- enerji sistemlərinin ətraf mühitə təsiri, həmçinin ətraf mühitə mənfi təsirin
zəiflədilməsi və qarşısının alınması mümkünlüyü, bu tədbirlərlə bağlı məsrəflər
haqqında əhaliyə məlumatın çatdırılması səviyyəsinin yüksəldilməsini;
- enerji-investisiya layihələrinin ekoloji baxımdan ətraf mühitə təsiri ilə bağlı
ilkin mərhələdə, qərar qəbul edilənədək və sonrakı monitorinqini;
- razılığa gələn tərəflər müvafiq ekoloji proqramlar və standartlar haqqında,
həmçinin onların realizə
mexanizmlər barəsində
məlumat
mübadiləsinin
yüksəldilməsi və s. sahədə əməkdaşlığı təşviq etməyi Öhdələrinə götürürlər.
ƏDƏBİYYAT SİYAHISI
1.
Sadıqov, Əfsər İsa oğlu. Beynəlxalq iqtisadi hüquq : dərslik / Ə. İ. Sadıqov. - Bakı : Bakı
Universiteti Nəşriyyatı, 2008. - 396 s.;
2.
Əliyev Etibar Əli oğlu. Beynəlxalq iqtisadi hüquq. Dərslik. Bakı: “UniPrint” MMC nəşriyyat-
poliqrafiya müəssisəsi, 2012, 650 səh.
3.
Natiq Əliyev “Azərbaycanın sənaye və yanacaq-enerji kompleksinin vəziyyəti və inkişaf istiqamətləri”
Bakı 2006;
4.
Ə. Ə. Bayramov. Regional iqtisadi inteqrasiya. Bakı - 1997.
5.
E. M. Hacızadə “Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli”. Bakı: Elm, 2002;
6.
Ç.M. Abbasov – “ Azərbaycanın dünya iqtisadiyyatınainteqrasiya yolları”. Bakı 2002;
7.
E. Ə. Əliyev Beynəlxalq iqtisadi hüquq: ümumi müddəalar. Bakı, “Hüquq ədəbiyyatı” nəşriyyatı, 2011.
– 240 səh. ;
8.
L.H. Hüseynov Beynəlxalq hüquq. B.: “Qanun”, 2012. – 368 səh. ;
9.
C. Nuriyev. Beynəlxalq iqtisadi əlaqələrin hüquqi tənzimlənməsi. Bakı – 2000;
10. Миронов Н.В. Международная энергетическая безопасность: Учебное пособие. М. 2003,
165 с
11. Садыгов А.И. Международные нефтяные контракты АР в системе международного
энергетического права. Диссертация кан. юрид. Наук. Баку. 2003. 224 с.
5. Телегина Е.А., Студеникина Л.А. Энергетическая безопасность и энергетическая
интеграция в
Евроазии ХХI веке: азиатский профиль. М. 2006. 224 с.
6. International Energy Law: Concepts, Context and Players. Prof. Thomas W. Walde, Jean Monnet
Chair
for EU Economic & Energy Law Center for Energy. Petroleum & Mineral Law & Policy
University of
Dandee. Scotland UK. 2001. 108 p.
7. Jonston D. The Production Sharing Concept. PetroMin Magazine, Singapore, 1992, August, p.
26-34
8. Moss G.C. Contra and or License? Regulation of Petroleum Investment in Russia Foreign Legal
advice
Journal of Energy & Natural Resources Law, 1998, v.16, #2, p.186-199
Mövzu 12. Beynəlxalq nəqliyyat hüququ
12.1. Beynəlxalq nəqliyyat hüququ anlayışı
12.2. Beynəlxalq nəqliyyat hüququnun predmeti və institutları
12.3. Beynəlxalq nəqliyyat hüququnun beynəlxalq iqtisadi hüquq
sistemində tutduğu yer
12.4.Beynəlxalq nəqliyyat hüququnun mənbələri
12.5. Dəniz daşımalarının beynəlxalq-hüquqi tənzimlənməsi
12.6. Hava daşımalırının beynəlxalq-hüquqi tənzimlənməsi
12.7. Dəmir yolu daşımalarının beynəlxalq-hüquqi tənzimlənməsi
12.8. Avtomobil daşımalarının beynəlxalq-hüquqi tənzimlənməsi
12.9. Beynəlxalq su (çay) daşımalarının hüquqi tənzimlənməsi
12.10. Boru kəmər nəqliyyat daşımalarının beynəlxalq-hüquqi
Tənzimlənməsi
12.1. Beynəlxalq nəqliyyat hüququ anlayışı
Bildiyimiz
kimi,
beynəlxalq
iqtisadi
hüquqla
tənzimlənən
ictimai
münasibətlərin dairəsi kifayət qədər genişdir. Belə ki, o, dövlətlərarası beynəlxalq
iqtisadi münasibətlərin ayrı-ayrı, müxtəlif növlərini tənzimləyir. Başqa sözlə, BİH-in
nizamasalma (hüquqi tənzimetmə) predmetinə müxtəlif növ dövlətlərarası beynəlxalq
iqtisadi münasibətlər daxildir; dövlətlərarası beynəlxalq nəqliyyat münasibətləri
həmin növlərdən biridir. Həm də beynəlxalq hüquq dərsliyində çox düzgün olaraq
göstərildiyi kimi, beynəlxalq nəqliyyat münasibətləri beynəlxalq iqtisadi
münasibətlərin vacib növüdür. Bu münasibətlərin beynəlxalq iqtisadi münasibətlərin
vacib növü olması onunla izah edilir ki, nəqliyyat iqtisadiyyatın çox mühüm
sahəsidir. Nəqliyyat iqtisadiyyatın elə bir sahəsidir ki, onsuz iqtisadiyyat öz
funksiyasını normal surətdə yerinə yetirə bilməz. Təkcə bunu söyləmək kifayətdir ki,
malların istehsalına və ticarətinə yönələn iqtisadi proses məhz nəqliyyat xidməti
vasitəsilə başa çatır. Belə ki, mallar nəqliyyatın köməyi ilə istehlakçılara alıcılara)
çatdırılır; buna görə də o, iqtisadiyyatın infrastruktur hissəsidir.
İqtisadiyyatın xüsusi xarakterli sahəsi sayılan nəqliyyat istehsalın ümumi şərti
kimi çıxış edərək, normal istehsal prosesinin həyata keçirilməsində əhəmiyyətli rol
oynayır.
Digər tərəfdən də, qeyd etməliyik ki, nəqliyyat xidmət sahəsidir; bu sahənin
vasitəsilə yük və sərnişinlərin daşınması həyata keçirilir. Buna görə də beynəlxalq
nəqliyyat münasibətləri, mahiyyətcə, beynəlxalq iqtisadi münasibətlərdə nəqliyyat
xidmətinin ixrac və idxalı ilə bağlı yaranan münasibətlərdir; bu münasibətlər BİH-in
subyektləri (dövlətlər və hökumətlərarası beynəlxalq nəqliyyat təşkilatları) arasında
yaranır və müvafiq
beynəlxalq hüquq normaları ilə qaydaya salınır, tənzimlənir; bu
normaların sistemi beynəlxalq nəqliyyat hüququ adlanır.
Beynəlxalq nəqliyyat hüququ dedikdə beynəlxalq iqtisadi hüququn subyektləri
arasında yaranan dövlətlərarası beynəlxalq nəqliyyat münasibət- lərini tənzimləyən
hüquq normalarının sistemi başa düşülür.
Məlum olduğu kimi, iqtisadi münasibətlər nəqliyyat sahəsində də yaranır;
həmin münasibətlərin beynəlxalq-hüquqi tənzimlənməsi kifayət qədər vacib və zəruri
məsələdir. Beynəlxalq nəqliyyat hüququnun əsas təyinatı, başlıca məqsədi də məhz
nəqliyyat
sahəsində
yaranan
iqtisadi
münasibətlərin
beynəlxalq-hüquqi
tənzimlənməsini təmin etməkdən ibarətdir.
12.2. Beynəlxalq nəqliyyat hüququnun predmeti və institutları
Beynəlxalq iqtisadi hüquq nəqliyyat sahəsində yaranan beynəlxalq iqtisadi
münasibətləri özü bilavasitə deyil, beynəlxalq nəqliyyat hüququnun vasitəsilə tənzim
edir. Beynəlxalq nəqliyyat hüququ BİH-in struktur elementi, tərkib hissəsidir. Təbii
ki, hər bir müstəqil hüquq sahəsinin struktur elementinin (tərkib hissəsinin) özünün
nizamasalma predmeti vardır.
Dostları ilə paylaş: |