Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə15/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   11   12   13   14   15   16   17   18   ...   100

münasibətlər dedikdə suveren dövlətlər arasında yaranan əlaqələr başa düşülür. Belə 
münasibətlər  həm  də,  eyni  zamanda,  dövlətlərin  təsis  etdikləri  hökumətlərarası 
(dövlətlərarası)  beynəlxalq  təşkilatların  iştirakı  ilə  əmələ  gələ  bilər.  Bu  kimi 
təşkilatlar  arasında  yaranan  əlaqələrin  də  nə  üçün  dövlətlərarası  münasibətlər 
olmasının  səbəbini  biz,  bundan  əvvəlki  fəsildə  izah  etmişik.  Buna  görə  də  həmin 
məsələyə  yenidən  qayıtmağa  lazım  bilmirik.  Bir  daha  təkrar  edərək  göstəririk  ki, 
hökumətlərarası  (dövlətlərarası)  beynəlxalq  təşkilatların  üzvləri  yalnız  dövlətlərdən 
ibarətdir;  təbii  ki,  belə  təşkilatlar  arasında  münasibətlər  də  dövlətlərarası 
münasibətlər hesab edilir. 
Dövlətlərarası beynəlxalq münasibətlərdə isə subyekt qismində ancaq dövlətlər 
və  hökumətlərarası  beynəlxalq  təşkilatlar  iştirak  edə  bilərlər.  Buna  görə  də 
beynəlxalq  hüququn  subyektləri  onlardan  ibarətdir;  çünki  yalnız  dövlətlərin  və 
hökumətlərarası  beynəlxalq  təşkilatların  beynəlxalq  hüquq  subyektliyi  vardır. 
Bunlardan  əlavə,  öz  müstəqilliyi  uğrunda  mübarizə  aparan  millətlər  (məsələn, 
Fələstin  Azadlıq  Təşkilatı),  habelə  dövlətəbənzər  qurumlar  da  (məsələn,  Vatikan) 
beynəlxalq  hüququn  subyekti  hesab  olunur.  Beynəlxalq  hüquq  elmində,  ənənəvi 
olaraq,  beynəlxalq  hüququn  subyekti  kimi  dövlət  və  hökumətlərarası  beynəlxalq 
təşkilatlar  tanınır.  Buna  uyğun  olaraq,  həmin  subyektlər  də  beynəlxalq  iqtisadi 
hüququn  subyekti  hesab  edilir.  Odur  ki,  beynəlxalq  iqtisadi  hüququn  subyektləri 
dövlət  və  beynəlxalq  hökumətlərarası  təşkilatlardan  ibarətdir.  Qeyri-dövlət 
təsisatlarına  (fiziki  şəxslərə,  təsərrüfat  subyektlərinə,  hüquqi  şəxslərə,  transmilli 
korporasiyalara,  beynəlxalq  qeyri-hökumət  təşkilatlarına  və  s.)  gəldikdə,  qeyd 
etməliyik  ki,  onlar  beynəlxalq  hüququn  nizamasalma  predmetinə  daxil  olan 
dövlətlərarası  beynəlxalq  münasibətlərin  iştirakçısı  ola  bilməzlər.  Beynəlxalq  hüquq 
subyektliyinə malik olmadıqlarına görə, onların belə münasibətlərdə subyekt rolunda 
iştirak  etmələri  qeyri-  mümkündür.  Bu  səbəbdən  də  onlar  beynəlxalq  hüququn,  o 
cümlədən  BİH-in  subyekti  kimi  tanına  bilməzlər;  həm  də  ona  görə  ki,  müvafiq 
dövlətinhakimiyyəti  və  yurisdiksiyası  altında  olduqları  üçün  qeyri-dövlət  təsisatları 
müstəqil statusa (hüquqi vəziyyətə) malik deyillər. 


 
 
 
4.2  Dövlətin beynəlxalq iqtisadi hüquq subyektliyinin 
xüsusiyyəti 
  
Hər bir dövlət ümumi, xüsusi və fərdi beynəlxalq hüquqi statusa  malik olmaqla 
özünün  beynəlxalq  subyektliyini  realizə  edir.  Ümumi  beynəlxalq  hüquqi  status 
beynəlxalq  hüququn  bütün  dövlətlərə  verdiyi  hüquq  və  vəzifələrin  məcmuudur. 
Xüsusi  beynəlxalq  hüquqi  status  isə  beynəlxalq  hüququn  xüsusi  normaları  ilə  bu  və 
ya  digər  dövlətə  və  ya  dövlətlərə  verilir.  Dövlətin  iqtisadi  hüquq  və  vəzifələri  onun 
yurisdiksiyasında  ifadə  olunan  suverenliyindən  doğur.  Fəaliyyət  sferasına  görə 
dövlətin  ərazi  və  ərazidənkənar  (məsələn,  xaricdə  olan  dövlət  orqanlarına,  dövlət 
əmlakına,  dövlətinözünün  fiziki  və  hüquqi  şəxslərin  münasibətdə)  yurisdiksiyası 
fərqləndirilir. Beynəlxalq iqtisadi hüquqda ərazidənkənar yurisdiksiya milli şəxslərin 
fəaliyyətinə  nəzarətdə  ifadə  edilir.  Ümumi  qayda  ondan  ibarətdir  ki,  dövlət  xüsusi 
şəxslərin  (  sahibkarların)  iqtisadi  fəaliyyətinə  görə  məsuliyyət  daşımır.  Lakin,  bəzi 
hallarda  transmilli  korporasiyaların  hüquqazidd  fəaliyyəti  mənsubiyyət  (qeydiyyat) 
dövlətinin  ərazisilə  bağlı  olur  və  həmin  dövlətdə  istehsalı  və  ixracı  qadağan  olunan 
əmtəələr  digər  dövlətə  keçirilir  ki,  bu  da  mənsubiyyət  dövləti  üçün  də  məsuliyyət 
yaradır. Digər halda tanınmayan ərazilərdə iqtisadi fəaliyyətlə məşğul olmaq istəyən 
şirkətlər mənsubiyyət dövləti tərəfindən həmin fəaliyyətdən çəkindirməlidirlər. 
Hakimiyyətin  həcminə  görə  -  tam  və  məhdud  (məsələn,  xaricdə  yerləşən 
vətəndaşlara münasibətdə), həmçinin hakimiyyətin xarakterinə görə - qanunvericilik, 
icra və məhkəmə yurisdiksiyası fərqləndirilir. Bir dövlətin hakimiyyəti digər dövlətin 
hakimiyyəti  ilə  məhdudlaşır.  Bu  məhdudlaşmanı  isə  dövlət  immuniteti  prinsipi 
əsaslandırır
Qeyd  etdiyimiz  kimi,  dövlətin  suveren  bərabərliyinə  baxmayaraq,  onların 
beynəlxalq  iqtisadi  hüquq  subyektliyinin  həcmi  müxtəlifdir.  Bu  müxtəlifliyi 


şərtləndirən  faktor  kimi  iqtisadi  münasibətlərdəki  fərqli  inkişaf  tendensiyaları  çıxış 
edir. 
İqtisadi inkişaf səviyyəsinə görə dövlətlərin fərqləndirilməsi beynəlxalq iqtisadi 
hüquq  çərçivəsində  YBİQ-yə  uyğun  olaraq  leqallaşdırılsa  da,  əksinə,  bazar 
iqtisadiyyatına uyğun inkişaf modeli isə formalaşma prosesindədir. 
Dövlətlərin  iqtisadi  inkişaf  səviyyəsinə  görə  fərqləndirilməsi  formal  (suveren) 
bərabərlikdən  geri  çəkilmə  ilə,  preferensiya  sistemilə  təmin  edilir.  İnkişafda  olan 
dövlətlər üçün preferensiya institutunun təsisi BMT-nin Ticarət və İnkişaf Konfransı 
(UNCTAD) çərçivəsində 1964-cü il «Prinsiplərilə» preferensiyaların ümumi sistemin 
qəbuluna  təsadüf  edir.Daha  sonra,  1966-cı  ildə  Tariflər  və  ticarət  üzrə  baş  Sazişdə 
(GATT  –  1947),  Dövlətlərin  iqtisadi  hüquq  və  vəzifələri  Xartiyasında  (1974),  Yeni 
beynəlxalq  iqtisadi  qayda  haqqında  Bəyannamə  və  Proqramda  (1974),  Ticarət 
preferensiyalarının  qlobal  sistemi  haqqında  Belqrad  Müqaviləsində  (1988)  Dünya 
Ticarət  Təşkilatı  sazişlərində  və  s.  möhkəmləndirilmişdir.  Preferensiyaların  daha 
ciddi sistemi Loma konvensiyalarında təsbit edilir. 
İnkişafda  olan  dövlətlərə  preferensiya  nəzərdə  tutan  ilk  Loma  (Toqo) 
Konvensiyası Avropa Birliyi və Afrikanı, Karib dənizi, Sakit Okean hövzəsindən 46 
dövlətlə  1975-ci  ildə  bağlanmışdır.  IV  Loma  Konvensiyası  (1989)  bağlanarkən 
dövlətlərin 
sayı 
68 
olmuşdur. 
Loma 
Konvensiyalarının 
sabitləşdirmə 
mexanizmlərinin  əsasında  kənd  təsərrüfatı  məhsullarına  tətbiq  olunan  (Stabeks)  və 
qeyd  olunan  ölkələrə  maliyyə  dəstəyi  və  mineral-xammal  potensialının  rəqabət 
qabiliyyətinin təmininə yönələn (Sismin) proqramları dayanır. 
1971-1978-ci  illərdə  əksər  qabaqcıl  ölkələrdə  preferensiaların  sxemləri  elan 
olunur və xüsusi milli preferensia sistemi olan hər bir dövlət inkişafda olan dövlətlərə 
preferensiya sistemindən təzyiq göstərmə aləti kimi istifadə etməyə başlayırlar. 
İnkişafda  olan  dövlətlərin  qeyri-müəyyən  statusu,  həmçinin  keçid  iqtisadiyyatlı 
dövlətlərə  münasibətdə  birtərəflilik,  həmin  dövlətlərə  qarşı  əksər  halda 
diskriminasion siyasət üçün əsas verir. Dünya Ticarət Təşkilatının bütün sazişlərində 
inkişafda  olan  dövlətlər  üçün  davamlı  uyğunlaşma,  preferensiya    mərhələlri  hüququ 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə