Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə10/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   6   7   8   9   10   11   12   13   ...   100

ümumi  hüququn  prinsiplərinin  mütərəqqi  inkişafı  haqqında  1986-cı  il  Seul 
Bəyannaməsi  və  s.  aktlarda  beynəlxalq  iqtisadi  təhlükəsizlik  ya  birbaşa,  ya  da 
dolayəsə ilə ifadə edilir.  
 
Çoxtərəfli iqtisadi fəaliyyətdə qarşıdurmadan əməkdaşlığa doğru istiqamət BMT 
Baş  Məclisinin  1990-cı  il  Beynəlxalq  iqtisadi  təhlükəsizlik  haqqında  Qətnaməsində 
də  təsdiqlənmişdir.  Beynəlxalq  iqtisadi  təhlükəsizliyin  digər  (stabillik,  etibarlılıq, 
proqnozlaşdırma)  prinsipləri  ilə  yanaşı  iqtisadi  problemlərin  həllində  əməkdaşlıq 
prinsipinə də xüsusi yer verilir.  
 
Beynəlxalq iqtisadi təhlükəsizlik: 
 
- iqtisadi sistemin müdafiə qabiliyyətinin möhkəmləndirilməsini; 
 
- əlverişli və stabil beynəlxalq iqtisadi mühitin yaradılmasını; 
 
- bütün xalqların bərabərhüquqluğu şəraitində hümanitar-iqtisadi inteqrasiyanı; 
 
- beynəlxalq iqtisadi mübahisələrin dinc həllini; 
 
-  beynəlxalq  iqtisadi  mübahisələrdə  gücün  yalnız  beynəlxalq  hüquqa  uyğun 
tətbiqini; 
 
-  beynəlxalq  iqtisadi  mübahisələrdə  məcburiyyət  mexanizmlərindən  qarşılıqlı 
etimada üstünlüyün verilməsini və s. nəzərdə tutur. 
 
Beynəlxalq  iqtisadi  təhlükəsizlik  prinsipinə  konkret  bir  beynəlxalq  hüquqi  akt 
mövqeyindən  qiymət  vermək  düzgün  olmazdı.  Bütövlükdə  müasir  beynəlxalq 
iqtisadi  hüquq  müvafiq  problemin  həllinə  yönəlib.  Qeyd  edilən  problemlərin  həlli 
yalnız  kasıb  milli  iqtisadi  sistemlərin  maraqlarını  da  təmin  edən  qlobal  iqtisadi 
əməkdaşlığın beynəlxalq hüquqi sasında mümkündür.  
 
 
   
 
 
3.8. Qarşılıqlı mənfəət prinsipi 
 
 
Qarşılıqlı mənfəət prinsipi beynəlxalq iqtisadi mübahisələrin balanslaşdırılması, 
beynəlxalq  sosial  ədalətin  gözlənilməsi  baxımında  xüsusi  hüquqi  katiqoriya  kimi 
diqqəti  cəlb  edir.  İnteqrasiya  prosesinin  surətləndiyi,  qloballaşma  dövrünün 
mürəkkəb  iqtisadi  münasibətlərdə  ədalətli  mənfəət  bölgüsü  beynəlxalq  iqtisadi 


mübahisələrdə  balanslaşdırılmış  ümumi  beynəlxalq  hüquqi  rejim  olmadan  mümkün 
deyil.  Qarşılıqlı  mənfəət  prinsipi  dövlətlərin  iqtisadi,  sosial  potensialına  və  açıq 
rəqabətinin  təminatına  yönəlir.  Qarşılıqlı  mənfəət  beynəlxalq  hüququn  əməkdaşlıq 
prinsipindən  irəli  gəlir  və  beynəlxalq  iqtisadi  hüququn  nisbətən  daha  yeni, 
formalaşmaqda  olan  prinsipərdən  biri  kimi  qəbul  edilməlidir.  Qarşılıqlı  mənfəət 
prinsipi  beynəlxalq  hüquqi  aktlardan  1974-cü  il  Xartiyasında,  Avropa  Təhlükəsizlik 
və Əməkdaşlıq Müşavirəsinin (1975) Yekun Aktında əks olunmuşdur. Yekun aktında 
qeyd olunur ki, iştirakçı dövlətlər iqtisadi fəaliyyət sahəsində əməkdaşlığı bərabərlik 
və qarşılıqlı razılıq əsasında ikiktərəfli və çoxtərəfli sazişləri gözləməklə bütövlükdə 
ədalətli mənfəət nisbətində inkişafı təmin edəcəklər.  
 
Qarşılıqlı  mənfəət  prinsipi  beynəlxalq  hüquqda  digər  konvension  prinsiplə-
qarşılıq  prinsipi  ilə  sıx  əlaqədə  təzahür  edir.  Beynəlxalq  iqtisadi  mübahisələrdə 
qarşılığın  tələb  olunması  əsasən  hüquqlara,  üstünlüklərə,  güzəştlərə,  mənfəətə  və  s. 
sferalara  aid  edilir.  Qarşılıqlıq  bir  qayda  olaraq,  keyfiyyət  və  kəmiyyət  üzrə 
bərabərliyi,  simmetrikliyi,  ekvivalentliyi,  eynicinsliliyi  və  s.  əhatə  edir.  Beynəlxalq 
hüquqda  qarşılıqlığın  əsasında  dövlətlərin  siyasi  qarşılıqlı  iradəsi  dayanır.  İradənin 
razılaşdırılması prosesi maraqların balanslaşdırılmasında ifadə olunur.  
 
Qarışılıqlıq  prinsipinə  əsasən  xarici  fiziki  və  hüquqi  şəxslərin  hüquqları  qəbul 
edən dövlətin fiziki və hüquqi şəxslərinin istifadə etdiyi hüqulardan artıq ola bilməz. 
Həmçinin  xarici  şəxs  qəbul  edən  dövlətin  qanunvericiliyi  ilə  nəzərdə  tutulmayan, 
lakin şəxsi qanuna əsasən malikolduğu hüquları tələb edə bilməz.  
 
Beynəlxalq  hüquq  sferasındakı  beynəlxalq  münasibətlərin  bir  qismi  qarşılıqlığı 
istisna  etdiyi  halda,  digər  qismi  beynəlxalq  müqavilələr,  o  cümlədən,  Azərbaycan 
Respublikasının Türkiyə Respublikası ilə, 1994-cü il Pakistan İslam Respublikası ilə 
1995-ci  il  İnvestisiyaların  qarşılıqlı  təşviqi  və  qorunması  haqqında,  həmçinin  AR-in 
Hüquqi yardım haqqında müqavilələri, konsulluq konvensiyaları bilavasitə qarşılıqlıq 
əsasında  bağlanmışdır.  Qeyd  olunan  kateqoriya  müqavilələrdə  qarşılıqlıq  ya  birbaşa 
göstərilir, ya da müqavilənin məzmununda ifadə olunur. Dövlətlərarası münsibətlərin 
bir  çox  sahələrində,  məsələn,  daha  əlverişlik  prinsipi,  həmçinin  birtərəfli  qaydada 


şərtsiz  olaraq  verilən  milli  rejim  prinsipini  nəzərdə  tutan  üçüncü  qism  müqavilələr 
qarşılıqlıqla əlaqədar heç bir göstərişi nəzərdə tutmur.   
 
Beynəlxalq  iqtisadi  hüquqda  qarşılıqlığın  növləri  kimi:  “maddi”,  “formal”  və 
“əks  qarşılıq”  (retorsiya)  fərqləndirilir.  Birinci  iki  termin  tam  şərti  xaraqter  daşıyır. 
“Maddi”  qarşılıqlıq  benefisiya  verən  dövlətin,  benefisiya  qəbul  edən  dövlətin  fiziki 
və  hüquqi  şəxslərinə  həmin  benefisiya  qəbul  edən  dövlətdə  özünün  fiziki  və  hüquqi 
şəxslərinin  istifadə  etdiyi  hüquq  vəsəlahiyyətlər  həcmində  rejimin  verilməsidir. 
Formal  qarşılıqlığa  görə  isə  xarici  fiziki  və  hüquqi  şəxslərə  yerli  qanuna  müvafiq 
olaraq  səlahiyyətlər  təqdim  edilməklə  onlar  status  baxımından  yerli  şəxslərlə 
bərabərləşdirilirlər.  “Formal”  qarşılıqlıq  da  “maddi”  qarşılıqlığa  nisbətdə  şərti 
xaraqter  daşımaqla  daha  işlək  mexanizmə  malikdir.  Belə  ki,  müxtəlif  ölkələrin  bir-
birindən  fərqlənən  qanunvericiliyi  eyni  həcmdə  “maddi”  qarşılıqlığın  tətbiqini  bir 
çox  sahələrdə  mümkünsüz  etdiyi  halda  “formal”  qarşılıqlıq  isə  yuxarıda  qeyd 
etdiyimiz  kimi,  bir  tərəfdən,  xarici  şəxslərə  hətta  onların  şəxsi  qanunuda  nəzərdə 
tutulmayan,  lakin  yerli  hüquqla  müvafiq  dövlətin  şəxslərinin  istifadə  etdiyi 
səlahiyyətlər  verir,  digər  tərəfdən  isə,  xarici  şəxslər  şəxsi  qanununa  əsaslanıb  yerli 
hüquqla nəzərdə tutulmayan səlahiyyətlər tələb edə bilməzlər. 
 
“Maddi”və “formal” qarşılıqlıqdan fərqli olaraq əks qarşılıqlıq (latınca retorsio-
əvəz)bir  dövlətin  fiziki  və  hüquqi  şəxslərinə  münasibətdə  digər  dövlətin  qeyri-
dostluq, ədalətsiz diskiriminasiya xaraqterli tədbirlərinə qarşı gördüyü əks tədbirdir.  
 
Əks  qarşılıqlığın  tətbiq  edilməsinin  mümkünlüyü  AR  qanunvericiliyində,  o 
cümlədən  Konstitusiyada  (m.  69,  (II))  nəzərdə  tutulur.  Əcnəbilər  və  vətəndaşlığı 
olmayan şəxslərin hüquqi vəziyyəti haqqında Azərbaycan Respublikasının 1996-cı il 
Qanunuda qeyd edilir ki, xarici dövlət onun ərazisində AR vətəndaşlarının hüquq və 
azadlıqlarının  həyata  keçirilməsinə  məhdudiyyət  qoyduqda  AR  qanunu  ilə  AR 
ərazisində eyni məhdudiyyətlər həmin dövlətin vətəndaşları üçün müəyyən edilə bilər 
(m.4).  
 
 
 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə