Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə5/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   2   3   4   5   6   7   8   9   ...   100

 
1. 
SadıqovƏfsər İsa  oğlu. Beynəlxalq  iqtisadi  hüquq :  dərslik  /  Ə.  İ. Sadıqov.  -  Bakı  :  Bakı 
Universiteti Nəşriyyatı, 2008. - 396 s.; 
2. 
Əliyev Etibar Əli oğlu. Beynəlxalq  iqtisadi  hüquq. Dərslik. Bakı: “UniPrint” MMC nəşriyyat-
poliqrafiya müəssisəsi, 2012, 650 səh.  
3. 
E. Ə. Əliyev Beynəlxalq iqtisadi hüquq: ümumi müddəalar. Bakı, “Hüquq ədəbiyyatı” nəşriyyatı, 2011. 
– 240 səh. ; 
4. 
L.H. Hüseynov Beynəlxalq hüquq. B.: “Qanun”, 2012. – 368 səh. ; 
5. 
C. Nuriyev. Beynəlxalq iqtisadi əlaqələrin hüquqi tənzimlənməsi. Bakı – 2000; 
6. 
Əli Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı – 2005. 
7. 
Z. Ə. Səmədzadə. Azərbaycanın xarici iqtisadi əlaqələri. “İqtisadiyyat və həyat” jurnalı. Bakı – 1991; 
8. 
A. Ş. Şəkərəliyev. Dünya təsərrüfatı və beynəlxalq iqtisadi münasibətlər. Bakı – 1998; 
9. 
Вельяминов  Г.М.  Международное  экономическое  право  и  процесс  (  Академический  курс): 
Учебник. - М.: Волтерс Клувер 2004 
10. 
Кузьмин Э.Л. Международное экономическое право. М.:ТК Велби, Изд-во Проспект, 2007. 
11. 
Лукашук И.И.Международное право. Общая часть. 3-е изд., перераб. и доп. - М.: Волтерс Клувер, 
2005 
12. 
Шумилов В. М. Международное экономическое право. Ростов-на-Дону: Изд-во ¨ Феникс¨, 2003.  
13. 
В. Е. Рыбалкин, Ю. А. Щербанин, Л. В. Балдин и др. Международные экономические отношения. 
Москва - 2001; 
14. 
Октай 
Эфендиев, 
Этибар 
Алиев. 
Внешнеэкономическая 
деятельность 
современного 
Азербайджана. Баку – 2007; 
15. Ануфриева  Л. А.  Соотношение  международного  публичного    и  международного   
частного права: правовые категории. М. Сиарк
. 2002. с. 331
 
16. Баскин Ю.А., Фелдман Д. И. История международного права. М. 1990
 
17. Карро Д. Жюйар П. Международное экономическое право: Учебник/Пер. с. франц. В. П. 
Серебренникова, В.М. Шумилова М. Междунар. Отношения, 2001,  с. 60
 
18. Фердросс А. Международное право. М. Изд-во. Иностранной литературы. 1959. – 652 с
.
 
19. Brownle y I. The rule of law in International Affairs. The Hague. 1998
 
20.   Jackson J.H. Status of treaties in Domestic Legal Systems: A Policy Analysis (The   American 
Journal of International Law) - 1992. - Vol. 8.N2. P.3 10-339
 
 
 


 
Mövzu 3. Beynəlxalq iqtisadi hüququn prinsipləri 
 
3.1. Beynəlxalq iqtisadi hüququn prinsiplərinin sistemi 
3.2. Təbii ehtiyatlar və iqtisadi fəaliyyət üzərində dövlət suverenliyi prinsipi 
3.3. İqtisadi əməkdaşlıq prinsipi 
 
3.4. İqtisadi ayrı-seçkiliyə yol verməmək prinsipi  
 
3.5. tranzitin azadlığı prinsipi  
 
3.6. Preferensiya prinsipi  
 
3.7. Beynəlxalq iqtisadi təhlükəsizlik prinsipi 
 
3.8. Qarşılıqlı mənfəət prinsipi  
 
3.9. Daha (ən) əlverişli millət (dövlət ) rejimi prinsipi  
 
3.10. Milli rejim prinsipi
 
 
 
 
3.1 
 
Beynəlxalq iqtisadi hüququn prinsiplərinin  
sistemi 
 
Beynəlxalq  iqtisadi  münasibətlərin  hüquqi  tənzimlənməsinin əsasını beynəlxalq 
hüququn  hamılıqla  tanınan  ümumi  prinsipləri:  insan  hüquqlarına  hörmət  edilməsi; 
pacta  sunt  servanda;  dövlətlərin  suveren  bərabərliyi;  daxili  işlərə  qarışmamaq;  güc 
tətbiq  etməmək  və  güclə  hədələməmək;  ərazi  bütövlüyü;  mübahisələrin  dinc  həlli; 
əməkdaşlıq  və  s.  təşkil  etməklə  ümumbəşəri  dəyərlərin  qorunması  sahəsində 
beynəlxalq  hüququn  digər  normalarının  yaradılmasına  və  təkminləşdirilməsinə 
xidmət  edirlər.  Beynəlxalq  hüququn  ümumi  prinsipləri  ümumməcburi,  “jus  cogens” 
xaraqter kəsb etməklə beynəlxalq  hüququn sahə, yarımsahə, institut  və  normalarının 
formalaşmasında sistemyaradıcı meyar qismində çıxış edir.  
Beynəlxalq  hüququn  ümumtanınmış  prinsiplərinin  sisteminə  münasibətdə 
nisbilik  beynəlxalq  iqtisadi  hüquq  üçün  də  xaraqterikdir.  Məsələn,  beynəlxalq 


iqtisadi  hüquqda  daha  çox  spesifiklik  kəsb  edən  ümumi  prinsiplərdən  əməkdaşlıq 
prinsipinin  hüquqi  təbiəti  mübahisəli  görünə  bilər.  Müasir  dövürdə  dövlətlərin 
qarşılıqlı asılılığın tədricən güclənməsi, Dünya Ticarət Təşkilatı çərçivəsində iqtisadi 
bağlılığın  genişlənməsi  əməkdaşlıq  prinsipinə  də  hüquqi  məcburi  xüsusiyyət 
vermişdir. Məhz beynəlxalq iqtisadi münasibətlərdə milli rejim, daha əlverişli dövlət 
rejimi prinsiplərinin təqdim olunması əməkdaşlıq prinsiplərindən meydana gəlir.  
Beynəlxalq  iqtisadi  hüququn  inkişaf  prosesini  və  onun  siyasi  aspektini  nəzərə 
alaraq  qeyd  etmək  olar  ki,  beynəlxalq  iqtisadi  hüquq  üçün  spesifik  prinsiplərin 
ümumqəbulolunmuş  sistemi  haqqında  yekdil  fikir  yoxdur.  Təsadüfü  deyil  ki,  hələ 
keçən  əsrin  80-cıi  illərindən  başlayaraq  beynəlxalq  iqtisadi  hüquqa  münasibətdə 
BMT  çərçivəsində  Beynəlxalq  iqtisadi  hüququn  prinsip  və  normalarının 
“məcəllələşdirilməsi”  deyil,  müvafiq  prinsip  və  normaların  ümumi  formada 
sistemləşdirilməsi  və  mütərəqqi  inkişafı  vəzifəsi  irəli  sürülmüşdür.  Beynəlxalq 
iqtisadi hüququn sahəvi, xüsusi prinsiplərinin sistemi haqqında yekdil fikir olmasa da 
beynəlxalq  iqtisadi  münasibətlərin  hüquqi  tənzimlənməsi  üçün  sahəvi  prinsipləri 
subyektlərin  dairəsindən,  onların  hüquq  və  vəzifələrindən,  həmin  “başlanğıc 
normaların”  tətbiq  olunma  səviyyəsindən,  hüquqi  tənzimetmədə  digər  normalaın 
yaradılmasındakı  rolundan  asılı  olaraq  müəyyən  etmək  olar.  Digər  tərəfdən,  qeyd 
etdiyimiz müddət ərzində Dünya Ticarət Təşkilatının yaradılması nəzərə alınmalıdır. 
Dünya  Ticarət  Təşkilatı  beynəlxalq  iqtisadi  hüququn  bərqərar  olmasında  müəyyən 
mənada  paralel  rol  oynayan  və  onun  sahəsi  kimi  qəbul  edilən  müasir  beynəlxalq 
ticarət  hüququnun  prinsiplərinin  sisteminin  daha  da  təkminləşdirilmişdir.  Heç 
şübhəsiz  ki,  beynəlxalq  iqtisadi  hüququn  prinsiplərinin  sistemi  beynəlxalq  ticarət 
hüququnun  prinsipləri  kontekstinə,  lakin  daha  geniş  aspektə  (məsələn,  iqtisadi 
yardım və inkişaf hüququ və s. məzmuna) malikdi. 
Beynəlxalq  iqtisadi  hüququn  prinsiplərinin  formalaşdırılmasında  beynəlxalq  
hüquq doktirinası da əhəmiyyətli rola malikdir. Beynəlxalq hüquqçünaslar tərəfindən 
müəyyən vaxtlarda irəli sürülən və müasir beynəlxalq iqtisadi münasibətlərin hüquqi 
tənzimetmə funksiyasına malik olan prinsiplər kimi:  


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə