Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə7/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   2   3   4   5   6   7   8   9   10   ...   100

problemlərin  həlli  məqsədilə  dövlətlərin  əməkdaşlıq  etmək  öhdəliyini  ifadə  edir. 
BMT  Nizamnaməsilə  yanaşı,  “Beynəlxalq  hüququn  prinsipləri  haqqında” 
Bəyannamədə (1970), 1974-cü il Xartiyasında, Yeni beynəlxalq iqtisadi qaydaya aid 
beynəlxalq  ümumi  hüququn  prinsiplərinin  mütərəqqi  inkişafı  haqqında  Seul 
Bəyannaməsində  (1986)  və  s.  sənədlərdə  ifadə  edilən  Prinsipin  məzmunu  növbəti 
qaydada açıqlana bilər  
-  BMT  Nizamnaməsində  ifadə  edilən  prinsiplərə  və  məqsədə  müvafiq  olaraq 
istənilən iqtisadi əməkdaşlıq formasında iştirak hüququn;  
- universal və regional iqtisadi rəşkilatlarda dövlətlərin iştirak hüququnu;  
-  beynəlxalq  iqtisadi  münasibətlərdə  tərəfdaşları  sərbəst  müəyyən  etmək 
hüququnu; 
-  inkişafda olan  və keçid  iqtisadiyyatlı dövlətlərin  maraqlarını  müdafiə etməklə 
beynəlxalq  ticarətin  liberallaşdırılması  istiqamətində  dövlətlərin  qarşılıqlı  güzəşt  və 
yardım hüququnu və s. nəzərdə tutur.  
 
3.4. İqrisadi ayrı-seçkiliyə yol verməmək prinsipi 
 
Ayrı-seçkiliyə  yol  verməmək  (nondisrimination)  prinsipi  beynəlxalq  iqtisadi 
münasibətlərdə  uzunmüddətli  tətbiq  nəticəsində  ümumqəbulolunmuş  hüquq 
normasına  çevrilərək  dövlətlərin  suveren  bərabərliyinə  əsaslanmaqla  müxtəlif 
iqtisadi-siyasi  sistemlərə  malik  olan  dövlətlərin  fiziki  və  hüquqi  şəxslərini  milli 
mənsubiyyətə  görə  fərqləndirməməyi  nəzərdə  tutur.  Müqavilə  qaydasında 
pozitivləşdirilməsi  zərurətinin  olmamasına  baxmayaraq,  son  dövrlərdə  bir  çox 
beynəlxalq  aktlarda  və  dövlətlərin  müqavilə  praktikasında  daha  geniş  ifadə 
olunmaqdadır.  Qeyd  olunan  prinsip  BMT  Nizamnaməsində,  GATT-da,  1974-cü  il 
Dövlətlərin  iqtisadi  hüquq  və  vəzifələri  Xartiyasında,  1994-cü  il  Enerji  Xartiyasına 
Müqavilədə  və  d.  Beynəlxalq  sazişlərdə  əks  etdirilib.  GATT-da  qeyd  olunur  ki, 
razılığa  gələn  Tərəflər  beynəlxalq  ticarətdə  ayrı-seçkiliyin  istisna  olunması  ilə, 


ticarətdə  tariflərin  azaldılması  və  d.  maniələrin  aradan  qaldırılması  istiqamətində 
qarşılıqlı gəlirlər. 
 
Enerji Xartiyasına Müqavilədə qeyri-ayrıseçkilik prinsipi üçün meyar, minimal 
standart  “daha  əlverişlilik”  prinsipi  müəyyən  edilir.  Kapital  qoyuluşunun  təşviqi  və 
müdafiəsi  bölməsində  qeyd  edilir  ki,  hər  bir  razılığa  gələn  Tərəf  bu  Müqaviləyə 
müvafiq  digər  Tərəflərin  investorları  üçün  istisnaolmadan  stabil,  bərabərhüquqlu, 
əlverişli və aşkarliq şəraiti ilə ədalətli və bərabər rejim yaradır. Xarici investisiyalara 
münasubətdə  heç  bir  halda  ayrı-seçkiliyə  yol  verməklə  idarə,  istifadə,  sahiblik  edilə 
və sərancam verilə bilməz (m.10 (1)). 
 
Beynəlxalq  iqtisadi  münasibətlərin  spesifik  xaraqterinə  uyğun  olaraq  müvafiq 
prinsipdən hüquqauyğun istisnalar da müəyyən edilə bilər. Prinsipdən hüquqa uyğun 
istisnalar  kimi  inkişafda  olan  dövlətlərə  prefensiyanın  verilməsi  (məsələn,  Loma 
konvensiyaları),  daxili  bazarın  qorunması  və  s.  ilə  bağlı  tədbirlər  zamanı  nəzərdə 
tutula bilər. İnkişafda olan ölkələrə münasibətdə imtiyazlı rejimin müəyyən edilməsi, 
imtiyaz  olara  inkişaf  etməkdə  olan  ölkələrdən  ixrac  olunan  məhsullardan  idxal 
kömrük  rüsumunun  tutulmaması  və  ya  rüsumun  azaldılması,  eyni  iqtisadi  birlikdə 
olan  ölkələrə  xüsusi  imtiyazların  verilməsi;  daxili  bazarın  qorunması  məqsədilə 
müxtəlif  məhdudlaşdırıcı  qaydaların  (antidempinq,  kompensasion,  proteksionik, 
xüsusi  və  s.  kömrük  rüsumlarının)  tətbiq  olunması  qeyd  edilə  bilər.  Sonuncu 
tədbirlərin  həyata  keçirilməsinə  bütün  dövlətlərə,  onların  fiziki,  hüquqi  şəxslərinə, 
əmtəələrinə  bərabər  münasibət  göstərilməlidir.  Müvafiq  qayda  milli  bazarın 
müdafiəsi  prinsipindən  meydana  gəlir.  Nəhayət,  beynəlxalq  hüquq  normalarını 
pozmuş  delikvent  dövlətə  qarşı  cavab  tədbirləri  də  beynəlxalq  hüquqa  uyğun 
tədbirlər kimi diskiriminasiya hesab edilməyəcək.  
 
3.5.  Tranzitin azadlığı prinsipi 
 
 
Tranzit problemi beynəlxalq ticarətin özü qədər tarixi aspekt kəsb etsə də, onun 
azadlığı  daha  sonrakı  dövrlərə  təsadüf  edir.  Tranzitin  azadlığı  orta  əsirlərin 


sonlarından  (17-ci  əsrdən)  başlayaraq  beynəlxalq  ticarət  əlaqələrinin  sətbəst  realizə 
üçün  əhəmiyyətli  məsələ  kimi  qəbul  edilir.  Tranzitin  azadlığı  dövlətin  ərazi 
suverenliyindən  beynəlxalq  (ticarət)  iqtisadi  əməkdaşlıq  naminə  istisna  kimi 
meydana  gəlmişdir.  Başqa  sözlə,  xarici  yurisdiksiyada  tranzit  alanın  müstəsna 
hüququdur.  Hərgah  müvafiq  müstəsnaliq  da  beynəlxalq  hüquqda  bir  mənalı 
qarşılanmayıb  və  təsadüfü  deyil  ki,  hüquqşünaslar  arasında  onun  hüquqi  təbiəti 
barədə yekdil fikir də yoxdur. H. Hırodsi qeyd edirdi ki, millətlər birliyi naminə digər 
dövlətin  ərazisindən  tranzit  keçidlə  bağlı  ümumi  hüquq  qaydası  mövcuddur.  Daha 
sonrakı dövrdə digər müəllif, Lauterpaxt bir qədər də irəli gedərək belə bir mövqedən 
çıxış edirdi  ki, tranzitin azadlığına  hüquq  hər  hansı bir  müqavilədən asılı  olmayaraq 
mövcuddur və tranzit dövləti istənilən halda tranzitə razılıq verməlidir.  
 
Əvvəla  onu  qeyd  edək  ki,  “istənilən  halda  tranzitə  razılıq”  müəyyən  hallarda, 
xüsusən  də,  beynəlxalq  hüquq  normaları  pozulduğu  zaman  müvafiq  hüquq  qeyd-
şərtsiz  məhdudlaşdırıla  və  ləğv  edilə  bilər.  Delikvent  dövlətə  qarşı  belə  tədbirlər 
BMT  Nizamnaməsinin  51-ci  maddəsindən  (özünü  müdafiə  hüququndan)  meydana 
gəlir. Digər tərəfdən, tranzitin azadlığı hüquqi təbiət baxımından beynəlxalq hüququn 
ümumtanınmış  prinsiplərindən  biri  olan  dövlətlərin  əməkdaşlıq  prinsipindən 
meydana  gəlir.  İqtisadi  əməkdaşlıq  hüququ  nə  qədər  məcburi  hüquqi  qüvvə  kəsb 
edirsə,  tranzitin  azadlığı  bir  o  qədər  ümumtanınmış  normadır.  Nəhayət,  tranzitin 
azadlığı  prinsipinin adət-hüquq  mənşəli  normaya çevrilməsi Dünya Ticarət Təşkilatı 
çərçivəsində GAAT-a  uyğun olaraq (m.V) bütün  və  ya əksər çoxluq onu tanıdıqdan 
sonra  mümkün  ola  bilər.  Bir  sözlə,  tranzitin  azadlığı  qloballaşma  tendensiyasından 
asılı  olaraq  hüquqi  əhəmiyyət  kəsb  edəcək.  Nə  qədər  ki,  beynəlxalq  iqtisadi 
inteqrasiya  prosesində  dövlətlərin  maraqları  balanslaşdırılmayıb,  o  halda  tranzitin 
keçidi üçün qarşılıqlı razılıq qaçılmazdır.  
 
Tranzitin hüququ bir qayda olaraq maraqlı dövlətlər arasında qarşılıqlıq prinsipi 
əsasında  beynəlxalq  sazişlərlə  tənzimlənir.  Tranzit  dövləti  tranzit  hüququna  icazəni 
özünün qanunvericiliyi əsassında verir və əgər tranzit verməkdən imtina edətsə, belə 
bir  qərarı  əsaslandırmağa  borclu  deyil.  Müasir  beynəlxalq  hüquq  tranzitin  azadlığı 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə