
il Konvensiyasının VII prinsipi, Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyasının 
127  və  128-ci  maddələrinə)  uyğun  olaraq  xüsusi  hüquq  və  üstünlüklərin  (rüsumsuz 
zonaları)  verilməsi  də  daha  əlverişlilik  prinsipinin  fəaliyyət  sferasından  istisna  kimi 
ifadə edilib.  
 
Beynəlxalq  sazişlərin  analızı    daha  əlverişlilik  prinsipinin  çox  geniş  sferada 
tətbiq  olunması  nəticəsini  verir.  Xüsusən  də:  kömrük  tarifləri,  idxal  və  ixracla  bağlı 
ödəmələrin  və  ticarətin  beynəlxalq  tənzimlənməsi,  eləcə  də,  xarici  ticarətlə  bağlı 
bütün  yığımlara  və  onlarla  əlaqədar  sənədlərə,  nəqliyyat  vasitələrinin,  o  cümlədən 
xarici  nəqliyyat rejimi; tranzit əməliyyatları,  xarici  hüquqi  və  fiziki şəxslərin rejimi; 
diplomatik, konsulluq və digər nümayəndəliklərin təsis olunması, onların imtiyaz və 
imunitetləri;  əqli  mülkiyyət  (sənaye  mülkiyyət  hüququ,  bədii  və  ədəbi  hüquqlar); 
məhkəmə hakimiyyəti, bütün instansiya məhkəmə və inzibati tribunallara çıxış, xarici 
məhkəmə  qərarlarının  tanınması  və  icrası,  məhkəmə  xərclərinin  təmini  və  s.  qeyd 
edilə bilər. 
 
   
 
 
 
 
 
   
 
 
 
3.10. Milli rejim prinsipi 
 
 
Beynəlxalq  iqtisadi  münasibətlər  sferasında  tətbiq  edilən  prinsiplərdən  biri  də 
milli rejim prinsipidir. Milli rejim prinsipi benefisiya verən dövlətin benefisar dövlətə 
və  ya  onunla  müəyyən  əlaqədə  olan  şəxs  və  əşyalara,  dövlətdaxili  qanunvericiliyə 


müvafiq olaraq benefisiya verən dövlətin özünün və ya onunla müəyyən əlaqədə olan 
şəxs və əşyaların istifadə etdiyi rejimin təqdim edilməsini nəzərdə tutur.  
 
Ənənəvi  olaraq  milli  rejim  prinsipi    dövlətdaxili  qanunvericilik  qaydası  ilə 
meydana  çıxsa  da,  sonradan  beynəlxalq  müqavilələrin  də  predmetinə  çevrilmişdir. 
AR konstitusiyasının 69-cu maddəsində deyilir ki, əcnəbilər və vətəndaşlığı olmayan 
şəxslər  Azərbaycan  Respublikasında  olarkən  qanunla  və  ya  Azərbaycan 
Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilə  ilə  başqa  hal  nəzərdə 
tutulmayıbsa,  Azərbaycan  Respublikasının  vətəndaşları  ilə  bərabər  bütün 
hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər.  
 
Müvafiq  müddəa  “qanunla  başqa  hal  nəzərdə  tutulmayıbsa”  formulası  ilə 
müşayiət olunduğundan  milli  və  xarici şəxslərin statusunda  fərqləndirmə edir. Qeyd 
edilən  rejimdən  istisna  AR-in  qanunvericilik  aktları  ilə  müəyyənləşdirilmiş  və  milli 
təhlükəsizliyin,  ətraf  mühitin,  əhalinin  müdafiəsinin  təmin  olunması  mülahizələrinə 
görə nəzərdə tutula bilər.  
 
Xarici  investisiyaların  müdafiəsi  haqqında  AR  Qanununa  (m.5)  görə  xarici 
investorların  fəaliyyətinin  hüquqi  rejimi  qanunla  nəzərdə  tutulmuş  hallar  istisna 
olmaqla  milli  şəxslərin  sahibkarliq  fəaliyyətinin  hüquqi  rejimindən  az  əlverişli  ola 
bilməz.  Bir  qayda  olaraq,  əmək  və  sahibkarlıq  fəaliyyəti  AR  vətəndaşlığı  ilə 
məhdudlaşdırılan  sferalarda  xaricilərə  milli  rejim  prinsipinin  təqdim  olunması  (yəni 
xarici  şəxslərin  yerli  şəxslərlə  tam  bərabərləşdirilməsi  öncə  qeyd  etdiyimiz  milli 
təhlükəsizlik  və  s.  mülahizələrə  görə)  mümkün  olmadığından  müvafiq  olaraq 
qanunvericiliyimizdə  istifadə  edilən  milli  rejim  prinsipi  milli  rejimin  minimal 
standartına  uyğun  təfsir  olunmalıdır.  Milli  rejimin  minimal  standartına  görə 
sahibkarlıq fəaliyyətinin yerli şəxslərin də malik olduğu minimum standartı müəyyən 
edilir və xaricinin sahibkarliq fəaliyyətinin şərtləri həmin standartlardan aşağı olmur.  
 
Milli  rejim  prinsipinin  xaricilərə  qeyri-şərtsiz  təqdim  olunduğu  sfera  bilavasitə 
prosessual  hüquqlara  aiddir.  AR  MPM-nin  439.2  maddəsində  qeyd  edilir  ki,  xarici 
şəxslər  AR  vətəndaşları,  hüquqi  şəxsləri  ilə  bərabər  prosassual  hüquqlardan  istifadə 
edir və prosessual vəzifələr daşıyırlar. 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə