Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə86/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   82   83   84   85   86   87   88   89   ...   100

tənzimlənir.  Azərbaycan  Respublikası  nəqliyyatın  ayrı-ayrı  növləri  üzrə  xarici 
ölkələrlə çoxsaylı ikitərəfli sazişlər bağlamışdır. 
Beynəlxalq  nəqliyyat  sazişlərinin  köməyi  ilə,  adətən,  universal  səviyyədə 
tənzimetmə  həyata  keçirilir.  Tarixən  elə  formalaşmışdır  ki,  universal  səviyyədə 
tənzimetmə vasitəsilə yalnız dəniz, hava (müəyyən dərəcədə) və avtomobil nəqliyyatı 
sahəsində  yaranan  münasibətlər  nizamlanır  və  qaydaya  salınır.  Su  (çay),  dəmir  yolu 
və boru kəməri nəqliyyatı sahəsində isə xüsusi sazişlər (konvensiyalar) bağlanmışdır. 
 
Beynəlxalq  nəqliyyat  sazişlərinin  bəziləri  beynəlxalq  daşımaları  regional  əviyyədə 
tənzimləyir;  onlara  regional  beynəlxalq  nəqliyyat  sazişləri  deyilir.  Məsələn, 
Beynəlxalq  dəmir  yolu  ilə  yük  əlaqələri  haqqında  Saziş  MDB  səviyyəsində 
beynəlxalq daşımaları tənzimləyir. 
Beynəlxalq  nəqliyyat  hüququnun  digər  mənbə  növləri.  Beynəlxalq-hüquqi 
adətlər  beynəlxalq  nəqliyyat  hüququnun  digər  mənbə  növüdür.  Belə  ki,  beynəlxalq 
nəqliyyat  sazişləri,  sözsüz  ki,  beynəlxalq  nəqliyyat  münasibətlərinin  bütün 
aspektlərini tənzimləmir. Elə  məsələlər  vardır ki, onlar beynəlxalq  nəqliyyat hüququ 
ilə,  ümumiyyətlə,  müfəssəl  şəkildə  nizamlanmır,  ya  da  tam  formada  qaydaya 
salınmır.  Belə  hallarda  beynəlxalq-hüquqi  adətlərdən  istifadə  olunur.  Beynəlxalq-
hüquqi adətlər, xüsusilə, beynəlxalq dəniz daşımaları zamanı geniş tətbiq olunur. 
Beynəlxalq  təşkilatların  normativ  qərarları  əsasında  da  beynəlxalq  nəqliyyat 
münasibətlərinin  tənzimlənməsi  həyata  keçirilir  və  buna  görə  də  onlar  beynəlxalq 
nəqliyyat  hüququnun  mənbəyi  hesab  edilir.  Söhbət,  ilk  növbədə,  hökumətlərarası 
beynəlxalq nəqliyyat təşkilatlarının (məsələn, BDT, BMAT və s.) normativ xarakterli 
qərarlarından gedir. Belə ki, həmin təşkilatlar öz təsis aktına (nizamnaməsinə) uyğun 
olaraq  normativ  qərarlar  qəbul  edə  bilərlər;  üzv-dövlətlər  üçün  məcburi  hüquqi 
qüvvəyə  malik  olan  həmin  qərarlar  beynəlxalq  nəqliyyat  münasibətlərini 
tənzimləməkdən  ötrü  tətbiq  edilir.  Belə  halda,  şübhəsiz,  hökumətlərarası  beynəlxalq 
nəqliyyat təşkilatlarının normativ qərarları beynəlxalq nəqliyyat hüququnun mənbəyi 
hesab olunur. 


Dövlətdaxili  (milli)  qanunvericilik  aktları  beynəlxalq  iqtisadi  hüququn 
mənbəyi  hesab  edilmir;  buna  görə  də  belə  aktlar  beynəlxalq  iqtisadi  hüququn 
yarımsahəsi  olan  beynəlxalq  (ümumi)  nəqliyyat  hüququnun  da  mənbəyi  ola
 
bilməz. 
Həmin  aktlar  yalnız  beynəlxalq  xüsusi  (mülki)  hüququn,  eləcə  də  onun  struktur 
hissəsi  olan  beynəlxalq  xüsusi  nəqliyyat  hüququnun  mənbəyi  sayıla  bilər.  Qeyd 
etməliyik  ki,  beynəlxalq  daşıma  münasibətlərinin  daxili  (milli)  hüquq  normalarının 
vasitəsilə tənzimlənməsi mümkündür. Amma belə normalar dövlətlərarası beynəlxalq 
nəqliyat-daşıma münasibətlərinə tətbiq oluna bilməz. 
 
12.5. Dəniz daşımalarının beynəlxalq-hüquqi tənzimlənməsi 
 
Beynəlxalq  nəqliyyat  hüququ,  qeyd  etdik  ki,  bir  neçə  institutdan  idarətdir: 
beynəlxalq dəniz daşımaları hüququ həmin institutlardan biridir; bu institutun köməyi 
ilə  dəniz  daşımalarının  beynəlxalq-hüquqi  tənzimlənməsi  həyata  keçirilir.  Həmin 
institutua  daxil  olan  normalar  dəniz  nəqliyyatı  sahəsində  bağlanmış  beynəlxalq 
sazişlərdə cəmlənmişdir. Konosamentə aid bəzi qaydaların unifikasiyası üçün Brüssel 
Konvensiyası  (1924-cü  il)  həmin  sazişlərdən  biridir;  bu  Konvensiya  dənizlə 
müntəzəm  (konosament)  daşımaların  təşkili  üçün  vacib  əhəmiyyətə  malikdir;  o, 
dənizlə  qeyri-müntəzəm  (tramp)  daşımalara  tətbiq  olunmur.  Bildiyimiz  kimi,  xarici 
ticarət yüklərinin təyinat yerinə çatdırılmasının əsas vasitəsi olan dəniz nəqliyyatında 
daşımalar iki formada həyata keçirilir: 
-müntəzəm (konosament) daşımalar; 
-qeyri-müntəzəm (tramp) daşımalar. 
Brüssel Konvensiyası ilə məhz müntəzəm (konosament) daşımalar tənzimlənir. 
Bu Konvensiya aşağıdakıları müəyyən edir: 
-konosamentin rekvizitlərini; 
 
-daşıyıcıya pretenziya vermək qaydasını; 
-daşıyıcının məsuliyyətini. 


Dənizlə  yük  daşımaları  haqqında  BMT  Konvensiyası  (1978-ci  il)  beynəlxalq 
dəniz  daşımalarına  aid  olan  çoxtərəfli  konvensiyalardan  biridir;  ona  Hamburq 
Qaydaları  da  deyilir.  Hamburq  Qaydalarının  tətbiq  sferası  Brüssel  Konvensiyası  ilə 
müqayisədə  daha  genişdir.  Belə  ki,  o,  nəinki  konosament  daşımalarına,  həmçinin 
beynəlxalq  dəniz  daşımalarının  bütün  növlərinə  tətbiq  olunur;  onun  tənzimetmə 
predmetinə heyvan və göyərtə yüklərinin daşınması da daxildir. 
Hamburq  Qaydaları  daşıyıcının  mənsubiyyətini  müfəssəl  şəkildə  tənzimləyir; 
həm  də  o,  yükün  salamat  (olduğu  kimi)  qalmamasına  görə  daşıyıının  məsuliyyət 
həddini  artırır.  Konvensiya  təqsirə  görə  məsuliyyət  prinsipindən  çıxış  edir.  Daşıyıcı 
həm  də  naviqasiya  səhvinə  (gəmiçilik  elmində  və  ya  gəminin  idarə  edilməsində 
kapitanın  yol  verdiyi səhvə)  görə  məsuliyyət daşıyır; belə  məsuliyyətə  görə, Brüssel 
Konvensiyasında, bildiyimiz kimi, məsuliyyət nəzərdə tutulmur. 
Dənizlə sərnişin  və onların baqacının daşınması  haqqında Afina  Konvensiyası 
(1974-cü  il)  dəniz  nəqliyyatı  sahəsində  bağlanan  çoxtərəfli  sazişlərdən  biridir; 
adından  göründüyü  kimi,  bu  Konvensiya  sərnişinlərin  və  onların  baqaclarının 
daşınması  ilə  bağlı  münasibətləri  tənzimləyir.  Həmin  Konvensiyanın  ən  mühüm 
cəhəti ondan ibarətdir ki, o, dənizlə beynəlxalq daşımalara aid əvvəllər mövcud olan 
hüquq normalarının əksəriyyətini özündə birləşdirir. 
Azərbaycan  Respublikası  hələlik  nə  Brüsel  Konvensiyasının,  nə  Hamburq 
Qaydalarının,  nə  də  Afina  Konvensiyasının  iştirakçısıdır.  Lakin  buna  baxmayaraq, 
həmin  beynəlxalq  konvensiyaların  əsas  müddəaları  Azərbaycan  Respublikasının 
daxili  (milli)  qanunvericiliyində  öz  normativ  ifadəsini  tapmışdır.
 
Dəniz  nəqliyyatı 
sahəsində  çoxtərəfli  beynəlxalq  konvensiyalardan  başqa,  ikitərəfli  sazişlər  də 
bağlanmışdır  ki,  onların  köməyi  ilə  beynəlxalq  dəniz  daşımalarının  ikitərəfli  əsasda 
beynəlxalq-hüquqi  tənzimlənməsi  həyata  keçirilir.  Azərbaycan  Respublikası  ticarət 
gəmiçiliyi  sahəsində  bir  sıra  ölkə,  məsələn,  Gürcüstanla  (1996-cı  il),  Türkiyə  ilə 
(1997-ci il) və Ukrayna ilə (1999-cu il) ikitərəfli saziş bağlamışdır. 
 
12.6.  Hava daşımalırının beynəlxalq-hüquqi tənzimlənməsi 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə