Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə87/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   83   84   85   86   87   88   89   90   ...   100

 
Hava  daşımalarının  beynəlxalq-hüquqi  tənzimlənməsi  beynəlxalq  nəqliyyat 
hüququnun ayrıca institutu vasitəsilə həyata keçirilir; ona, əvvəllər də qeyd etdiyimiz 
kimi, beynəlxalq hava daşımaları hüquq institutu deyilir; bu instituta həm də ikitərəfli 
sazişlərdə  müəyyənləşdirilən  normalar  daxildir.  Beynəlxalq  hava  daşımalarına  aid 
bəzi qaydaların unifikasiyası üçün Varşava Konvensiyası (1929-cu il) hava nəqliyyatı 
sahəsində bağlanmış çoxtərəfli sazişlərdən biridir;  bu  Konvensiyanın qəbul edilməsi 
ilə,  faktiki  olaraq,  beynəlxalq  hava  daşımalarının  tənzimlənməsinə  başlanılmışdır. 
Varşava  Konvensiyası  beynəlxalq  hava  daşımalarını  hüquqi  tənzimetmənin  əsas 
mənbəyidir;  o,  bu  sahədə  əsas  və  başlıca  normativ  xarakterli  beynəlxalq  hüquqi  akt 
sayılır.  Bu  Konvensiyanın  əsas  xüsusiyyəti  ondan  ibarətdir  ki,  o,  həm  yük,  həm  də 
sərnişin daşımalarının hüquqi şərtlərini və recimini müəyyən edir. 
Varşava  Konvensiyasını  dünyanın  120  dövləti  imzalamışdır.  Azərbaycan 
Respublikası  da  bu  Konvensiyaya  qoşulmuşdur.  Respublikamız  həm  də  Haaqa 
Protokolunu  (1955-ci  il)  imzalamışdır.1  Haaqa  Protokolu  Varşava  Konvensiyasının 
tərkib hissəsi olub, ona düzəlişlər edir. 
Varşava  Konvensiyasının  məqsədi  beynəlxalq  hava  daşımalarının  hüquqi 
recimini  müəyyən  etməkdən  ibarətdir;  onun  1-ci  maddəsində  beynəlxalq  hava 
daşımalarına  anlayış  verilmişdir.  Beynəlxalq  hava  daşımaları
 
dedikdə  elə  daşımalar 
başa  düşülür  ki,  həmin  daşımalar  zamanı,  heç  olmazsa,  yerə  enmə  məntəqələrindən 
biri başqa dövlətin ərazisində olsun. 
Varşava Konvensiyası ilə tənzimlənən məsələlərə aşağıdakılar aiddir: 
-daşıma  müqavilələri  (yük  daşınması  müqaviləsi,  sərnişin  daşınması 
müqaviləsi, baqac daşınması müqaviləsi); 
-daşıyıcının məsuliyyəti; 
-daşıyıcıya pretenziya və iddia. 
Beynəlxalq  hava  daşımalarının  tənzimlənməsində  Beynəlxalq  mülki  aviasiya 
haqqında  Çikaqo  Konvensiyası  da  vacib  rol  oynayır.  1944-cü  ildə  imzalanan 


Konvensiya  1947-ci  ildə  qüvvəyə  minmişdir.  Azərbaycan  Respublikası  Çikaqo 
Konvensiyasında iştirak edir. 
Çikaqo  Konvensiyasının  beynəlxalq  hava  daşımalarının  təşkilində  böyük 
əhəmiyyəti  vardır.  Belə  ki,  o,  beynəlxalq  hava  daşımalarının  təşkilati  əsaslarını 
müəyyənləşdirir.  Çikaqo  Konvensiyasının  müəyyənləşdirdiyi  əsas  prinsiplərdən  biri 
bundan  ibarətdir  ki,  ərazi  üzərində  və  ya  hava  məkanı  vasitəsi  ilə  beynəlxalq  hava 
daşımaları yalnız suveren dövlətin icazəsi (razılığı) ilə həyata keçirilə bilər. 
Beynəlxalq  hava  daşımaları  həm  də  ikitərəfli  sazişlərin  vasitə  və  köməyi  ilə 
tənzimlənə  bilər.  Azərbaycan  Respublikası  Özbəkistanla  (1996-cı  il),  Fransa  ilə 
(1997-ci  il),  Misirlə  (1997-ci  il),  Türkiyə  ilə  (1992-ci  il),  Avstriya  ilə  (2000-ci  il), 
İranla  (2002-ci  il),  Birləşmiş  Ərəb  Əmirlikləri  ilə  (2003-cü  il)  və  digər  ölkələrlə 
beynəlxalq hava əlaqəsi və daşınması barədə ikitərəfli sazişlər bağlamışdır. 
 
12.7.  Dəmir yolu daşımalarının beynəlxalq-hüquqi tənzimlənməsi 
 
Dəmir  yolu  ilə  beynəlxalq  daşımalar  beynəlxalq  nəqliyyat  hüququnun 
beynəlxalq  dəmir  yolu  daşımaları  hüquq  institutu  vasitəsilə  nizama  salınır.
 
Belə 
tənzimlənmə, əsasən və başlıca olaraq, iki beynəlxalq konvensiya ilə həyata keçirilir. 
Həmin konvensiyalara aşağıdakılar aiddir: 
-KOTİF (Bern Konvensiyaları); 
-BDYS (SMQS – rus abreviaturası ilə). 
KOTİF  dedikdə  Beynəlxalq  dəmir  yolu  daşımaları  haqqında  Bern 
Konvensiyaları (Əlavə Sazişlə) başa düşülür. 1980-ci ildə qəbul olunan KOTİF 1985-
ci  ildə  qüvvəyə  minmişdir;  o,  Qərbi  və  Mərkəzi  Avropa  ölkələri  arasında  həyata 
keçirilən  beynəlxalq  dəmir  yolu  daşımalarını  tənzim  edir.  KOTİF-də  Avropa 
ölkələrinin  çoxu,  habelə  Asiya  və  Şimali  Afrika  ölkələrinin  bəziləri  iştirak  edir. 
Azərbaycan  Respublikası  KOTİF-in  iştirakçısı  deyildir.  KOTİF-in  əsas  xüsusiyyəti 
ondan ibarətdir ki, bu sənəd əsasında beynəlxalq dəmir yolu daşımalarının kompleks 
hüquqi  tənzimlənməsi  çoxtərəfli  əsaslarla  həyata  keçirilir.  Buna  görə  də  o, 


beynəlxalq  dəmir  yolu  daşımalarını  hüquqi  cəhətdən  tənzim  edən  əsas  beynəlxalq 
normativ akt sayılır. Bu aktın vasitəsi ilə aşağıdakılar müəyyən olunur: 
-yükdaşıma şərtləri; 
-daşıyıcının məsuliyyəti; 
-daşıyıcıya pretenziya və iddia verilməsi; 
-sərnişin və baqac daşıma şərtləri. 
BDYS  isə  Rusiya  Federasiyası  və  MDB  üzvü  olan  digər  ölkələr  arasında 
həyata  keçirilən  beynəlxalq  dəmir  yolu  daşımalarını  tənzim  edən  sənəddir.  BDYS 
dedikdə  Beynəlxalq  dəmir  yolu  ilə  yük  əlaqələri  haqqında  Saziş  başa  düşülür. 
Sazişdə  MDB  üzvü  olan  ölkələr,  o  cümlədən  Azərbaycan  Respublikası,  habelə  Çin, 
Monqolustan,  Koreya,  Baltikyanı  respublikalar,  İran,  Albaniya  və  digər  dövlətlər 
iştirak edirlər. 
BDYS bunları müəyyən edir və tənzimləyir: 
-yükdaşıma şərtləri; 
-daşıma  ilə bağlı ödənişlər;
 
-daşıma sənədinin  forması  və onun tərtib edilməsi 
qaydaları; 
-təhlükəli yüklərin daşınmasına aid xüsusi şərtlər; 
-yükün təyinat yerinə çatdırılma müddəti; 
-yükün daşınmaya qəbul edilməsi şərtləri; 
-təyinat yerində yükün öz sahibinə (yükalana) verilməsi; 
-dəmir yolu daşıyıcısının məsuliyyəti; 
-yükgöndərənin və yükalanın məsuliyyəti; 
-pretenziya və iddiaların verilməsi qaydaları1 və s. 
Beynəlxalq  dəmir  yolu  daşımaları  həm  də  ikitərəfli  sazişlərlə  tənzimlənir. 
Azərbaycan  Respublikası  Rusiya  Federasiyası,  Ukrayna,  Özbəkistan,  Gürcüstan, 
Türkmənistan  və  digər  dövlətlərlə  dəmir  yolu  nəqliyyatı  sahəsində  belə  sazişlər 
bağlamışdır; bu sazişlərdə ikitərəfli səviyyədə həyata keçirilən beynəlxalq daşımalara 
aid normalar nəzərdə tutulmuşdur. 
 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə