Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə81/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   77   78   79   80   81   82   83   84   ...   100

Energetika 
bazarının 
liberallaşdırılması 
bir 
tərəfdən, 
vahid 
bazarın 
formalaşdırılmasına  xidmət  edirsə,  digər  tərəfdən,  enerji  resurslarının  qiymətindəki 
inhisarı  ləğv  etməklə  qiymətlərin  sərbəstləşməsinə  gətirib  çıxaracaq.  Həmçinin 
meydana çıxan əlavə resurslar investisiya formasında tələb və təklifın təhlükəsizliyini 
təmin etməlidir.  Liberallaşdırma  nəticəsində energetika  infrastrukturuna EXM-də də 
nəzərdə  tutulduğu  kimi  üçüncü  şəxslərin  çıxış  hüququ  təmin  edilməlidir.  Bu  zaman 
tariflərin  müəyyən  edilməsi  müstəqil  milli  tənzimləyici  orqanlar  vasitəsilə  həyata 
keçirilməli;  şaquli-inteqrasiya  olunmuş  xidmət  göstərən  kompaniyaların  hüquqi  və 
funksional baxımdan ayrılması reallaşdırılmalıdır. 
Energetika  bazarının  liberallaşdırılması  ilə  məşğul  olan  Aİ  Komissiyası  bu 
sahədə  daha  geniş  formada  tədbirlər  nəzərdə  tutub.  Hesab  edilir  ki,  hüquqi  və 
funksional  baxımdan  ayrılma  üçüncü  şəxslərin  həmin  bazarda  ayrı-seçkiliyə  məruz 
qalmaması  üçün  kifayət  deyil.  Bir  müəssisədə  həm  satışın,  həm  də  nəqliyyatın 
cəmlənməsi  investisiya çatışmazlığı riski  yaradır. Müvafiq  monopolist şirkətlər  yeni 
infrastrukturun  yaradılmasında  maraqlı  olmadığından  təchizatın  təhlükəsizliyində  də 
maraqlı  olmurlar.  Bu  qənaət  Aİ  Məhkəməsinin  SİOT  işi  üzrə  məlum  qərarında  da 
ifadə edilib. 
Dünya  energetika  bazarında  liberallaşdırma  prinsipinin  davamlı  tərəfdan  kimi 
çıxış  edən  Aİ  enerji  resurslarınm  ticarətində  rəqabət  və  sərbəstliyi  özünün  milli 
bazarı  ilə  məhdudlaşdırmayıb  daha  geniş  formada  bu  istiqamətdə  diplomatik 
fəaliyyətdədir.  Belə  ki,  2005-ci  ilin  oktyabrında  Cənub-Şərqi  Avropa  ölkələri  ilə 
(Afinada) imzalanmış Energetika Birliyi haqqında Sazişə görə Baikan yarımadasınm 
8  ölkəsi  də  Aİ-nin  energetıka  siyasətinə  daxil  olmuşlar.  Hazırda  Aİ-nin  vahid 
energetika sıyasəti 30-dan çox dövlətə şamil olunmaqdadır. 
Qeyd  edilən  Birliyə  üzvlüklə  bağlı  Türkiyənin  danışıqlar  aparması,  Moldova, 
Ukrayna  və Norveçin qoşulma  istəyi  və onların  müşahidəçi statusu,  həmçinin  Aİ  ilə 
Aralıq  dənizi  energetika  ölkələrinin  əməkdaşlıq  forumu  Avrasiya  və  Afrika 
energetika  bazarında  Aİ-nin  hüquq  normalannın  (acquis  communautaire)  libe-
rallaşdırma ilə təsiri genişlənməkdə olan bir prosesdir. 


Mərkəzdə  Aİ  dayanmaqla  enerji  resurslarının  beynəlxalq  ticarətində 
liberallaşdırma  prinsipi  Azərbaycan  Respublikası,  Orta  Asiya  (Qazaxıstan, 
Türkmənistan,  Özbəkistan),  RF,  Latın  Amerikası,  Karib  hövzəsi  ölkələri  ilə 
əməkdaşlığın da əsasını təşkil etməkdədir. 

 
11.9. Enerji effektivliyi və ətraf mühitin mühafizəsi prinsipi 
 
 Beynəlxalq  enerji  münasibətlərinin  tənzimlənməsi  zamanı  meydana  çıxan 
problemlərdən  biri  də  ətraf  mühitin  mühafizəsidir.  Müasir  dövrdə  enerji  sektorunda 
bağlanan  kontraktlarda,  beynəlxalq  sazişlərdə  ətraf  mühitə  xüsusi  əhəmiyyət  verilir. 
Enerji  sektoruna  xarici  investisiyaları  cəlb  etmək  istəyən  dövlətin  qəbul 
etdiyi  ilk  normativ-hüquqi  aktlardan  biri  də  ətraf  mühitin  mühafizəsi  ilə  bağlı 
qanunvericilik  aktları  olur.  Hətta  bağlanmış  kontraktlarda  müvafiq  öhdəliyi  əks 
etdirən  norma  ifadə  olunmadığı  halda  da,  tərəflər  ətraf  mühitin  mühafizəsini  təmin 
etməyin  vacibliyini  qəbul  edirlər.  Başqa  sözlə,  bu  məsələnin  həlli  adət  hüququ  kimi 
formalaşmaqdadır. EXM-də ətraf mühitin mühafizəsində meyar enerji effektivliyi ilə 
şərtləndirilir. 
Şərti 
olaraq 
prinsipi 
də 
enerji  effektivliyi  və  ətraf  mühitin  mühafizəsi  kimi  qəbul  etmək  olar.  Müqavilədə 
qeyd  olunur  ki,  ətraf  mühitə  mənfi  təsiri  enerji  effektivliyini  yüksəltməklə  aradan 
qaldırmaq olar. Enerji effektivliyi müəyyən əmtəə və xidmətin keyfiyyətini və ya işə 
yararlılıq  xüsusiyyətini  azaltmadan  daha  az  enerji  sərf  etməklə  eyni  say  tərkibini 
saxlamağa yönələn tədbir kimi dəyərləndirilir. 
Enerji effektivliyi və ətraf mühitin mühafizəsi prinsipi 
-  enerji  effektivliyi  sferasında  normativ  aktların  işlənib  hazırlanmasında 
əməkdaşlığı; 
-  ətraf  mühitə  və  dünya  iqliminə  enerji  dövriyyəsinin  mənfi  təsirini  azaltmaq 
məqsədilə  enerji  effektivliyi  sferasında  müvafiq  hüququn  yaradılması  ilə  bağlı 
siyasətin müəyyən edilməsi: 


- enerji resurslarının hasilatı, nəqli zamanı texniki standartların gözlənilməsini; 
-  enerji  resurslarının  qiymətini  rəqabətə  əsaslandıraraq  ekoloji  xərclər  tam 
daxil  olmaqla  enerji  effektivliyi  və  müvafiq  ətraf  mühitin  mühafizəsi  aspekti  ilə 
dəyərləndirməni; 
-  enerji  effektivliyinin  yüksəldilməsi  üçün  maliyyə  ilə  bağlı  hökumətlərarası 
əməkdaşlığı və s. nəzərdə tutur. 
Beynəlxalq sazişlərdə ekoloji baxımdan əsaslandırılmış, texniki  təhlükəsizliyə 
cavab  verə  biləcək  yeni  texniki  avadanlıqların  tətbiqi  sahəsində  dövlətlərarası 
əməkdaşlığa  xüsusi  fikir  verilir.  EXM-ə  qəbul  edilmiş  Protokolda  qeyd  olunur  ki, 
Enerji Xartiyasına Müqaviləyə uyğun olaraq razılığa gələn tərəflər enerji effektivliyi 
və ekoloji baxımdan əsaslandırılmış texnologiyanın ticarəti sferasında əməkdaşlığı və 
enerjiyə aid xidmət və idarəçilik metodlarını təşviq edirlər. 
Ətraf  mühitin  mühafizəsini  enerji  effektivliyinin  meyarlarına,  normativlərinə 
riayət  etməklə  təmin  etmək  olar.  Beynəlxalq  Atom  Enerjisi  Agentliyi  dinc 
məqsədlərlə  atom  enerjisindən  istifadə  sahəsində  mütəmadi  olaraq  özünün 
standartlarının  müəyyən  edir.  Avropada  müvafiq  məsələlərlə  Atom  Enerjisi  üzrə 
Avropa  Agentliyi  məşğul  olur.  Qeyd  olunan  sferada  standartlar  Atom  Enerjisi  üzrə 
Avropa Birliyinin təsis olunması haqqında Müqavilədə, 1957-ci il Avropa Birliyinin 
təsis  olunması  haqqında  Roma  Müqaviləsində  də  əks  olunub.  Sonuncu  müqavilədə 
qeyd  olunur  ki,  təbii  ehtiyatların  istifadəsində  rasionallığın  gözlənilməsi  zəruri 
məsələlərdən biridir (m.174). 
Tamamilə tullantısız texnologiya olmasa da, minimum tullantılı texnologiyanın 
tətbiqinə  nail  olmaq  lazımdır.  Bu  məsələ  bu  və  ya  digər  formada  Ətraf  mühit  üzrə 
BMT  Proqramında:  Ozon  təbəqəsini  dağıdan  maddələr  üzrə  1987-ci  il  Monreal 
Protokolunda,  İqlim  dəyişikliyi  haqqında  BMT-nin  1992-ci  il  Konvensiyasında, 
həmin  Konvensiyaya  1997-ci  il  Kioto  Protokolunda  və  s-də  öz  əksini  tapıb.  Kioto 
Protokolunda  bərpa  olunan  enerji  növlərindən  geniş  istifadə  ilə  yanaşı  zərərli 
maddələrin  udulmasını  təmin  edən  ekoloji  baxımdan  təhlükəsiz  texnikanın  tətbiqi 
təşviq edilir. 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə