Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə11/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   7   8   9   10   11   12   13   14   ...   100

3. 9. Daha (ən) əlverişli millət (dövlət) prinsipi 
 
 
Dövlətlərarası  iqtisadi  münasibətlərdə  daha  əlverişli  millət  (dövlət)  (most 
favored  nation  clause)  prinsipinin  xüsusi  praktik  əhəmiyyət  kəsb  etməsini  nəzərə 
alaraq  BMT  Beynəlxalq  hüquq  Komissiyası  tərəfindən  1978-ci  ildə  daha  əlverişli 
dövlət  klausulaları  (caluse)  haqqında  maddələr  Layihəsini  hazırlamışdır.  Maddələr 
layihəsinin  5-ci  maddəsində  qeyd  olunur  ki,  daha  əlverişli  rejim  istinadedici 
xaraqterli  olmaqla,  beynəlxalq  müqavilə  qaydasına  müvafiq  olaraq,  bir  (benefisiya 
verən)  dövlət  tərəfindən,  digər  (benefesiya  qəbul  edən)  dövlətlər,  həmin  dövlətlə 
müəyyən əlaqədə olan şəxslərə və əşyalara hər  hansı  üçüncü dövlətə  və onunla eyni 
əlaqədə olan şəxslərə və əşyalara təqdim edilən rejimdən az əlverişli olmayan rejimin 
verilməsidir.  Başqa  sözlə,  bir  dövlət  tərəfindən  başqa  bir  dövlətin  hüquqi,  fiziki 
şəxslərinin,  onların  əmtəə  və  xidmətlərinin  hər  hansı  bir  üçüncü  dövlətə  verilmiş 
əlverişlilik statusuna gətirilməsidir.  
 
Beynəlxalq  hüquq  Komissiyasının  hazırladığı  maddələr  layihəsinə  görə  daha 
əlverişli  dövlət  prinsipi  haqqında  klausula  müqavilə  qaydası  olmaqla  razılaşdırılmış 
sahədə  bir  dövlətin  digər  dövlətə  münasibətdə  daha  əlverişli  rejimin  verilməsi  ilə 
bağlı  götürdüyü  öhdəlikdir.  Daha  əlverişlik  prinsipi  təqdim  edilən  müvafiq 
klausulaya  uyğun  olaraq  müəyyən  bir  rejimlə  təmin  edilir.  Klausula  müəyyən 
predmetə  malik  olaraq  müqavilənin  əhatə  dairəsini  müəyyən  edir.  Klausulanın 
obyekti kimi benefisiya verən dövlətlə benefisiya qəbul edən dövlət arasındakı hüquq 
münqsibəti  çıxış  edir.  Müvafiq  hüquq  münasibəti  əşyalar,  hüquqlar,  üstünlük  və 
imtiyazlar,  şəxslərlə  və  s.  üzrə  yaranmaqla  klausulanın  predmetini  formalaşdırır. 
Başqa  sözlə  desək  daha,  əlverişlilik  prinsipinin  rejimi  benefisiar  üzrə  yaranır.  Bu 
mənada  klausula  prinsipin  konkretləşdirilmiş  formasıdır.  Buna  görə  də,  dövlətlərin 
qarşılıqlı müqavilə mexanizmləri fərqli ola bilər. Lakin hər bir halda daha əlverişlilik 
prinsipi  üçün  xaraqterik  olan  və  üçüncü  (benefesiya  qəbul  etmiş)  dövlətə  verilən 
əlverişlilik  əhəmiyyəti  kəsb  edir.  Bu  zaman  müxtəlif  klausular  olsa  da,  beynəlxalq 
iqtisadi hüquq üçün bir daha əlverişlilik prinsipi çıxış edir.  


 
Benefisiya  qəbul  edən  dövlətin  daha  əlverişlilik  prinsipindən  istifadə  hüququ 
yalnız həmin dövlətin benefisiya verən dövlətlə müqaviləsi olduqda yaranır. Müvafiq 
prinsip  əsasında  əldə  edilmiş  rejim  benefisiya  verən  dövlətin  üçüncü  dövlətə  və  ya 
onunla  əlaqədə  olan  şəxslərə  və  əşyalara  verilən  rejimlə  müəyyən  edilir.  Daha 
əlverişlilik  prinsipi  konkret  sferada  faktiki  olaraq  benefisiya  verən  dövlət  tərəfindən 
istənilən  üçüncü  dövlətə  klausuladan  asılı  olmayaraq  birbaşa  verilmiş  əlverişli 
rejimdən az əlverişli olmayan, bərabər və ya oxşar rejimin verilməsini nəzərdə tutur. 
Əgər  gələcəkdə  hər  hansı  başqa  bir  üçüncü  dövlət  mövcud  olan  daha  əlverişli 
rejimdən  də  əlverişli  rejim  əldə  edərsə,  bu  halda  daha  əlverişlilik  prinsipi  klausula 
üçün meyar həmin dövlətə təqdim edilmiş əlverişlilik əsas götürüləcək.  
 
  Benefisiya  verən  dövlətlə  benefisiya  qəbul  edən  dövlətin  daha  əlverişlilik 
prinsipi  ilə  bağlı  müəyyən  klausulaya  malik  olan  müqaviləsi  benefisiar  üçün 
istinadedici  müqavilə,  benefisiya  verən  dövlətin  üçüncü  dövlətlə  müqaviləsi  isə 
birbaşa,  konkret  və  müəyyən  rejim  nəzərdə  tutan    daha  əlverişli  rejim  məzmunu 
istinad edilən  müqavilə  ilə  müəyyən edilir. Öz növbəsində benefisiya  verən dövlətlə 
çüncü dövlət arasında bağlanmış müqavilə benefisiya verənlə benefisiar arasında heç 
bir öhdəlik yaratmır.  
 
Benefisiar  dövlətin  daha  əlverişli  rejim  klausulasından  istifadə  etməsi  üçün  ən 
azı iki şərtin  
 
- daha əlverişli rejim klausulasının qüvvədə olması; 
 
-  klausulanın  fəaliyyət  sferasında  hər  hansı  əlverişli  rejimin  benefisiya  verən 
dövlət tərəfindən üçüncü dövlətə şamil edilməsi zəruridir.  
 
Birinci  şərt  klausulanın  etibarlılığı  və  qüvvədə  olmasını  şərtləndirirsə,  ikinci 
şərt,  şərtsiz  (əvəzsiz)  klausula  mexanizminin  hərəkətə  gətirilməsi  üçün  zəruridir. 
Şərtli  klausulanın  tətbiqi  üçün  isə  yeni  hüquqi  faktın  qarşılıqlıq  rejiminin  olması 
lazımdır  (m.20).  Daha  əlverişlilik  prinsipi  haqqında  klausulanın  qüvvəsi  benefisiya 
verən  dövlətlin  çüncü  dövlətlə  konkret  rejimi  nəzərdə  tutan  müqaviləsinin 
dayandırılması və kəsilməsi ilə başa çatır (m.21). 


 
Belə halı istisna etmək məqsədilə bir qayda olaraq daha əlverişlilik prinsipi milli 
rejim  prinsipi  ilə  birlikdə  verilir.  AR  və  Türkiyə  Respublikası  arasında 
investisiyaların  qarşılıqlı  təşviqi  və  qorunması  haqqında  (1994)  Sazişin  2.2 
maddəsində  qeyd  edilir  ki,  Tərəflərdən  hər  biri  həyata  keçirilmiş  investisiyalara 
özünün  və  ya  hər  hansı  üçüncü  ölkənin  investorlarının  investisiyalarına  yaradılan 
rejimlərdən  daha  əlverişlisini  təqdim  edirlər.  Belə  bir  qayda  çoxtərəfli  sazişlərdən 
GATTGATS və digər müqavilələr üçün xaraqterikdir.  
 
Benefisar  dövlətin  şəxslərinə  və  əşyalarına  üstünlüklərin  (əlverişliyin)  şamil 
edilməsi üçün  
 
- əşya və şəxslərin nomenklaturasının; və  
 
-  benefisar  dövlətin  əşya  və  şəxslərin  aidiyyat  əlaqəsinin,  üçüncü  dövlətin  əşya 
və  şəxslərin  aidiyyat  əlaqəsinin  (rezidentlər  –  rezidentlər,  milli  fiziki  şəxslər  –  milli 
fiziki şəxslər, milli hüquqi şəxslər – milli hüquqi şəxslər və s.) eyniliyi zəruridir. 
 
Lakin  bu  eyniliyi  mütləq  mənada  başa  düşmək  lazım  deyil.  Çünki  aidiyyat, 
mənsubiyyət məsələsi müxtəlif dövlətlərdə fərqli meyarlarla müəyyən edilir.  
 
Daha  əlverişli  rejim  birtərəfli  və  qarşılıqlıq  prinsipinə  uyğun  olaraq  müqavilə 
əsasında  ikitərəfli  və  çoxtərəfli  qaydada  verilərkən  klausula  tipləri  də  birtərəfli, 
ikitərəfli  və  çoxtərəfli  ola  bilər.  Birtərəfli  klausula  əsasən  qarşılıqlıq  prinsipinin 
tətbiqi mümkün olmayan sahələrdə (misal üçün, bir dövlət dəniz sahilində, digəri isə 
qitənin  daxilində  yerləşdiyi  halda)  tətbiq  edilir.  İkitərəfli  klausulaya  misal  olaraq 
Azərbaycan  Respublikası  Hökuməti  və  Moldova  Hökuməti  arasında  Sərbəst  ticarət 
haqqında  1996-cı  il  tarixli  Sazişi  qeyd  edilə  bilər.  Sazişdə  milli  rejim  prinsipi  ilə 
birlikdə ifadə edilən daha əlverişlilik prinsipinə görə  
 
-  bu  Sazişin  təsir  dairəsinə  düşən  malları,  bilavasitə  və  ya  dolayı  yolla  daxildə 
istehsal olunan,  yaxud üçüncü ölkədən  gətirilən analoji  mallara tətbiq edilən daxili 
vergi və rüsumlardan yüksək vergi və rüsumlara cəlb etməmək; 
 
- bu Sazişin təsir dairəsinə düşən malların idxal və ixracına münasibətdə, analoji 
halda  eyni  qəbilədən  olan  daxili  istehsal  mallarına  və  ya  üçüncü  olkədən  gələn 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə