Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə80/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   76   77   78   79   80   81   82   83   ...   100

texnologiya  ilə  bağlı  problemlərin  həlli  zərurəti  meydana  gəlir.  Xüsusən  də,  siyasi, 
sosial-iqtisadi, etnik  xarakterli problemlərin dərinləşdiyi keçmiş Sovetlər İttifaqında, 
onun süqutuna kimi Çernobıl AES-də qəzanın baş verməsi qeyd edilə bilər. Təsadüfi 
deyil  ki.  Avropa  Enerji  Xartiyasmın  (1991)  ilkin  konsepsiyası  da  atom  elektrik 
stansiyalarının 
qeyri-qənaətbəxş 
vəziyyətinə 
və 
müvafiq 
olaraq 
enerji 
təhlükəsizliyinə  həsr  edilmişdi.  Zəif  iqtisadiyyatın  və  siyasi  iradəli  dövlətlərdə 
müvafiq  problemin  həllinə  nail  olmağm  qeyri-mümkünlüyunü  nəzərə  alaraq 
Ayropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Müşavirəsinin  (ATƏM)  1990-cı  il  dekabr 
(Paris)  sessiyasmda  Avropa  Komissiyasının  Prezidenti  təklif  edir  ki,  Mərkəzi-Şərqi 
Avropa  dövlətlərində,  o  cümlədən,  Müstəqil  Dövlətlər  Birliyi  ölkələrində  enerji 
bazarının, həmçinin atom enerjisindən istifadənin modernləşdirilməsi ideyası Avropa 
Enerji Xartiyasına daxil edilsin. 
Qeyri-ənənəvi təhlükəsizlik konsepsiyası kimi  meydana gələn beynəlxalq enerji 
təhlükəsizliyini  qlobal  iqtisadi  problemlər  şərtiəndirib.  OPEC  üə  neft  idxal  edən 
ölkələr arasında razılaşdırılmış vahid enerji siyasətinin qalmaması nəticəsində dünya 
iqtisadi 
böhranının 
yaranması, 
enerji 
böhranı 
ilə 
bağlı 
hadisələr, 
həmçinin 
neft 
məhsullarınm 
qiymətlərinin 
kəskin 
artması 
enerji 
resurslarına strateji əhəmiyyət vermişdir. 
Beynəlxalq  enerji  təhlükəsizliyi  ayrı-ayrı  dövlətlərin  enerji  təhlükəsizliyindən 
meydana  gəldiyi  üçün,  ilk  növbədə,  milli  enerji  təhlükəsizliyinə  yararlı  biləcək 
təhlükələr  müəyyən  edilməlidir.  Ümumiyyətlə,  milli  təhlükəsizliyin  pozulması  iki 
formada  -  daxili  və  xarici  təsir  nəticəsində  ola  bilər.  Enerji  təhlükəsizliyi  ilə  bağlı 
daxili təhlükələri də iki kateqoriyada: 
- yanacaq-enerji kompleksinin böhranlı vəziyyətə düşməsi: 
-  iqtisadiyyatda  kifayət  qədər  yüksək,  daha  çox  enerji  tutumlu  «inkişaf» 
tendensiyasının mövcudluğu ilə fərqləndirmək olar. 
Enerji təhlükəsizliyi ilə bağlı dövlətdaxili və beynəlxalq hüquqi aktların analizi 
enerji təhlükəsizliyi prinsipi (konsepsiyası) üçün 
- enerji mənbələrinin differensiasiyasını; 


-  bərpa  olunmayan  enerji  mənbələrinin  istifadəsındən  yeni  və  bərpa  olunan 
enerji resurslarına keçidi: 
-  iqtisadi  təhlükəsizliklə  ekoloji  təhlükəsizliyin  və  sosial-humanitar  inkişaf 
konsepsiyasmın uzlaşdırılmasını zəruri edir. 
 
11.8. Enerji bazarının tənzimlənməsində liberallaşdırma  
prinsipi 
 
Liberallaşdırma  prinsipi  beynəixalq  ticarət  hüququnda,  o  cümlədən  Tariflər  və 
Ticarət  üzrə  Baş  Sazişdən  –  GATT,  həmçinin  Dünya  Ticarət  Təşkilatmın  digər 
sazişlər  sistemindən  meydana  gəlir.  Həmin  pıinsipə  görə:  üzv-dövlətlər  beynəlxalq 
ticarətdə  gömrük  rüsum  və  vergilərindən  başqa  idxal  və  ixrac  əməliyyatlarını  digər 
formada  məhdudlaşdırmamaq;  GATT-a  uyğun  gəlməyən  qaydaları  tətbiq  etməmək: 
GATT-a  ziddiyyət  təşikl  edən  qaydaları  aradan  qaldırmaq:  idxal  edilən  əmətəələrə 
gömrük  rüsumlarmın  azaldılması:  proteksionist,  diskriminasion  xarakterli  daxili 
vergiqoymanı  xarici  əmtəələrə  münasibətdə  tətbiq  etməmək  öhdəliyi  ilə  yanaşı 
qarşılıqlı  olaraq  üzv-dövlətlərin  gömrük  rüsum  dərəcələrinin  aşağı  salınması,  qeyri-
qanuni  məhdudlaşdırmaların  ləğvini  tələb  etmək;  qeyri-qanuni  tədbirlərə  qarşı  əks-
tədbirlər  görmək;  beynəlxalq  ticarətdə  neydana  çıxan  maneələrin  aradan 
qaldınlmasında iştirak etmək və s. hüquqları nəzərdə tutulur. 
Beynəlxalq  ticarət  hüququnda  nəzərdə  tutulan  liberallaşdırma  prinsipi 
proteksionizm  (latıncadan  protestio-qapadılma,  bağlanılma)  və  ya  milli  bazanın 
müdafiəsi  prinsipinin  əksi  kimi  bərqərar  edilib.  Beynəlxalq  ticarətdə  təzahür  edən 
proteksionizm  tendensiyaları enerji resurslarının beynəlxalq ticarətində daha qabarıq 
formada  təzahür  edir.  Dünya  ticarətində  baş  verən  liberallaşma  tədricən  energetika 
sferasını  da  əhatə  etməyə  başlasa  da  bu  sferada  məzmun  baxımından  ciddi 
dəyişikliyə  məruz  qalır.  Energetika  sferasında  liberallaşmanı  ilk  dəfə  nəzərdə  tutan 
beynəlxalq  sazişlərdən  biri  kimi  Avropa  Enerji  Xartiyası  (AEX)  çıxış  edir. 
Xartiyanın  məqsədləri  bölməsində  qeyd  edilir  ki,  energetikanın  liberallaşdınlması 


özündə: enerji resurslarının, maddələrinin, avadanlıq və xidmətin açıq və rəqabət tipli 
bazarını;  enerji  resurslarına,  onların  kəşfiyyatı  və  hasilatına  kommersiya  əsasında 
çıxışı;  yerli  və  beynəlxalq  bazarlara  çıxışı;  enerji  xidmətləri,  müvafiq  avadanlıq  və 
texnologiya  ilə  bağlı  ticarətin  qarşısında  olan  texniki,  inzibati  və  d.  maneələrin 
aradan qaldırılmasını nəzərdə tutur. 
AEX-in  ardınca  enerji  resurslarının  beynəlxalq  ticarətində  liberallaşdırma 
prinsipinə  yerli  məzmun  verən  Enerji  Xartiyasına  Müqavilənin  (EXM)  3-cü 
maddəsində  qeyd  edilir  ki,  Tərəflər  kommersiya  qaydaları  əsasında  beynəlxalq 
bazarlara çıxışı təşviq etmək və bütövlükdə energetik material və məhsullarm rəqabət 
və  açıq  bazarının  inkişafı  məqsədilə  əməkdaşlıq  edirlər.  Müqavilənin  6-cı  maddəsi 
rəqabətə  həsr  edilməklə  bu  sahədə  energetika  təsərrüfat  fəaliyyətində  rəqabət  üçün 
maneələrin  azaldılmasını  (1),  antirəqabət  davranışı  təmin  edəcək  qanunların  qəbulu 
və  icrasını  (2),  bu  sahədə  kifayət  qədər  təcrübəsi  olan  ölkələrin  digərlərinə  yardım 
etmələrini və s. nəzərdə tutur. 
Dünya  energetika  bazarının  formalaşdırılmasında  liberallaşdırma  prinsipinə 
münasibət  də  özünün  fərqliliyi  ilə  diqqəti  cəlb  edir.  Bir  qrup  mütəxəssislər 
liberallaşdırmanın  iqtisadi  inkişafa  və  təhlükəsizliyə  gətirib  çıxaracağını  bildirirsə, 
digərləri  liberallaşdırmanın  əsasən  regional  xarakterinin  idxalçı  ölkələrlə  ixracçı 
dövlətlər  arasında  əks  inteqrasiya  meyillərinin  genişlənməsinə  səbəb  olacağını 
bildirirlər. 
Şübhəsiz  ki,  hər  hansı  bazarda  liberallaşma  prinsipinin  tətbiqi  daha  yüksək 
təchizat  və  təhlükəsizlik  məsələsinin  həllinə  yönəlir.  Bu  zaman  həyata  keçirilən 
tədbirlərə kompleks aspektdə baxılmalıdır. 
Ümumi  analiz  belə  bir  fakta  yönəlir  ki,  liberallaşdırma  prinsipi  istehsalçılarla 
(hasilatçılarla)  istehlakçılar  arasında  əks  inteqrasiya  meyillərini  sürətləndirə  bilər. 
Belə  bir  tendensiyanın  qarşısını  almaq  üçün  vahid  energetika  bazarının  təminatı 
baxımından  ayrı-ayrı  dövlətlərin  energetika  bazaıiarında  ayrı-seçkiliyin  ləğvi  təmin 
edilməlidir. 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə