Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə6/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   2   3   4   5   6   7   8   9   ...   100

-  qarşılıqlıq;  milli  rejim;  daha  əlverişli  rejim;  prefensiyanın  təqdim  olunması, 
minimal standartlar (Q. Svartsenberqer, V.M. Koredski və s.);  
-  təbii  ehtiyatlar  üzərində  dövlət  suverenliyi;  iqtisadi  ayrı-seçkiliyə  yol 
verməmək; milli reji; daha əlverişli rejim; qarşılıqlıq (E.T. Usenko, B.M. Aşavski və 
s.);  
-  dövlətlər  arasında  beynəlxalq  iqtisadi  və  elmi-texniki  əməkdaşılğın  inkişafı; 
xarici  iqtisadi  əlaqələrin  formasının  sərbəst  müəyyən  olunması;  təbii  resuslar  və 
iqtisadi  fəaliyyət  üzərində  ayrılmaz  dövlət  suverunliyi;  daha  əlverişli  rejim;  milli 
rejim (M.M. Boquslavski);  
-  ayrı-seçkiliyə  yol  verməmək;  daha  əlverişli  rejim;  milli  rejim;  qarşılıqlı 
mənfəət; preferensiya (Q. M. Velyaminov);  
-  iqtisadi  problemlərin  həllində  hamılıqla  iştirak;  təbii  ehtiyatlar  və  iqtisadi 
fəaliyyət  üzərində  ayrılmaz  dövlət  suverenliyi;  inkişaf  etməkdə  olan  dövlətlər  üçün 
preferensiya rejimi; beynəlxalq sosial ədalət; dənizə çıxış olmayan dövlətlərə sərbəst 
çıxış hüququnun verilməsi (Q. K. Dimitriyeva; K. A. Bekyaşev); 
-  iqtisadi  əməkdaşlıq;  iqtisadi  fəaliyyət  və  təbii  ehtiyatlar  üzərində  dövlət 
suverenliyi;  daha  əlverişli  rejim;  qarşılıqlıq,  milli  rejimin  təqdim  olunması;  ayrı-
seçkiliyə  yol  verməmək;  preferensiya  (V.  M.  Şumilov)  və  s.  sistemlər  qeyd  edilə 
bilər. 
Beynəlxalq  hüququn  ümumtanınmış,  iperativ  xarakterli  prinsipləridən  fərqli 
olaraq, beynəlxalq iqtisadi hüququn sahəvi prinsiplərinin müəyyən qismi konvenison 
xüsusiyyətə  malikdir  və  onların  hüquqi  qüvvəsi  hər  dəfə  beynəlxalq  sazişdə  əks 
etdirilməklə ifadə olunur. 
Beynəlxalq  iqtisadi  hüququn  prinsipləri  qarşılıqlı  funksional  əlaqədə  olaraq 
digər  –  (sülh  və  əməkdaşlıq,  humanizm,  demokratiya)  “ideya  prinsipləri”  (İ.  İ. 
Lukaşuk)  ilə  birlikdə  beynəlxalq  iqtisadi  hüquq  qaydasının  formalaşmasını  təmin 
edir.  Beynəlxalq  hüquqda  bu  və  ya  digər  sahənin  prinsiplərinin  mövcudluğu- 
müvafiq  sahənin  mövcudluğunu  şərtləndirən  zəruri  meyarlardan  biri  kimi 
qiymətləndirilir  (R.  L.  Bobrov;  E.  T.  Usenko).  Qeyd  etdiyimiz  kimi  beynəlxalq 


iqtisadi  hüququn  prinsiplərinin  inkişaf  səviyyəsi  bütövlükdə  beynəlxalq  iqtisadi 
hüququn sahə (yarımsahə) və institutlarının məcmusunu formalaşdırır.  
Beynəlxalq  iqtisadi  hüquq  prinsipləri  müvafiq  sahənin  münasibətləri  üçün  əsas  
davranış qaydaları olmaqla digər normaların sistemini müəyyən edir. Belə bir təyinat 
onların iqtisadi inkişafı təmin etmək məqsədindən meydana gəlir. 
Beynəlxalq  iqtisadi  hüququn  konvension  prinsiplərində  təbii  ehtiyatlar  və 
iqtisadi  fəaliyyət  üzərində  dövlət  suverenliyi;  ayrı-seçkiliyə  yol  verməmək;  iqtisadi 
əməkdaşlıq;  preferensiya;  tranzitin  azadlığı;  beynəlxalq  iqtisadi  təhlükəsizlik  və  s. 
kimi adət hüquq xarakterli prinsiplərdən fərqləndirmək lazımdır. 
 
3.2. Təbii ehtiyatlar və iqtisadi fəaliyyət üzərində dövlət 
suverenliyi prinsipi 
 
Beynəlxalq  hüququn  digər  prinsipi  kimi  təbii  ehtiyatlar  və  iqtisadi  fəaliyyət 
üzərində  dövlət  suverenliyi  beynəlxalq  hüququn  dövlətlərin  suveren  bərabərlik 
prinsipinə  ekivivalentlik  təşkil  edir.  Beynəlxalq  iqtisadi  münasibətlər  sferasında 
prinsipin  beynəlxalq  hüquqi  qaydada  bərqərar  olması  əsasən  inkişafda  olan 
dövlətlərdə  xarici  konsessiyaların  ləğvi  və  xarici  kapitalın  milliləşdirlıməsi  dövrünü 
təsdsüf  edir.  XX  əsrin  70-80-ci  illərində  qəbul  edilmiş  beynəlxalq  kommersiya 
arbitraj  qərarlarında  bir  tərəfdən,  xarici  kapitalı  milliləşdirmək  hüququ  tanınırdısa, 
digər  tərəfdən  müvafiq  kompensasiyanın  verilməsi  nəzərdə  tutulurdu.  Beynəlxalq 
arbitraj  praktikası  ilə  yanaşı  təbii  ehtiyatlar  üzərində  dövlət  suverenliyi  beynəlxalq 
hüququn  həm  universal  (məsələn,  BMT  Nizamnaməsində),  həm  də  regional 
sazişlərində  təsbit  olunur.  1974-cü  il  Xartiyasında  qeyd  olunr  ki,  hər  bir  dövlət 
özünün  təbii  ehtiyatlar  üzərində  tam  suverenliyə  malik  olmaqla  iqtisadi  fəaliyyəti, 
həmçinin  əmlakdan  istifadə  və  istismar  hüququnu  sərbəst  həyata  keçirməlidir. 
Müqavilələrə münasibətdə hüquqi varislik haqqında 1978-ci il; Dövlət əmlakı, dövlət 
arxivləri və dövlət borclarına münasibətdə hüquqi varislik haqqında 1983-cü il Vyana 
Konvensiyasında  qeyd  edilir  ki,  konvensiyanın  qaydaları  təbii  ehtiyatlar  üzərində 
suverenliyin  bölünməzliyi  prinsipinə  şamil  edilmir  (m.13  və  m.16).  Dəniz  hüququ 


üzrə  1982-ci  il  BMT  Konvensiyasında  sahilyanı  dövlətin  iqtisadi  zonada  və  qitə 
şelfində canlı  və  mineral resuslara suveren hüquqları qeyd edilir.  Təbii ehtiyatlar  və 
iqtisadi  fəaliyyət  üzərində  suverenlik  prinsipi  beynəlxalq  iqtisadi  hüququn  adət 
mənşəli  norması  olması  Enerji  Xartiyasına  Müqavilədə  də  ifadə  edilib.  Həmin 
müqavilədə nəzərdə tutulur ki, razılığa gələn Tərəflər dövlət suverenliyinə və suveren 
hüquqlara münasibətdə bir daha təsdiqləyirlər ki, suverenliyin və suveren hüquqların 
həyata keçirilməsi beynəlxalq hüququn normalarına uyğun olmalıdır (m.18 (1)). Heç 
şübhəsiz  ki,  burada  müvafiq  prinsipin  beynəlxalq  hüququn  normalarına  uyğunluğu, 
ilk  növbədə,  beynəlxalq  hüququn  dövlətlərin  suveren  bərabərliyi  prinsipinə 
uyğunluğu nəzərdə tutulur. Qeyd olunan prinsipin özündə  
- dövlətin sərbəst sahiblik, sərəncam, istifadə və müstəqil iqtisadi fəaliyyət; 
- müvafiq sferada iqtisadi fəaliyyət nəzarət; 
- təbii ehtiyatların istifadəsi rejiminin sərbəst müəyyən edilməsi; 
-  beynəlxalq  hüquqa  uyğun  olaraq  xarici  kapitalı  ictimai,  dövlət  maraqları 
naminə milliliəşdirmək; 
- təbii resusların istehlalçılarının təşkilatında birləşmək; 
-  təbii  ehtiyatların  və  suverenliyin  müvəqqəti  itirilməsi  ilə  əlaqədar  işğal 
olunmuş  ərazilərdə  özünün  təbii  resusları  üzərində  nəzarətin  bərpa  edilməsi  zamanı 
dəymiş zərərin ödənilməsi və s. hüquqları nəzərdə tutur.  
 
3.3.  İqtisadi əməkdaşlıq prinsipi  
 
Beynəlxalq  iqtisadi  münasibətlərin  tənzimlənməsində  xüsusi  çəkisi  olan 
prinsiplərdən  biri  də  iqtisadi  əməkdaşlıq  prinsipidir.  Qeyd  etdiyimiz  kimi  prinsipin 
hüquqi təbiəti  müəyyən  mənada  mübahisəli də  görünə bilər.  Belə ki, onun daha çox 
ideya xaraqterli olması və məzmunca digər prinsiplərdə açılması (İ.İ. Lukaşuk) qeyd 
edilir.  Lakin  BMT  Nizamnaməsində  ifadə  edilən  əməkdaşlıq  prinsipi  bu  universal 
beynəlxalq təşkilatın və dövlətlərin qarşılıqlı münasibətlərinin prinsipial əsasını təşkil 
edir.  BMT  Nizamnaməsinin  55-56-cı  maddələri  iqtisadi,  sosial  və  mədəni 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə