Mərkəzdə Aİ dayanmaqla enerji resurslarının beynəlxalq ticarətində
liberallaşdırma prinsipi Azərbaycan Respublikası, Orta Asiya (Qazaxıstan,
Türkmənistan, Özbəkistan), RF, Latın Amerikası, Karib hövzəsi ölkələri ilə
əməkdaşlığın da əsasını təşkil etməkdədir.
.
11.9. Enerji effektivliyi və ətraf mühitin mühafizəsi prinsipi
Beynəlxalq enerji münasibətlərinin tənzimlənməsi zamanı meydana çıxan
problemlərdən biri də ətraf mühitin mühafizəsidir. Müasir dövrdə enerji sektorunda
bağlanan kontraktlarda, beynəlxalq sazişlərdə ətraf mühitə xüsusi əhəmiyyət verilir.
Enerji sektoruna xarici investisiyaları cəlb etmək istəyən dövlətin qəbul
etdiyi ilk normativ-hüquqi aktlardan biri də ətraf mühitin mühafizəsi ilə bağlı
qanunvericilik aktları olur. Hətta bağlanmış kontraktlarda müvafiq öhdəliyi əks
etdirən norma ifadə olunmadığı halda da, tərəflər ətraf mühitin mühafizəsini təmin
etməyin vacibliyini qəbul edirlər. Başqa sözlə, bu məsələnin həlli adət hüququ kimi
formalaşmaqdadır. EXM-də ətraf mühitin mühafizəsində meyar enerji effektivliyi ilə
şərtləndirilir.
Şərti
olaraq
prinsipi
də
enerji effektivliyi və ətraf mühitin mühafizəsi kimi qəbul etmək olar. Müqavilədə
qeyd olunur ki, ətraf mühitə mənfi təsiri enerji effektivliyini yüksəltməklə aradan
qaldırmaq olar. Enerji effektivliyi müəyyən əmtəə və xidmətin keyfiyyətini və ya işə
yararlılıq xüsusiyyətini azaltmadan daha az enerji sərf etməklə eyni say tərkibini
saxlamağa yönələn tədbir kimi dəyərləndirilir.
Enerji effektivliyi və ətraf mühitin mühafizəsi prinsipi
- enerji effektivliyi sferasında normativ aktların işlənib hazırlanmasında
əməkdaşlığı;
- ətraf mühitə və dünya iqliminə enerji dövriyyəsinin mənfi təsirini azaltmaq
məqsədilə enerji effektivliyi sferasında müvafiq hüququn yaradılması ilə bağlı
siyasətin müəyyən edilməsi:
- enerji resurslarının hasilatı, nəqli zamanı texniki standartların gözlənilməsini;
- enerji resurslarının qiymətini rəqabətə əsaslandıraraq ekoloji xərclər tam
daxil olmaqla enerji effektivliyi və müvafiq ətraf mühitin mühafizəsi aspekti ilə
dəyərləndirməni;
- enerji effektivliyinin yüksəldilməsi üçün maliyyə ilə bağlı hökumətlərarası
əməkdaşlığı və s. nəzərdə tutur.
Beynəlxalq sazişlərdə ekoloji baxımdan əsaslandırılmış, texniki təhlükəsizliyə
cavab verə biləcək yeni texniki avadanlıqların tətbiqi sahəsində dövlətlərarası
əməkdaşlığa xüsusi fikir verilir. EXM-ə qəbul edilmiş Protokolda qeyd olunur ki,
Enerji Xartiyasına Müqaviləyə uyğun olaraq razılığa gələn tərəflər enerji effektivliyi
və ekoloji baxımdan əsaslandırılmış texnologiyanın ticarəti sferasında əməkdaşlığı və
enerjiyə aid xidmət və idarəçilik metodlarını təşviq edirlər.
Ətraf mühitin mühafizəsini enerji effektivliyinin meyarlarına, normativlərinə
riayət etməklə təmin etmək olar. Beynəlxalq Atom Enerjisi Agentliyi dinc
məqsədlərlə atom enerjisindən istifadə sahəsində mütəmadi olaraq özünün
standartlarının müəyyən edir. Avropada müvafiq məsələlərlə Atom Enerjisi üzrə
Avropa Agentliyi məşğul olur. Qeyd olunan sferada standartlar Atom Enerjisi üzrə
Avropa Birliyinin təsis olunması haqqında Müqavilədə, 1957-ci il Avropa Birliyinin
təsis olunması haqqında Roma Müqaviləsində də əks olunub. Sonuncu müqavilədə
qeyd olunur ki, təbii ehtiyatların istifadəsində rasionallığın gözlənilməsi zəruri
məsələlərdən biridir (m.174).
Tamamilə tullantısız texnologiya olmasa da, minimum tullantılı texnologiyanın
tətbiqinə nail olmaq lazımdır. Bu məsələ bu və ya digər formada Ətraf mühit üzrə
BMT Proqramında: Ozon təbəqəsini dağıdan maddələr üzrə 1987-ci il Monreal
Protokolunda, İqlim dəyişikliyi haqqında BMT-nin 1992-ci il Konvensiyasında,
həmin Konvensiyaya 1997-ci il Kioto Protokolunda və s-də öz əksini tapıb. Kioto
Protokolunda bərpa olunan enerji növlərindən geniş istifadə ilə yanaşı zərərli
maddələrin udulmasını təmin edən ekoloji baxımdan təhlükəsiz texnikanın tətbiqi
təşviq edilir.
Beynəlxalq hüquqda olduğu kimi ayrı-ayrı dövlətlərin daxili qanunvericiliyində,
həmçinin enerji resurslarının kəşfiyyatını, hasilatını və nəqlini tənzim edən
beynəlxalq kontraktlarda ətraf mühitin mühafizəsilə bağlı normalara xüsusi diqqət
verilir. Azərbaycan Respublikasının Konstitusiyasında (hər kəsin sağlam ətraf
mühitdə yaşamaq hüququ ilə yanaşı (m.39, I)) ekoloji hüquqpozma ilə əlaqədar
sağlamlığa və əmlaka dəymiş ziyanın əvəzini almaq hüququ qeyd olunur (m.39,11).
Azərbaycan Respublikasının Ekoloji təhlükəsizlik haqqında (1995), Ətraf
mühitin mühafizəsi haqqında (1999) Qanunlarında ətraf mühitin mühafizəsi prinsipi
öz əksini tapıb. AR-ın Yerin təkindən istifadə haqqında 1998-ci il Qanununda da
enerji daşıyıcılarından istifadə zamanı ətraf mühitin mühafizəsində səmərəli,
kompleks və təhlükəsiz istifadə prinsipi nəzərdə tutulur.
AR-in neft kontraktlarından «Əsrin Müqaviləsində» qeyd olunur ki, podratçı
beynəlxalq neft sənayesinin hamılıqla qəbul olunmuş standartlarına səylə əməl
edərək ətraf mühitin, o cümlədən məhdudiyyət qoymadan yerin üstü və təkinin,
dənizin, havanın, göllərin, çayların, flora və faunanın, kənd təsərrüfatı bitkilərinin,
digər təbii ehtiyatların və əmlakın vəziyyətinin hər hansı potensial pozuntularını
minimuma endirmək üçün göstərilən standartlara müvafiq surətdə həyatın, ətraf
mühitin əmlakın mühafizəsi növbəliliyilə bütün zəruri tədbirləri görərək, neft
əməliyyatlarını lazımı səmərəliliyə və təhlükəsizliyə uyğun olaraq aparır (m.2,1).
Podratçı AR-in səhiyyə, təhlükəsizlik texnikasına, ətraf mühitin mühafizəsinə və
bərpasına hamılıqla tətbiq edilə bilən mövcud və gələcək qanunlarına, yaxud
qərarlarına tabe olur, bu şərtlə ki, həmin qanun, qərarların tələbləri saziş bağlanarkən
qüvvədə olan normaların və podratçının tabe olduğu beynəlxalq neft sənayesi
praktikasının tələblərindən sərt olmasın (m.26.3). Sazişin XI əlavəsində avadanlığın
təhlükəsiz istismarı üçün tanınmış beynəlxalq təşkilat və assosiasiyaların Amerikanın
Neft İnstitutunun (API), Britaniya Standartlar İnstitutunun (BSI), Avropa
Normalaşdırma Komissiyasının (SEN) tövsiyələri əsas götürülür.
Enerji effektivliyi və ətraf mühitin mühafizəsi prinsipinə görə müəssisələr üçün
karbon vergisi deyil, parnik effekti yaradan tullantı kvotaları ilə ticarətin beynəlxalq
Dostları ilə paylaş: |