Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə85/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   81   82   83   84   85   86   87   88   ...   100

istəyini ifadə etmiş olur; onun bu mülahizələrinin əsasında beynəlxalq ticarət hüququ 
ilə  həm  də,  eyni  zamanda,  xidmətlərin  tənzimlənməsi  amili  durur  ki,  nəqliyyat 
xidməti  onların  növlərindən  biridir.  Belə  ki,  beynəlxalq  ticarət  hüququnun 
nizamasalma  predmetinə  həm  malların  beynəlxalq  ticarəti,  həm  də  xidmətlərin 
beynəlxalq  ticarəti  daxildir.  Nəqliyyat  xidmətləri  isə  (malların  daşınması  ilə  bağlı 
olan xidmətlər) beş əsas xidmət növlərindən biri sayılır. 
Qeyd  etmək  lazımdır  ki,  nəqliyyat  xidmətləri  özü  geniş  anlayış  olub, 
aşağıdakıları əhatə edir: 
-yük və sərnişin daşımalarının bütün növlərini; 
-xüsusiləşdirilmiş daşıma növlərini; 
-daşımanı müşayiət edən və ya yardımçı əməliyyatlar. 
XTBS-in  təsnifat  sənədində  nəqliyyat  xidmətləri  nəqliyyatın  növündən  asılı 
olaraq, altı qrupa bölünür: dəniz nəqliyyat xidməti, su (çay) nəqliyyat xidməti, dəmir 
yol  nəqliyyat  xidməti,  avtomobil  nəqliyyat  xidməti,  hava  nəqliyyat  xidməti,  boru 
kəmər  nəqliyyat  xidməti.  Yardımçı  (müşayiət  edən)  əməliyyatlara  isə  aşağıdakılar 
aiddir:  nəqliyyat-ekspedisiya  əməliyyatı,  yükləmə-boşaltma  işləri,  anbar  işləri, 
konteyner terminalı, yanacaqla doldurma, təcili təmir işləri. 
Nəqliyyat  xidmətləri,  o  cümlədən  beynəlxalq  nəqliyyat  xidmətləri  xüsusi 
xarakterli  əmtəədir.  Buna  görə  də  beynəlxalq  nəqliyyat  xidmətləri  beynəlxalq 
bazarında alınıb-satılır. 
Beynəlxalq  iqtisadi  münasibətlərin  həyata  keçirilməsi  zamanı  nəqliyyat 
malların  iki  və  daha  çox  ölkə  arasında  daşınmasını  təmin  edir.  Nəqliyyat  müasir 
dövrdə, hər şeydən əvvəl, dövlətlərarası xarici iqtisadi əlaqələri təmin etməyin vacib 
vasitəsidir. Bu əlaqələrin əsas forması  və başlıca
 
məzmunu olan beynəlxalq ticarətin 
həyata keçirilməsində nəqliyyat xüsusilə mühüm rol oynayır. Belə ki, məlum olduğu 
kimi, beynəlxalq ticarət üçün həddən ziyadə nəinki alqı-satqı müqavilələri bağlamaq 
praktikası, həmçinin malların nəqliyyat vasitəsilə daşınması mərhələsi vacibdir. 
Lakin 
bunlara 
baxmayaraq, 
nəqliyyat 
sahəsində 
yaranan 
iqtisadi 
münasibətlərin  beynəlxalq-hüquqi  tənzimlənməsini  beynəlxalq  ticarət  hüququ 


çərçivəsində  həyata  keçirmək,  beynəlxalq  nəqliyyat  hüququna  onun  struktur  hissəsi 
(institutu) kimi baxmaq qeyri-mümkündür. Məsələ burasındadır ki, beynəlxalq ticarət 
və  beynəlxalq  nəqliyyat  münasibətləri  nə  qədər  bir-biri  ilə  bağlı  olsalar  da,  onlar 
beynəlxalq  iqtisadi  münasibətlərin  ayrı-ayrı  növləri,  dövlətlərarası  əməkdaşlığın 
konkret istiqamətləridir. Beynəlxalq ticarət hüququnun əsas funksiyası dövlətlərarası 
beynəlxalq  ticarət  münasibətlərini  tənzimləməkdən  ibarətdir.  Beynəlxalq  nəqliyyat 
hüququna  gəldikdə  isə,  qeyd  etməliyik  ki,  o,  beynəlxalq  daşımalar  sahəsində 
dövlətlərarası  nəqliyyat  münasibətlərini  qaydaya  salmaq  və  nizamlamaq  kimi 
funksiyanı yerinə yetirir. 
Beynəlxalq  daşımalar  dedikdə,  beynəlxalq  müqavilələrlə  müəyyənləşdirilmiş 
şərtlərə  uyğun  olaraq,  iki  və  ya  bir  neçə  dövlətin  ərazisində  həyata  keçirilən 
daşımalar başa düşülür. Beynəlxalq daşımaları xarakterizə edən iki əlamət vardır: 
-birinci,  beynəlxalq  daşımalar  beynəlxalq  müqavilələrlə  müəyyən  edilmiş 
şərtlərə uyğun olaraq həyata keçirilməlidir; 
-ikinci,  beynəlxalq  daşımalar  iki  və  ya  daha  artıq  dövlət  ərazisində  həyata 
keçirilməlidir. 
Beynəlxalq daşımaların həyata keçirilməsi spesifik xarakterli elə bir məsələdir 
ki, onu beynəlxalq ticarət hüququ çərçivəsində tənzimləmək olmaz;
  
 
12.4.Beynəlxalq nəqliyyat hüququnun mənbələri 
 
Beynəlxalq  müqavilələr.  Dövlətlərarası  beynəlxalq  nəqliyyat  münasibətlərini 
tənzimləyən  hüquq  normaları  öz  normativ  ifadəsini,  hər  şeydən  əvvəl,  ilk  növbədə, 
beynəlxalq  müqavilələrdə  tapır.  Söhbət  nəqliyyat  sahəsində  bağlanan  dövlətlərarası 
beynəlxalq  müqavilələrdən  gedir;  onlara  beynəlxalq  nəqliyyat  sazişləri  və  ya 
nəqliyyat  konvensiyaları  deyilir.  Beynəlxalq  nəqliyyat  sazişləri  (nəqliyyat 
konvensiyaları)  beynəlxalq  nəqliyyat  hüququnun  əsas  və  başlıca  mənbə  növü  hesab 
edilir. 


Əgər  dövlətlər  arasında  beynəlxalq  nəqliyyat  sazişləri  bağlanmazsa,  onda 
beynəlxalq  nəqliyyat  daşımaları  həyata  keçirilə  bilməz.  Ona  görə  ki,  beynəlxalq 
daşımalar bu sazişlərdə müəyyən edilən şərtlərə uyğun olaraq həyata keçirilir; bu, bir 
az  əvvəldə  qeyd  etdiyimiz  kimi,  beynəlxalq  daşımaların  iki  xarakterik  əlamətindən 
biri  hesab  edilir.  Beynəlxalq  nəqliyyat  sazişlərində  müəyyən  olunan  şərtlər  isə 
aşağıdakılara aiddir: 
-daşıma (nəqliyyat) sənədinə və onun tərtib olunmasına; 
-inzibati-gömrük proseduruna (rəsmiləşdirilməsinə); 
-yükün daşınmaya qəbul edilməsinə; 
-yükün  təyinat  yerində  sahibinə  (yükalana)  çatdırılmasına;
 
-daşıyıcının 
məsuliyyətinə; 
-iddia və pretenziyaların verilməsinə; 
-mübahisələrin həll olunmasına və s. 
Hal-hazırda  beynəlxalq  daşımaları  hüquqi  tənzimetmənin  əsas  mənbəyi 
beynəlxalq  nəqliyyat  sazişləri  hesab  olunur;  bu  sazişlərin  bəziləri  nəqliyyatın  bütün 
növlərini  əhatə  edir.  Məsələn,  Beynəlxalq  qarışıq  yük  daşımaları  haqqında  BMT 
Konvensiyası (1980-ci il), Avtomobil, dəmir yolu və daxili su nəqliyyatı ilə təhlükəli 
yüklərin  daşınması  zamanı  vurulmuş  zərərə  görə  mülki  məsuliyyət  haqqında 
Konvensiya  (1989-cu  il)  belə  sazişlərə  misaldır.  Beynəlxalq  nəqliyyat  sazişləri 
arasında  elələri  vardır  ki,  həmin  sazişlər  nəqliyyatın  bir  neçə  növünü  əhatə  edir. 
Nəqliyyatın  ayrı-ayrı  növlərinə  xüsusi  olaraq  həsr  edilən  beynəlxalq  nəqliyyat 
sazişləri də qəbul olunmuşdur. 
Məsələn, Hamburq Qaydaları dənizlə yük daşımalarına, Varşava Konvensiyası 
isə  hava  daşımalarına  aiddir.  Beynəlxalq  nəqliyyat  münasibətləri,  əsasən,  çoxtərəfli 
sazişlərlə  (konvensiyalarla)  tənzimlənir;  bu  sazişlərin  vasitəsilə  nəqliyyatın  ayrı-ayrı 
növlərində  yaranan  iqtisadi  münasibətlərin  çoxtərəfli  əsaslarla  beynəlxalq-  hüquqi 
tənzimlənməsi  həyata  keçirilir.  Nəqliyyat  sahəsində  iqtisadi  münasibətlər  həm  də, 
eyni  zamanda,  ikitərəfli  beynəlxalq  nəqliyyat  sazişləri  (konvensiyaları)  ilə  də 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə